Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə9/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   5   6   7   8   9   10   11   12   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
20
nin  qalığı  deyil;  bu  misal  gətirilən  əhvalatın  da  aydın  şəkildə  göstərdiyi  kimi, 
məlum transformasiyanın nəticəsi ola bilər.  
Bütün şərhlərə, bir cümlədə  iki əlavə  ilə  istənilən hər şeyi  yerləşdirmək 
olar fikrinə etiraz etmək olardı. Ancaq bu heç də belə deyil. Belə formanı "Şax-
ta,  günəş  və  külək"  və  bir  çox  digər  nağılların  başlanğıcına  necə  yerləşdirək? 
İkincisi,  nəzərdən  keçirilmiş  əhvalatlar  bütün  kompozisiyaya  münasibətdə  eyni 
konstruktiv elementi  ifadə edir. Bundan sonar da eynidir, lakin  fəaliyyət  istiqa-
məti anlarının tərtibinə görə müxtəlifdir: evdən çıxmaq üçün kömək istəmək, hə-
diyyə  verənlə  rastlaşmaq  və  s.  Oğurluq  hallarının  olduğu  nağılların  hamısı  bu 
konstruksiyanın davamını  vermir, əgər bu konstruksiya  lazim deyilsə, onda ox-
şar  anları  müqayisə  etmək  olmaz,  çünki  onlar  heteronomdor,  yaxud  da  güman 
etmək  lazımdır  ki,  yabançı  sehirli  nağıllarda  konstruksiyaya  sehirli  nağıllardan 
bir hissə düşmüşdür. Beləliklə, biz yenidən xarici oxşarlığa görə deyil, eyni tər-
kib hissələrinə görə müqayisə etməyin zəruriliyinə qayıdırıq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
21
Muxtar KAZIMOĞLU (İMANOV) 
Filologiya üzrə elmlər doktoru, 
 AMEA Folklor İnstitutunun direktoru 
mukhtarkazimoglu@gmail.com 
 
NAĞILLAR BARƏDƏ BİR NEÇƏ SÖZ 
 
XÜLASƏ 
Arxaik  təsəvvürlər  sisteminin  səciyyəvi  xətləri  nağılların  yaranmasında 
mühüm mənbəyə çevrilir. Nağıllarda cildini dəyişib dondan-dona girməyin, na-
ğıl  qəhrəmanlarının  sehrli  O  biri  dünya  varlıqları  ilə  qarşılaşmasının  müxtəlif 
nümunələrinə rast gəlirik. Nağılların oxunaqlığını təmin edən onların   məzmun 
xüsusiyyətləri ilə yanaşı, həm də forma xüsusiyyətləridir. Ritmikliyi, ahəngdarlı-
ğı  bu  cür  forma  xüsusiyyətlərindən  hesab  etmək  olar.  Nağıllarda  ritmiklik  bir 
çox  hallarda  sözlərin,  söz  birləşmələrinin,  cümlələrin  təkrar olunması  hesabına 
yaradılır.  Oxşar,  yaxud  eyni  epizodların  təkrar  olunub  paralellik  yaratması  da 
nağıllarda tez-tez rast gəldiyimiz cəhətlərdəndir. Məqsədyönlü təkraretmə prin-
sipi nağıllarda xüsusi formulların ortaya çıxmasına rəvac verir.  
Açar sözlər: nağıl, ritmiklik, söyləyici, kumilyativ nağıllar, paralellik 
 
НЕСКОЛЬКО СЛОВ О СКАЗКАХ 
РЕЗЮМЕ 
Типичные линии архаической системы воображения стали важным 
источником  в  создании  сказок.  В  сказках  мы  встречаемся  с  различными 
примерами трансформации, встреч сказочных героев с волшебными миро-
выми  существами.  Читаемость  этих  сказок  обеспечивается  наряду  содер-
жательными особенностями, также и с особенностями формы. Особеннос-
тями  этой  формы  можно  считать  ритмичность,  гармонию.  Ритмичность  в 
сказках во многих случаях создается за счет слов, словосочетаний и пред-
ложений. Часто встречаемая особенность в сказках это создание параллели 
похожих или одинаковых эпизодов. Целенаправленный принцип повтора в 
сказках приводит к появлению специальных форм. 
Ключевые  слова:  сказка,  ритмичность,  сказитель,  кумулятивные 
сказки, параллельность 
 
SOME WORDS ABOUT STORY TALES  
SUMMARY 
The characteric lines of archaic thinking system turns into the important 
source  in  the  creation  of  tales.  In  tales  we  meet  different  examples  of 
encountering  of  tale  heroes  with  creatures  of  the  magic  other  world,  changing 
form. Ensuring of the readability of the tales is not only their content characters 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
22
but also form characters. One can consider the rhythm, harmony from this kind 
form  characters.  In  tales  rhythm  sometimes  is  created  according  to  the 
repeatition  of  words,  word  combinations,  sentences.  Creating  the  paralelizm 
repeatition of alike or the same episodes  in tales  is one of the points which we 
meet  very  often.  The  principle  of  purposely  repeatition  in  tales  improves  the 
creation of special formulas.  
Key words: tale, rhythm, teller, cumulative tales, paralelizm   
 
Məsələnin  qoyuluşu:  Nağılların  məzmun  və  forma  xüsusiyyətlərinin 
tədqiqata cəlb edilməsi. 
İşin  məqsədi: Nağılların  məzmun  xüsusiyyətlərinin öyrənilməsi, təkrar-
lar hesabına yaranan paralelliyin, ritmikliyin, ahəngdarlığın araşdırılması. 
 
Elmdə “bəşəriyyətin uşaqlıq dövrü” deyilən bir anlayış var. Bu anlayışın 
başlıca  mahiyyəti  qədim  insanın  çağdaş  insandan  fərqli  dünyagörüşə  sahib  ol-
masını aydınlaşdırmaqla daha çox üzə çıxır. Çağdaş və arxaik dünyagörüş tipləri 
arasındakı  fərqi  aydınlaşdırmaq  istərkən  insan  və  təbiət  münasibətləri  üzərində 
dayanmalı oluruq. Belə bir məlum həqiqəti bir daha xatırlatmalı oluruq ki, arxa-
ik dünyagörüşün əsasında  insanın təbiətdən ayrılmazlığı  barədə təsəvvür durur. 
Qədim insan təbiəti də özü kimi canlı varlıq sayır. Onun təsəvvürünə görə, dağ-
daş, çöl-çəmən, gül-çiçək, kol-kos, ağac, sel-su, ay-ulduz … insan kimi dil açıb 
danışa bilər, həmçinin insan daşa dönüb yerində qala bilər, quşa dönüb göylərdə 
uça bilər. 
Arxaik  təsəvvürlər  sistemində  mühüm  yer  tutan  xətlərdən  biri  O  biri 
dünya  anlayışı  ilə  bağlıdır.  Qədim  insan  tam  əmindir  ki,  onu  əhatə  edən  real 
aləmdən başqa, bir sehrli dünya da var. Bu sehrli dünya ya yerin altında, ya dər-
yaların dərinliyində, ya da göyün yeddi qatındadır. Divlər, göygöz kosalar, yed-
di başlı əjdahalar, quru kəllələr, zümrüd quşları, yel qanadlı atlar, pəri donlu ba-
lıqlar və s. sehrli dünyaya məxsus varlıqlardır. Onlardan bir qismi şəri, bir qismi 
isə  xeyiri  təmsil  edir.  Xeyiri  və  şəri  təmsil  etməsindən  asılı  olmayaraq,  O  biri 
dünyaya məxsus varlıqların qeyri-adi gücü, yenilməz qüdrəti olur. 
Arxaik təsəvvürlər sisteminin xatırlatdığımız və xatırlatmadığımız səciy-
yəvi  xətləri  yalnız  miflərin,  əfsanələrin  yox,  həm  də  nağılların  yaranmasında 
mühüm mənbəyə çevrilir. Cildini dəyişib dondan-dona girməyin nağıllarda özü-
nəməxsus  epizodlarına  rast  gəlirik.  Nağıl  qəhrəmanlarının  sehrli  O  biri  dünya 
varlıqları  ilə  qarşılaşmasının  müxtəlif  nümunələri  ilə  tanış  oluruq.  Hadisələri 
«bəşəriyyətin uşaqlıq dövrü»nə məxsus bir düşüncə tərzi ilə əks etdirmə nağılla-
rı yaşlılara sevdirdiyi kimi, uşaqlara da sevdirir. Uşaqlar öz xəyali dünyaları ilə 
nağıl  aləmi  arasında  bir  oxşarlıq  tapırlar.  Bu  cür  oxşarlıq  tapmağın  hesabına 
uşaqlar nağıllardan estetik zövq almaqla yanaşı, həm də nağıllarda təsvir edilən 
əhvalatların çoxuna inanırlar. Onlar inanırlar ki, Qaranlıq dünyadakı sehrli qüv-


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə