Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
57
Yaxud da: 
Bay Biləcin bəgligün versün 
Oqçı Kozan ərligün versün (12, 76, 81). 
Bu  sıranın  mətndə  əks  olunandan  qat-qat  uzun  olması  şübhəsizdir.  Bu 
baxımdan  bu  gün  sadəcə  “uğuz  qəbirləri”  adı  ilə  anılan  abidələrin  vaxtilə 
“oğuz  ərənlərinin”  ziyarətgahı  olmasına  şübhə  etmirik.  Qaynaqlarda  onlardan 
bəzilərinin  adları  da  çəkilir:  Türkmənistanın  Seraxs  rayonunda  və  Təbriz  ya-
xınlığında Qazan  xanın, Urmiyada Burla  xatunun, Sırdərya  vadisində  və  Dər-
bənddə Qorqudun, Şərqi Anadoluda Bayandur xanın və Kayı xanın ... 
Türk  inanışlar  sistemində  əcdadlara  tapınma  xüsusi  yer  tutur  və  tarix 
etibarilə qədimdir (37, 188-214). Türkmanlar  bu əcdadlara etnik  ünvan  verib, 
onların  şərəfinə  dastanlar  qoşurdu  (9).  Yuxarıda  deyilənlər  kontekstində  bu 
dastanların ifası oğuz əcdadların ruhuna səsləniş və onlardan yardım istəmə ki-
mi  yozulur.  Ozan  sənəti  ilə  şaman  sənətinin  kök  qohumluğu  da  bu  məqamda 
üzə çıxır.  
Repertuar.  Ozanlar  böyük  türkman  dünyasının  hər  tərəfinə  yayılaraq 
müxtəlif məclislərdə Oğuznamə söyləyirdilər. Onların  ifa etdikləri oğuznamə-
lər didaktik və epik olmaq etibarilə  iki yerə bölünürdü. Oxşar repertuar qazax 
jırçı  və  akınlarına  və  ya  başqırd  sesenlərinə də  xasdır (17, 53;  22,  103). Qor-
qudşünasların  əksəriyyəti  haqlı  olaraq  oğuznamələrin  sayının  “Kitab”dakı 
oğuznamələrdən qat-qat çox olması fikrindədir. Bu halda epik dövriyyədə çox-
saylı oğuznamələrin olmasına  şübhə  yoxdur.  Ancaq  belə  düşünmək olmaz ki, 
bütün ozanlar epik dövriyyədə olan Oğuznamələrin hamısını sinədəftər bilmiş 
və ifa etmişdir. Hər hansı bir ozanın mənsub olduğu məktəbdən və bir şəxsiy-
yət  kimi  zövqündən  asılı  olaraq  repertuarı  formalaşmalı  idi.  “Keçmişlər  bu 
günlərə  suyun  suya  bənzədiyi  kimi  bənzəyir”  (İbn  Haldun).  Görmədiyimiz 
ozanlardan  fərqli  olaraq  gördüyümüz  və  az-çox  bələd  olduğumuz  aşıqların 
repertuarı da elə bu şəkildə formalaşıb. Epik söyləyici nəinki bütün dastanları, 
hətta bir dastanın belə müxtəlif qollarını bilmir. “Koroğlu” dastanının  ifası bu 
baxımdan  maraqlıdır.  Məlum  olduğu  kimi,  bu  günə  qədər  “Koroğlu”  dastanı-
nın məlum qolları bir aşıqdan yazıya alınmamışdır. Səbəbi aydındır! Aşıq epik 
dövriyyədə olan qolların bir hissəsini bilir. Maraqlı burasıdır ki, türkmən bax-
şıları da elə bu gündədir. Onlar yalnız yaxşı bildiyi və sevdiyi qolları söyləyir-
lər  (15,  9-10).  “Kitab”a  başqa  boyların  yox,  məhz  bizə  məlum  olan  boyların 
düşməsini  də  bu  kontekstdə  anlamaq olar.  Deməli, ozan  mötəbər  məclisdə  ən 
yaxşı bildiyi və sevdiyi boyları ifa etmişdir.  
“Fərhəngi-şüuri”də ozanların  Oğuznamə  ilə  yanaşı, türkü  söyləməsi də 
vurğulanır.  “Kitabi-Dədə Qorqud”da  isə toyda qopuzun  müşayiəti  ilə  rəqsdən 
və ozanın yelətmə çalmasından söz açılır (18, 64-65; 90). Musiqi ilə bağlı olan 
bir  ifaçı kimi ozanın  xalq  musiqisini  və  mahnılarını  bilməsi  qəribə  deyil.  Bu-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
58
nunla yanaşı, ozan sənətinin bu üzünü məlumatların olmaması ucbatından təh-
lil imkanından məhrumuq. 
Auditoriya.  Qaynaqlardan  görünür  ki,  ozanların  fəaliyyət  meydanı  ge-
niş olmuşdur. Elat toylarından, şölənlərdən tutmuş, savaş meydanlarına, böyük 
saraylara qədər ozanların Oğuznamə söylədiyi məkanlar idi. Onlar ellər şəklin-
də təşkil olunub bəylər tərəfindən  idarə olunan türkman ellərini dolaşıb  müm-
kün məclislərdə bu xalqın ataları barədə dastanlar söyləyirdilər. “Qolça qopuz 
götürüb eldən-elə, bəgdən-bəgə ozan gəzər!” və ya “El-evünüzdə çalub ayıdan 
ozan olsun” aforizmi və alqışı bu gerçəkliyin ifadəsidir (18, 32).  
Oğuznamə  ifaçılığının ordu  və sarayla  bağlılığı  xüsusi  maraq  doğurur. 
Ozanların Səlcuqlu sarayı ilə əlaqəsi barədə elə bir məlumat yoxdur. Ancaq bu 
sarayın  Sultan  Alparslan  dövründən  başlayaraq  fars  mədəniyyətinin  təsiri  al-
tında  olması  bəllidir.  Səlcuqlu  sultanları  Oğuz  soyundan  olduqlarını  bilsələr 
də, onlar fars dili və ədəbiyyatının vurğunu idilər (19, 141-142). Ancaq sultan-
ların  verdiyi  şölənlərin  oğuz  törəsinə  uyğun  şəkildə  keçirildiyini  və  buraya 
əsas  etibarilə,  türkman  bəylərinin  və  əmirlərinin  dəvət  olunduğunu  nəzərə  al-
saq  (34,  80),  belə  məclislərin  ozansız  ötüşməsinə  inanmaq  çətindir.  Bununla 
yanaşı,  Konya  Səlcuq  sultanlığının  hüdudları daxilində  yaşayan türkman  ellə-
rində ozanların tüğyan etməsi şübhə doğurmur. Sultanlığın dağılmasından son-
rakı  dövrlərdə  türkman  bəyliklərinin  ozanlara  isti  münasibət  bəslədiklərini 
yaxşı  bilirik.  Maraqlıdır  ki, tarixçi Əli,  Germiyan  bəyini  vəzn  bilməyən (əruz 
vəzni nəzərdə tutulur) ozanı təqdir etdiyinə görə onu cahil adlandırır (20, 135). 
Buradan  görünür  ki,  Germiyan  sarayında  ozanlar  xoş  qarşılanmışdır.  Bütün 
türkman  bəyliklərinin  ozana  bu  şəkildə  xoş  münasibət  göstərməsinə  şübhə 
yoxdur.  Ozanların  Ağqoyunlu  sarayında  Oğuznamə  oxuması  haqqında  tarixi 
vəsiqə  yoxdur.  Ancaq  “Kitab”dakı  Oğuznamələrdə  Bayandır  soyunun  Oğuz 
elinin  hakiminə  çevrilməsi  Bayandır  soyundan  olan  Ağqoyunlular  sarayında 
ozanlara  xoş  münasibət  bəslənilməsini  göstərir.  Qaraman  bəyliyinin  aydın  bir 
milli şüura sahib olduğunu nəzərə alsaq, bu bəyliyin sarayında da ozanların se-
vildiyini  yəqin  etmək  olar.  Ehtimal  ki,  Topqapı  Oğuznaməsində  adı  çəkilən 
Səlim oğlu Qaraman və onun barəsində günümüzə çatmamış Oğuznamə Qara-
man bəyliyinin ozanlara göstərdiyi iltifatın göstəricisidir.  
F.Köprülü  fransız  alimi  Quatremerenin  Misir  Məmlük  tarixi  ilə  bağlı 
əsərində  Məmlük  ordu  mərasimlərində  ozanların  iştirak  etməsi  barədə 
“Məsalükül-Əbsar”,  “Kitabül-İnşa”,  “Xitati-Makrizi”  kimi  qaynaqlar  əsasında 
verdiyi məlumata diqqət yetirir və bu hadisəni Səlcuqlu imperiyasının təsiri ilə 
əlaqələndirir (20, 132-133). Fikrimizcə, Məmlük ordu mərasimlərində ozanla-
rın iştirakını Məmlük ordularında Səlcuqlu imperiyasını da yaradan türkmanla-
rın  varlığında  axtarmaq  lazımdır.  Əgər  Məmlük  ordularında  türkmanlar  var 
idisə, deməli, ozan da olmalı idi. Bir daha xatırladaq: türkmanların var olduğu 
yerlər ozanların fəaliyyət meydanı idi. Belə meydanlardan biri də Səlcuqlu or-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə