Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
77
Od 
 
 
 
 
arxaik model   
 
  ritual – mifoloji model 
klassik  model    
(İslam) 
 
 
istilik, qorunma 
 
  ocaq – məhv etmə, canlanma 
 
 
magiya, ovsun 
 
Mifopoetik  modellərin genetik qruplaşmasında arxaik  modellər  mifoloji 
düşüncənin  struktur  səviyyələri  ilə  müəyyənləşir.  İlkin  təsəvvürlər  sisteminin 
mərhələliyində totemizm, animizm, animatizmlə yanaşı, magiya – ovsun, sehrlər 
də  bu  dövriyyədə  ayrıca  yer  tutur.  Od  arxetipik  simvolu  modellərdə  daha  çox 
ovsun nəğmə-deyimlərində müşahidə edilir. Əslində ovsunların uyğun mərasim-
lərlə icra olunması ritual-mifoloji model müstəvisini  də tələb edir.     Odun ov-
sun nəğmələrindəki semantikası söz və hərəkət sintezində ritualın  başlıca məq-
sədi  kimi götürülür.  
Ocağın, odun xəstəlik,  mənfi enerji, pis ruhları  məhv etməsi  inamı  xalq 
məişətində geniş yayılmış üzərlik dolandırma – gözdəymənin götürülməsi ovsun 
inamlarına bağlı nəğmələrdə yer alır: 
 
Gələn havanı...  
 
 
...Tez basdırdım 
Dəyən qadanı,  
 
 
Pəncərəni 
Qarı düyən çilləni.    
 
Bucağı 
 
Kəsdim, asdım bucağa,  
 
Haraylayıb 
Üzərrik as ocağa  
 
 
Oda saldım 
Üzərriklər çırtlasın    
 
Ocağı 
Yaman gözlər pırtlasın,  
 
Od üstündə 
Qara çavış,    
 
 
Üzərrigi 
Qada savış (12). 
 
 
Yandırdım. 
Bədnəzəri 
Lənətlədim, 
Sındırdım (4, 40). 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
78
Nəğmə  mətnlərdən göründüyü kimi, gələn  “qada”, “bəla”, “düyülən çil-
lə”, üzərliklə ocağa atılır və istilik, enerji səslənmə yolu ilə magik ritualda fəal-
laşdırılır. 
Odun emonasiya, təmizlənmə fəlsəfi rəmzinə uyğun olaraq ovsun mətn-
lərində başdan, insan bədənindən “qovulan” mənfi  enerji, “ruh”lar ocaqda yan-
dırılmaqla məhv edilir və arınır. Ritual-mifoloji kontekstdə od “Novruz” çərşən-
bələrində də eyni məna potensiyasından çıxış edir: 
Ağırlığım-uğurluğum odlara, 
Yazda mənlə hoppanmayanlara, 
Ağırlığım od olsun. 
Odda yanan yad olsun. 
Yaddan yad olar, 
Qohumdan dad olar. 
 
Yamanı da canımdır, 
Aydan arı camalım. 
Sudan duru camalım. 
Alovdan atlanmaq gərək, 
Cəfaya qatlanmaq gərək, 
Oddan aman olmaz, 
Yaddan qanan olmaz. 
Ağırlığım-uğurluğum odlara, 
Yazda mənlə hoppanmayan yadlara (13). 
Azərbaycan ərazisində yazın gəlişi, təbiətin oyanışı ilə bağlı Novruz mə-
rasimlərində tonqal qalanması, çərşənbə gecələrində (od, su, yel, torpaq) od üzə-
rində  tullanmaq  başlıca  ritual  əlamətlərdəndir.  Novruz  bayramı,  xüsusilə  ilaxır 
cərşənbədə  insanlar  gələcəyə  arzularını  müxtəlif  sınama,  fallarla  yoxlayır,  həm 
də  bütün xəstəlikləri, ağrı-acılarını odda yandırmaqla növbəti yeni ili qarşılayır-
lar. Qeyd edək ki, inanca görə mənfi enerji, xəstəliyin odda yandırılması kimi ri-
tual davranışları  ilk  baxışda  oda kult olaraq sitayiş  edilməsınə ziddir.  Nəzərə 
alsaq ki,  oda qurban (daha dəqiq desək, od vasitəsiylə tanrıya qurban) ritualında 
insan fiziki ağırlığı, eləcə də dualarla od üzərindən atlanır, deməli, burada  Tanrı 
qurbanını maddi və mənəvi bütövlüyü ilə qəbul edir. “Tullanma, həm də tonqal-
da arxaik Tenqriyə qurban verməkdir. “Özünü odda qurban verən fərd Tenqrini 
simvolizə edən Tonqalda onunla birləşir, bütövləşir, “o dünyada” xaos məkanın-
da olur, əcdad ruhları ilə “tın”la təmas yaradır, orada sakralların və yenidən od-
dan  çıxaraq  “bu  dünyaya”  kosmos  məramına  qayıdır.  Bizcə  perijastik  formada 
işlənməsinə baxmayaraq tərkibində iki semantemi birləşdirən ritual deyiminin – 
ağırlığın (fiziki) və uğurluğun (mənəvi) odda, tonqalda qalanması isə fərdin fizi-
ki və mənəvi baxımdan özünü Tanrıya qurban verməsinin ifadəsidir”. 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
79
Xalqın Novruz mərasimlərinin başlıca mifoloji obrazı olan  Xızırla bağlı  
təsəvvür və inanclarında da od kultu başlıca mifik element  kimi iştirak edir: 
Xıdır, Xıdır, xıd gətir, 
Var dərədən od gətir. 
Mən Xıdırın nəyiyəm, 
Bircə belə dayıyam 
Ayağının nalıyam, 
Başının torbasıyam (4,47). 
Yaz  mərasim  rituallarının  Xıdıra  səslənmədə  onun  od  gətirməsi  eynilə 
obrazın mifoloji strukturundan qaynaqlanır. Məlumdur ki, Xızır obrazı bu məra-
simlərdə  yaşıllıq,  canlanma,  diriliyin  rəmzi  olaraq  fəallaşdırılır.  Kosmik  çevrə-
lənmədə odun havadan ayrılaraq kosmosun bərpasına xidməti işıq, enerjinin bit-
ki, heyvanat, minerallar və s. təsiri ilə müəyyənləşdirilir. Eyni kontekstdə Xıdı-
rın od gətirməsi, mikro kosmosun – insan məişəti, təsərrüfatının dirilmə, canlan-
masını ifadə edir. Təsadüfi deyildir ki, Türkiyə türklərinə məxsus təqvim törən-
lərində  illik  günlərin  Qasım  və  Xızır  günlərinə  bölünməsində  isti  aylar  aprel  – 
maydan başlayaraq Xızır obrazı ilə bağlanılır. Xızırın odu dərədən daşıması, əs-
lində  günəşin  geniş  mənada  Dağ  mifoməkanı  ardında  yerləşməsini  ifadə  edir. 
Türk mifik təfəkküründə  Xızırın övlad həsrəti çəkənlərə, dara düşənlərə, xüsu-
silə aşiqlərə virtual şəkildə  icirtdiyi “al şərab”  eynilə müxtəlif mənbələrdə ifadə 
olunan “qırmızı su”, “odlu su” – istiliyi ifadə edir. Od günəşin  rəmzi olduğun-
dan  obraza  səslənmədə  Xızırın  od  gətirməsini  istəmək  əslində  ailə  təsərrüfatı, 
torpaq  üçün  istiliyin  arzulanmasıdır.  Xıdıra  çıraq  yandırılması  da  obrazın  bağ-
landığı “Od” kultunun səciyyəviliyindən irəli gəlir: 
Xıdıra çıraq qoyarlar, 
Xıdırçın pay yığmağa 
Xıdırçın hay yığmağa 
Biz gəlmişik hayınnan, 
Xıdır palçığa batdı, 
Çıxartdılar vayınan (4, 47). 
Odun arxaik  mifoloji düşüncə qaynağında  formalaşan  ikinci  bir  mühüm 
xüsusiyyəti  onun  paylanması  və  xüsusi  ritual-mərasimlərdə    ifadə  olunmasıdır. 
Böyük  fəlsəfi od təlimi konsepsiyası  bu bölünmədə daha çox  “daralmaya”  mə-
ruz  qalır.  Pis,  bəd  ruhların  qovulması,  oddan  dua,  ondan  sağlamlıq,  xoşbəxtlik 
“götürmək”  kimi  düşüncənin  izləri  Azərbaycan  xalq  şeirində  ailə-məişət  məra-
simlərinə bağlı nəğmə və aşiqanə mahnı mətnlərində də qorunmaqdadır. 
Qeyd edək ki, arzulama, Tanrıya duaların od, yanan şam-işıqla aparılma-
sı  da  bu  inancların  arxaik  məzmunundan  irəli  gəlir.  Ziyarətlərdə  –    müqəddəs 
ocaq, övliya qəbirlərində  işıq  yandırılması, ruhun çağırılması, həm də bəd qüv-
və, ruhların uzaqlaşdırılması mənasını ifadə edir: 
Mixək əkdim ləyəndə, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə