Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə18/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   14   15   16   17   18   19   20   21   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
41
gəni tərk edib getməsinə icazə verdi. Bu zaman Qasım əmisindən soruşdu: “Mən 
də öldürülənlərin arasında olacağammı?” İmam Hüseyn (ə) Qasımın sualına su-
alla cavab verdi: “Ölüm sənin üçün nə deməkdir?” Qasım buyurdu: “Baldan da-
ha şirindir”. Bu sual-cavab Qasımın Əhli-beyt xanədanına layiq bir övlad oldu-
ğunu bariz şəkildə göstərir.
18
 Söyləyicilər də əslində bunları anladır, xalq da na-
kam bir zifaf gecəsini göstərməklə Əhli-beytin fəzilətinin bizlərə dərs olacağını 
bildirir. 
Kərbəla folkloruna görə İmam Həsənin oğlu Qasım əmisi Hz.Hüseyndən 
döyüş  meydanına  getmək  üçün  izn  istəyir.  İzn  ala  bilmədikdə  dərdini  anasına 
söyləyir. Anası ona:  
– Oğul niyə ağlıyırsan?  
Dedi:  
–    Mənim  də  atam  sağ  olseydi,  əmim  mənə  sabahkı  meydanə  getməyə 
izn verərdi.  
Getmək istəyirdi əmisinin qənşərinə. Şəhid olmağ istəyirdi, anası dinmə-
di.  Durdu  yavaş-yavaş  sandığı  açdı  bir  namə,  bir  bazubənd  çıxartdı.  Bazubənd 
qolbağ idi, namə də onun üstündə idi. Dedi:  
– Oğul, apar ver əminə. Əmin oxuyacaq o naməyə nə  yazılmışdı. Onda 
əmin meydanə getməyüvə izn verər.  
Namədə nə  yazılmışdı.  Atası Həsən öz dəsti  xətti  ilə  yazıb peçatın  vur-
muşdu. Qardaş, mənə qismət olmadı sənin qənşərində şəhid olmağ. Oğlum Ab-
dullahnan  İmam  Cənabi  Qasımı  sənə  qurban  verirəm.  O  şərtnən  ki,  qızın  Fati-
məni əmisi oğluna ərə verəsən. 
Aldı  naməni,  sevinə-sevinə  getdi  İmam  Hüseynin  qənşərinə.  İmam  qar-
daşının yazdığı naməni oxudu, gözünün yaşını tökdü. Dedi:  
– Oğul, sabah gedərsən, sənin məqamun gələndə izn verəcəyəm.  
Çağırdı bacısı Zeynəbi, dedi:  
– Qəmkarım bacı, get Fatiməyə deyinən ki, babun onu ərə verir əmin oğ-
luna. Qanlı Əli Əkbərin qanlı köynəkləri. Cənabi Qasıma toy eyləsin.”
19
 
Qasım  mərsiyə,  rövzə,  növhələrdə  ən  çox  xatırlanan  Əhli-beyt  qəhrə-
manlarından  biridir.  Kərbəlada  toyu  olan  və  səhəri  şəhid  olan  Qasımın  nakam 
toyu ilə bağlı çoxlu mərsiyələr, növhələr, ağılar söylənir. Qasımın gərdək gecəsi 
adlanan gecə qadınlar ağlayır, nakam aşiqi yad edirlər. Qasımın otağı bəzənir və 
iştirakçılar Qasımın təmsili cənazəsini oxşayaraq ağlayırlar: 
Həsrətəm gül camalına 
Dözə bilməm ayrılığa   
Dur ayağa, Qasım, oyan 
Məzarın üstə gəlmişəm.  
                                         
18
 islam.az 
19
 Söyləyici: Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Masallı rayonu Ərkivan kəndi 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
42
Bağlamışam başıma qara məcari 
Geyməmişəm heç əynimə şahzəri  
Xəzan vurub gülüm solub  
Əsir bağımda, sərsəri  
Dur ayağa, Qasım, oyan.
20
  
Döyüş  meydanına  zirehsiz  girən  və  yezidlərdən  çoxunu  öldürən  Qasım, 
nəhayət yaralanıb düşmənlərin arasında qalır. Onun fəryadına Hz.Hüseyn yetişir 
və başının kəsilməsinə əngəl olur. Kərbəla dastanına görə Qasım ağrının şiddə-
tindən ayaqlarını yerə vururdu. O, İmam Hüseynin qolları arasında şəhadətə ye-
tişdi. Hz.Hüseyn Qasımın cənazəsini çiyninə alıb xeymələrə sarı gətirdi, Əli Ək-
bərin nəşinin yanında yerə qoydu. 
Yenə Kərbəla folkloruna görə Hz.Qasımın gərdək otağı Tasua gecəsi bə-
zənir. 
 
3.4. Ələm (Tuğ) gəzdirmək 
 
Aşura  gününün  ən  yadda  qalan  qismi  ələm  (bayraq)  gəzdirməkdir.  Mü-
səlmanların sevimli qəhrəmanı Əbülfəzl Abbas Hz.Hüseynin qardaşıdır və onun 
ələm  gəzdirəni,  ələmdarıdır.  Hər  iki  qolu  kəsilən  Əbəlfəzin  daşıdığı  ələm  yerə 
düşdüyündən Aşura günü ələm gəzdirmək yerə düşən ələmi bir daha qaldırmaq 
mənasına gəlir. Və Məhərrəmlikdə ələm sahibi Hz.Əbül  Fəzl  Abbas qolları qə-
ləm olan (kəsilən), su uğrunda şəhid kimi acılı ağılarla xatırlanır.  
Xəbər verin Peyğəmbərə! 
Yıxıldı sahibi ələm! 
Yıxıldı sahibi ələm! 
Olubdur qollarım qələm! 
Yıxıldı sahibi ələm! 
Yıxıldı sahibi ələm!
21
  
Azərbaycanın  çox  yerində  ələmin  müqəddəs  torpaqlardan,  xüsusən  də 
Kərbəladan gəldiyinə inanılır. “Bu ələm Kərbəladan gəlib. Onun (Əbəfəzləbbas) 
qollarını vurublar, onun qolları düşüb yerə, o yerdə o qollar daşa dönüb. O, hə-
min onun əlidi deyir. Oların əlidi deyir. Yetmiş  iki şəhidi-şühədadı, beş kimsə-
nədi.”
22
 
Xalq arasında Aşura gününə Qətl sınan gün deyilir. Ələm, əsasən Qətl sı-
nana  qədər,  yəni  günortaya  qədər  gəzdirilir.  Ələm  canlı  varlıq  kimi  özünü  ora-
bura vurur, kimin nəziri var, onun yanına gedir. Qətl sınanda ələm də ölür, başı-
nı  yerə qoyub cansız qalır. Sonra onu ehtiramla qaldırıb sandığa qoyurlar. Bəzi 
                                         
20
 Söyləyici: Südabə İsayeva, doğum tarixi 1952, təhsili orta, Masallı rayonu Ərkivan kəndi 
21
 Söyləyici:  Mehriban  Şahmarova,  doğum  tarixi  1965,  təhsili  orta,  Lənkəran  rayonu  Bürcəli 
kəndi 
22
 Söyləyici: Xannoz Əskərova, doğum tarixi 1962, təhsili orta, Lənkəran rayonu Mamusta kəndi 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
43
yerlərdə ələm ev-ev gəzdirilir, bəzi yerlərdə o camaatın toplaşdığı meydanda, bu 
seyidin həyəti, kərbəlayının evi, məscidin həyəti və ya hər hansı bir yer ola bilər, 
gəzdirilir. Ələm, tuğ – bunlar məhərrəmliyin qutsal əmanətləridir ki, gələn Mə-
hərrəmliyə qədər sandıqda saxlanılır. Aparılan toplama zamanı da xalqın ələmə 
çox  inandığının,  onun  qeybdən  gəldiyinə  inandığının  şahidi  olduq.  Məsələn, 
Masallıda Mir Tağı Ağanın övladları belə bir şey anlatdılar.  
“Ora qeybən  ələm gəldi, axşam. Bizdə  həmişə  söbət olurdu ki,  bu evdə 
Əbəlfəz ələmi yoxdu, ocağımızda. Bir kəs gəlib, atam dedi, mən bı adamı tanı-
mıram. Ürbənddi adam imiş. Arxadan gəlib, qəbristanlığın birinci qapısı var, bi-
zə tərəf. Orda salam verib atama. Atam deyir başıaşağı belə gəlirəm, deyib ki, ay 
ağa, səə qurban olum, sənə əmanət gətirmişəm. Qara bayrağ  yazılı, arasında da 
ələm. Vermişdi atama, atam gətirdi, onu qoyduğ ocağa.”  
Ələm  mis  materialdan  olur,  beş  barmaqlı  əl  şəklində,  bu  Pənceyi-Ali 
Əbanı təmsil edir. 
 
3.5. Şərbət paylamaq 
 
Məhərrəmin onuncu günü şərbət paylamaq Aşura elementləri içində mü-
hüm yer tutur. Bütün elementlər Kərbəlanı xatırlatmaq, o acıları bir də yaşatmaq 
olduğundan  şərbət  paylamaq  da  susuzluqdan  çəkilən  əziyyəti  göstərmək  üçün-
dür, çünki şirin şərbəti içənlər qısa bir zamanda yanqı hiss edir, su içmək istəyir-
lər. Onsuz da səhərdən su içməyib, yemək yeməyən əzadarlar şərbətin gətirdiyi 
susuzluqla az da olsa imamın və tərəfdarlarının çəkdikləri cəfanı yaşamış olurlar. 
Şərbəti  daha  çox  nəzir  deyənlər,  niyyət  edənlər  hazırlayıb  paylayırlar.  Şərbəti 
qaynar suya şəkər qatmaqla və bəzən də içinə zəfəran əlavə etməklə hazırlayırlar. 
 
3.6. Vaveyla gecəsi 
 
Kərbəlanın Əhli-beyt içində ilk şəhidi İmam Hüseynin oğlu Əli Əkbərdir. 
Görünüşü etibarı ilə Hz.peyğəmbərə ən çox bənzəyən (buna görə də mərsiyələr-
də  şəbihi-peyğəmbər  adlandırılır)  Əhli-beyt  üzvüdür.  Hz.Əli  Əkbər  Kərbəlada 
şəhid olarkən 27 yaşı vardı. Əli Əkbərin qətli bütün əshabların ölümündən sonra 
olur. O, Əhli-beytdən ilk şəhid olandır. Əhli-beytdən başqa heç kim qalmadıqda 
Əli  Əkbər  atasından  icazə  alıb  meydana  girir.  “Allahu  Əkbər”,  “təbarəkəllah” 
nidaları altında Kərbəla dastanına görə 120 yezidi məhv edir. Ancaq həm aldığı 
yaralardan,  həm  də  suzuzluqdan  taqətdən  düşür. Buna  baxmayaraq  döyüşü  da-
vam etdirir və öldürdüyü kafirlərin sayı 200-ə çatanda Mərrət ibn Mənqəz Əbdi 
adlı bir yezidin öncə qılınc və sonra da nizə zərbəsi ilə ölümcül yaralanır, qanına 
qəltan olmuş halda atın boynundan asılı qalır, at da onu düşmən qoşununun içinə 
aparır. Düşmənlər onun bədənini tikə-tikə doğrayırlar.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə