1
Azərbaycan Milli Elmlər Akademiyası
Akad.Z.M.Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu
“Vətən tarixi” seriyası
ORTA ƏSR ƏRƏB MƏNBƏLƏRĠNDƏ
AZƏRBAYCAN TARĠXĠNƏ AĠD
MATERĠALLAR
Bakı – 2005
2
Azərbaycan Milli Elmlər Akademiyası akad.Z.M.Bünyadov adına
ġərqĢünaslıq Ġnstitutu Elmi ġurasının qərarı ilə çap olunur
“Vətən tarixi” seriyasının redaksiya heyəti:
G.BaxĢəliyeva (sədr).
F.Əsədov (məsul redaktor).
ġ.Mustafayev, C.Ġskəndərli, E.Ağayeva,
S.Süleymanova, H.Əkbərov,
P.Əfəndiyeva, G.Qafqazlı, Z.Qurbanova
Orta əsr ərəb mənbələrində Azərbaycan tarixinə aid materiallar. –
Bakı: “Nurlan”. – 2005. – 336 s.
Oxucuların istifadəsinə təqdim olunan bu kitab orta əsr ərəb müəlliflərinin
(Kufi, Təbəri, Bəlazuri, Yəqubi və QəlqəĢəndi) əsərlərindən Azərbaycanın orta
əsrlər tarixinə aid seçilmiĢ material əsasında tərtib olunmuĢdur. Əsər həm
mütəxəssislər, həm də geniĢ oxucular üçün faydalı olan məlumatlarla zəngindir.
4603000000 – 467
N – 098 – 2005
Qrifli nəĢr
“Nurlan”, 2005
AMEA akad. Z.M.Bünyadov
Adına Şərqşünaslıq İnstitutu, 2005
3
Ön söz
Ərəb tarixi ədəbiyyatı dedikdə, ərəblərin öz əsil-nəsəbi, dövlət və
hökmdarları, habelə digər xalqlar və onlarla olan münasibət və əlaqələri haqda
“tarixi məlumatlar”ı özündə əks etdirən əsərlər nəzərdə tutulur. Bu əsərlərin janr
müxtəlifliyi islamaqədərki qəbilə rəvayətləri, Məhəmməd peyğəmbərin və onun
əshabələrinin həyat tarixçəsi, erkən islam və ərəb istilalarının tarixi, xilafət və onun
vilayətlərinin tarixi ilə bağlı olaraq meydana gəlib. Ərəb ədəbiyyatının tarixi
janrlarına tərcümeyi-hallar və Ģəcərə tarixini də aid edirlər.
1
Ərəb tarixi ədəbiyyatının ilk və daha yetkin formaları arasındakı hədd fərqi
iki müxtəlif istilahın mövcudluğunda öz əksini tapıb; bu istilahlar isə “tarixi bilik”
məfhumunu ərəb dilində “ilm əl-əxbər” və “ilm ət-tarix” ibarələri ilə ifadə edir.
“Əl-əxbər” əslində əlamətdar hadisə haqqında xəbərlər deməkdir: o, “hekayət”
yaxud da “tarixi lətifə” kimi tərcümə olua bilər. Bu janr hadisələrin nə xronoloji,
nə də müəyyən ardıcıllıqla verilməsini nəzərdə tuturdu. Ġslam meydana gəldikdən
sonra “əl-əxbər” Məhəmməd peyğəmbər və onun əshabələrinin iĢ və əməlləri
haqqında hekayətlər kimi əlavə məna kəsb edir, baĢqa sözlə, Peyğəmbərin
əməllərinə münasibətdə “əl-əxbər” istilahı “hədis” sözünün sinonimimə çevrilir.
2
“Tarix” sözü isə IX əsrdən baĢlayaraq intiĢar edir; o, bir neçə məna
xüsusiyyətinə: tarixin qeydiyyatı, hadisələrin Ģərhi və zəmanənin əksi kimi
xüsusiyyətlərə malikdir. Bu sözə nə islamaqədərki ədəbiyyatda rast gəlinir, nə də
Quranda qeyd olunur, lakin o, “hökm”, “ittiham” kimi ümumi məna daĢıyan cənubi
ərəb kökü ilə birbaĢa etimoloji əlaqəyə malik olduğunu biruzə verir.
3
Ümumiyyətlə,
“ilm ət-təvarix” anlayıĢını müsəlman icmasının inkiĢafı haqqında, daha doğrusu,
xronoloji olaraq Peyğəmbərin
622-
ci ildə Məkkədən Mədinəyə etdiyi mühacirət
hadisəsindən baĢlanan ərəb tarixi ənənəsinin müsəlman dövrü üzrə olan bir bilik
kimi baĢa düĢmək gərəkdir.
Ərəb qəbilə ənənəsinə məxsus abidələrdə Azərbaycana aid hər hansı
məlumat axtarmaq əbəs, boĢ bir iĢ olardı, çünki bizim ərazilərdə ərəb qəbilələri
kompakt, yığcam Ģəkildə məskun olmayıb. Amma bunun baĢ verdiyi ölkələrdə,
məsələn, Misirdə bu qəbilə rəvayətləri ölkə haqqında mövcud yerli qədim xəbərləri
mənimsəyib özününküləĢdirərək
4
müsəlman aləminin bu parçasının ərəb birliyi
ölkələrinə çevrilməsini təsbit etmiĢdi. Beləliklə ölkəmizin tarixini tədqiq edib
araĢdıranlar üçün ərəb ədəbiyyatı yalnız xilafət dövrünün baĢlanması, daha
1
К.А.Бойко. Арабская историческая литература в Испании. М. 1977. С. 8
2
Franz Rosenthal. A History of Muslim Historiography. Leiden. 1968. P.11
3
Yenə orada, s. 12-13:
4
К.А.Бойко. Арабская литература в Египте. М.. 1991. С.6
4
doğrusu, müsəlman yürüĢləri haqqında, xilafət
tərkibində vilayətlərin
tarixinə
dair tarixi əsərlərin yaranması ilə əlaqədar qiymətli məlumatlar verir.
Ərəb tarixĢünaslığının, yəni «ilm ət-tərix»in ilk müsəlman icması və islam
dini tarixi ilə sıx, üzvi bağlılığı ərəb tarixçilərinin məlumatlarının xüsusi
əhəmiyyətini və mötəbərliyini təmin etmiĢdir. Quran orta əsr ərəb kitabçılığının ilk
abidəsidir. Bu müəzzəm kitab möminlərin həyatının müxtəlif sahələrini tənzim
edib qaydaya salır, həm də özündə çoxlu tarixi məlumatları ehtiva edir, amma
demək lazımdır ki, həmin məlumatlarda qeyd olunan hadisələrin nə xronoloji
tarixi, nə də təfsilatı verilir. Belə vəziyyət Quranda mövcud olan qaranlıq,
müəmmalı yerlərin, о cümlədən müəyyən tarixi hallara iĢarə edən məqamların
izah edilməsi zərurətini ortaya çıxarır. Nəticədə Quranın dini Ģərhi, baĢqa sözlə
«təfsiri» meydana gəlir. Ən görkəmli təfsir abidələrindən biri də ət-Təbərinin (839-
923) məĢhur «Təfsir ət-Təbəri» əsəridir. Əsər çap olunmuĢ halda 30 cilddən
ibarətdir.
Müsəlman dini icmasının erkən tarixinin ayrı-ayrı məqamlarını izah edib
anlatmaq, habelə Quranın qoyduğu müəyyən qaydaları açıqlayıb Ģərh etmək həvəsi
Peyğəmbərin (hədis) və onun əshabələrinin (əxbər) iĢ və əməlləri haqqında
hekayətləri toplayıb qələmə almağa təkan verir. Onların arasında həm həqiqi, həm
də uydurma rəvayətlər vardı. Deyilənlərə görə, istifadədə milyon yarım hədis
mövcud idi. Odur ki, ravilər silsilələrini yoxlayıb müəyyən etmək yolu ilə hədisləri
dəqiq təsnif edib, həqiqi olub-olmadığının təhlilinə ehtiyac yaranır.
5
Bu minvalla
səhih, dürüst tarixi məlumatları qələmə almaq üçün lazımi Ģərait yaranmıĢ olur.
Bununla əlaqədar 30 cildlik təfsirin müəllifi Mühəmməd ibn Cərir ət-Təbərinin
həm böyük bir tarixçi kimi, həm də islamın ilk üç əsrlik tarixini əhatə edən ən
mötəbər əsərin - «Peyğəmbərlərin və padĢahların tarixi» salnaməsinin müəllifi
kimi tanınması heç də təsadüfi deyil.
Qeyd etmək lazımdır ki, Azərbaycana dair məlumatlar yalnız tarixi
ədəbiyyat nümunələrində deyil, həm də orta əsr ərəb coğrafiyaĢünaslarının
əsərlərində də mövcuddur. Lakin ərəb coğrafi ədəbiyyatı özünəməxsus janr
xüsusiyyətlərinə və fərqli mənĢəyə malik olub. Əslində o, böyük bir imperiyanı
idarə etmək üçün tələb olunan əməli biliklərə artan ehtiyacdan doğmuĢ və onun
əsasını yunan coğrafiyaĢünaslarının əsərləri təĢkil etmiĢdir.
6
Milli elmimizdə
akademik Z.M.Bünyadovdan
7
baĢqa ərəb coğrafi ədəbiyyatında Azərbaycana dair
5
А.Б.Халидов. Рукописная книга в арабской культуре. – В. кн.: Рукописная книга в культуре
народов Востока. М.. 1987. С. 260
6
И.Ю.Крачковский. Арабская географическая литература. – Избранные Сочинения. Т. 4. М.. –
Л.. 1957.с. 20-21
7
З.М.Буниятов. Азербайджан в VII-IX вв. Баку. 1965.cc. 19-25. Bu böyük əsərin göstərilən
hissəsində ərəb coğrafiyaĢünaslarının Azərbaycana dair məlumatları xarakterizə olunur
.
Dostları ilə paylaş: |