Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
38
məkdir. “Və o 1500 nəfər ki, gəlmişdi, o biyətini götürdü oların üzərindən. De-
yir, bizim getdiyimiz şəhadət yoludu, biz şəhid olaciyıx. Biətimi götürdüm,
azadsınız. Hər kim istəsə, gedə bilər, ailəsinə qovuşa bilər, qayıda bilər. Kimi bu
yolu istəyirsə, qala bilər. O kəslər ki, əvvəlcədən elə fikirləşirdilər ki, imam ge-
dir Kufəyə bunu orda xəlifə seçəllər, bizə bir vəzifə, məqam veriləcək və biz qə-
nimət topluyacayığ, o şəxslər ayrıldılar, təbii. İmam özü biəti götürdü. Ama so-
radan biz yol boyun ona rastlaşan insanlara İmamın müraciət edib bizə kömək
eliyin dediyini gördük. Bu o demək deyil ki, İmam Hüseyn Əlehissəlamın o kö-
məyə ehtiyacı vardı, yox, məsələ onda deyil. Əgər köməyə ehtiyacı olsaydı, o
əvvəlki gedənlərin üzərinnən o biyəti götürməzdi. Hətta İmam Hüseyn Əlehsə-
lam Allah yolunda ölmək üçün, o məqama çatmaq üçün, o insanları da saf-çürük
elədi. Həqiqi Allah sevgisi qəlbində olanlar bu məqama layiqdi.”
14
Tasua Məhərrəmin 9-cu günüdür ki, bəzi yerlərdə Tasua axşamı Kərbəla
şəhidlərinin ən çox sevilənlərindən biri olan Hz.Əbül Fəzl Abbasın (Əbəlfəz)
matəminə tutulan yasla xarakterizə edilir. Ancaq xalqın Əbəlfəzl adlandırdığı,
Hz.Hüseynin qardaşı və ələmdarı Hz.Abbas Məhərrəmin 7-dən su yollarının
bağlanması nəticəsində susuz qalanlara su gətirmək üçün Məhərrəm ayının 10-
cu günü, Qətl sınmadan az öncə tək başına düsmən ordusuna hücum edib müha-
sirəni yarmış, Fərat çayına çataraq su gətirməyə çalışmışdır. Tuluqları Fərat ça-
yından doldurub gətirərkən Yezidin adamları tərəfindən qolları kəsilmiş, buna
baxmayaraq su tuluqlarını dişləri ilə daşımağa çalışmış, tuluqlar zəhərli oxlarla
oxlandığında, su axıb yerə tökülmüş, ruhdan düşdüyündən və kürəyindən aldığı
ölümcül zərbədən halsızlaşmış, başı kəsilərək şəhid edilmişdir. Masallı rayonu-
nun bəzi kəndlərində, məsələn, Xırmandalıda Tasuaya Tasuğa deyilir, bəzi
kəndlərdə isə buna Tasüə/Təsüə, Lənkəranda el arasında taşura deyilir.
Şəhid olanda Hz.Abbasın 35 yaşı vardı. Kərbəla dastanına görə susuz-
luqdan yanan Hz.Abbas Fəratın suyunu ovcuna alıb içmək istəmiş, ancaq qarda-
şının və onun yanındakıların susuz olduğunu xatırlayıb suyu içmədən tuluqlara
doldurmuşdur.
Hz.Hüseynin ələmdarı Hz.Əbül Fəzl Abbas ana tərəfdən Yezidin qoşun-
larını Kərbəlaya gətirən qəbilənin və ya Şümürün olduğu tayfanın qızının oğlu
olduğu üçün qorunmaq istənmişsə də bunu qəbul etməmiş, qardaşının yanında
ölməyi seçmişdir. Tasua günü xalq Kərbəlanın ilk şəhidlərindən olan Əbəlfəz-
ləbbas üçün ağlayır, onun şərəfinə mərsiyələr, oxşamalar söyləyir. Sözlü ənənə-
də Əbəlfəzin kəsilən qolları haqqında söylənən mərsiyələr, ağılar əslində yazılı
ədəbiyyat-folklor əlaqəsinin canlı nümunəsidir:
“Zeynəb baxanda İmam Hüseyinin üzünə, gördü İmam Hüseynin rəngi
saraldı. Dedi:
14
Söyləyici: Vüsal Cəfərov, axund, doğum tarixi 1978, təhsili ali, Lənkəran rayonu Mamusta
kəndi
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
39
– Saralan rəngüvə bacularun qurban, qardaş. Niyə rəngün saraldı, bu ha-
la qaldun?
Dedi:
– Bacı, bacı evim yıxıldı, belim sındı, Əbəlfəz getdi.
Yarı yol getmişdi gördü Zülcahan yetimi. Dedi:
– Zülcahan, sənin də mənim kimi belin sınıb?
Gördü Əbəlfəzin bir cüt qolları düşüb. Götürdü qolların basdı bağrına.
Dedi:
– Düşən qollarıva qurban, qardaş.
Gedə-gedə səslədi:
– Ay Əbəlfəz, ay Əbəlfəz. Səsimə səs verginən məgər sən döyürdün mən
imdaduma çağıran kimi gələn, aç gözdərivü, baxginən mənə.
Əbəlfəz nıqqıdıyır, dodağından səda gəlir. Bacısı Əbəlfəzin başını aldı
dizinin üstünə. Gördü deyir:
– Ay bacı, ay bacı. Nə yaxşı sən gəldin.
Qardaş can verəndə nənə arzuluyar, qardaş arzuluyar, ata arzuluyar. Aldı
basdı bağrına onun yaralı başını. .........
Durub getmə, bu gün məni
Zəlil etmə, bu gün məni
Çox xar etmə, bu gün məni
Qoyub getmə, bu gün məni
Allah, bimara bağlaram
Kimə ümidim bağlaram
Nə qədər zara bağlaram
Qoyub getmə bu gün məni
Zəlil etmə bu gün məni.
Heç qız anasız olmasın .
Mən tək ümidsiz qalmasın
Qoyub getmə, bu gün məni
Zəlil etmə, bu gün məni.
Şam eli bihudə gedərəm
Mən nəçiyəm heç bilmərəm
Aparmasan mən ölərəm.
Xar etmə, bu gün məni
Zəlil etmə, bu gün məni.
Üzümü tutaram divara
Kim qoyar məni məzara
Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər ● 2014/1
40
Rəhm eliyün mən bezara
Qoyub getmə, bu gün məni
Zəlil etmə bu gün məni.
Mən yetimə ol pasiban
Əcəl məni gələr qoymaz
Aman, məni qoyub getmə
Alma kimi soyub getmə.”
15
Azərbaycanda Məhərrəm ayında ən çox adı çəkilənlərdən və haqqında
mərsiyə söylənənlərdən biri də Əbəlfəzl Abbasdır. Hətta Azərbaycan türkləri
and içərkən də Əbəlfəzl Abbasa and içərlər.
Lənkəranda Tasua axşamı Məhərrəmliyi keçirənlər atdan istifadə etmək-
lə niyyətlərinin həyata keçəcəyinə inanırlar. “Hər Taşura axşamı atı gətirillər
meçitin həyətinə, kiminsə uşağı yoxdu, kiminsə niyəti var, onun üstündə otuzdu-
rullar həmin adamı, onun başınə qarə çadrə örtüllər, onun qucağınə o balaca be-
şiyləri verillər. Beş dəfədi, dəqiq deyə bilmərəm, yeddi dəfədi olar meçidin qa-
bağındə dövrə vurullar. Ələmlər də onların əlində.”
16
3.3. Qasımın otağı
Şəbihin ən təsirli və vazkeçilməz elementlərindən biri də Qasımın otağı-
dır ki, anlamı Hz.Qasımın toy otağı deməkdir. Doğrudur, Hz.Qasımın Kərbəlada
şəhid olarkən 13-14 yaşlarında olduğu və hətta qaynaqların da göstərdiyi kimi
belə bir toyun olmadığı, Hz.Hüseynin Kərbəlada Qasımla evlənəcək qızının ol-
madığını, belə faciəli bir anda bütün hadisələrin döyüş və şəhadət məhvərində
dolandığı bir zamanda, yaxınlarını itirən və ölümlə üz-üzə duran İmam Hüsey-
nin (ə) toy barədə düşünməsinin, öz qızını ərə vermək fikrinə düşməsinin ağıla,
məntiqə sığmadığı bildirilir.
17
Ancaq buna baxmayaraq Aşuranın keçirildiyi hər
yerdə Qasım otağı bəzəmək adəti vardır. Burada məsələ xalqın Kərbəla tarixini,
Hz.Hüseynin şəhadətini və Aşuranı olduğu kimi yaşatmasında deyil, arzu etdiyi,
görmək istədiyi şəkildə təqdim etməsindədir. Bu, bir folklor hadisəsidir. Folk-
lorsa tarixi deyil, onun ruhunu, hadisələri deyil, onun məğzini yaşadır və nəsillə-
rə ötürür.
Kərbəla dastanına görə Hz.Qasım böyük şücaət sahibi idi. Aşuraya keçən
gecə İmam Hüseyn (ə) öz tərəfdarlarını toplayıb, onlarla vidalaşdı, sabah özü-
nün və Onunla birlikdə qalan şəxslərin şəhid olacağını bildirdi, istəyənin düşər-
15
Söyləyici: Güləsər Dadaşova, doğum tarixi 1942, təhsili 7-illik, Masallı rayonu Musaküçə
kəndi
16
Söyləyici: Rəsmiyyə Əliyeva, doğum tarixi 1968, təhsili orta, Lənkəran rayonu Mamusta
kəndi
17
islam.az
Dostları ilə paylaş: |