10
aləmaraye-Abbasi"nin ölkəmizdə fars dilinin ən yaxşı bilicilərindən
olan görkəmli alimlərimiz akademik Vasim Məmmədəliyev, tarix
elmləri doktoru, professor Vaqif Piriyev və filologiya üzrə fəlsəfə
doktoru, dosent Tofiq Cahangirovun yüksək qiymət verdikləri Şahin
Fazil tərcüməsi uzunömürlü olacaqdır.
Yaqub Mahmudov
Əməkdar elm xadimi,
AMEA-mn müxbir üzvü,
tarix elmləri doktoru, professor
11
TƏRCÜMƏÇİDƏN
Təxəllüsü vəzifəsinə uyğun "Münşi", özü isə Azərbaycan
türklərinin türkman tayfasına mənsub olan İsgəndər bəy Münşi
(1560-1634), şərqşünaslıq aləmində çox tanınan müəlliflərdəndir və
o, bu şöhrətə məhz ilk Səfəvilərin, xüsusilə Şah Abbasın tarixini əks
etdirən "Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın
tarixi") adlı əsərini yazmaqla yetişmişdir.
1560-cı
ildə doğulan, gənclik illərində "dövlət
qulluqçuları"na ("ərbabi-dövlət") qulluq edən, 26 yaşından etibarən
səfəvi sarayında münşi (katib) olan və 74 il ömür sürən bu tarixçi,
şair, xəttat və münəccim yaşadığı dövrdə baş vermiş bir çox
hadisələri şəxsən müşahidə edərək onları öz kitabında əks
etdirmişdir. Artıq bir neçə əsrdir ki, "Tarixe-aləmaraye-Abbasi"
əsərindən, demək olar ki, dünyanın bütün şərqşünaslıq
mərkəzlərində geniş istifadə olunur. Mirzə Fətəli Axundov
"Aldanmış kəvakib" əsərini məhz bu kitabın bir süjetindən əxz
etmişdir.
XVI əsr və XVII əsrin ilk 30 ilində Azərbaycanın ictimai,
iqtisadi, siyasi, mədəni, diplomatik, ideoloji həyatında baş verən
hadisələr İsgəndər bəy Münşinin ilkin mənbə kimi son dərəcə
qiymətli olan bu əsərində ətraflı işıqlandırılmışdır. Buna görə də
AMEA A.Bakıxanov adına Tarix İnstitutu böyük tarixçimizin
qələmindən çıxmış "Tarixe-aləmaraye-Abbasi" kitabını bütünlüklə
fars dilindən Azərbaycan dilinə çevirmək və onu oxuculara təqdim
etmək qərarına gəldi. Olduqca böyük zəhmət tələb edən bu iş artıq
yerinə yetirilmişdir və fəxr edirəm ki, mənə olunan təklifə əməl
etmişəm. Əsər 3 dibaçəni, 1 xatiməni
4
, habelə bir neçə "səhifə"
("cild") və "məqsəd"i əhatə edən mürəkkəb bir kitabdır.
4
Qeyd: "Tarixe-aləmaraye-Abbasi" əsərində müəllif "xatimə" adlanacaq gələcək
hissədən söz açaraq yazır: "Xatimə-köhnə kitablardan oxuduğum və həyatım boyu
müşahidə etdiyim qəribə hekayətlər, maraqlı rəvayətlər və dövranın nadir hadisələri
haqqındadır. İnşallah, əgər ömür vəfa edərsə, o hissə üçüncü cilddə yazılacaqdır
"(Bax: İsgəndər bəy Münşi, Tarixe-aləmaraye-Abbasi", I kitab, Tehran, hicri 1382
(miladi 2003), Şahin Fazil tərcüməsi, səh. 16). Görünür ki, İsgəndər bəy kitabının
yazılmasını nəzərdə tutduğu "Xatimə" hissəsini yazmamışdır, çünki biz də kitabda
həmin hissəyə təsadüf etmədik. Bu fikri "Tarixe-aləmaraye-Abbasi" kitabı haqqında
məlumat verən ÇA.Stori (Bax: Ч.А.Стори. Персидская литература. Био-
библиографический обзор. Переработал и дополнил Ю.Э.Брегель, часть II,
Москва, 1972, с. 875), həmçinin İsgəndər bəy Münşinin kitabının I cildini fars
12
İsgəndər bəyin planına görə demək olar ki, "Tarixe-
aləmaraye-Abbasi" 3 "cild"ə, 12 "Məqalə"yə və müxtəlif fəsillərə
(zikr, şərh, goftar) bölünməli idi. Kitabı nəşrə hazırlayan və çap
edən İran tədqiqatçısı İrəc Əfşar həcmcə qeyri-bərabər 3 cilddən
(səhifədən) ibarət olan bu tarixi salnaməni oxuculara 2 hissədə
(bəxş) təqdim etməsinin səbəbini belə izah edir: "Bu kitabın
cildlərinin bərabər həcmdə olmaması səbəbindəndir ki, onun birinci
səhifəsi və ikinci səhifəsinin yarısı I hissədə, ikinci səhifənin ikinci
yarısı və üçüncü səhifə isə göstəricilərlə birlikdə II hissədə çap
olunmuşdur". Qeyd olunmalıdır ki, İsgəndər bəy Münşi tərəfindən
"Müqəddimə", "Məqalə" və "Səhifə" adlandırılan ifadələr hcç də
bizim qəbul etdiyimiz mənada bir neçə vərəqdən ibarət yazı
anlayışına uyğun gəlmir və kitabın hər iki hissəsini əhatə edir.
İsgəndər bəyin özü şair olduğu üçün kitabında özündən və
başqa şairlərdən yüzlərlə beytdən ibarət məsnəvi, nəzm, qitə, rübai,
maddeyi-tarix və s. poetik nümunələr vermişdir. Onun müxtəlif
hadisələrlə əlaqədar misal gətirdiyi şeir parçaları içərisində bizim
Nizami Gəncəvidən və məşhur İran şairi Əbülqasim Firdovsidən
çoxsaylı beytlər mövcuddur. "Tarixe-aləmaraye-Abbasi"də dəfələrlə
Quran ayələri misal gətirilmiş, bəzi tarixi mənbələrdən istifadə
olunmuş və zərbül məsəllərdən nümunələr verilmişdir.
Hər şeydən əvvəl qeyd etmək istərdim ki, bu tərcümə işi
əsərin İran tarixçisi İrəc Əfşar tərəfindən çap olunan hicri tarix ilə
1382-ci il (miladi 2003) üçüncü nəşri əsas götürülməklə yerinə
yetirilmişdir.
5
Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi
Türkman haqqında ölkəmizdə ilk dolğun məlumatı mərhum
həmkanmız, tarix elmləri doktoru Əbülhəsən Əli oğlu Rəhmani
vermişdir.
6
İsgəndər bəyin özünü və sözünü qiymətləndirən və
əsərindən istifadə edən bir sıra tədqiqatçılar olmuşdur (məs., Süheyli
dilindən azərbaycancaya çevirən Oqtay Əfəndiyev və Namiq Musalı (Bax: İsgəndər
bəy Münşi, Tarixe-aləmaraye-Abbasi" ("Dünyanı bəzəyən Abbasın tarixi"), I cild,
Bakı, 2009, səh. 36) da qeyd etmişlər. Lakin III cildin sonunda "Kitabın xətmi
haqqında bir neçə kəlmə (fəqərə)" adlanan kiçik bir "xatimə" vardır ki, bu "xatimə"
İsgəndər bəyin yazmasını nəzərdə tutduğu "Xatimə" deyildir.
5
İsgəndər bəy Türkman. Tarixe-aləmaraye-Abbasi (İrəc Əfşar nəşri), I və II hissələr,
Tehran, h. 1382 (m. 2003).
6
A.A.Paxмaни. "Tapиx-и алам арай-и Аббаси" кaк источник по истории
Азербайджана. Баку, 1960, c. 8-15.