Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə5/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   ...   57

 
17 
larının  kök  salması  istiqamətində  çalışan  ziyalılar 
sırasında Asan Səbrinin də adını xüsusi vurğulayaraq 
yazır:  “1905-ci  ilə  qədər  hər  bir  hərəkəti  sadəcə  rus-
ların öz işi kimi görən və bu işə qarışmaqla, nəticədə 
başlarına  bəla  açacaqlarını  düşünən  Krım  tatarlarının 
əksəriyyəti  siyasətlə  maraqlanmamışdı.  İsmayıl  Qas-
piralı  və  tələbələri  olan  Hasan  Sabri  Ayvazov,  Mah-
mud Refat, İsmayıl Limanov, Osman Akçokraklı xal-
qı  maarifləndirməyə  və  üsuli-cədid  hərəkatını  yay-
mağa  çalışsalar  da,  yalnız  1905-ci  ilə  doğru  Krım 
tatarları  arasında  üsuli-cədid  və  rus-tatar  məktəblə-
rində  yetişən,  ədəbiyyat  və  maarif  məsələləri,  habelə 
digər  intellektual  məsələlərdə  fəal  olan  bir  qrup  tə-
şəkkül tapmışdı”
1

İctimai-siyasi  proseslərə  fəal  marağı  nəticəsində 
mətbuatla  əməkdaşlığı  da  erkən  yaşlarından  başlan-
mışdı.  Krım-tatar  ədəbiyyatı  tarixçisi  İsmayıl  Asan-
oğlu Kərimin yazdığına görə, ilk məqalələri təxminən 
1897-1898-ci  illərdə  Qahirədə  çıxan  “Müvazene”  və 
“Türk” qəzetlərində dərc olunmuşdu
2
. İstanbuldan və 
Alupkadan  göndərdiyi  məqalələr,  müxbir  məktubları 
sonralar  baş  redaktoru  səviyyəsinə  yüksələcəyi  “Tər-
cüman”da mütəmadi çap edilirdi. Həmin dövrdə artıq 
türkçülük  hərəkatının  öncüllərindən  biri  kimi  tanınan 
azərbaycanlı  fikir  adamı  Əli  bəy  Hüseynzadə  ilə  ilk 
tanışlığının  çox  güman,  Osmanlı  imperiyasının  pay-
taxtında baş tutduğunu ehtimal etmək mümkündür.  
                                                 
1
  Hakan  Kırımlı.  Kırım  Türklerində  Milli  Kimlik  ve  Milli  Hareketler. 
Ankara, 1996, s. 64. 
2
 İsmayıl Asan oğlu Kerim. Medeni esaslar. Simferopol, 1997, s. 11. 


 
18 
Onun  ədəbi  və  ictimai-siyasi  baxışlarının  forma-
laşmasından danışarkən, Krım-tatar ədəbiyyatı tarixçi-
ləri bir qayda olaraq İsmayıl Qaspiralı ideyalarının və 
1905-ci il inqilabının təsirini ön plana çəkirlər. Midhət 
Paşa  ilə  birlikdə  ilk  türk  konstitusiyasının  müəllifləri 
sırasında yer alan maarifçi Asan Nurinin (1857-1903) 
qurduğu “Nicat” cəmiyyətində katib
1
, bir müddət son-
ra  isə  sədr  kimi  fəaliyyəti,  yarımadada  rus  və  tatar 
dilində  çıxan  qəzetlərlə  sıx  əməkdaşlığı  da  təbii  ki, 
mətbuatla, ictimai həyatla geniş əlaqələrinin yaranma-
sına təsirsiz qalmamışdı. Heç şübhəsiz, digər müasir-
ləri  kimi,  Asan  Səbri  də  tarixi  vətən  saydığı  Osman-
lının cazibəsindən çıxa bilməmişdi. Nəhayət, hər han-
sı  tərəddüd  hissinə  yol  vermədən,  Krım-tatar  ədəbiy-
yatının bir sıra digər tanınmış təmsilçiləri kimi, onun 
da fikri inkişafında XX əsrin əvvəllərindəki Azərbay-
can  ədəbi  mühiti  və  mətbuatının,  eləcə  də  Əlimərdan 
bəy  Topçubaşov,  Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy 
Ağayev  kimi  görkəmli  simaların  rolunu  ayrıca  qeyd 
etmək lazımdır. 
Doğrudur, yarımadanın rus işğalına uğradığı 1783-
cü  ildən  sonra  çarizmin  davamlı  ruslaşdırma  siyasə-
tinə baxmayaraq, Krım Rusiya imperiyasında Osmanlı 
təsirinin  daha  geniş  yayıldığı  məkan  sayıla  bilərdi. 
Krım tatarları (əslində bu ifadəni sadəcə “Krım türk-
ləri”  kimi  qəbul  etmək  və  başa  düşmək  lazımdır) 
rəsmən  Rusiya  təbəəsi olsalar da, tarix, dil, mədəniy-
yət, hətta gündəlik həyat və məişət baxımından Türki-
                                                 
1
 “Yeni Dünya”, 28 mart 1924-cü il.  


 
19 
yəyə sıx bağlı idilər və milli zəmində məruz qaldıqları 
bütün  təzyiqlərə  rəğmən  Ana  vətənə  sevgi  və  rəğbət-
lərini  açıq  nümayiş  etdirməkdən  heç  zaman  çəkin-
mirdilər. XIX əsrin sonlarından etibarən Sultan İkinci 
Əbdülhəmid  rejiminin  təqiblərindən  çıxış  yolunu 
əsasən  müxtəlif  Avropa  ölkələrinə,  ilk  növbədə  isə 
Fransa və İsveçrəyə sığınmaqda görən inqilabi hərəkat 
təmsilçiləri  –  “gənc  türklərin”  bəziləri  Krımın  müx-
təlif  guşələrində  məskən  salıb  maarif  və  mətbuat 
sahəsində fəaliyyət göstərirdilər. Qırmızı Osmanlı fəsi 
bir  zamanlar  yüzdə  yüz  türk  torpağı  olmuş  yarıma-
danın  şəhər  və  qəsəbələrində  də  İstanbuldakı  qədər 
populyarlıq  qazanmışdı.  Osmanlı  türkcəsi  nisbətən 
daha sadələşdirilmiş şəkildə Krımda tədris və mətbuat 
dili  idi.  Yerli  gənclər  təhsil  almaq,  yaxud  mənsəb 
pillələri ilə irəliləmək üçün hər cəhətdən özlərinə daha 
yaxın  saydıqları  İstanbula  üstünlük  verirdilər.  Bu, 
tarixin  və  ortaq  milli-mədəni  dəyərlərin  meydana  çı-
xardığı təbii-tarixi bir bağlılıq idi.  
Krımın  üz  tutduğu,  örnək  kimi  qəbul  etdiyi  digər 
bir  mədəni  mərkəz  isə,  heç  şübhəsiz,  Bakı  sayıla 
bilərdi.  Bu  məsələdə  gənc  həmvətənlərinə  şəxsi  nü-
munəni Azərbaycan türkləri ilə qohumluq əlaqələri də 
daxil  olan  ən  sıx  ilişkilərə  malik  İsmayıl  bəy  Qaspi-
ralının  (onun  qızı  sonralar  Azərbaycan  Cümhuriyyə-
tinin  qurucuları sırasında  yer  alan  görkəmli  siyasi  və 
ictimai  xadim  Nəsib  bəy  Yusifbəylinin  həyat  yoldaşı 
idi)
1
  göstərməsi  göz  önündə  idi.  Krım-tatar  cəmiy-
                                                 
1
 Daha ətraflı məlumat üçün bax. Vilayət Quliyev. Baş nazirin xanımı, Bakı, 
“Qanun” nəşrlər evi, 2015, 146 s. 


 
20 
yətində  türkçülük,  milliyyətçilik  və  çağdaşlıq  duyğu-
larının  mühüm  ideya  mərkəzlərindən  biri  kimi  Bakı 
ilə  bağlılıq  ab-havasının  inkişafında,  dildə,  fikirdə  və 
əməldə bir olmağın canlı və səmərəli örnəyinin ortaya 
qoyulmasında  bütün  məsələlərdə  İsmayıl  bəyin  ardı-
cılı, davamçısı kimi çıxış edən Asan Səbri də müəlli-
mindən geri qalmırdı.  
Milli  ucqarlarda  mətbuat,  maarif  və  mədəniyyət 
sahəsində  müəyyən  tərəqqiyə  yol  açan  1905-ci  il  rus 
inqilabı  onu  Krım  tatarlarının  tanınmış  ictimai-siyasi 
xadimlərinin  ön  sırasına  çıxarmışdı.  Gəncliyinə  və 
müəyyən  təcrübəsizliyinə  baxmayaraq,  az  müddətdə 
xalqının  sözünü  deyən,  hüququnu  müdafiə  edən  seç-
kin  şəxslər  sırasında  yer  almağı  bacarmışdı.  1905-ci 
ilin  noyabrında  o,  yeni  siyasi  təşkilatın  –  Rusiya 
Müsəlmanları  İttifaqı  Krım  şöbəsinin  üzvü  (təşkilata 
İsmayıl  bəy  Qaspiralı  rəhbərlik  edirdi)  seçilmişdi
1
. 
Özünün  yazdığına  görə  çar  II  Nikolayın  Rusiya  dini 
və  milli  mənsubluqlarından  asılı  olmayaraq,  Rusiya 
imperiyasının  bütün  təbəələrinə  bəlli  siyasi  haqlar 
tanıyan  17  oktyabr  Manifestinin  imzalamasından  az 
sonra  Krım  tatarlarının 7 nəfərlik nümayəndə  heyəti-
nin tərkibində Peterburqa yollanmış, daxili işlər naziri 
P.N.Durnovo  və  digər  dövlət  rəsmiləri  ilə  görüşərək 
onları təmsil etdikləri xalqın problemləri, tələbləri ba-
rəsində  məlumatlandırmışdı.  Həm  də  bu  zaman  itti-
hamçı tondan və kifayət qədər sərt ifadələrdən çəkin-
                                                 
1
  С.И.Исхаков.  Первая  русская  революция  и  мусульмане  Российской 
империи. Издательство СПМ, Москва, 2007, с. 21. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə