Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu



Yüklə 1,55 Mb.
Pdf görüntüsü
səhifə7/57
tarix01.08.2018
ölçüsü1,55 Mb.
#60417
1   2   3   4   5   6   7   8   9   10   ...   57

 
25 
çap  olunmuşdu
1
.  Artıq  həmin  dövrdə  Asan  Səbri 
Bakının ədəbi-ictimai mühiti ilə sıx təmasda idi. Kiçik 
əyalət  şəhəri  Bağçasaray,  yaxud  patriarxal  Qazanla 
müqayisədə dünyanın neft paytaxtının getdikcə geniş-
lənən  imkanlarını  yaxşı  başa  düşürdü.  Rusiya  türklə-
rinin  milli  və  siyasi  zəmində  təşkilatlanmasında  Əli 
bəy  Hüseynzadə,  Əhməd  Ağaoğlu  kimi  müqtədir  qə-
ləmlərlə  təmsil  olunan  “Həyat”  tipli  yeni,  cəsarətli 
dəsti-xəttə  malik  mətbuat  orqanının  əhəmiyyətini, 
ayıldıcı  və  birləşdirici  gücünü  aydın  başa  düşürdü. 
“Həyat”ın  işində  yaxından  iştirak  onu  qəzetin  iki 
redaktorundan biri – Əli bəy Hüseynzadə ilə daha çox 
yaxınlaşdırmışdı. Yəqin ki, burada  ədəbi zövq yaxın-
lığı  da  öz  təsirini  göstərmişdi.  Ona  görə  də  Əli  bəy 
yaradıcı  heyəti  formalaşdırmaq  niyyətinə  düşərkən 
birincilər  sırasında  xatirinə  gələn  qələm  sahibləri 
sırasında Asan Səbri Ayvazov da olmuşdu. 
Bunu  Asan  Səbrinin  1906-cı  il  sentyabrın  14-də, 
“Həyat”ın  qapanmasından  on  bir  gün  sonra  Krımın 
Alupka şəhərindən qələm dostuna göndərdiyi və mət-
ni ilk dəfə türkiyəli tədqiqatçı Ömər Özcan tərəfindən 
gün  işığına  çıxarılan  məktub  da  təsdiq  edir
2
.  Egey 
Universitetinin  Ədəbiyyat  fakültəsi  Türk  dili  və 
ədəbiyyatı bölümünün Əli bəy Hüseynzadə arxivində 
                                                 
1
  Azərbaycan  kitabı.  3  cilddə.  I  cild.  1720-1920. Bakı,  1963,  s.  53.  Əsərin 
tam  adı  belə  idi:  Üsuli-tədris  və  təlim-tərbiyə.  Mühərriri  Həsən  Səbri 
Ayvazov. Alupka məktəbi müəllimi-sadiqi. Bakı, “Kaspi” mətbəəsi, 1906, 
“Kitabxaneyi-“Həyat”, 233 s. 
2
  Özcan  Omer.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  Mektupları. 
“Yeni  Türk  Edebiyatı”,  İstanbul,  Dergah  Yayınları,  mart,  2010,  say  1, 
s.233-244. 


 
26 
saxlanan orijinal əsasında elmi-ədəbi fikrə təqdim olu-
nan həmin tarixi sənəd, eləcə də digər məktub və poçt 
kartları iki həmkar arasındakı şəxsi və yaradıcılıq əla-
qələrinin  davamlılığından  xəbər  verməkdədir.  Diqqə-
təlayiq  haldır  ki,  türkcə  nəşrindən  az  müddət  sonra 
məktublar krımlı araşdırıcıların da diqqətini çəkmişdi. 
Krım-tatar  ədəbiyyatının  tədqiqatçısı  Gülnarə  Seyid-
vaniyeva  onları  Ukrayna  dilinə  çevirərək giriş  məqa-
ləsi və izahlarla birlikdə Tavriya Universitetinin Elmi 
Əsərlərində çap etdirmişdi
1

Özünü  “əməkdaş  və  redaksiya  müdiri”  kimi  təq-
dim  edən  Asan  Səbri  Ayvazov  “Vətən  xadimi”  qə-
zetinin  blankında  Bakıdan,  Əli  bəy  Hüseynzadədən 
aldığı  8  sentyabr  tarixli  məktuba  cavab  yazmışdı. 
Məktubun  mətni  əlimizdə  olmasa  da, onun  məzmunu 
haqqında yəqinliklə mülahizə yürütmək mümkündür – 
artıq  “Həyat”  səhifələrində  imzasını  tanıdan  krımlı 
müəllif  yeni  layihədə  iştiraka  dəvət  olunurdu.  Asan 
Səbri  özü  də  “Naşiri-maarif  Əli  bəyəfəndi  həzrətləri” 
müraciəti  ilə  başlanan  məktubunda  yaxından  izlədiyi 
Azərbaycan  mətbuat  aləmindəki  son  dəyişikliyə  – 
“Həyat”  qəzetinin  nəşrini  daandırmasını  və  tezliklə 
daha  dolğun  proqrama,  geniş  mündəricəyə  malik 
“Füyuzat” məcmuəsinin yaranmış boşluğu dolduraca-
ğı məsələsinə  toxunmuşdu: “Eylul 8 tarixli məktubu-
nuz  alındı.  Həyatımıza  həyat  bəxş  edən  “Həyat”ın 
                                                 
1
 
Г.Сеидваниева. Неизвестные письма Асан Сабри Айвазова Али беку 
Гусейнзаде.  (Из  архива  Али  бека  Гусейнзаде).  Ученые  записки 
Таврического  Национального  Университета  им.  В.И.Вернадского. 
2013, т. 26-65), с. 201-213. 


 
27 
guşeyi-inzivayə çəkilməsi bəni nə qədər dilgir etdiysə 
şəxsinizin himməti-aliləri sayəsində tülu edəcək “Füyu-
zat” da o dərəcədə, bəlkə daha ziyadə məmnun etmişdir.  
Əfəndim,  “Həyat”ın  adəmi-rəvacı  yüzündən  tətilə 
məcburiyyəti  sizin  ümid  mənbələrinizi  qurutmasın. 
“Həyat” ölməz! Əsl “Həyat” bundan sonra aləmə feyz 
saçacaqdır.  Məktubunuzdakı təklifi-aliyi mövcud şərt 
ilə bərabər məali-məmnuniyyət ilə qəbul ediyorum və 
bu  gündən  etibarən  min  qayri  haddin  (heç  nəyə  bax-
madan)  “Füyuzat”  xadimliyinə  giriyorum.  “Fiyuzat”-
da iştirakımı ilk elanınızda bəyan edə bilirsiniz. Baqi 
təşəbbüs  etdiyiniz  işdə  hər  türlü  müvəffəqiyyət  dilər 
və  “Füyuzat”ın  gözlərinə  pərdə  çəkilmiş  olan  millə-
timizə gözlük olmasını təmənni edərək xitami-məqam 
eylərim,  əfəndim”.  Məktub  “Aciz  qardaşınız  Asan 
Səbri Ayvazov”
1
 imzası ilə tamamlanmışdı.  
Göründüyü  kimi,  hələ  “Füyuzat”  nəşrə  başlamaz-
dan  əvvəl  Əli  bəy  artıq  əvvəlki  layihəsindən  –  “Hə-
yat”  qəzetindən  qələminə  bələd  olduğu  Asan  Səbrini 
müvafiq  şərtlərlə  əməkdaşlığa  dəvət  etmiş  və  təklif 
minnətdarlıqla qəbul olunmuşdu. Onun yuxarıda adını 
çəkdiyim  “Həyat”ın  qürubundan  və  “Füyuzat”ın  tü-
luundan  hasil  olan  təəssüratım”  məqaləsi  də  ruh  və 
məzmun etibarı ilə Əli bəyə göndərdiyi cavab məktu-
bu ilə tam səsləşirdi. Biri-birinə qarışmış təəssüf və se-
vinc hisslərini təsirli bir dillə ifadə edən müəllif yazırdı: 
“Həyat”ın  vidasından  ən  ziyadə  mütəəssir  və 
mütəəllim olanların biri də şu sətirləri qaralayan aciz-
                                                 
1
  Ozcan  Ömer.  Hasan  Sabri  Ayvazof`un  Huseyinzade  Ali`ye  mektubları. 
“Yeni Türk Edebiyatı”, s. 237. 


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə