Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
51
ki, F.Köprülü məhz ozan adlı çalğı alətinə münasibətdə ozançı termininin mey-
dana çıxdığını söyləyir (20, 139). 
Ozan  sözü  M.Kaşğarlı  lüğətində  yoxdur.  Bu  hal  onu  göstərir  ki, 
M.Kaşğarlı  zamanında  Oğuznamə  söyləyicisi  ozan  adlanmamışdır.  Başqa  şə-
kildə  Oğuznamə  yaradıcısının  və  ifaçısının  adının  M.Kaşğarlının  nəzərindən 
qaçması  mümkün  deyildi.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,  Oğuznamə 
ifaçısı anlamında ozan sözü XI əsrdən sonra yaranmışdır.  
Ozan sözünün başqa türk dillərində, o cümlədən türkmənlərdə olmama-
sına  əsaslanan  V.A.Qordlevski  və  F.Sumer  bu  terminin  Yaxın  Şərqdə  ortaya 
çıxması qənaətinə gəlirlər (35, 264-265; 41, 611). Hətta V.A.Qordlevski bir az 
da irəli gedərək bu sözü qusan sözü ilə bağlayır və ardınca yazır: “Qusanlar er-
məni  padşahları  olan  Arşaqların  saraylarını  bəzəyirdilər.  Erməni  padşahlığı  – 
“Böyük Ermənistan”  süqut edəndə qusanlar  incəsənətin  hamisi olan  səlcuqlu-
ların yanına getdilər. Ardınca isə Anadolunun Osmanlı bəylərinin yanında qal-
dılar” (35, 265). V.A.Qordlevski kimi ciddi bir alimin vaxtilə məsələyə bu qə-
dər səthi  yanaşması ancaq təəssüf doğurur. Müəllif  məsələyə bu şəkildə yana-
şarkən, ehtimal ki, epik söyləyicilik sənətini türklər içərisinə ermənilərin gətir-
məsi,  ozanların  erməni  olması  və  oğuznamələri  erməni  ozanların  yaratması 
fikrini irəli sürdüyünü ağlına gətirməyib. 
Göründüyü kimi, ozan sözünün Yaxın Şərqdə yaranması fikri Türkmə-
nistan türkmənlərində ozan sözünün olmamasından irəli gəlir. Ona görə də ön-
cə  Türkmənistan  türkmənləri  arasında  ozan  sözünün  olub-olmaması  haqqında 
mübahisə doğuran məsələnin üzərində dayanmaq istərdik. 
Türkmənistan  türkmənlərində  ozan  sözünün  yaşaması  haqqında  fikir 
V.Uspenskinin təkəli Nəfəslidən yazıya alaraq “Türkmən musiqisi” adlı kitabı-
na saldığı aşağıdakı atalar sözündə işlənən ozon sözünə əsaslanır:  
Haysı yere doulet qelse, 
Baxşı bilen ozon qeler. 
Haysı yerden doulet qitsə, 
Toro bilən tezep qeler.  
  A.N.Samoyloviç  isə  bu  atalar  sözündəki  ozon  sözünün  “Oğuznamə 
söyləyicisi”  anlamında  ozan  ola  biləcəyini  ehtimal  edir  (39,  144).  Ancaq  bu 
atalar  sözündəki  ozon  sözü  V.Uspenskinin  kitabında  “qaçağan  at”  kimi  tər-
cümə olunub (44, 19). Fikrimizcə, sözün doğru anlamı da elə sonuncudur. Bu-
rada  sadəcə  olaraq,  dövlətli  evinə  baxşının  ozon  minərək  şənliyə  gedər  kimi 
öndə  gəlməsi,  kasıb  evinə  isə  yas  mərasiminə  gedər  kimi  mollanın  toro  (at) 
minərək  gəlməsi  deyilir.  Paralelizm  əsasında  qurulan  atalar  sözünün  mənası 
bundan  ibarətdir.  Bununla  yanaşı,  “Oğuznamə  ifaçısı”  anlamında  ozan  sözü-
nün  Türkmənistan  türkmənlərindən  qeydə  alınmaması  türkman  dediyimiz  su-
peretnosun  Orta  Asiyada  yaşayan  hissəsinin  Oğuznamə  söyləyən  ozanlardan 
xəbərsiz olması  anlamına  gəlmir. Böyük türkman dünyasının  bir parçası  kimi 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
52
Türkmənistan türkmənlərinin Oğuznamə söyləyən ozanlara qulaq asması bizdə 
heç  bir  şübhə  oyatmır.  Ozan  sözünün  “pis  səslə  oxumaq”  anlamı  ilə  ozandau 
(ozanlamaq)  şəklində  başqırd  dilində  olması  bu  baxımdan  xüsusi  əhəmiyyət 
kəsb edir (27, 376) İstər-istəməz sual yaranır. Yalnız türkman etnik mühitində 
“epik ifaçı”, “epik nəğmə” və ya onu müşayiət edən “musiqi aləti” anlamı da-
şıyan bu sözün başqırd dilində varlığı nə ilə  izah olunur? Başqırd xalqının et-
nik tərkibinə daxil olan tayfaların siyahısına göz gəzdirib orada törökpen qəbi-
ləsinin  adını  oxuduqda  (23,  376)  məsələnin  nə  yerdə  olduğunu  anlamaq  olur. 
Bu  adın türkmən/türkman  etnoniminin  variantı olduğunu görmək  heç də çətin 
deyil. Beləliklə, ozandau sözünü başqırd dilinə bu xalqın tərkib hissəsi olan tö-
rökpenlərin  verdiyini  qətiyyətlə  söyləmək  olar.  Qorqud  kultunun  başqırdlar, 
qazaxlar,  qırğızlar,  Oğuz  ata  inancının  isə  qırğızlar  arasında  yaşaması  da  bu 
xalqların  tərkibinə  türkmanların  qatılması    ilə  izah  olunur.  Bu  baxımdan 
V.V.Bartoldun  Qorqud  kultunu  qazaxların  oğuz  yurdunda  məskunlaşan  qıp-
çaqlar  vasitəsilə  mənimsəməsi  fikri  ilə  razılaşmaq  mümkün  deyil  (14,  545). 
Nəhayət,  törökpenlərin  Azərbaycan  və  ya  Anadolu  deyil,  Türküstan  mənşəli 
türkmanlardan qopub başqırdların içərisinə qatıldığını nəzərə alsaq, ozan sözü-
nün  nə  vaxtsa  Türkmənistan  türkmənlərinin  dilində  olmasına  şübhə  yeri  qal-
maz. Sadəcə olaraq Cığatay mədəniyyəti çevrəsinə daxil olan türkmənlər ozan 
sözünü bu mədəniyyət çevrəsində başqa anlamları ilə  yanaşı, “dastan söyləyi-
cisi”  anlamında  da  işlənən  baxşı  sözü  ilə  əvəz  etmək  məcburiyyəti  qarşısında 
qalmışlar. Bu hadisə, irəlidə ətraflı şəkildə bəhs edəcəyimiz kimi, türkman et-
nik sisteminin sınmasından və bunun nəticəsində Türkmənistan türkmənlərinin 
müstəqil etnosa çevrilməsindən sonra baş verə bilərdi. 
Ozan sənəti. Oğuznamə ifaçılığı xüsusi sənət idi. Türkman dünyasında 
bu işlə, deyildiyi kimi, ozanlar və ya ozançılar məşğul olurdular. Onlar bu et-
nik mühitin var olduğu bütün bölgələri gəzərək məclislərdə bu xalqın əcdadları 
olan oğuzlar haqqında oğuznamələr söyləyirdilər. Onların çörəyi də Oğuznamə 
ifaçılığından  çıxırdı.  Topqapı  Oğuznaməsində  “Qazılıq  atınıza  binüb  qaftan 
donunuz  geyən ozan olsun,  Ağır ağ  altun  ağ ağçanız  alan ozan olsun” deyilir 
(18, s.83).  “Bamsı  Beyrək  boyı”nda  “avazım güdəlmədin, ünüm  boğulmadın” 
deyib bir at ələ keçirərək sevinən ozandan bəhs olunur (18, s.60). Yenə də hə-
min boyda ozanın zəhmət haqqı olaraq aldığı bəxşişlərə işarə olunur: 
Bir zaman ayıtma, ozan! 
Ağam Beyrək gedəli bizə ozan gəldügi yoq. 
Əgnimüzdən qaftanımız aldığı yoq. 
Başımızdan gecəligümüz alduğu yoq. 
Buynızı burma qoçlarımız alduğı yoq (18,62). 
Ozan  şəxsiyyətinin  əfsanədən elmə  çevrilməsi üçün ozan  sənətinin  so-
sial  mahiyyətinin  öyrənilməsi  vacibdir.  Bu  baxımdan  M.Qasımlının  məsələyə 
diqqət  yetirməsi  təqdirəlayiqdir.  Ancaq  müəllifin  birdən-birə  məsələyə  mistik 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə