Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
64
Almaz HƏSƏNQIZI (HÜSEYNOVA) 
filologiya üzrə fəlsəfə doktoru, dosent 
gunsel_gunsel@yahoo.com 
 
MÜHACİRƏTDƏ FOLKLOR MATERİALLARININ 
TOPLANMASININ ÖZƏLLİKLƏRİ 
 
XÜLASƏ 
Mühacirətdə ömür sürən Azərbaycan ziyalıları üçün folklor materialları-
nın toplanması xüsusi əhəmiyyət kəsb etmişdir.  
Məlum  olduğu    kimi,  mühacirətdə  yaşayıb  yaradan  insanlar  vətəndən 
uzaqlarda olmalarına baxmayaraq, onlar azad, hər cür basqıdan uzaq məkanlarda 
fəaliyyət göstərirdilər ki,  bu da  folklor  materiallarının toplanmasına kifayət qə-
dər ciddi təsir etməyə bilməzdi. 
Sovet senzurasının təzyiqi olmadan toplanan bu materiallar daha obyek-
tiv idi və özünəməxsus xüsusiyyətləri  ilə fərqlənirdi.  
Məqalədə  mühacirət  folklorşünaslığının  yuxarıda  göstərilən  problemlə 
bağlı fəaliyyəti təhlilə cəlb edilmişdir. 
Açar sözlər: folklor, mühacirət, sovet senzurası, azadlıq 
 
ОСОБЕННОСТИ СОБИРАНИЯ ФОЛЬКЛОРНЫХ МАТЕРИАЛОВ 
В ЭМИГРАЦИИ 
РЕЗЮМЕ 
Для интеллигенции Азербайджана, живших в эмиграции собирание 
фольклорных материалов всегда имело важное значение. 
Известно, что, хотя, жившие и творившие в эмиграции люди и нахо-
дились вдали от родины, но они работали в свободной, далекой от всякого 
давления среде, что  не могло не оказать достаточно серьезного влияния на 
собирание фольклорных материалов. 
Эти  материалы,  собранные  без  вмешательства  советской  цензуры, 
были более объективными и  отличались своими особенностями. 
В  статье  указаны  привлеченные  к  исследованию    труды  эмигрант-
ской фольклористики, посвященные вышеуказанной проблеме. 
Ключевые слова: фольклор, эмиграция, советская цензура, свобода 
 
THE PECULIARITIES OF THE GATHERING OF FOLKLORE 
MATERIALS IN THE EMIGRATION 
RESUME 
For  the  intellectual  elite  of  Azerbaijan  living  in  the  emigration,  the 
gathering of  folklore  materials  had always  important meaning. It is known that 
even  though,  people  living  and  creating  in  the  emigration  were  far  away  from 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
65
their  motherland,  but  they  were  working  in  liberal,  pressure-free  environment 
which had a deep impact on the gathering of folklore materials.  
These  materials which were gathered without the  interference of Soviet 
censorship were more objective and differed with their own peculiarities.  
The article tackles the analysis of the selected work of emigrant folklore 
scholars dedicated to the above-mentioned problem. 
Key words: folklore, emigration, Soviet censorship, freedom 
 
 Məsələnin qoyuluşu: Məqalədə vətənin istilasına dözməyərək dünyanın 
müxtəlif  ölkələrinə  səpələnən  Azərbaycan  ziyalılarının  folklor  materiallarının 
toplanması, tərcüməsi və nəşrilə bağlı fəaliyyətləri işıqlandırılmışdır. 
İşin məqsədi: Azərbaycanın mühacir ziyalılarının yazıya alaraq ayrı-ayrı 
ölkələrdə nəşr etdirdikləri folklor mateialları haqqında məlumat vermək və onla-
rı təhlilə cəlb etməkdir. 
 
Məlumdur  ki,  sovet  dönəmində  xal  qın  azadlıq  və  hürriyyət  arzularını 
alovlandıran, əsarət, köləlik buxovlarından qurtulmağa səsləyən ədəbi əsərlər ya 
senzura tərəfindən yasaq edilmiş, ya da məcburiyyət üzündən, bəzən hətta Azər-
baycanın öz tədqiqatçıları tərəfindən sovet ideologiyasına uyğunlaşdırılaraq təh-
rif edilmiş,  yanlış təbliğ olunmuşdur. Mühacir tədqiqatçı Süleyman  Abdülkadir 
“Azərbaycan yurd bilgisi” dərgisinin elə ilk sayında dərc olunmuş “Türk qövm-
lərinin xalq ədəbiyyatında rus istilasının inikası” adlı məqaləsində  müstəmləkə 
buxovları daşıyan bütün türkdilli  xalqların folklorunu nəzərdən keçirərkən diq-
qəti bu problemə yönəldərək qeyd etmişdir: “...türk xalq ədəbiyyatı və xalqiyyatı 
öz münəvvərlərimiz tərəfindən  ihmal olunmuş, ancaq kölə  millətə mənsub olan 
müstəmləkəçiyə qeyrətlə toplana bilmişdir. Bu ədəbiyyatı  müstəmləkəçiyə nəql 
edənlər  rus  istilasına  dair  xalqın  tərənnüm  etdiyi  dastan  və  türkülərin  milli  bir 
sirr sifətilə saxlamış, yaxud “rus məmuru” zənn etdikləri müstəmləkəçinin xətri-
ni qırmayacaq bir surətdə təhrifə məcbur olmuşdurlar (1, 22). 
Qeyd etmək lazımdır ki, mühacirətdə folklor örnəklərinin toplanması və 
nəşri sahəsində Əhməd Cəfəroğlunun redaktorluğu ilə 1932-1934-cü illərdə 36, 
1954-cü ildə isə bir sayı nəşr edilən “Azərbaycan yurd bilgisi” dərgisinin fəaliy-
yəti  təqdirəlayiqdir.  Redaktor  dərginin  hansı  zərurətdən  doğduğunu  şərh  edər-
kən, onun məhz Azərbaycanı bütün yönləri ilə tanıtmaq, xalqımızın elmi və mə-
dəni irsinin  təbliği məqsədindən yarandığını elə birinci sayında ciddi arqument-
lərlə dilə gətirmişdir. Xalqı azadlığa, hürriyyətə səsləyən, rus müstəmləkəçiliyi-
nə  qarşı  yönələn  əsərlərin  diqqətdən  kənarda  qalmasına,  toplanıb  nəşr  edilmə-
məsinə, tədqiqatına imkan verilməməsinə təəssüf edən Ə.Cəfəroğlu “Azəri ədə-
biyyatında  istiqlal  mücadiləsi”  adlı  tədqiqatında  yazmışdır:  “Milli  Azərbaycan 
ədəbiyyatında, adəta  başlı-başına,  müstəqil  bir cərəyan təşkil  edən  istiqlal  mü-
cadiləsi  ədəbiyyatı,  təəssüf  ki,  uzun  bir  zaman  qeyri-müntəşir  qaldığından  (çap 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
66
olunmadığından), kiçik bir tədqiqə  belə məzhər olmamışdır.  Rus istilası ilə bə-
rabər doğan bu ədəbiyyat rus məmurlarının hədsiz təzyiqedici davranışları üzün-
dən  əvvəlləri  yalnız  şifahi  ədəbiyyat  mahiyyətində  özünü  mühafizə  edə  bilmiş 
və dolayısı ilə bütün bəkarətini tutamamışdır” (7, 6).  
Göründüyü  kimi,  müəllif  bütün  cidd-cəhdlərə  rəğmən,  aparılan  sovet 
təbliğatına, onun  müxtəlif üsullarla insanları susmağa məcbur etdirməsinə bax-
mayaraq,  çar  dönəmlərindəki    kimi,  yenə  də  xalqın  azadlıq  sevgisinin,  istiqlal 
arzusunun əbədi yaşadığını, bunun sübutunun isə məhz yaratdığı əsərlər olduğu-
nu və onların təzyiqlər ucbatından çox vaxt şifahi şəkildə yaşadığını diqqətə çat-
dırmışdır. Müəllif, eyni zamanda məqaləsinin yazılma səbəblərindən danışarkən, 
rus müstəmləkəçiliyi əleyhinə çoxlu materiallar əldə etdiyini və əsas məqsədinin 
onları dəyərləndirmək olduğunu qeyd etmişdir. 
Sovet  Azərbaycanında  xalq  yaradıcılığına  olan  qeyri-peşəkar  münasibət 
mühacirətdə  ciddi  əks-səda  doğurmaqda  idi.  Belə  ki,  az  bir  zaman  içərisində 
dünya  ədəbi  fikrini  məşğul  etməyə  müvəffəq  olan,  haqqında  onlarla  tədqiqat 
əsəri  yazılan,  bir  çox  dillərə  tərcümə  edilən  “Kitabi-Dədə  Qorqud”un  Sovetlər 
Birliyində  kəskin  bir  münasibətlə  qarşılanması,  hətta  yasaqlanmağa  məhkum 
edilməsi  “sosialist  bərabərliyinin  çürüklüyünü”  ortaya  qoydu.  M.Ə.Rəsulzadə 
“Dədə  Qorqud  dastanları”  məqaləsində:  “Türk  xalq  ədəbiyyatının  şah  əsəri  bu 
dastanlar son illərin siyasi günlük  mövzusunu təşkil etdilər. Azğınlaşmış bolşe-
vik  ruslaşdırma  siyasəti  gərəyincə  bunlar  azərbaycanlı  aydınları  yenidən  ələyib 
qızıl  qəlbirdən  keçirməyə  vəsilə  oldular”  (23,  2)  –  yazaraq,    bu  hakimiyyətin 
türkdilli xalqlar üçün necə fəlakətlər gətirdiyini göstərirdi.  
M.B.Məmmədzadə  “Dədə  Qorqud”  və  kommunizm”  məqaləsində  bu 
abidəyə qarşı hücumlardan bəhs edərkən bu münasibətin nəinki dastanın unutdu-
rulmasına gətirib çıxardığını, əksinə, ona olan marağın daha da artmasına, insan-
lara  ruh  yüksəkliyi  verən  eposun  türkdilli  xalqların  bütünləşməsini  saxladığına 
inamını  bildirmişdir:  “Dədə  Qorqud”  dastanı  Azərbaycan  türkünün  qızıl  kom-
munizm  dənizində  boğulmasına  mane  olan  bir  canqurtaran  olduğu  üçün    hər 
milli qəhrəman kimi QPU tərəfindən sürgünə məhkum edilmişdir” (11, 10). 
Həmin  məqaləsində Mirzə Bala  “Kalevala”nı  yazıya alan Elias  Lennor-
tun  (1802-1884)  fin  xalqı  üçün  bu  əvəzsiz  fəaliyyətindən  sonra  dünya  alimləri 
tərəfindən Homer qədər bir yüksək mərtəbəyə ucaldığını qeyd etməklə folklorun 
toplanması  və  təbliğini    millətin  hər  bir  üzvünün  ümdə  vəzifəsi  kimi  dəyərlən-
dirmişdir.  M.B.Məmmədzadənin  Almaniyanın  Münhen  şəhərində  nəşr  olunan 
“Qafqaziya”  dərgisində  1952-ci  ildə  (sayı  8,  10-12)  dərc  etdirdiyi  “Dədə  Qor-
qud” məqaləsində SSRİ adlanan ölkədə  türkdilli xalqlara münasibətin digərləri-
nə görə daha kəskin olması aydın görünməkdədir 
Bir cəhətə xüsusilə diqqət yetirmək vacibdir. Mühacirət folklorşünasları-
nın  araşdırmalara  ümumtürk  və  dünya  ədəbiyyatşünaslığı  kontekstində  yanaş-
masının nəticəsidir ki, hələ 1940-cı ildə dinləyicilər qarşısında məruzə kimi ha-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə