Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
25
Məlikməmmədin xəncərlə divin ayağını dəlməyə başlaması; divin qıza «qoyma, 
ayağımı milçək yedi» deməsi; divin qəzəblənib qıza bir şapalaq vurması; Məlik-
məmmədin qırx gün, qırx gecə divlə  vuruşması;  divin  yorulub  yatması; Məlik-
məmmədin  taxçadakı  şüşəni  sındırması,  şüşədən  çıxan  quşun  başını  üzüb  bu-
nunla da divin canını alması və s.) ikinci və qismən də üçüncü divlə qarşılaşma 
səhnələrində təkrar olunur. 
«Məlikməmməd»  nağılında  oxşar  və  ya  eyni    epizodların  paralelliyini 
böyük  və  ortancıl  qardaşların  hərəkəti  üzrə  də  izləmək  olar.  Böyük  və  ortancıl 
qardaşların  son  hərəkətlərinə,  həmin  hərəkətlər  müqabilində  Məlikməmmədin 
atdığı  addımlara  diqqət  yetirsək,  görərik  ki,  söyləyicinin  öz  dilindən  danışılan 
epizod bir az sonra personajlardan birinin dili ilə yenidən danışılır. Yeraltı dün-
yadan qayıdıb dərzi yanında şagird işləyən Məlikməmməd böyük qardaşının to-
ya  hazırlaşdığını  və  bu  münasibətlə  meydanda  at  çapacağını  bilib  Zümrüd  qu-
şundan bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı istəyir. Nağılda deyi-
lir:  «Məlikməmməd  deyən  şeylər  hazır  oldu.  Məlikməmməd  paltarı  qıvraq  ge-
yindi,  qılıncı  belinə  bağladı,  qalxanını  qoluna  taxdı,  birbaş  atı  padşahın  evinin 
qabağına  sürdü. Şəhər camaatı,  bütün qoşun tamaşaya  yığılmışdı. Padşahın  bö-
yük oğlu da at çapırdı. Məlikməmməd atını meydana salıb bir o başa çapdı, bir 
bu  başa  çapdı,  sonra  qılıncını  çıxarıb  padşahın  böyük  oğlunun  boynunu  vurdu. 
Qoşun bir-birinə qarışdı. Camaat bir-birinə dəydi. Hamı Məlikməmmədin dalın-
ca tökülüb onu oxa basdı. Məlikməmməd atı çapıb yel kimi gözdən itdi». Yel ki-
mi  gözdən  itib  təzədən  dərzi  dükanına  qayıdan  və  oturub  ustasının  meydandan 
qayıtmasını  gözləyən  Məlikməmməd  heç  nədən  xəbəri  olmayan  bir  adam  kimi 
meydanda  nələr  baş  verdiyini  soruşduqda  dərzi  belə  cavab  verir:  «Nə  olacaq, 
padşahın evinin qabağında at çapırdılar. Hardansa suya dönmüş sarı paltarlı  bir 
atlı gəldi, bir az o başa, bir az bu başa at çapdı, birdən qılıncını çəkib padşahın 
oğlunun boynunu vurdu. Dalınca töküldülər, tuta bilmədilər». Göründüyü kimi, 
dərzinin  dilindən  verilən  bu  məlumat  bir  az  əvvəl  söyləyicinin  dilindən  verilən 
məlumatın təkrarıdır. Nağılda ortancıl qardaşın da öldürülmə əhvalatı dinləyici-
yə həmin formada çatdırılır. Faktlar göstərir ki, məlumatın təkrarən çatdırılması 
yalnız «Məlikməmməd» üçün yox, bütövlükdə nağıllar, eləcə də dastanlar üçün 
səciyyəvi olan bir formadır.  
Nağıl və dastanlarda təkrar hesabına yaranan paralellik ritmikliyi, ahəng-
darlığı  artırır,  mətni  yadda saxlayıb  başqalarına danışmağı  asanlaşdırır. Ahəng-
darlığın  nağıl  janrı üçün əhəmiyyətli cəhətlərdən  biri olduğunu  məlum  və  məş-
hur  formullardan  da  görmək  olar.  Qəhrəmanın  bir  yerdən  başqa  yerə  səfərini 
dinləyiciyə çatdırmaq istərkən nağılçı, adətən, bu cür formullardan istifadə edir: 
«Çəkib çarığın dabanını, qırıb yerin amanını, günə bir mənzil, teyyi-mənazil, az 
getdi, üz getdi, dərə-təpə düz getdi, bir neçə gündən sonra gəldi çıxdı həmin dər-
vişin nişan verdiyi yerə». Yaxud: «Orada ayla, illə, burada müxtəsər dillə, başla-
dı  şəhərbəşəhər,  kəndbəkənd  soraqlaşıb  gəzməyə».  Bu  nümunələrdə  daban-


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
26
aman,  az-üz-düz,  il-dil  qafiyələri,  təbii  ki,  təhkiyənin  ahəngdarlığını  artırmış 
olur.  Nağılın  əsas  mətnindəki  formullarda  ara-sıra  rast  gəldiyimiz  qafiyələnmə 
bu  janrın  başlanğıc  formulları  üçün  daha  səciyyəvidir:  «Sizə  kimdən  deyim, 
kimdən danışım, dır-dır arvadlardan, ilan vuran, iman qıran, saman altdan su ye-
ridən,  yabaynan  dooğa  içənlərdən,  qarışqa  minib  çaydan  keçənlərdən».  Yaxud: 
«Hindalan, hündalan, Kür qırağı köndələn, kəklikotu bəndalan. Xan sənsən, mən 
mənəm,  qorxma,  sənə  dəymənəm.  Hekayəti-məkati,  ildə  verər  zəkatı,  boyaqçı 
küpü açdı, boyadı məmləkəti». Formullardakı qafiyələnmə hərdən nağıllarda xü-
susi  nəzm  parçalarının  da  işlənə  biləcəyini  nəzərə  almaq  zərurəti  yaradır.  Das-
tanlarımız  üçün  ayrılmaz  element  olan  nəzm  parçaları  nağıllarımızda  həmişə 
yox, məhz bəzi hallarda özünü göstərir: 
Tülkü, tülkü, tünbəki, 
Quyruq üstə lünbəki. 
Ayı axmaq, 
Donuz toxmaq, 
Qurd ulavuş, 
Çaqqal çavuş, 
İlan qamçı, 
Tısbağa çanaq, 
Biz ona qonaq. 
«Tülkü,  tülkü,  tünbəki»  nağılından  götürdüyümüz  bu  nəzm  parçasının 
dinləyiciyə  təkrar-təkrar  çatdırılması  diqqəti  bir  daha  cəlb  edir.  Əlbəttə,  nəzm 
parçasının təkrar olunması  nağılda süjet xəttinin tələbi  ilə  mümkün olur. Başqa 
heyvanlarla birlikdə quyu dibində ac-yalavac qalan tülkü vəziyyətdən çıxış  yo-
lunu mahnı oxumaqda görür: «Qoyun mən bir mahnı oxuyum, hər kimin adı axı-
ra düşsə, onu yeyək». Heyvanlar bu şərtə razı olduqdan sonra tülkü son misraları 
azacıq dəyişməklə öz mahnısını dörd dəfə təkrar etməli olur. Nəzm parçalarının 
bu və ya digər şəkildə təkrarlanmasının nağıllarda təsadüfi yox, səciyyəvi bir cə-
hət  olduğunu  bir  çox  başqa  nümunələr  də  göstərir.  Belə  nümunələr  sırasında 
“Şəngülüm, Şüngülüm, Məngülüm”  nağılını da xatırlamaq olar. Həmin  nağılda 
keçinin dilindən söylənən belə bir şeir var:  
Şəngülüm, Şüngülüm, Məngülüm! 
Açın qapını, mən gəlim! 
Ağzımda su gətirmişəm,  
Döşümdə süd gətirmişəm,  
Buynuzumda ot gətirmişəm!  
Keçi  hər  dəfə  çöldən  evə  qayıdanda  bu  sözləri  söyləməklə  özünü  nişan 
verir və balaları yalnız bundan sonra qapını açırlar. Keçinin çöldən qayıdıb bala-
larının yanına gəlməsi əhvalatını nağılçı neçə dəfə danışmalı olursa, demək, bir 
o qədər də Keçinin dilindən həmin şeiri söyləməli olur. Amma şeirin nağıl boyu 
təkrarlanması  bununla  bitmir. Keçinin  balalarını  yemək  istəyən Qurdun  Keçiyə 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə