Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
69
hifəlik yazını yalnız nisgilli şairin deyil, qürbət acılarını çəkən bütün mühacirlə-
rin fəryadı kimi dəyərləndirmək mümkündür  
Qeyd etmək  lazımdır ki, Almas İldırım topladığı bayatıların  informator-
ları  haqqında  geniş  məlumat  verməsə  də,  yazdığı  kiçik  müqəddiməyə  belə  bir 
xatırlatma  əlavə  etmişdir:  “Kitaba  qoyulan  bu  bayatıları  toplarkən,  bu  yolda 
özündən  də  faydalandığım,  qürbətin  qəhri  üzündən  saçları  ağarmış,  zavallı  bir 
azəri  anasının  yaşlı  gözlərini  məchul  bir  nöqtəyə  dikərək  söylədiyi  bir  bayatını 
yazdıqdan  sonra o da,  mən də  susdum…susmaq…  əvət… o da başqa  bir cür  fər-
yad… 
Əzizim vətənə sarı, 
Yol gedər vətənə sarı.  
Çıxaydım dağlar başına,  
Baxaydım vətənə sarı” (3, s.5). 
Beləliklə, aydın olur ki, müəllif bayatıları özü kimi qürbətə düşən vətən 
həsrətli analardan – Azərbaycan türklərindən toplamışdır ki, bu da kitabın dəyə-
rini artırmaqdadır. Bundan əlavə, 42-ci səhifədə müəllif  belə  bir  izahat vermiş-
dir: “42 və 43-cü səhifələrdəki bayatılar Qars civarında söylənməkdədir. Bunlar 
M.B. arkadaşımızdan alınmaqdadır”. Məlumdur ki, Qars vilayətinin əhalisi içə-
risində azərbaycanlılar çoxdur və yaxşı haldır ki, Almas İldırım oradan  da baya-
tı toplanmasına diqqət yetirmişdir.  
Almaniyanın  Köln  şəhərində  yaşamaq  məcburiyyətində  qalan  Behruz 
Həqqinin  uzun  illərdən  bəri  davam  edən  toplama  fəaliyyəti  də  çox  əhatəlidir. 
Xüsusilə bir məqam diqqət çəkməkdədir. Behruz bəy Vətəninin azadlığı, hürriy-
yəti yolunda mücadiləyə qalxan və bu yolda dəfələrlə ağır zindan həyatı sürmə-
yə  məhkum  edilən  mücahidlərdəndir.  Tədqiqatçı  ağır  mənəvi,  fiziki  işgəncələr 
içərisində  olanda  da  fəaliyyətini  dayandırmamışdır  ki,  bunu  onun  topladığı  ör-
nəklərin  altındakı  “Tehran  zindanı”,  “Təbriz  zindanı”,  “Bəndərabbas  zindanı”, 
“Qızılqala zindanı”, “Sənəndəc zindanı” sözləri də təsdiq etməkdədir. 
Behruz  bəyin  bu  barədə  öz  xatirələri  İran  adlanan  ərazidə  ağır  yaşam 
mücadiləsi  verən  soydaşlarımızın  ürək  parçalayan  çətin  durumu  ilə  yanaşı,  bu 
insanlardakı sınmayan iradəni, sonsuz həyat eşqini, xalqına, vətəninə məhəbbəti 
əks etdirməkdədir: “...hərbi məhkəməyə aparıb bir neçə gün oyun-oyuncaq işlə-
rə şahid olandan sonra edam hökmü verərək məni zindana qaytardılar. İnanırdım 
ki, insan o vaxtadək ki, bir ictimai iş görə bilir – diri adlana bilər. Elə buna görə 
də ağır vəziyyətdə olmağıma baxmayaraq, uzun illərdən bəri sevdiyim ağız ədə-
biyyatının toplanmasına başladım” (19, s. 9).  
Behruz bəy bu fəaliyyətində onun kimi ağır şəraitdə əzab çəksə də, yar-
dım  etməkdən  çəkinməyən  məhkumları  sayğı  ilə  xatırlamışdır  ki,  bu  insanlar, 
doğrudan da, böyük hörmətə layiqdirlər. 
Nemat Rahmatı (22), Xavər Aslan (2), Behruz Həqqi (17; 18)  və başqa-
larının toplamaları, həmçinin mühacirət mətbuatının fəaliyyəti ayrıca qeyd edil-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
70
məlidir. Bütün deyilənlərlə yanaşı, mühacir ziyalılar xaricdə və vətəndə toplanan 
folklor örnəklərini hər zaman diqqətdə saxlamışlar. Bir fakta nəzər salaq. Xanım 
O.Şatskayanın  (M-me  Chatskaya  O.)  1928-ci  ildə  Fransada  “Asiya  jurnalı”nda 
(sayı  8,  s.  193-265)  “Tatar  xalq  şərqiləri”  (“Chansons  populaires  Tatares”)  adı 
altında  nəşr  etdirdiyi  Azərbaycan  bayatıları  ilə  bağlı  “Azərbaycan  yurd  bilgi-
si”nin 1932-ci il 11-ci sayının “Təhlil və tənqidlər” bölməsində Əhməd Cəfəroğ-
lunun  mülahizələri  dərc  edilmişdir.  N.K.Dmitriyevin  Azərbaycan  dilinin  tədqi-
qatına  həsr  edilmiş  müqəddiməsi  və  Şatskayanın  Gəncə  şivəsində  toplayaraq 
nəşr etdirdiyi 76 bayatıdan ibarət bu tədqiqatın təhlilini aparan Ə.Cəfəroğlu əsəri 
kəskin tənqid etmişdir. Hər şeydən əvvəl, müəllifi qəzəbləndirən tədqiqatın sər-
lövhəsi olmuşdur ki, bu da təbiidir. Ə.Cəfəroğlu doğru olaraq  yazmışdır: “Aşa-
ğı-yuxarı  bir  əsrdən  bəri  Şərqi  və  dolayısıyla  türkləri  tədqiq  edən  ”Journal 
Asiatique”  kimi  elmi  və  ciddi  bir  məcmuədə  “Chansons  populaire  Tatares”  – 
“Tatar xalq şərqiləri” sərlövhəsi altında  azəri türklərini   “tatar” deyə tanıtmaq, 
təəssüf  ki,  hələ  də  əski  rus  təbirini  xatırlatmaqdadır.  Anadolu  qardaşlarından 
ayırmaq qəsdilə ruslar tərəfindən zorla azərilər mühitinə idxal edilən bu təbir ar-
tıq bir daha tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalxmış və alim 
adlandırılan  madam  Şatskaya  və  Dmitriyevlərin  bu  yoldakı  xatirələrinə  ehtiyac 
qalmamışdır” (6, s.408). 
Lakin Əhməd bəyin haqlı iradları bununla bitməmiş, o, Dmitriyevin təd-
qiqatının səthi olduğunu qeyd etməklə yanaşı, Şatskayanın topladığı bayatıların 
da dəqiqliklə yazıya alınmadığı üçün orijinallığını itirdiyini, elmi cəhətdən naqis 
olduğunu bildirmişdir. 1934-cü ildə yazdığı “Şərqdə və Qərbdə azəri tədqiqləri” 
məqaləsində Ə.Cəfəroğlu yenidən həmin araşdırmanı xatırlatmışdır (8, s.237). 
Mühacir  ömrü  sürməyə  məcbur  qalanlardan  Hüseyn  Baykaranın  folklor 
materiallarının toplanması ilə bağlı fəaliyyəti ayrıca qeyd edilməlidir. Belə ki, o,  
“Azərbaycan istiqlal mücadiləsi” əsərində qaçaqçılıqla bağlı yaranan qəhrəman-
lıq  nəğmələri  və  əhvalatlarından  bəhs  edərkən,  sovet  senzurasının  qəzəbinə  tuş 
gələn parçalara xüsusi diqqət yetirmişdir. Məsələn,  müəllif  həmin kitabda “Qa-
çaq  Nəbi”  dastanında    Həcərin  dilindən  verilən  aşağıdakı  parçanı  örnək  olaraq 
vermişdir. 
Qazamat istidi, yata bilmirəm, 
Ayaqda qandalaq qaça bilmirəm. 
Açar urusdadır, aça bilmirəm, 
Mənim bu günümdə gələsən, Nəbi, 
Qazamat dalını dələsən, Nəbi (4, 91). 
Azərbaycanda nəşr olunmuş “Qaçaq Nəbi” dastanının məlum variantında 
“Açar urusdadır, aça bilmirəm” misrası “Qapısı bağlıdı, aça bilmirəm” şəklində 
dəyişikliyə  uğramışdır.  Sovet  senzurasının  bu  redaktəsi  sadəcə  bədii  redaktə 
deyildir,  dastanın  məzmununu,  Nəbinin  apardığı  mübarizənin  mahiyyətini  pər-
dələyən, onu mücərrəd istiqamətə yönəldən “məqsədli” bir dəyişiklikdir.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə