Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
27
xəlvətcə  qulaq  asması  epizodu  ilə  şeir  növbəti  dəfə  Qurdun  dilindən  təkrarlan-
malı olur.  
Təkrarlanmanın  nağıllar  üçün  nə  qədər  səciyyəvi  olduğunu  kumilyativ 
(zəncirvari) nağıllar da göstərir. Adından göründüyü kimi,  bu nağılların  başlıca 
mahiyyəti  oxşar  detalların  zəncir  halqaları  kimi  bir-birinə  bağlanmasındadır. 
Bir-birinə bağlanan detalların oxşarlığı nağıl qəhrəmanının nəyisə verib əvəzin-
də nəyisə almaq hərəkəti ilə daha çox müəyyənləşir. “Cik-cik xanım” nağılında 
sərçənin tikan  verib çörək alması, çörək verib qoyun alması, qoyun verib gəlin 
alması,  gəlin  verib  saz  alması  zəncirvariliyin  tipik  nümunəsidir.  Belə  nümunə-
lərdə oxşar  epizodların  paralelliyi  qabarıq  şəkildə ortaya  çıxır.  Beləliklə,  aydın 
olur ki, bütövlükdə xalq ədəbiyyatı üçün səciyyəvi cəhət sayılan paralellik nağıl-
ların strukturunda mühüm yer tutmaqla bu janrın həm söyləyici, həm də dinləyi-
ci tərəfindən daha tez mənimsənilməsində və janrın daha geniş auditoriyanı əha-
tə etməsində əsaslı rol oynayır.  
Nağılların, o cümlədən bu janrın uşaqlar üçün nəzərdə tutulan nümunələ-
rinin  məzmun  və  forma  xüsusiyyətlərindən,  əlbəttə,  çox  geniş  danışmaq  olar. 
Amma biz bu yığcam qeydlərlə kifayətlənib, bir neçə kəlmə də nağılların tərtib 
və nəşr prinsiplərindən danışmaq istəyirik. Qeyd etməyi vacib bilirik ki, nağılla-
rı peşəkar söyləyici dilindən necə var, o şəkildə yazıya alıb çap etdirmək nağılla-
rın tərtibində gözlənilməsi labüd olan prinsiplərdən biridir. Nağılları  necə var, o 
şəkildə yazıya almaq  dedikdə, nağılların məzmununun dəqiq və dürüst çatdırıl-
ması  ilə  yanaşı,  bu  nümunələrin  dil-üslub,  dialekt-şivə    xüsusiyyətlərinin  qoru-
nub saxlanılması da nəzərdə tutulur. Kütləvi nəşrlərdə, eləcə də uşaqlar üçün tər-
tib  olunan  kitablarda  nağıl  mətnləri  az-çox  ədəbi  dilə  uyğunlaşdırılsa  da,  canlı 
xalq dilindən, bu dildəki təbii sintaktik ifadə formalarından uzaqlaşdırılmamalı-
dır.  Çünki folklor nümunələri, eləcə də nağıllar uşaqlara əxlaqi-didaktik fikirlər 
aşılamaqla bərabər, onların söz duyumunun və bədii zövqünün formalaşmasında 
da əhəmiyyətli rol oynayır.  
Uşaqların mənəvi cəhətdən zənginləşməsində və onların bədii zövqünün 
formalaşmasında  folklorun  mühüm  rol  oynadığını  nəzərə  alaraq,  Azərbaycan 
Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq Elmi-me-
todiki Mərkəzi uşaqlar üçün silsilə kitablar nəşr etməyi planlaşdırıb. Azərbaycan 
Milli  Elmlər  Akademiyasının  Folklor  İnstitutu  ilə  birlikdə  nəşrə  hazırlanması 
nəzərdə tutulan həmin kitablar xalq ədəbiyyatının müxtəlif janrlarını əhatə edə-
cəkdir. Qeyd olunan silsilədən ilk kitabda uşaqların sevə-sevə oxuduqları və din-
lədikləri  “Məlikməmməd”, “Göyçək Fatma”, “Cırtdan”, “Tülküdən qorxan Əh-
məd”,  “Tülkü,  tülkü,  tünbəki”,  “Cik-cik  xanım”,  “Şəngülüm,  Şüngülüm,  Mən-
gülüm”, “Pıspısa xanım və Siçan bəy”, “Xoruz və padşah” və s. kimi məşhur na-
ğıllar toplanıb. Silsilədən növbəti kitablar əfsanə və rəvayət, atalar sözü və mə-
səl,  oxşama  və  layla,  tapmaca  və  s.  kimi  janrlara  həsr  ediləcəkdir.  İnanırıq  ki, 
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünas-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
28
lıq Elmi-metodiki Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor 
İnstitutu arasındakı əməkdaşlıq uşaqlar üçün silsilə kitabların tərtib və nəşr olun-
ması işinə öz töhfəsini verəcəkdir. 
  
İşin  elmi  yeniliyi:  Məqalənin  əsas  elmi  yeniliyi  nağılların  strukturunda 
mühüm  yer  tutan,  xalq  ədəbiyyatı  üçün  səciyyəvi  cəhət  sayılan  paralellik,  rit-
miklik və ahəngdarlıq kimi forma xüsusiyyətlərinin öyrənilməsidir. 
İşin elmi nəticəsi: Nağılların məzmun və forma xüsusiyyətlərinə yeni el-
mi  münasibət  bildirilmiş  və  nağıllar  üçün  səciyyəvi  olan  söz,  cümlə,  epizod 
təkrarları konkret nümunələr əsasında araşdırılmışdır. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədən  nağıllarla  bağlı  araşdırma  aparan 
folklorşünaslar istifadə edə bilərlər.  
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
29
Füzuli BAYAT 
Filologiya üzrə elmlər doktoru, 
 AMEA Folklor İnstitutunun  
fuzulibayat@yahoo.com
 
 
MƏHƏRRƏMLİK RİTUALLARI VƏ ŞƏBİH ELEMENTLƏRİ 
İkinci məqalə 
 
ÖZƏT 
Sosiologiyanın tərkib hissəsi olan ritual sosial-mədəni  həyatın  bütün sa-
hələrini əhatə etməsinə baxmayaraq sonradan antropologiyanın  və  folklorun da 
əsas anlayışına çevrilmiş, getdikcə kollektiv təsir funksiyasını artıraraq bir neçə 
elmin – sosiologiyanın, antropologiyanın, folklorun, dinlər tarixinin və s. diqqət 
mərkəzində olmuşdur. Burada müasir dövrdə çağdaşlaşma prosesinin cəmiyyət-
lərin  başlıca  dinamiklərindən  olan  ritualları  yox  etmədiyi,  əksinə  cəmiyyətlərin 
öz yaşamlarını davam etdirmək üçün bu dinamiklərə yeni formalar qazandıraraq 
davam etdirdikləri fikri yenidən gündəmə gətirilmişdir. O baxımdan Məhərrəm-
lik  ayı  ritual  və  elementlərinin  bu  gün  belə  aktual olduğu  açıqca  görünür.  XXI 
yüzildə,  aradan  keçən  1335  ilə  baxmayaraq  Məhərrəmlik,  Kərbəla  hadisələri, 
Aşura  və  Şəbih  ritualları  əski  ilə  yenini  bir  yerdə  yaşatmaqla,  çağdaş  dünyaya 
ayaq uydurmaqla yaşamını davam etdirir və insanlıq var olduqca da davam etdi-
rəcəkdir. 
Məqalədə  Aşuradan  öncəki  və  sonrakı  ritual  məsələlərlə  bərabər  ritual 
mahiyyətli  olan  Şəbih  elementləri  də  araşdırılmış,  bu  elementlərin  funksiya  və 
semantikası aşkarlanmışdır. 
Açar  sözlər:  Aşura,  Kərbəla  müsibəti,  ritual,  Şəbih  tamaşaları,  xalq 
teatrı 
 
THE RITUALS OF MUHARRAM MONTH AND SHABIH 
ELEMENTS 
The second article 
ABSTRACT 
Ritual─  the  integral  part  of  sociology  in  spite  of  the  all  fields  of  the 
social-cultural life has become a main concept of anthropology and folklore and 
gradually  increasing  the  function  of  collective  impact  was  on  the  focus  of 
attention  of  some  sciences  –  sociology,  anthropology,  folklore,  history  of 
religions, etc. 
In spite of the process of rituals loss are going on at the present time, the 
problem  of  existing  these  rituals,  giving  them  new  forms  which  is  the  main 
locomotive of the society  is on agenda. From this point of view the rituals and 
the elements of  Muharram  month are very actual today. In the XXI century  in 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə