Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə34/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   30   31   32   33   34   35   36   37   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
80
Mixək boynun əyəndə. 
On iki şam yandırram. 
Əlim yara dəyəndə 
Ağam xan otağında, 
Mirzəm xan otağında (4,52). 
Odun, bəd qüvvələrin  işıqdan çəkinməsi, odla acıqlı ruhların qovulması 
inancları əksər dünya  xalqlarının arxaik təsəvvürlərində geniş  yayılmışdır. Epi-
demiyanın, ağır xəstəliklərin yayıldığı Minaqosski bölgəsində Selebece sakinləri 
bu  bəlanı  dəf  etmək  üçün  öz  evlərindən,  yaşadığı  yerlərdən  ayrılır,  müəyyən 
vaxtdan sonra insanlar, ovsunçularla bərabər əllərində od, səs küylü şəkildə hə-
min yaşayış yerlərinə qayıdır, odla ayaq basdıqları evin kandarına üç dəfə dola-
nırlar.  Daha  sonra  odu  mətbəxlərində  üç  gün  fasiləsiz  yandırmaqla  demonik 
qüvvələrdən azad olduqlarına inanırlar (11, 514). 
Avropada qeyd olunan od bayramlarında da ritual insanların od, ocaq qa-
laması, onun ətrafında xüsusi nəğmələr söyləməsi, od üzərindən atılması üzərin-
də  qurulmaqla  evlərə,  bərəkət,  ruzu  paylanması  inancını  ifadə  edir.  Pasxa  bay-
ram odunun kilsə ətrafında qalanması və insanların bu oddan evlərinə aparması, 
yaşadıqları yerin dörd bir tərəfi, bağ, tarlanı dolandırmaları  sel, daşqın, tufandan 
qorunma,  tarlaların  parazit,  yanğından  mühafizəsinin  inancına    bağlıdır  (11, 
574). 
Azərbaycan xalq mərasim nəğmələrində də bu inancın izləri  qorunmaq-
dadır: 
Lampa, səni yandırram, 
Dörd yanı dolandırram, 
Müşkül işim düşəndə, 
Vurram səni sındırram. 
Lampanı yandır, işıq olum sənə, 
Adaxlın gəlsin, aşiq olsun sənə! (4, 91) 
Lampa,  odun  yandırılması,  dörd  yanı  dolandırılması  arzulanan,  duayla 
həyata  keçirilən  ritualın  əsasıdır.  Tələb,  istəklə  yandırılan  od,  işiğın    saxla-
nılması arzunun, müəyyən mənada ovsunun gerçəkləşməsi üçün şərtdir. Təqdim 
olunan nəğmənin növbəti bəndində də bu inamın izi görünür: 
İşığı yanan qoydum, 
Üstünə fanar qoydum. 
Bir alagöz oğlanın 
Ürəyin yanar qoydum. 
Lampanı yandır, işıq olsun sənə, 
Adaxlın gəlsin, aşıq olsun sənə (4, 91). 
Xalq şeirinin zəngin mifopoetik özünəməxsusluğunda yer alan «od» kul-
tunun  mərasim,  inanclarındakı  forma  və  xüsusiyyətləri  əski  təsəvvür  və  düşün-
cələrin  ilkin  qaynağı  kimi  maraq  doğurur.  Ovsunlar,  mərasim  nəğmələri  və  s. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
81
daha geniş  şəkildə  müşahidə olunan oda inam, odla  bağlı ritulların oxşar xüsu-
siyyətləri yaradılış, dünyanın – kosmosun bərpası, insanın ruhi-mənəvi enerjisi-
nin «idarə olunması» və s. kimi əski düşüncə reallıqlarında bütöv bədii-mifoloji 
bir sistemi təşkil etməkdədir. 
 
İşin elmi nəticəsi: Od kultu xalq şeirində arxaik, ritual-mifoloji, mədəni-
tarixi genepoetik əsasda mifopoetik xüsusiyyətlərində ümumiləşdirilir. 
İşin  elmi  yeniliyi:  Məqalədə  ilk  dəfə  olaraq  konkret  mifopoetik  simvo-
lun – od kultunun araşdırılması  modellər əsasında öyrənilmiş və sistemləşdiril-
mişdir. 
İşin tətbiqi əhəmiyyəti: Məqalənin elmi nəticəsindən ali məktəblərin fi-
lologiya fakültələrində folklorun tədrisi, xalq şeirinin, ayrıca arxaik folklor mo-
dellərinin araşdırılması ilə bağlı tədqiqatlarda istifadə oluna bilər. 
 
ƏDƏBİYYAT 
 
1.  Ana  kitabələr.  (Tərtib  edəni  Elməddin  Əlibəyzadə).  Azərbaycan 
Dövlət Nəşriyyatı. Bakı, 1996.  
2. Ağaverdi Xəlil. Novruzun strukturu, arxaik ritualı, təqvim və bayramı. 
http://www.folklorinstitutu.com/arasdirmalar/Novruz_meruze.pdf 
3. Azərbaycan arxeologiyası və etnoqrafiyası. Bakı, 2003 
4. Nəğmələr, inanclar, alqışlar. Bakı, Yazıcı,1986  
5. Rzayev N. Möcüzəli qərinələr. Bakı, 1884 
6. Şihabəddin Yəhya Sührəverdi. «İşıq heykəlləri». (Ərəbcədən tərcümə, 
ön  söz  və  tərcümə  Z.Məmmədovundur).  Bakı,  Azərb.  SSR.Elmlər  Akademi-
yası,1989 
7.  Eski  Türk  mifolojisi.  Jean-Paul  Raux.  (Çeviri  Musa  Yazar  Sağlam) 
Ankara, 2011 
8. М.Бойс. Зороастрийцы. Моква, 1988, с.18. 
9.    Д.Г.Редер.  Мифи  и  легенды  Древного  Двуречья.  Изд.  «Наука», 
Москва, 1965, ст. 25-35. 
10.  Мифoлогия  и  верованиe  народов  Восточной  и  Южный  Азии. 
Москва, Наука. 
11.  С.Фрезер.  Золотая ветвь.  Москва,  Изд-во  политической  литера-
туры. 198. 
 
İnformatorlar 
1Məmmədova Zərnigar Aslan qızı. Zıngilan rayonu Zəngilan kəndi, 64 
yaş. 
2. Orucova Zəhra Muxtar qızı. Kəlbəcər rayonu, 70 yaş. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
82
Elçin QALİBOĞLU (İMAMƏLİYEV) 
AMEA Folklor İnstitutu, elmi işçi 
elcin.qaliboqlu@gmail.com 
 
 
SU HAQQINDA AZƏRBAYCAN ƏFSANƏLƏRİ VƏ  
MİFOLOJİ SU STİXİYASI 
 
Tədqiqat nəticəsində aydın olmuşdur ki, təhlil olunmuş əfsanələr su sti-
xiyasının mifik düşüncə və folklor düşüncəsi üçün əsas konseptlərdən olduğunu 
göstərir.  Tədqiqatda türk  mifologiyasının  bərpası  zamanı  daha  çox  mifoloji  in-
formasiya  daşıyan  əski  mətnlərə  üstünlük  verilmişdir.  Müasir  əfsanə  mətnləri 
mifik dünya modelinin bərpası üçün əvəzsiz qaynaqdır.  
Açar sözlər: mif, əfsanə, su stixiyası, kosmos, xaos.  
 
АЗЕРБАЙДЖАНСКИЕ ЛЕГЕНДЫ О ВОДЕ И  
МИФОЛОГИЧЕСКАЯ ВОДА 
 
Анализированные легенды в исследовании показывают, что стихия 
воды является основным концептом для мифического мышления и фольк-
лора. При реконструкции  тюркского мифа в работе отданы предпочтение 
к таким текстам, которые носят в себя мифологическую информацию. 
Ключевые слова: миф, легенда, водяная стихия, космос, хаос.  
 
 
 
 
 
 
AZERBAİJAN LEGENDS ABOUT WATER AND THE 
MYTHOLOGİCAL WATER ELEMENT  
 
The legends analyzed in the investigation show the main concepts for the 
mythological  thinking  and  folklore  thinking  of  the  water  element.  During  the 
restoration  of  Turk  mythology  in  the  work  the  texts  carrying  the  mythological 
information are given superiority.   
Key words: myth, legend, water element, cosmos, chaos 
 
Məsələnin  qoyuluşu. Qədim türk təfəkküründə təbiətin ruhu  ilə  insanın 
ruhu  arasında  möcüzəvi  birlik,  doğmalıq  mövcuddur.  Əfsanələrin  mayasındakı 
çevrilmənin  əsasında  əcdadlarımızın  təbiət  ruhunu  insanlaşdırmaq,  özüylə,  ru-
huyla doğmalıq görmək istəyi dururdu. Türklər inanırdılar ki, onların ruhu ilə tə-
biətin  ruhu  arasında  yadlıq  yoxdur.  Bu  səbəbdən  də  təsəvvürdə  təbiətdəkilərə 
çevrilmə əcdadlarımız üçün təbii, qəbulolunan idi. Çünki insan təxəyyül vasitə-
silə əfsanəvi çevrilmədə  mahiyyətə  yetirdi. Mahiyyətin dərki əfsanəvi  biçim  və 
məzmun tələb edirdi.   


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə