Azərbaycan miLLİ elmər akademiyasi folklor institutu


Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix08.07.2018
ölçüsü1,24 Mb.
#53904
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
85
başlanğıc, bütün varlığın ilkin vəziyyəti, ilkin xaosun ekvivalentidir. Suya əksər 
mifologiyalarda dünyanın ilkin okeanın dibindən qaldırılmasını təsvir edən mo-
tivdə rast gəlinir. Su əjdahası həm demiurqların çarpışmasında yaradıcı tanrının 
tərəfdaşı kimi, həm də eyni zamanda dünyanın qurulmasının materialı kimi çıxış 
edir. Su bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir. Lakin 
mayalanma  həm  kişi,  həm  də  qadın  başlanğıclarını  tələb  edir.  Buna  görə  də  su 
mifologeminin  iki aspekti vardır. Su qadın başlanğıcı rolunda ana ağuşu və bət-
ninin, həmçinin mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir...  Su qa-
dın  başlanğıcının  digər  təcəssümlərindən  biri  kimi  Yer  ilə  eyniləşdirilə  bilər...  
Göyün kişi  başlanğıcı kimi  yerlə,  yaxud su  ilə kəbin kəsdirməsi geniş  yayılmış 
motivdir...  Lakin  su  eyni  zamanda  yeri  «doğmağa»  məcbur  edən  mayalandırıcı 
kişi toxumudur (21, 240). 
S.S.Averintsevin bu söylədiklərində su stixiyası haqqında unuiversal çiz-
gilər,  yəni  hər  bir  mifoloji  ənənə,  o  cümlədən  bizim  folklorumuzda  öz  əksini 
tapmış mifoloji ənənə üçün səciyyəvi olan cəhətlər ifadə olunmuşdur. Buna görə 
də belə hesab edirik ki, alimin fikrini tezislər halında ümumiləşdirməyin burada 
apardığımız  tədqiqat  üçün  faydası  vardır.  Beləliklə,  alimin  fikrindən  aşağıdakı 
qənaətlər hasil olur: 
1. Su – mifoloji dünya modelinin ən fundamental stixiyalarından biridir. 
2.  Su  –  mifologiyada  ilk  başlanğıc,  bütün  varlığın  ilkin  vəziyyəti,  ilkin 
xaosun ekvivalentidir.  
3.  Su  –  mifologiyada  dünyanın  yaradılışını  təsvir  edən  süjetin  əsas  ele-
mentidir. 
4. Su – bəşəri mayalanmanın və yaranışın mühiti, maddəsi və prinsipidir. 
5.  Su  –  bəşəri  mayalanmanın  başlanğıcı  kimi  özündə  həm  kişi,  həm  də 
qadın başlanğıclarını birləşdirir.  
6. Su – qadın başlanğıcı rolunda ana ağuşu və bətninin, həmçinin maya-
lanan  dünya  yumurtasının  analoqu  kimi  çıxış  edir  və  qadın  başlanğıcının  digər 
təcəssümlərindən biri kimi Yer ilə eyniləşdirilə bilir.  
7. Su – Yeri «doğmağa» məcbur edən mayalandırıcı kişi toxumudur. 
Düşünürük ki, S.S.Averintsevin fikrindən hasil olan bu qənaətlər su haq-
qında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası iilə əlaqəsini açmaq, suyun 
həmin  əfsanələrdəki  obrazlaşma  sistemini,  motivlənmə  sistemini  görməyə  im-
kan  verir.  Bu  cəhətdən  V.N.Toporovun  su  stixiyasının  əsas  obrazlarından  olan 
dünya  okeanı  haqqında  yazdıqları  da  səciyyəvidir.  O  göstərir  ki,  dünya  okeanı 
mifopoetik ənənədə  yerin, daha geniş halda bütün kosmosun əmələ gəldiyi ilkin 
sulardır. Bu okean stixiya və onunla doldurulan məkan, həmçinin okeanın təcəs-
sümünün müxtəlif formalarında (ilahi personajlar, xaosla bağlı əjdahalar şəklin-
də) mücərrəd mühakimə prinsipi kimi çıxış edir. Çox əski mifoloji konsepsiyala-
ra görə, okean xaosun əsas təcəssümlərindən  biri, hətta xaosun özüdür. Bir çox 


 Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər               ●             2014/1 
 
86
qədim kosmoqonik versiyalarda okean və xaos biri-birindən ayrılmaz, bir-birinə 
bərabərdir (22, 249). 
Buradan  belə  bir qənaətə gəlmək olur ki, su  mifologiyada dünyanın əv-
vəlki halıdır. Odur ki, su ilə bağlı Azərbaycan əfsanələrini araşdırmaq dünyanın 
ilkin  halı,  kosmosdan  öncəki  xaos  mərhələsi  haqqında  təsəvvürləri  araşdırmaq, 
bir çox əsaslı nöqtədə bizim malik olduğumuz müasir şüur məntiqindən tamami-
lə fərqli olan məntiqlə üzləşmək deməkdir. 
Su haqqında  Azərbaycan  əfsanələrinin  mifoloji  su stixiyası  ilə əlaqəsini 
göstərmək  üçün  su  stixiyasının  türk  mifologiyasındakı  obrazlarına  toxunmağın 
faydası vardır.  
Mirəli Seyidovun yaradıcılığında su stixiyası ilə bağlı iki obrazdan geniş 
şəkildə bəhs olunmuşdur: Yer-Sub və Öləng ilahəsi (23, 63-69; 24, 84-93). Bun-
dan  başqa  M.Seyidovun  müxtəlif  əsərlərində  su  stixiyası  ilə  bağlı  qənətləri  öz 
əksini tapmışdır. O göstərir ki, Azərbaycan və bir çox türkdilli xalqların animist 
baxışlarına görə, dağlar, göllər, çaylar insan kimi sevib-sevilir, göllər, sular mü-
qəddəsdirlər. Əski türkdilli insan göllərə də tapınırdı (25, 45). Çay-su ilk başlan-
ğıc, həyat verənlərin ilkinindən sayılmışdır (1, 46). 
Folklorda su kultundan bəhs edən Rövşən Əlizadə də göstərir ki, suyun 
həyat,  ölümsüzlük,  gənclik  bəxş  etməsi  ilə  bağlı  inamlar  Azərbaycan  mif-
lərində,  nağıl  və  dastanlarında  rəngarəng  şəkillərdə  əksini  tapmışdır.  Azər-
baycan  türklərinin  inamlarında  suyun  kultlaşması  onun  ata,  əcdad  olması, 
övlad verməsi, and yerinə çevrilməsi və digər faktlarda gerçəkləşmişdir. Su 
kultu bir çox türk mənşəli xalqların folklorunda sakral dəyər qazanmış tapı-
naqdır. Suyun bərəkət və qüvvət qaynağı kimi, həm də hifzedici,  yaxud cə-
za  verən Tanrı timsalında türk  mifoloji  inamlarında  mövcudluğu  müəyyən-
ləşmişdir.  Kosmosun  yaradılmasında  ilkin  başlanğıc  olan  su  insan  nəslinin 
artımından  sonra  göl,  çay,  dəniz,  bulaq  və  s.  şəkillərdə  inamlar  sisteminə 
daxil olmuş  və türk xalqlarının  yaşadıqları  məkanlarda  həyatı,  yaşamı  şərt-
ləndirən  mühüm  amil  statusunu  almışdır.  Türk  xalqlarının  təsəvvürlərində 
Su Tanrısı obrazının formalaşması isə suya tapınmanın izlərini geniş müstə-
viyə çıxarmışdır (26, 138-139). 
Düşünürük  ki,  buraya  qədər  toxunduğumuz  fikirlər  su  haqqında  Azər-
baycan  əfsanələrində  su  stixiyasının  yerini,  rolunu,  forma  və  şəkillərini  müəy-
yənləşdirmək üçün kifayət qədər sanballı nəzəri bünövrə yaradır. Elə bu bünövrə 
əsasında sözü gedən əfsanələr qrupunu təhlil etməyə çalışacağıq. 
Prof. S.P.Pirsultanlının topladığı «Göyəzəndə qızıl piyalə» adlı əfsanənin 
qısa məzmunu belədir: Kəsəmən xanın qızı Nabat oğlan kimi təlim alır, igidlər-
dən geri qalmır. Əmisi oğlu Halaya  nişanlanır. Bir gün Halay ova gedir, qayıt-
mır.  Nabat  yaraqlanıb  Halayı  axtarmağa  getmək  istəyir,  ancaq  atasından  həya 
edir. Qızıl piyaləsi  vardı, dar ayaqda Nabatın  harayına  yetərdi. O, öz piyaləsini 
su  ilə  doldurur,  suya  yalvarır  ki,  sən  aydınlıqsan,  Halayın  taleyini  mənə  aydın 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə