Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
32
2. Aşuradan öncəki rituallar 
 
Bütün İslam aləmində olduğu kimi türk dünyasında da Məhərrəmlik tazi-
yələri, Kərbəla hadisələri, Aşura günləri ritual elementlərlə çox zəngindir. Bu ri-
tualların  bir çoxu ümummifoloji  anlamlı olub əski türklərin  inanc sistemləri  ilə 
birbaşa  bağlıdır.  Ona  görə  də  Kərbəla  və  Aşura  türklərdə  daha  çox  təntənə  və 
zəngin  rituallar  içində  keçirilmişdir.  Təbii  ki,  Kərbəla  hadisələri  ilə  bağlı  ritu-
allar  müsəlmanların  birlik,  bərabərlik  duyğularını  gücləndirən  ən  təsirli  İslami 
elementdir.  Buna  baxmayaraq  hər  nədənsə  uzun  zaman  elmdə  Aşuranın,  Şəbih 
meydan  tamaşalarının  ritual  tərəfləri  əsasən  yunan  mifologiyasında,  qismən  də 
Misir  və İran  mifoloji görüşlərində axtarılmış  məsələyə bu aspektdən baxılmış-
dır.
4
 Bunun  ən  böyük  səbəbi  türk  mifologiyasını  bilməmək,  türk  inanc  tarixinə 
bələd olmamaqdır.    
Məlum olduğu kimi ritual  fərd və  ya qruplarla bağlı  bəzi dəyərlərin uy-
ğun zamanlarda demək olar ki, dəyişməyən vərdişə çevrilmiş davranış biçimləri 
ilə təkrarlanması kimi tərif edilir. Rituallar keçirilmə məqsədlərinə və vaxtlarına 
görə fərqli şəkillərdə təsnif edilmişdir ki, bunlardan bilinən və məlum olanı ke-
çid  ritualları,  təqvim  ritualları  və  ruhdan  düşmə  və  ya  kriz  zamanı  rituallarıdır. 
Cəmiyyət həyatına təsirinə görə rituallar sosial birliyi saxlayan, onu möhkəmlə-
dən  əsas  amil  kimi  görünür.  Bundan  başqa  əsas  xarakterinə  görə  kollektiv  bir 
özəllik daşıyan rituallar qrupu, kollektivi bir yerdə tutmaqda, yardımlaşma, bir-
birinə dayaq olmaq hissini artırmaqda, cəmiyyətin kollektiv şüurunu gücləndir-
məkdədir. Rituallar keçmişi günümüzə, günümüzü də gələcəyə bağlayan körpü-
dür.
5
 
Bolşevik inqilabına qədər Azərbaycanın hər yerində Məhərrəmlik göstə-
ricilərinin  geniş  yayıldığını  həm  səyyahlar,  həm  araşdırıcılar,  həm  də  artistlər 
qeyd etmişlər. Şimali Azərbaycanın Qarabağ, Aran və Cənub bölgəsində xüsusi 
hazırlıqla keçirilən  Məhərrəmlik  mərasiminin özünəməxsus ritualları olmuşdur. 
Zamanla bunların bəziləri sosial, siyasi səbəblərdən unudulmuş, bəziləri də məz-
mununu dəyişmişdir. Təbii ki, Şəbih tamaşalarından öncəki ritual tamaşalarının 
başında  Aşura  başlamadan  səhər  erkən  vaxtdan  sinəzənlər/əzadarlar,  zincirzən-
lər  adlanan  qrupların  ritual  göstəricilərinin  gəlməsidir.  Əzadarlar  və  ya  Cənub 
bölgəsində adlandığı kimi sinəzənlər on adamdan iyirmiyə qədər olur ki, bunlar 
bir cərgə boyu düzülüb sol əlləri ilə bir-birinin bellərindən tutur, sağ əlləri ilə rit-
mik bir şəkildə sinələrinə və dizlərinə vururlar. Sinəzən qrupunun bəzən üst pal-
                                         
4
 Bax. Sultanlı Ə., 
Azərbaycan dramaturgiyasının inkişaf tarixindən, Azərnəşr, B., 
1964
; Rəhimli İ., Azərbaycan teatr tarixi. Çaşıoğlu, B., 2005; And M., 
Ritüelden drama. 
Kerbela-muharrem-taziye, YKY, İstanbul, 2012
  
5
 
Karaman K., “
Ritüellerin toplumsal etkileri”, SDÜ Fen Edebiyat Fakültesi Sosyal Bilimler 
Dergisi,  Mayıs 2010, Sayı:21, s.227 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
33
tarlarını soyunub əlləri ilə çılpaq bədənlərinə vurduğu da bilinir. Burada önəmli 
olan sinəzənlərin ayaqları ilə sürətlə önə və geriyə hərəkət etmələri və bu zaman 
“Şaxsey”,  “Vaxsey”  demələridir.  Qrup  sağdan  sola  dönməklə  daha  sürətli  bir 
temp  ilə  Həsən,  Hüseyn,  Ya  Hüseyn  deyir,  bunu  bir  teatr  hadisəsinə  çevirirlər. 
“Aşura günü halva-yuxa paylıyardılar. Şəbeh tamaşası olardı. Buların biri İmam 
Hüseyn  olarmış,  biri  Əbəlfəz  olarmış.  Atın  üstündə  al  qanın  içində  olarmışlar. 
Zincir vurarmışlar. Ocağın qabağı dolu olarmış. Ələmi aparardılar gəzdirərdilər. 
Mərsiyə deyərdilər. Bir qiyamət olurdu. Səhərəcən “Hüseyn” deyə-deyə sinə vu-
rardılar.”
6
 Söyləyicinin  də  anlatdıqlarından  göründüyü  kimi  artıq  Məhərrəmlik 
ritualları icra edilmədiyindən yavaş-yavaş unudulmağa doğru üz tutur.  
Zəncirzənlər də əllərində zəncir ya kəndi dolaşaraq, ya da ritual meydan-
da  baş  verirsə,  meydana  toplaşaraq  eyni  anda,  irəli-geri  hərəkətlə  kürəklərinə 
zəncirlə vururlar. Azərbaycanda, İranda şiələr Aşura günündə Kərbəlada ola bil-
mədiklərinə,  Hz.Hüseynə  kömək  edə  bilmədiklərinə,  imamın  çəkdiyi  müsibətə 
mane ola bilmədiklərinə görə kürəklərinə zəncirlə vuraraq özlərinə əziyyət verir-
lər.  Bu  qrup  kürəklərinə  o  qədər  çox  zəncir  vurur  ki,  əyinlərindəki  köynəkləri 
yırtılır, kürəkləri zəncirin zərbələri altında qızarıb şişir, qızaran yerlərdən qan çı-
xır.  Təbii  ki,  burada  başqa  bir  qrupun  başlarına  qılınc,  xəncər,  böyük  bıçaqla 
zərbələr vurması nəticəsində əyinlərinə geydikləri ağ paltarlarını qanın rəngi ilə 
qırmızıya  boyamalarını  da  qeyd  etmək  lazımdır.  Əslində  Azərbaycanın  Cənub 
bölgəsində  həm  sinəzənlər,  həm  də  zincirzənlər  Məhərrəm  ayının  1-dən,  10-a 
qədər bu tamaşaları göstərirlər. Bunu özünəməxsus əza qafiləsi də adlandırmaq 
olar. Xüsusən də zincirzənlər ev-ev, məhəllə-məhəllə gəzir, Şaxsey (Şah Hüseyn 
sözünün  qısaltması),  Vaxsey  (Vah  Hüseyn  sözünün  qısaltması)  sədaları  altında 
bu tamaşaları böyük bir şövqlə göstərirlər.  
Geniş  yayılan rituallardan  biri də  Aşura günü ülgüçlə  və  ya  iti  xəncərlə 
alını  çərtmək  yolu  ilə  qan  alınmasıdır  ki,  bu  da  şiə  inancına  görə  böyük  savab 
sayılır. Aşura günü alnı çərtmə və qan axıtma qanı qana qatmaq mənasına gəlir. 
Kərbəla  qan  gölünə  dönmüşsə,  İmam  Hüseynin  və  yaxınlarının,  əhli-beytinin, 
qardaşı  Hz.Əbəlfəzin,  oğlu  Əli  Əkbərin,  qardaşı  oğlu  Qasımın,  körpələrin  və 
qızların qanı axıdılmışsa, müsəlmanlara da o acını qan çıxarmaqla yaşamaq dü-
şər. Yaşı  lap kiçik olan körpələrdən  başlayaraq  yetkinlik  yaşına çatan uşaqlara, 
yaşlılara qədər başlarını ülgüclə və ya lezva ilə, ya da xəncərin iti tərəfi ilə çərtə-
rək qan çıxartmaq Məhərrəmlik rituallarının önəmli ünsürüdür. Son zamanlarda 
geniş yayılan tənqidin nəticəsində bu element çox yerdə xəstəxanalarda qan ver-
məklə (donorluq) əvəz edilmışdir. 
Məhərrəmlik  rituallarından  biri  də  Aşura  günü  sabahdan  Qətlin  sındığı 
günortaya  qədər  insanların  sudan,  sabundan  istifadə  etməmələri,  əl-üzlərinə  su 
vurmamaları, paltar yumamaları, hətta yemək yeməyib, özəlliklə də su içməmə-
                                         
6
 Masallı folklor örnəkləri, 1-ci kitab, B., 2013, s.24 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə