Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
53
yozum  verməsi  etiraz doğurur. Yuxarıdakı  soylamaya  nəzər  salan  müəllif  ya-
zır: “Görünür, ozana könlünün istəyincə pay, bəxşiş verilməsinin etnik və etik 
norma  səviyyəsinə  qalxmasında da onun ruhlar dünyası  ilə  bağlılığına  inamın 
rolu  az  deyildir”  (33,  26).  Qeyd  edək  ki,  cəmiyyətə  xidmət  edən  sənətkarın 
haqqının ödənilməsi sosial-iqtisadi münasibətlər sferasına aiddir və hər bir cə-
miyyətin əsasında dayanır. Əlbəttə, sosial-iqtisadi münasibətlərin halallıq kimi 
mistik qatı da var. Ancaq bu mistik qat ozan və ya şaman sənəti ilə məhdudlaş-
mır.  Ozanların  “ruhlar  dünyası  ilə  bağlılığına”  gəldikdə  isə  deməliyik  ki,  bu 
ruhların etnik anlamı ilə oğuz əcdadlardan ibarət olduğunu biz artıq bilirik.  
Hər hansı bir sənətin sahibi olmaq üçün onu öyrənmək lazımdır. Ozan-
lar da Oğuznamə ifaçılığını hər hansı bir ustad ozandan öyrənirdilər və bu sə-
nətə yiyələnmək üçün illərlə ustad yanında təlim-tərbiyə görürdülər. Biz ustad 
sözünü şərti mənada işlədirik. Bu söz, bəllidir ki, aşıq sənətinə aiddir və bu sə-
nətin yüksək səviyyəsinə çatmış aşığı  ifadə edir. Biz aşıq sənətinin şəyird (şa-
gird), yanşaq, ustad aşıq, haqq aşığı kimi dərəcələrinin olduğunu bilirik. Ancaq 
ozan sənətinin kateqoriyaları haqqında “Dəli Domrul boyı”nda qarşımıza çıxan 
bir  ifadədən  başqa  heç  bir  məlumatımız  yoxdur.  Söhbət  alb  ozan  ifadəsindən 
gedir. Həmin boyun sonunda deyilir: “Məndən sonra alb ozanlar söyləsün! Al-
nı açuq comərd ərənlər dinləsün” (18, 83). Bu ifadəni nəzərdə tutan F.Köprülü 
“alp ozanlar təbiri alplar, yəni qəhrəmanlar arasında da ozanlar yetişdiyini gös-
tərməkdədir” deyir. Müəllif  fikrini qüvvətləndirmək üçün Hafiz Dərviş Əlinin 
verdiyi  yuxarıda  xatırlatdığımız  məlumata  üz  tutur  (20,  139-140). 
F.Köprülünün  bu  fikri  aksiomatik  həqiqət kimi  bu günə qədər  müxtəlif  səviy-
yələrdə söylənilir. Qeyd etmək istərdik ki, görkəmli alim alb ozanlar ifadəsini 
Dədə Qorqud oğuznamələrində əlində qopuz gəzdirən alpları gözə alaraq deyi-
lən şəkildə yozmuşdur. Ancaq oğuznamələrdə özünə yer tapan motiv bədii ya-
radıcılıq  sahəsinə  aiddir  və  bu  hadisənin  müəyyən  poetik  semantikası  var. Bu 
məsələdən  irəlidə  söz  açılacaq.  Burada  onu  qeyd  etmək  istəyirik  ki,  alb  ozan 
ifadəsi  aşıq sənətində  ustad aşıq  ifadəsinin tam  qarşılığıdır.  Oxşar  hadisə  qır-
ğız dastan ifaçılığında çon jomokçu – “böyük jomokçu” adlanır və böyük yara-
dıcılıq, eləcə də ifaçılıq bacarığına malik manasçılara aid olunur (25, 428). Uy-
ğun  olaraq  alp  sözünün  “böyük”,  “nəhəng”  anlamı  daşıdığını  xatırlasaq,  alb 
ozan ifadəsinin Oğuznamə ifaçılığının zirvəsinə çatmış “böyük, yaradıcı ozan” 
anlamında  işləndiyini  qətiyyətlə  söyləmək  olar.  Sözügedən  cümlədə  əcdadlar 
haqqında  mətnin  mübarəkliyi  vurğulanır.  Bu  mübarək  mətni  böyük  ozanların 
ən  yaxşı  şəkildə  söyləməsi  və  yalnız  “alnı  açuq  comərd  ərənlər”in  dinləməsi 
nəsihət (və ya vəsiyyət) edilir. Göründüyü kimi, burada cəngavər ozana heç bir 
yer yoxdur. Söhbət Oğuznaməni ən yaxşı şəkildə ifadə edə biləcək ozandan və 
onu dinləməyə layiq olan auditoriyadan gedir. 
Türk dastan ifaçılığı haqqında mövcud biliklərə söykənərək demək olar 
ki,  alb  ozanlar,  çon  jomokçular  və  ya  ustad  aşıqlar  kimi,  yüksək  ifaçılıq  və 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
54
yaradıcılıq  imkanlarına  malik  olublar.  Şirvanşah  sarayında  Xəlili  Səmərqəndi 
ilə söz yarışına girən ozançı, güman ki, belə ozanlardan olmuşdur. Dədə Qor-
qud  Oğuznamələrini  söyləyən  ozanın  isə  alb  ozan  olmasına  şübhə  etməmək 
olar.  Oğuznamələrin  söyləyicisi  alb  ozan  kateqoriyasına  məxsus  ozan  olma-
saydı, bu ifadəni dilinə almazdı.  
İstedada hər dəqiqə təsadüf olunmur. Şübhəsiz ki, adi Oğuznamə ifaçı-
larının sayı daha çox olmuşdur. Güman ki, təyinsiz ozan adı Oğuznamə ifaçıla-
rına aiddir. Deyəsən, “Bamsı Beyrək boyı”nda əziyyət çəkmədən bir at qazan-
masına sevinən ozan belələrindəndir. Sənətin zirvəsinə çatmış beş-on alb ozanı 
bütün türkman elləri tanımalı idi. Belə ozanlar elat adətinə uyğun olaraq xüsusi 
elçilər vasitəsilə məclislərə gətirilirdi. Adi ozanlar isə qopuzunu götürərək “el-
dən  elə,  bəgdən  bəgə”  məclis  axtarmaq  məcburiyyətində  idi.  “Bamsı  Beyrək 
boyı”nda da belə bir ozanla qarşılaşırıq. Şübhəsiz ki, sıravi ozanların da yaxşı-
sı, pisi olmuşdur. Bu baxımdan Əbu Hayyanda qarşılaşdığımız “yaxşı ozandır” 
ifadəsi çox şey deyir (27, 315). 
Əsrlər boyu böyük bir coğrafiyada yaşayan etnosun içərisində Oğuzna-
mə ifaçılığı ilə məşğul olan ozanlar ifaçılıq xüsusiyyətlərinə, repertuarına görə 
fərqlənməli  idi.  Ancaq  belə  məlumatlar günümüzə gəlib çatmadığı üçün təhlil 
imkanından  məhrumuq.  Bununla  bərabər,  irəlidə  ozan  sənətinin  başqa  prob-
lemlərindən danışarkən yeri gəldikcə sözügedən cəhətlərə də toxunacağıq. 
Sənətin ruhlar aləminin buyruğu  ilə insana verilməsi Turan  xalqlarının 
mədəniyyətinə  məxsus  bir  hadisədir. E.S.Novik  onu  “mədəni-psixoloji” qatda 
anlamağı təklif edir (29, 194). Azərbaycan türkcəsində “Allah vergisi”, “Tanrı 
vergisi” adı alan bu hadisə, əsas etibarilə, şamanın adı ilə bağlıdır. İnanışa gö-
rə,  kimsənələrdən  biri  insanlar  arasından  birini  seçərək  onu  şaman  olmağa 
məcbur  edir. Seçilən  şəxs ruhi  pozuntu halında olur. O,  şaman olmağa razılıq 
verməyənə  qədər  bu  hal  davam  edir. Namizəd  ya  şaman olmağa razılıq  verir, 
ya  da  öldürülür.  Şaman  olmağa  razılıq  verən  namizəd  mərasimdən  keçirilir. 
Burada onun hamiləri bəllənir və ona mərasim atributları verilir. Bu hadisədən 
sonra  o,  müstəqil  şəkildə  mərasim  keçirib  insanların  dadına  çatır  (3,  98-178; 
29,  191-205  və  s.).  Sənətin  bu  şəkildə  ruhlar  aləmindən  verilməsi  dəmirçilik 
sənətinə də xasdır (46, 385-390; 29, 195-196). Bu hadisə epik ifaçılıq sənətin-
dən də yan keçməyib. Təsadüfi deyil ki, məhəbbət dastanlarının əksəriyyətində 
qəhrəman  vergili  aşıqlardır.  Bununla  yanaşı,  o,  universal  xarakterdə  olub  bü-
tün türk dastan söyləyiciliyini əhatə edir (32, 45-52). Onun daha arxaik söylə-
yici tipi olan ozandan yan keçməsi mümkün ola bilməzdi. Əgər vergili aşıq və 
ya  haqq  aşığı  varsa,  onda  vergili  ozan  da  olmalı  idi.  Yeni  söyləyici  tipi  olan 
aşığın onu hazır şəkildə ozandan mənimsəməsi qəribə görünməməlidir. Bu ba-
xımdan  alb  ozanın  vergili  ozan  tipi  olması  güman  oluna  bilər.  Ən  nəhayət, 
əgər vergili ozan olubsa, onda bu verginin sahibi – piri də olmalı idi.  


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə