Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
49
Oğuznamələri yaradan və yüz illər boyu türkman
24
 
dünyasının içərisin-
də  ifa edərək yaşadan sənətkarlar olmuşdur. Belə sənətkarlar qaynaqların ver-
diyi  bilgiyə  görə,  ozan  və  ya  ozançı  adlanmışdır.  Oğuznamə  ifaçılarının  həm 
ozan,  həm  də  ozançı  adlanması  təsadüfi  deyil.  İş  ondadır  ki,  ozan  sözü  omo-
nim səciyyəli sözdür. 
Ozan  sözü  və  anlamları.  Ozan  sözünün  semantikası  araşdırıcıların  nə-
zərindən yayınmamış, müxtəlif araşdırmalarda bu sözün etimoloji izahına cəhd 
göstərilmişdir (42, 28; 27, 314-316; 2, 60-71; 40, 466-484; 33, 59-68; 6, 294). 
Bu araşdırmalardan bir şeyi aydıncasına seçib ayırmaq mümkündür: türk dilin-
də  uz/us  köklü  sözlər  “bacarıqlı”,  “mahir”,  “sənətkar”  anlamında  işlənir  (27, 
314-316). Ancaq sözügedən kökdən törəyən ozan sözü Oğuznamə söyləyən sə-
nətkardan başqa, Oğuznamə və Oğuznamə ifaçılığı ilə bağlı müxtəlif anlayışla-
rı da ifadə edir. Qaynaqların verdiyi məlumatlara nəzər salaq.  
Bəzi qaynaqlarda ozan sözü həm də Oğuznamənin “ifa tərzini və uyğun 
olaraq poetik formasını” ifadə edir. Şeyx  Süleyman Buxarinin (XVII) “Lüğə-
ti-cığatayi  və  türki-Osmani”  adlı  lüğətində  ozan  sözü  aşağıdakı  şəkildə  izah 
olunur: “Mani tərzində vəznsiz və nəğməsiz bir təranədir ki, Oğuz xan hekayə 
və dastanında söylərlər” (20, 141). Həmin söz eyni anlamda Budapeşt Akade-
miyasının kitabxanasında  saxlanan  cığatayca-farsca köhnə  bir  lüğətdə də  işlə-
nir. Burada ozan sözü “Oğuz xan və Qara xan” hekayəsinin “ifa tərzinin və ya 
havasının adı” kimi verilir: “Yek tor xanendegi başəd dər miyan ətrak dər nəğl 
Oğuz xan və Qara xan qoftənd” (20, 141). Ozan sözü həmin anlamda Oğuzna-
mədə əks olunur.  
Didaktik məzmunlu oğuznamələr əsasında tərtib olunmuş “Əmsali-Mə-
həmmədəli” adlı əlyazmanın  mətnində belə bir atalar sözü var: “Kim ozan de-
yər,  kim  qissə  deyər,  eylə  kim  yıralar”  (31,  52).  Bu  atalar  sözündə  müxtəlif 
tipli üç folklor hadisəsinin adı çəkilir. Qissə sözü ilk dəfə dini məzmunlu rəva-
yətlərə deyilmişdir (9, 272). Ancaq zaman keçdikcə bu söz öz anlamını geniş-
ləndirərək  kitab  mənşəli  hekayə, rəvayət  və  dastanları  da  ifadə  etmişdir.  Belə 
mətnlərin  söyləyicisinə  qissəxan,  kissaçi  və  ya  məddah  deyilirdi  (38,  27;  43, 
199-208; 15, 9;  8, 370-371). Yır sözünün də  mənası aydındır. Bu söz yır, jır, 
cır,  ır  və  s.  şəklində  müxtəlif  türk  dillərində  işlənməkdədir  və  avazla  oxunan 
lirik,  eləcə  də  epik  mətnləri  ifadə  edir.  Ehtimal  ki,  həmin  söz  ilkin  çağlarda 
“nəğməli  şeir”  anlamı  vermişdir. Sözügedən  qaynaqda  yır  sözünün ır  variantı 
“oxumaq”  anlamında  işlənir:  “Həmamda  ırlamaq,  ğəriblığda  ögünmək  qolay-
                                         

Müəllif  bu  etnonimlə  VIII  əsrdə  tarix  meydanına  çıxan,  oğuzların  onların  tərkibinə 
qatılması hesabına X əsrdə formalaşan və nəhayət, XVI əsrin əvvəllərində dağılan xalqı nəzərdə 
tutur. Türkmənistan türkmənləri, Azərbaycan və Türkiyə türkləri bu xalqın varisləridir (10, 123-
134).  Müəllifə  görə,  oğuzlar  haqqında  dastanlar  bu  xalqın  epik  yaradıcılığının  məhsuludur  və 
Oğuznamə  türkman  etnik  mühitində  etnik  kimlik  şüurunun  ifadəsi  olaraq  əcdadlar  haqqında 
dastanlar kimi yaranmışdır (9, 148-166).  


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
50
dır” (31, 93). Atalar sözünün məntiqi tələb edir ki, buradakı ozan sözü qissə və 
yır  kimi  müəyyən  qanunauyğunluqları  olan  şifahi  mətn  tipi  kimi  qəbul  olun-
sun. S.Əlizadənin bu atalar sözündəki ozon sözünü əzan sözünün dialekt vari-
antı  kimi  şərh  etməsi  tamamilə  yanlışdır  (31,  209).  Yuxarıdakı  qaynaqların 
ozan sözünə verdiyi anlam bunu bütün aydınlığı ilə göstərir. Sadəcə olaraq so-
nuncu  qaynaqda  bu  söz  fonetik  variantı  ilə əks olunur. Ozan  sözünün  deyilən 
anlamda  başqa  bir  variantı  isə  Ə.Nəvainin  “Mizanül-əvzan”  əsərində  işlənir. 
Əruz  vəzninə  həsr  olunmuş  bu  əsərdə  Ə.Nəvai  yazır:  “Ozanların  ozmağı,  öz-
bəklərin  budubudayı  heç  bir  vəznə  uyğun  gəlmir.  Ona  toxunulmadı.  Əsərləri 
olsa da, onun əruz elminə dəxli yoxdur” (24, 73). “Mizanül-əvzan”da əks olu-
nan ozmaq sözü yuxarıdakı qaynaqlarda özünə yer tapan ozan-ozon sözü ilə bir 
kökdəndir  və  onlarla  eyni  anlam  daşıyır.  Maraqlıdır  ki,  ozmaq  sözü, 
F.Köprülünün qeyd etdiyi kimi, “Məntik ət-Teyr”in Gülşəhri tərəfindən türkcə 
tərcüməsində də iki yerdə qopuzla əlaqəli şəkildə işlənir (20, 143).  
Bəzi qaynaqlarda Oğuznamə söyləyicisinin ozançı adlanması problemə 
nisbətən işıq tutur. Sözün ozançı şəkli  1439/40-cı illərdə dünyaya gələn Hami-
dinin divanında  əks olunur. Öncə Şirvanşah sarayında olan Hamidi 1459/60-cı 
illərdə Sultan  Mehmet  Fatehin  sarayına gəlmiş  və Sultanın  böyük  iltifatlarına 
nail olmuşdur.  Hamidi türkcə-farsca divanında Xəlili  Səmərqəndi  adlı  bir  şai-
rin  Şirvanşah  sarayında  bir  ozançıya  məğlub  olduğunu  söyləyir  (20,  39). 
Ozançı  sözü  Şeyx  Süleyman  Buxarinin  yuxarıda  xatırlatdığımız  lüğətində  də 
işlənir.  Burada  ozan  söyləyən  şəxs  ozançı  adlanır  və  izahı  verilir:  “Davul  və 
dəf çalaraq ozan, yəni mani və şərqi oxuyan adam” (20, 141-142). Göründüyü 
kimi, bu lüğətdə ozan oxunan havanı, ozançı isə onu ifa edən şəxsi bildirir. Be-
lə  görünür  ki,  poetik  forma  və  onunla  uzlaşan  havanın  ozmaq  və  ya  ozon  ad-
landığı bölgələrdə ifaçı, ozan, musiqili və mahnılı mətnin ozan  adlandığı böl-
gələrdə  isə  ifaçı  ozançı  adlanmışdır.  Bu  halda  ozan  sözünün  öncə  Oğuznamə 
havasının  və  poetik  formasının,  yaxud  Oğuznamə  söyləyicisinin  adı  olması 
məsələsi  problem  olaraq  qarşıda  dayanır.  Oxşar  vəziyyət  Oğuznamənin  ifası 
zamanı istifadə olunan musiqi alətinə münasibətdə də müşahidə olunur. Şeyba-
nilərin  hakim  olduğu  torpaqlarda  yaşamış  Hafiz  Dərviş  Əli  Cəngi  XVI  əsrin 
sonlarında musiqi haqqında yazdığı risalədə “türklərin qədim və məşhur musi-
qi  aləti  olan  qopuzun  Cəlayir  xanədanından  Sultan  Üveys  zamanında  (1356-
1374)  ozan  adlı  bir  musiqi  alətindən  alındığını,  ozanın  isə  oğuzlar  arasında 
köhnə  zamanlardan  çox  məşhur  olub,  qəhrəmanların  döyüşdən  öncə,  həmişə 
yanlarında gəzdirdikləri  bu  çalğını  çaldıqlarını  və  bunu  çala  bilməyənləri  yad 
sayıb  şəhərdən  qovduqlarını  yazır”  (20,  1966,  138).  Qopuzun  ozan  adlı  çalğı 
alətindən  alınması  haqqında  məlumatı  çıxmaq  şərtilə  yerdə  qalan  məlumatlar 
tarixi  vəsiqələrdən  yox,  Oğuznamədən  baş  götürür.  Maraqlıdır  ki,  qopuz 
“Zübdətül-ədvar” adlı musiqi əsərində də ozan adlanır (20, 139). Onu da deyək 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə