Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə121/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   117   118   119   120   121   122   123   124   ...   189

Kapitalist münasibətlərinin kənddə inkişafı ilə əlaqədar kənd burjuaziyası da 

formalaşırdı.  Kənddə  güclənməkdə  olan  sosial  təbəqələşmə  prosesi  kəndlilərin 

ümumi  kütləsi  içərisindən  cüzi  azlığın  -  xırda  kənd  burjuaziyasını  təmsil  edən  və 

iqtisadi cəhətdən qüvvətlənmiş kənd varlılarının və qolçomaqların ayrılmasına gətirib 

çıxardı [18]. 

Ən yaxşı kəndli pay torpaqları, on və yüz minlərlə desyatin icarə olunmuş və 

satın  alınmış  torpaq  sahələri,  ictimai  sudan  istifadə  hüququ,  böyük  miqdarda  iş 

heyvanı  və  məhsuldar  mal-qara,  təkmilləşdirilmiş  kənd  təsərrüfatı  alətləri  kənd 

varlılarının  və  qolçomaqların  əllərində  cəmləşdirilmişdi.  Qolçomaq  təsərrüfatlarının 

müxtəlif istehsal proseslərində muzdlu əməkdən getdikcə geniş istifadə olunurdu. 

Beləliklə,  XIX  yüzilliyin  II  yarısında  Şimali  Azərbaycanda  burjua 

cəmiyyətinin əsas ictimai-sosial qüvvəsi olan çoxmillətli burjuaziya formalaşırdı. 

 

§ 2. FƏHLƏ SĠNFĠNĠN FORMALAġMASI 

 

XIX yüzilliyin ikinci yarısında sənaye kapitalizminin inkişafı, burjuaziyanın 

əmələ gəlməsi ilə eyni zamanda fəhlə sinfinin formalaşması prosesi gedirdi. Bu proses 

o  dövr  Şimali  Azərbaycanın  sosial-iqtisadi  və  siyasi  həyatında  ən  mühüm 

hadisələrindən  biri  idi  və  onun  bütün  sonrakı  tarixi  üçün  mühüm  əhəmiyyət  kəsb 

edirdi.  Ümumi  və  Rusiya  üçün  səciyyəvi  olan  qanunauyğunluqlarla,  ümumiyyətlə, 

fəhlə  sinfinin  əmələ  gəlməsi  xüsusiyyətləri  ilə  yanaşı,  Şimali  Azərbaycan  fəhlə 

sinfinin  formalaşması  prosesinə  bu  diyardakı  sosial-iqtisadi  münasibətlər,  əhalinin 

sosial və milli tərkibinin özünəməxsus xüsusiyyəti, çarizmin müstəmləkə siyasəti ilə 

bağlı olan yerli cəhətlər də öz təsirini göstərmişdir. 

XIX  yüzilliyin  ikinci  yarısının  ilk  onilliklərində  Şimali  Azərbaycanda 

fəhlə kadrlarının əmələ gəlməsi prosesi hələ çox ləng gedirdi. Bu proses kapitalist 

xarakterli  sadə  kooperasiya  müəssisələrində,  manufakturalarda,  təbii  sərvətlərin 

mənimsənilməsi ilə məşğul olan mədənlərdə, ilk fabrik və  zavodlarda başlamışdı. 

Lakin  fəhlələrin  sayı  çox  az  idi.  Neft  və  duz  mədənlərində,  balıq  vətəgələrində 

mövcud  olan  iltizam  sistemi,  bir  sıra  kəndlərin  sakinlərinin  məcburi  əməyindən 

istifadə edilməsi fəhlələrin artımını ləngidirdi. 

50-60-cı  illərin  əvvəllərində  Balaxanı  kəndi  rayonunda  işlər,  məsələn, 

neftin  çıxarılması,  əsasən  yerli  kəndlilərin  məcburi  əməyi  ilə  yerinə  yetirilsə  də, 

quyuların  təmizlənməsi  və  təmirində,  çıxarılmış  neftin  şəhər  anbarlarına 

daşınmasında fəhlələrin muzdlu əməyindən də istifadə olunurdu. 

1864-cü  ildə  neft  çıxarılmasında  kəndlilərin  məcburi  əməyinin  ləğvindən 

sonra  fəhlələrin  muzdla  tutulması  sisteminə  keçid  ölkə  təsərrüfatının  bu 

perspektivli  sahəsində fəhlələrin sayının artmasına təkan verdi. Lakin 70-ci illərin 

başlanğıcınadək  fəhlələrin  sayı  çox  ləng  artırdı.  1873-cü  ildə,  yəni  artıq  iltizam 

sisteminin  ləğvindən  sonra  fəhlələrin  sayı  700  nəfərdən  çox  idi  [19].  Beləliklə, 

fəhlələrin sayının artmasının sürətlənməsi özünü göstərməyə başlayırdı. 



Bakının neftayırma zavodlarında 70-ci illərin əvvəllərinə yaxın 328 daimi 

və  onlarla  müvəqqəti fəhlə, 1883-cü ildə  isə  607 fəhlə  çalışırdı [20]. 70-ci  illərin 

əvvəllərində  Bakının  digər  müəssisələrində  1000  nəfərdən  bir  qədər  çox  və 

donanmada isə 2000 nəfərədək fəhlə işləyirdi [21]. 

Fəhlə  kadrları  Bakı  və  Yelizavetpol  quberniyalarının  qəzalarında  da 

formalaşırdı.  70-ci  illərin  əvvəllərində  Gədəbəy  mis  mədəni  və  misəritmə 

zavodunda  təxminən  1,8  min  nəfərdən  çox,  Nuxa,  Şuşa  və  bəzi  digər  qəzaların 

ipəksarıma  müəssisələrində  təxminən  2  min  nəfər,  balıq  vətəgələrində  1,5  min 

nəfərədək,  kənd  təsərrüfatı  xammalı  emal  edən  müəssisələrdə  isə  bir  neçə  min 

nəfər fəhlə çalışırdı. 

Şimali Azərbaycanın sənaye və nəqliyyatındakı kapitalist müəssisələrində 

çalışan  fəhlələrin  ümumi  sayı  o  dövrdə  10-11  min  nəfərə  çatırdı.  Lakin  onların 

yarısından çoxu sənayedəki mövsümi işi kənd təsərrüfatı əməyi ilə əlaqələndirirdi. 

Buna görə də daimi fəhlələrin, yəni başlıca məşğuliyyəti sənaye və nəqliyyatdakı iş 

olan fəhlələrin sayı təxminən 4-5 min nəfər idi. 

70-ci  illərdən  etibarən  Şimali  Azərbaycanda  fəhlələrin  sürətlə  təşəkkül 

tapması dövrü başladı. Bu, sənaye kapitalizminin sürətli inkişafı ilə bağlı idi. Belə 

inkişafın ardınca labüd olaraq, o dövrün ictimai istehsal münasibətlərinin on kəskin 

surətdə  dağılması  prosesi  başlayırdı.  Şimali  Azərbaycan  fəhlələrinin,  xüsusən  də 

neftçi fəhlələrin artım sürəti kəskin surətdə yüksəlirdi. 

İnkişaf edən sənaye və nəqliyyatın fəhlə qüvvəsinə böyük ehtiyacı vardı. 

Bu tələbat  kəsbkar kəndlilərin, var-yoxdan çıxmış sənətkarların, habelə  fəhlələrin 

ailə üzvlərinin sənaye və nəqliyyata cəlb olunması hesabına ödənilirdi. 

Şimali  Azərbaycan  fəhlə  kadrlarının  formalaşmasının  ən  mühüm  sosial 

mənbəyi  kəndlilər  idi.  Hələ  XIX  yüzilliyin  50-60-cı  illərində  faydalı  qazıntılar 

çıxarılan  yerlərin  yaxınlığında,  sənaye  müəssisələri  meydana  çıxan  şəhərlərin 

ətrafında  yerləşən  kəndlərin  əhalisi  sənaye  istehsalına  cəlb  olunurdu.  Lakin  o 

dövrdə  kəndlilərin  feodal  asılılığından  azad  olması  prosesi  zəif  gedirdi, 

Azərbaycan kəndindən sənayeyə gələn kəsbkarların sayı isə az idi. Çünki sənaye, 

hələlik  zəif  inkişafı  üzündən,  çoxlu  işçi  qüvvəsi  tələb  etmirdi.  İslahatdan  sonrakı 

dövrdə kəsbkarların kənddən sənaye müəssisələri və nəqliyyata axını qüvvətləndi. 

Şimali  Azərbaycanda  xırda  kənd  istehsalçısının  istehsal  alət  və 

vasitələrindən ayrı düşməsi prosesinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, bu 

proses kənddə kapitalist münasibətlərinin inkişafının güclü feodalizm qalıqları ilə 

çulğalaşdığı  bir  şəraitdə  gedirdi.  Azərbaycan  kəndindən  sakinlərin  kəsbkarlığa 

getməsi  həm  kəndlilərin  kapitalistcəsinə  təbəqələşməsinin,  həm  də  onların  feodal 

və  yarımfeodal  əsasda  kütləvi  surətdə  müflisləşməsi  və  var-yoxdan  çıxmasının 

nəticələrindən törəyirdi [22]. 

Azərbaycan  kəndi  qazanc  axtaran  on  minlərlə  azad  oldən  istifadə  edə 

bilmirdi.  Kəndlilərə  müstəsna  şəkildə  dərin  təsir  göstərmiş  qeyri-əkinçilik 

kəsbkarlığının  rolu  belə  şəraitdə  xüsusən  artırdı.  Pauperləşmiş  kəndli  axınının 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə