Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə113/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   109   110   111   112   113   114   115   116   ...   189

nəticəsində bir-birindən aralı ayrı-ayrı məhəllələrdən ibarət dağınıq formalı kəndlər 

getdikcə sıxlaşır və məhəllələrarası sərhəd yox olurdu. 

Şimali Azərbaycanın mərkəzi rayonlarında yerləşən bəzi iri kəndlər istisna 

olunmaqla  kəndlərin  çoxu  öz  keçmiş  strukturunu  saxlamışdı.  Belə  ki,  kəndlər 

əsasən  yaşayış  evlərindən,  həyət  və  təsərrüfat  tikililərindən  ibarət  idi.  Yeganə 

ictimai  bina  bəzi  kəndlərdə  mövcud  olan  məscidlər,  mollaxanalar,  məktəb  və 

mədrəsələr  idi.  Bəzi  kəndlərin  ətrafında  hündür  yerlərdə  gözətçi  məntəqələri  var 

idi. Kəndlərdə əhaliyə xidmət etmək üçün müalicə məntəqəsi, xəstəxana,  mədəni-

maarif  ocaqları,  ticarət    və    məişət  xidməti  müəssisələri,  demək  olar  ki,  yox  idi. 

Kənd yolları, küçələr ensiz və dar idi. Şübhəsiz ki, Şimali Azərbaycan kəndlərində 

feodalizm  cəmiyyətinin,  feodal  münasibətlərinin  məhsulu  kimi  meydana  gəlib 

formalaşmış  olan  və  əsrlər  boyu  davam  edən  bu  cür  həyat  tərzi,  məişət  forması, 

onun  bəzi  əlamətləri  kapitalizm  inkişafı  yoluna  təzəcə  qədəm  qoyan  bir  ölkədə 

həmçinin,  onun  müstəmləkəsində  qısa  müddətdə  və  tezliklə  aradan  qaldırıla 

bilməzdi. 

XIX  əsrin  ikinci  yarısında  Şimali  Azərbaycan  kəndlərinin  məişətinin 

səciyyəvi  cəhətlərindən  birini  heyvandarlıqla  məşğul  olan  əhalinin  müəyyən 

hissəsinin  heyvanların  yaylaq  şəraitində  saxlanması  ilə  əlaqədar  olaraq  yay 

aylarında  yaylaqlara  çıxması  və  müvəqqəti  yaşayış  məskənləri  salıb  orada 

yaşaması təşkil edirdi. 

Maldar  əhali  yay  aylarında  yaylaqlara  10-15  ailəni  birləşdirən  obalar 

halında  gedir  və  onlar  müvəqqəti  yaşayış  məskənləri  salırdılar.  Bu  müvəqqəti 

yaşayış məskənləri oba adlanırdı. Onların yaylaq yaşayış evləri isə alaçıqdan, musxur 

və dəyədən ibarət idi. 

Kəndli  yaşayış  evlərinin  əsas  formalarından  birini  ikimərtəbəli  və  kürsülü 

çoxotaqlı  (çoxgözlü)  evlər  təşkil  edirdi.  Kəndli  yaşayı  evlərinin  bu  forması 

kapitalizmin  inkişafı  ilə  əlaqədar  olaraq  daha  geniş  yayılmağa  başlamışdı.  Böyük 

Qafqaz dağlarının ətəklərində Quba-Xaçmaz zonasında yaşayan əhali əsasən daş  və 

kvadrat  formalı  çiy  kərpicdən  tikilmiş  ikimərtəbəli,  çoxgözlü  evlərdə  yaşayırdı.  Bu 

evlərin  ikinci  mərtəbəsindən  təsərrüfat  məqsədilə  də  istifadə  edilirdi.  Evin  birinci 

mərtəbəsindən  əhali  həm  heyvanları  saxlamaq  üçün  pəyə,  həm  də  anbar  və  habelə 

mətbəx kimi istifadə edirdi. 

Evlərin işıqlandırılması üçün əhali qara və ağ neftlə, yağla yanan çıraqlardan 

istifadə  edirdi.  Kapitalizmin  inkişafı  ilə  əlaqədar  olaraq  ölkədə  nəqliyyatın  inkişafı, 

xüsusilə  də  onun  ən  mühüm  növü  olan  dəmir  yol  nəqliyyatının  meydana  gəlməsi 

nəticəsində  Bakı  neftinin  Şimali  Azərbaycanın  müxtəlif  yerlərinə  aparılması  xeyli 

asanlaşmışdı.  Bakı-Tiflis  dəmir  yol  xəttinin  çəkilişi  bu  işi  daha  da  yaxşılaşdırmışdı. 

Əhalinin  xeyli  hissəsi,  xüsusilə,  varlılar  evlərində  onluq,  iyirmilik  və  otuzluq  çıraq 

yandırırdı. Belə ailələrdə paltar ütüləmək üçün kömür və odunla qızdırılan ağır dəmir 



ülüdən  istifadə  edilirdi.  Kəndlilərin  ev  avadanlıqları,  məişət  avadanlıqları  yerli 

avadanlıq və əşyalardan ibarət idi. Kənd əhalisi qab-qacaq, yorğan-döşək və palaz-




paltar  yığmaq  üçün  evdə  rəfdən,  yükaltından,  taxçadan,  sandıqdan,  məfrəşdən 

istifadə edirdi. Əhali əsasən yerdə yatırdı.  Adətən evlərin içinə xalça-palaz döşənir, 

onun  üstünə  kiçik  döşəkçələr  qoyulur,  bardaş  qurub,  yaxud  yastıq  və  mütəkkəyə 

söykənib  otururdular.  Onlar  yeməyi  də  yerdə  oturub  yeyirdilər.  Həmin  palazın  və 

xalçanın üstündə də yer salıb yatırdılar. Lakin XIX əsrin  sonlarında varlı ailələrdə 

taxta  çarpayıdan,  taxta  masa  və  kürsüdən,  dolabdan  və  digər  məişət 

avadanlıqlarından istifadə edilirdi. 

Kənd  əhalisinin  geyimi  başlıca  olaraq  yerli  materiallardan  hazırlanan, 

sənətkarlar və əhalinin özü tərəfindən tikilən paltarlardan  ibarət idi. Kəndli kişi baş 

geyimi quzu dərisindən tikilmiş müxtəlif formalı papaq, pambıq və yun parçadan, bir 

çox  hallarda  yer  xanasında  qadınların  toxuduğu  şal  (yun)  parçadan  tikilmiş  şərq 

formalı  üst  paltarları  -  pencək  şalvar,  çuxa,  arxalıq,  habelə  kətandan  tikilmiş  alt 

paltarlarından ibarət idi. Kişi  ayaq  geyimi  kimi əsasən  göndən  hazırlanmış müxtəlif 

formalı çarıq və başmaq, habelə yun ipdən müxtəlif formada toxunmuş corablar geniş 

yayılmışdı.  Lakin  bu  dövrdə  Şimali  Azərbaycan  kəndlərində  bəy,  ağa  və  varlı 

təbəqələrin  geyimində  əsaslı  fərq  mövcud  idi.  Belə  ki,  ağa,  bəy  və  kəndli  varlı 

təbəqələrinin  digər  nümayəndələri  mahud  çuxa,  mənkülə  arxalıq,  qaragül  cinsli 

quzuların  dərisindən  tikilmiş  və  əhali  arasında  ―buxara  papağı‖  kimi  məşhur  olan 

bahalı papaq, uzunboğaz xrom çəkmə geyir, bellərinə gümüş kəmər bağlayırdılar. 

Kəndli qadın geyimi isə pambıq və ipək parçadan, əsasən, qadınların özlərinin 

evdə  tikdiyi  uzunluğu  ayağın  üstünə  qədər  və  altı-yeddi  taxtadan  olan  gen  tuman, 

habelə  kofta,  nimtənə,  güləcəzıbını,  köynək  və  s.  ibarət  idi.  Qadınlar  başlarına  baş 

örtüyü və geyimi kimi ipək yaylıq, kəlağayı, çutka, araqçın, yaşlı qadınlar isə dingə, 

habelə  bəzi  yerlərdə  çarşab-çadra  örtürdülər.  Qadınlar  adətən  həya  əlaməti  kimi 

örpəyin  ucu  ilə  ağızlarını  da  yaşmaqlayırdılar.  Onlar,  kənar  adamların  və  böyüklərin 

yanında heç vaxt başlarını açmır və başıaçıq, yaşmaqsız gəzmirdilər. 

Qadınların  ayaq  geyimi  əsasən  yüngül  başmaq  olardı.  Bu  dövrdə  qadınlar 

müxtəlif  ziynət  və  bəzək  şeylərindən  istifadə  edirdilər.  Qadınların  zinəti  qızıl  üzük, 

tənə, boyunbağı, bilərzik, bazubənd, mirvari, enli gümüş kəmər, müxtəlif muncuqlar 

və s. idi. 

Kişilər  arasında  olduğu  kimi,  qadınlar  arasında  da  varlı  ailələrlə  yoxsul 

ailələrdə  qadınların  geyimi  bir-birindən  əsaslı  surətdə  fərqlənirdi.  Belə  ki,  qızıl  və 

qiymətli  daş-qaşlardan  hazırlanmış  bahalı  bəzəklərdən,  habelə  ipək  parçalardan 

tikilmiş paltarlardan hakim sinfə, varlı təbəqələrə mənsub olan qadınlar istifadə edə 

bilirdilər. 

Məişətin  mühüm  məsələlərindən  biri  uşaqların  tərbiyəsi  idi.  Kəndlərdə 

mədəni-maarif  ocaqları  olmadığından  və  ya  çox  az  qisim  kəndlərdə  məktəb 

olduğundan geniş kəndli kütlələri arasında uşaqların tərbiyəsi əsasən ailənin üzərinə 

düşürdü və onların fiziki tərbiyəsinə fikir verilirdi. Uşaqlar hələ kiçik yaşlarından ev və 

təsərrüfat işləri görür, həmin sahələr üzrə müəyyən əmək vərdişləri  qazandıqları və 

müstəqil  fəaliyyət  göstərə  bildikləri  halda,  onların  zehni  tərbiyəsi,  mənəvi  inkişafı 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə