Azərbaycan Milli Elmlər Akademiyası Akad. Z. M. Bünyadov adına ġərqĢünaslıq Ġnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/102
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31226
1   ...   7   8   9   10   11   12   13   14   ...   102

24 
 
[Müəllif]  deyir:  Səid  əl-HərəĢi  bayrağı  götürüb,  qulamını  çağırdı:  «Ey 
Fərəc!  Bu  bayrağı  al!»  Xəlifə  dedi:  «Ey  Səid!  Fərəc  (Sevinc)  onun  adıdır,  yoxsa 
sən istəyirsən ki, bu ürəyə yatan əlamət olsun?» Səid dedi: «Onun adı doğrudan da 
Fərəcdir, ya Əmirəlmöminin!» 
[Müəllif] deyir: HiĢam əmr etdi ki, Səidə 50 zirehli köynək və əlavə 50 ərəb 
atı versinlər. 
(səh. 45) Sonra xəlifə ġamın nəcib ərəb ailələrindən ən yaxĢı oğulları onun 
üçün  seçib,  hamısını  Səidin  sərəncamına  göndərdi.  Sonra  xəlifə  dedi:  «Get,  ey 
Səid, Raqqaya
57
 çat və qoĢun yığmayana qədər oranı tərk etmə». 
[Müəllif]  deyir:  Səid  öz  həmqəbilələri,  əmisi  oğlanları  və  ġamın  nəcib 
ərlərinin müĢayiəti ilə yola çıxıb Raqqaya çatdı. HiĢam ona bir qədər əsgər təhkim 
etdi  və  onunla  birlikdə  yola  çıxanların  sayı  50  min  nəfər  oldu.  [Müəllif]  deyir: 
HiĢam  ona  100  min  dirhəm  pul  göndərib,  əmr  etdi  ki,  düĢmənə  qarĢı  yürüĢə 
baĢlasın. 
[Müəllif]  deyir:  Səid  əl-HərəĢi  öz  əsgərləri  ilə  düĢmən  üzərinə  yeridi.  O, 
ordusu  ilə  əl-Cəzirənin  Ģəhərlərindən  keçib,  əhalini  xəzərlərlə  müharibəyə 
səfərbərliyə  çağırırdı.  Hər  Ģəhərdə  o,  xəzərlərə  qarĢı  cihadda  iĢtirak  etmək 
istəyənləri  ordusuna  götürürdü.  Bu  fəaliyyətini  o,  Ərzən  adlı  Ģəhərə
48
  çatanadək 
davam etdirdi.  Əgər o, keçmiĢdə  əl-Cərrahın əsgəri olan  bir nəfərə  rast  gəlirdisə, 
onu  təcrübəli  döyüĢçü  kimi  məmnuniyyətlə  qəbul  edirdi.  Belə  adamlar  Səid  əl-
HərəĢini  görəndə  hönkür-hönkür  ağlayıb  əl-Cərrahı  yada  salırdılar.  Əl-HərəĢinin 
özünün də göz yaĢları sel kimi axırdı. Belə təcrübəli döyüĢçülərə o, pul ayırırdı ki, 
onlar  hər  Ģeydən  xatircam  olub  onunla  birlikdə  xəzərlərlə  müharibəyə  getsinlər. 
Hər qəbul etdiyi təcrübəli döyüĢçüyə 10 dinar pul verirdi. 
Bundan sonra o, ordusu ilə bu gün də «Bənu Zərərə» keçidi adı ilə tanınan 
dağ  keçidini  adlayıb,  Xilat  Ģəhərinə
59
  yaxınlaĢdı.  Onun  qalasında  bu  vaxt  çoxlu 
kafir var idi. Səid bir neçə gün qalanı mühasirə edib, sonra oranı aldı, qaladakıların 
hamısını qırdırdı və alınan qənimətləri əsgərləri arasında bölüĢdürdü. Bundan sonra 
Xilatı  arxada  qoyub,  (səh.  46)  yolu  üstündə  qarĢısına  çıxan  qalaların  birini 
digərinin  ardınca  fəth  edərək  Bərdəyə  yetiĢdi.  Bərdənin  mühasirəsi  Ģəhərdə 
yaĢayan müsəlmanları çox sevindirdi. 
[Müəllif]  deyir:  Bu  vaxt  Azərbaycanda  olan  xaqanın  oğlu  Bars  bəy  isə 
burada  əhalini  qırmaq  və  əsir  almaqla  məĢğul  idi.  [Müəllif]  deyir:  Xalq  hər 
tərəfdən əl-HərəĢinin  yanına  axıĢıb,  hamılıqla  cihadda  iĢtirak etmək istəyirdi.  Əl-
HərəĢi  camaata  müraciətlə  Allaha  Ģükür  və  dua  edərək  dedi:  «Ey  müsəlmanların 
məclisi!  Söz  verin  ki,  aldığınız  əsirləri  kasıblara  verəcəksiniz,  çünki  bu  gün  var-
dövlət  yığmaq  günü  deyil!  Yox!  О  adamın  ki  artıq  atı  var,  qoy  bu  atı 
müsəlmanların birinə bəxĢ etsin. Allahın himayəsinə əl atın. Allaha ümid bağlayın. 
Allahdan kömək istəyin; О sizə kömək edib sizin cəsarətinizi möhkəmlədər»! 


25 
 
[Müəllif]  deyir:  Camaat  hər  tərəfdən  ona  hay  verdi:  «Səni  eĢidirik  və  hər 
Ģeyi  qəbul  edirik,  ya  Əmir!  Apar  bizi  düĢmənə  qarĢı  və  Allah-Təala  qoy  səndən 
razı olsun!» 
 
 
Bir beyləqanlının hekayəti 
 
[Müəllif]  deyir:  Əl-HərəĢi  Bərdədən  çıxıb  Beyləqana  gəldi.  Burada  yenicə 
möhkəmlənmiĢdi ki, Beyləqan nahiyəsindən olan bir kiĢi onun yanına  gəlib dedi: 
«Qoy  Allah  Əmiri  razı  salsın!  Mən  bəlaya  düĢmüĢ  bir  adamam,  sənə  deyəcəyim 
sözlərə qulaq as!» Əl-HərəĢi soruĢdu: «De görüm, sənə nə olub?» О dedi: «Xaqan 
oğlu  Barsbəy,  əl-Cərrah  ibn  Abdullahın  öldürülməsindən  və  Ərdəbil  əhalisinin 
baĢına  gətirdiyi  müsibətdən  sonra  bir  tarxanı
60
  ilə  bu  nahiyəyə  gəlib  əsgərlərini 
onun  kəndlərinə  bölüĢdürdü.  Sonra  о  mənim  iki  qızımı  əlimdən  alıb,  paltarlarını 
çıxartdırdı və  onlara  əmr etdi ki,  lüt  halda  ona  Ģərab gətirsinlər. О  elə  indi də bu 
nahiyənin kəndlərindən birində arxayın və sakit öz iĢindədir, heç güman da etmir 
ki,  sən artıq buradasan. O,  yuxudan duranda  da  sərxoĢdur,  yatanda  da. Ya  Əmir! 
Əsgərlərindən bir-ikisini mənimlə ora göndər, qoy Allahın xeyir-duası sənə kömək 
olsun! Biz onun olduğu yerə gedib (səh. 47) qızlarımı xilas edərik. Allah da buna 
görə sənin mükafatını verər!» 
Əl-HərəĢi  kiĢinin  sözlərindən  bərk  kədərləndi.  Sonra  Əbdülməlik  ibn 
Müslüm əl-Üqeyli adlı əmisi oğlunu çağırıb ona bir neçə atlı əsgərlərindən təhkim 
edib, həmin adamla birlikdə tarxan qalan kəndə göndərdi. Həmin kiĢi Əbdülməlik 
ibn Müslümü aparıb tarxan qalan evə çatdırdı. 
[Müəllif]  deyir:  Əbdülməlik  ibn  Müslüm  pəncərədən  içəri  baxıb  ayılmaz 
dərəcədə  sərxoĢ  olan  tarxanı  və  baĢının  üstündə  duran  iki  qızı  gördü.  [Müəllif] 
deyir: Pəncərədən evin içinə tullanan Əbdülməlik ocağın üstünə yıxıldı. Ancaq tez 
ayağa  qalxıb  tarxanın  üzərinə  atıldı,  о  qədər  qılınc  vurdu  ki,  tarxanın  canı  çıxdı. 
Sonra baĢını bədənindən ayırıb əsgərlərinin yanına qayıtdı. Onunla birlikdə kiĢinin 
qızları da evdən çıxdılar və Əbdülməlik onları atalarına qaytardı. 
Bundan sonra  əsgərləri ilə xəzərlərin üzərinə atıldı, bu kənddə qalan bütün 
xəzərləri  qılıncdan  keçirtdi  və  əllərinə  düĢən  qənimətlə  əl-Hərusinin  yanına 
qayıdıb, hər Ģeyi ona nəql etdi. 
Bu, əl-HərəĢinin xəzərlər üzərində çaldığı birinci qələbəsi idi. 
[Müəllif] deyir: Əl-HərəĢiyə xəbər çatdı ki, xəzərlərin padĢahı xaqanın oğlu 
Barsbəy böyük ordu ilə  Varsan Ģəhərini  mühasirə  edib, Əl-HərəĢi Bərdik adlı bir 
beyləqanlını yanına çağırır. Bərdik özü fars idi, lakin xəzər dilində gözəl danıĢırdı, 
həm  də  cəsur  idi,  ala  atın  sahibi  kimi  tanınırdı.  [Müəllif]  deyir:  Əl-HərəĢi  onu 
çağırdı  və  dedi:  «Ey  Bərdik!  Sən  müsəlmansan  və  mən  istərdim  ki,  sən  canını 
Allaha  və  müsəlmanlara  fəda  edəsən.  Varsana  yola  düĢ,  əhaliyə  xəbər  ver  ki, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə