Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə32/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   28   29   30   31   32   33   34   35   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
74
 
 
 
 
Mətanət MAŞALLAHQIZI (ABBASOVA) 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Folklor İnstitutu 
abbasova_metanet @rambler.ru 
 
MİFOPOETİK MODELLƏRİN GENETİK 
SİSTEMLƏŞDİRİLMƏSİNDƏ OD KULTU 
 
XÜLASƏ 
Məqalədə əski təsəvvür və inanclarda xüsusi yer tutan “od” kultunun mi-
fopoetik  xüsusiyyətlərı  araşdırılmışdır.  Arxaik,  ritual-mifoloji,  mədəni-tarixi 
modelləşmədə «od» simvolunun təzahür formaları sistemləşdirilmişdir. 
Acar sözlər: mifopoetika, nəğmə, şeir,model, genetik, sistem, ritual 
 
РЕЗЮМЕ 
В МИФОЛОГИЧЕСКИХ МОДЕЛЯХ ГЕНЕТИЧЕСКОЙ 
СИСТЕМАТИЗАЦИИ КУЛЬТ ОГНЯ 
      В  статье  исследуется  особенности  мифопоэтики  культа  «огня», 
которое  занимает  особое  место  в  древних  представлениях  и  поверьях.  В 
архаических,  в  ритуально-мифологических,  в  культурных  и  в  историчес-
ких моделях, культ огня систематизируется в форме проявления. 
Ключевые  слова:  мифопоэтика,  песня,  стихотворение,  модель, ге-
нетика, система, ритуал 
 
SUMMARY 
IN THE GENETIC SYSTEMATIZATION OF MYTHOPOETIC 
MODELS THE CULT OF FIRE 
In  the  article  the  mythopoetic  features  of  the  cult  fire  which  exists  in 
ancient  imagination and  beliefs are researched. The  manifestations of the  sym-
bol  “fire”  in  archaic,  ritual-mythological,  cultural-historic  modeling  are  syste-
matized. 
Key words: mythopoetic, song, poem, model, genetic, system, ritual  
 
Məsələnin  qoyuluşu:  Qədim  inanclar  sistemində  od  kultu  bir  çox  xalq-
ların etnoqrafiya, folklor mədəniyyəti, mənəvi xəzinəsində ayrıca yer tutduğu ki-
mi,  türk  xalqlarının  da  qədim  inanc  və  təsəvvürlərinin  əsasında  dayanmışdır. 
Müxtəlif məişət inancları, sınama, mövsüm nəğmələri, xalq mahnı mətnləri, ov-
sunların struktur-semantikasında poetik  möhkəmlik qazanan od kultunun  bütöv 
mifik kompleks mahiyyəti dağınıq şəkildə olsa da, qeyd olunan folklor nümunə-
lərində  qorunmaqdadır.  Məqalədə  mifopoetik  simvol  kimi  odun  bu  mətnlərin 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
75
məzmun, formasının genetik özülü, eləcə də ayrı-ayrı modellər əsasında öyrənil-
məsi əsas götürülür. 
İşin məqsədi: Od kultunun mifopoetik modellərin genetik sistemləşdiril-
məsində təhlil olunub, araşdırılması. 
 
İnsanın əski təsəvvür, inanc, düşüncəsinin formalaşdığı mifoloji motivlər 
sırasında oda bağlanma və od kultu ayrıca  yer tutur. İbtidai  insanın təbiətin so-
yuq  şaxtasından  qorunmaq  üçün  odu  əldə  etməsi,  vəhşi  heyvanlarla  mübarizə 
“bişmiş  yemək”  mədəniyyətinin  formalaşması    kulta  maraq  və  ehtiyacın  ilkin 
mərhələsini təşkil edir. Od, işıq, istiliyin dövrəsində məişətini quran sivilizasiya-
nın ilk nümayəndələri təbiətə münasibətdə zamanla  magik-ritual hərəkətlər, səs-
söz ovsunlarını da od üzərinə köçürmüşlər. Məlumdur ki, illüziya, fantastik ob-
razlılıq insanın ətraf aləmə münasibət və bağlılığında predmetin mifoloji məntiq 
əsasında  təhlilini  üzə  cıxarır.  İstənilən  halda  od,  eləcə  də  digər  arxaik  kult  və 
modellər obyektiv  məntiqlə predmetin öyrənilməsini deyil, qeyri-adekvat, daha 
dəqiq desək, “mifoloji məntiqlə” izahını tələb edir. Bu baxımdan ayrı-ayrı xalq-
ların məişət folklorunda olduğu kimi, Azərbaycan mədəniyyəti – şifahi sənətin-
də də arxaik, ritual-mifoloji, klassik modelləşmədə odun rəmzi, simvolik seman-
tikası xüsusi fəallığı ilə seçilir. 
Qeyd  edək  ki,  qədim  türklərin  od,  atəşə  inamları  haqqında  tarix,  din, 
folklor araşdırmalarında çoxsaylı elmi dəlil və müşahidələr mövcuddur. Orxon-
Yenisey  abidələrində  türklərin  atəşə  sitayişi  haqqında  xüsusi  məlumatların  ol-
mamasına  istinad  edən  bir  sıra  araşdırma,  mənbələrdə  Batı  türklərinin  odu  qə-
dim  iranlılardan əxz etməsi  haqqında qeyri-dəqiq məlumatlar da verilməkdədir. 
Türklərin atəşə-oda sitayişləri haqqında “Qədim türk mifologiyası”nda aşağıdakı 
məlumatlar  verilir:  “...Theophylaktos  Simondatta tərəfindən  axtarılan  ən  qədim 
sənədlərdən biri, VI əsrdə Qərbdəki İ.u-küələr haqqındadır. Theophyloktos, T.u-
küllərin  dinlərinə  ayırdığı  o  qısa  fəsildə  belə  qələmə  alır:  “Türklər  oda  böyük 
hörmət  edirlər  (...),  Fanas  sadəcə  göyün  və  yerin  yaradıcısına  dua  edir  və  onu 
tanrı deyə adlandırırlar»... X əsrdə Hudud əl-əlam da, Qırğızların oda sitayiş et-
mələri  qeyd  olunmuşdur.  Marvazi  isə  bu  məqsədlə,  Qafqaz  xalqları  üçün,  ki-
məklər ve qonşuları üçün şübhəsiz şişirdilmiş bir ifadə olan «dua etmək» sözün-
dən  istifadə  etmişdir.  XII  əsrdə  İdrisi  Fürk  xalqlarının  bir  siyahısını  çıxardır, 
bunların «hardasa hamısı oda dua etməkdədir” (7, 40).  
Qədim türklərin müxtəlif yüzilliklərdə oda tapınmasını bildirən məlumat 
üzərindən qeyd edək ki,  bu  inancın ən qədim  nümunəsi  “Avesta”nın  ilkin qay-
naqlarından sayılan “Şumer-Babil” əfsanələrindən irəli gəlir. Qədim şumerlərin 
dini-fəlsəfi görüşlərində məlum olduğu kimi, od, torpaq, su, küləyə inam başlıca 
yer tutmuşdur. Əfsanələrdə ilk tanrılar, odun havadan ayrılması maddi başlanğı-
cın  hərəkətverici  qüvvəsi  olaraq  mifikləşdirilir.  Şumer-əfsanə  miflərində  Göy 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
76
atası An, torpaq anası Ki, Səma – göy panteonunu tamamladığı kimi, odu – Hus-
nu, Kişar, Günəşi – Ufu, Şamaş tanrıları təmsil edir (9, 25-35). 
Odun,  Günəşin  işıq,  istilik  başlanğıcında  mifoloji  tanrı  obrazlaşmasının 
ən  yetkin  fəlsəfi əsası  isə “Avesta”da cəmləşdirilir. “İşıq,  işığa  meyl  bəşəriyyə-
tin əzəli və mənəvi nailiyyətidir. Aristotelə – Ərəstuna qədər bu, Zərdüşt tərəfin-
dən daha geniş və əhatəli şəkildə qoyulub. Ərəstunda katarzist – sənətdə estetik 
tənzimlənmə ilə olursa, “Avesta”da bu məsələ işıq, xeyir, yəni mənəvi saflıq, tə-
mizlik və kamillik səviyyəsində şərh olunur... atəşpərəstlik dini, oda pərəstiş, əs-
lində daxili atəşə, oda-alova  səcdədir. ...Bu da bəşər tarixində Günəşə pərəstiş-
lik, eşq oduna yanmanın, aşiqliyin başlanğıcıdır. Qədim babaların Günəşə pərəs-
tişi və andı da bununla bağlı idi” (1, 228). 
Atəşpərəstliyin məxsusi rəmz və simvollarının böyük sistemi onun günəş 
dövranını təmsil edən tarixi svastikasında da  ifadə olunmuşdur. Tehranlı atəşpə-
rəst  Rostam  Şahzadə  Əncüman  sivastikanın  daşıdığı  məna  və  simvolları  da 
məhz atəşpərəstliyin dini-mifoloji görüşlərində ümumiləşdirmişdir. “Su” - yaxşı, 
xeyir; “astika” - əsas varlıq, həyat; “suastika” - yaxşı, firavan həyat deməkdir (5, 
10). 
Zərdüştün böyük od konsepsiyası odun, günəşin ilkin istilik başlanğıcın-
dan yol almış, zamanla tarixi-fəlsəfi mənada ruhi-mənəvi aləmin işığına əsasla-
nan geniş bir təlimə keçmişdir. 
Od,  işıq,  emonasiya  təliminin  sonrakı  mərhələsi  tarixdə  İslam  və  İslam 
nəzdində formalaşan təlimlərdə yer alır. Odun Zərdüştlükdə qərarlaşdığı simvo-
likası İslam  mifologiyasında da “cəhənnəm odu”na evolusiya olunur. Ümumiy-
yətlə, qeyd edək ki, İslama bağlı ayin, kultların  böyük əksəriyyətinin Zərdüştlü-
yə bağlılığı elmdə sübutunu tapmış faktlardandır (8, 18). 
İslam  zəminində  yaranan  bir  çox  təriqət,  cərəyanlarda  isə  (işraqilik,  su-
fizm  və.s  –  M.M.Abbasova)  odun,  işıq,  istilik  məzmunu  “həqiqət”,  “Allahdan 
qopma”, “nur hikməti”nə əsaslanır. Təsadüfi deyildir ki,  XII yüzilliyin  nəhəng 
filosoflarından olan Şihabəddin Yəhya Sührəvərdi “İşıq heykəlləri”  adlı trakta-
tını belə bir girişlə açır: “...Ey əbədi mövcud olan, bizə işıqla ümmət göstər, bizi 
işıqla möhkəmlət, bizi işıqla birləşdir...” (6,12). 
Od,  işığın  insan  düşüncə  və  inamından  yol  alan  məzmun  və  mifoloji 
məntiqlə araşdırılan məna-potensiyasının geniş struktural tərkibi xalq ədəbiyya-
tının digər növlərində olduğu kimi, xalq lirikasına da özünəməxsus şəkildə yan-
sımışdır. Xalq şeirinin janr formalarına uyğun olaraq odun əski təsəvvür və dü-
şüncə, fəlsəfi təlimlərdəki  məzmunu  fərqli  mövqedən  ifadə olunmaqdadır. Belə 
ki,  ilkin  janrlar  sırasında  seçilən  ovsun,  magik  nəğmələrdə  “yanma”,  “itmə”, 
“məhv olma” məzmunu odun başlıca əlaməti kimi funksiyalaşırsa, aşıq yaradıcı-
lığı, bir çox el nəğmələrində isə sufi-panteist odun təsəvvür səciyyəsi ilə birləşir. 
Bu baxımdan “od” kultunun xalq şeirindəki xarakterik mifopoetik xüsusiyyətlə-
rini şərti olaraq aşağıdakı şəkildə qruplaşdırmaq olar: 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə