Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə136/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   132   133   134   135   136   137   138   139   ...   189

toplamışdı. 

Burada 


H.Mahmudbəyov, 

Ə.D.İsmayılov, 

M.H.Əfəndiyev, 

B.Bədəlbəyov, Ş.Əfəndiyev kimi görkəmli azərbaycanlı müəllimlər işləyirdilər. 

H.Q.Rzayev  (sonralar  Azərbaycan  səhnəsinin  ən  görkəmli  ustalarından 

biri olan H.Sarabski) kursa birinci qəbul olunmuş dinləyicilər qrupunda olmuşdur. 

Bakının  mədən-zavod  rayonlarında  da  bir  sıra  axşam  kursları  açıldı. 

Məktəbdənkənar  müəssisələr  savadla  bərabər  zəhmətkeşlərin  gələcəkdə  peşə-

texniki kurslarda ixtisas almağa və beləliklə, maddi vəziyyətlərini yaxşılaşdırmağa 

imkan yaradırdı. 

Azərbaycanda  savadın  yayılması  ilə  kitabxana  və  qiraətxanalara  ehtiyac 

hiss  edilməyə  başladı.  Mövcud  dövlət  təhsil  müəssisələrinin  nəzdindəki 

kitabxanalarla  yanaşı,  ictimai  və  xüsusi  kitabxanalar  da  açılırdı.  Məktəblərdəki 

açıqtipli şagird kitabxanaları sayca üstünlük təşkil edirdi. 1896-cı ildə Yelizavetpol 

quberniyasında 29 yaşayış məntəqəsindəki məktəb kitabxanalarından hamının istifadə 

etməsinə icazə verildi. 1899-cü ilin sonuna yaxın şəhər məktəblərində kitabların sayı 

6297  cildə  (4309  adda),  orta  təhsil  müəssisələrində  isə  17779  cildə  (11180  adda) 

bərabər idi. Bu kitabxanalar demək olar ki, büsbütün şagirdlər üçün nəzərdə tutulmuş 

kitablarla təchiz olunmuşdu. Rus təhsil müəssisələrində həm də məhz müəllimlər üçün 

nəzərdə tutulmuş elmi, metodik, bədii və s. əsərlərdən ibarət əsaslı kitabxanalar var 

idi. 

Məktəblərdən kənarda yerləşən ilk kütləvi kitabxanalar hələ 1859-cu ildə 



Şamaxı  və  Şuşada,  1868-ci  ildə  Gəncədə,  sonralar  -  80-ci  illərdən  -  Bakı,  Quba, 

Salyan  və  Lənkəranda  təşkil  edilmişdi.  Nəzərdən  keçirilən  dövrün  sonuna  yaxın 

xüsusi və ictimai kitabxanaların sayı artır. 1897-ci il ərəfəsində Bakıda onların sayı 8-ə 

çatdı. Onların açılmasına qubernatorun icazəsi ilə yol verilirdi. Kitabxanalar adətən 

şəhərlərdə  və  çox  nadir  hallarda  isə  kənd  yerlərində  yaradılırdı.  Məsələn,  70-ci 

illərin  sonlarında  ilk  kənd  xəzinə  kitabxanasından  biri  Şamaxı  qəzasının  Altıağac 

kəndində  təşkil  edilmişdi.  Bütün  kitabxanalar  maarif,  daxili  işlər  və  dini  idarə 

orqanlarının üçqat nəzarəti altında idi. 1894-cü ilədək, demək olar ki, kitabxanalar 

şəbəkəsi ancaq rus dilini bilən oxuculara xidmət göstərirdi. 

1894-cü  ildə  Bakıda  S.Vəlibəyov,  H.Mahmudbəyov,  S.Qənizadə, 

Ə.Axundov  və  Ə.Cəfərzadənin  yaxından  iştirakı  ilə  N.Nərimanov  tərəfindən  təşkil 

edilmiş ilk Azərbaycan qiraətxanası Azərbaycanın mədəni həyatında çox mühüm rol 

oynadı. 

Qiraətxana  azərbaycanlı  müəllimlərin  yardımı,  xüsusən,  pyeslərin  tamaşaya 

qoyulmasından əldə olunan gəlirlər və könüllü ianə, üzvlük haqları hesabına fəaliyyət 

göstərirdi. Qiraətxananın təşkilatçıları müxtəlif dillərdə çıxan 30-a yaxın dövri mətbu 

orqanlarına  abunə  yazılmış  və  Azərbaycan  dilində  kiçik  kitab  fondu  toplamışdılar. 

1897-ci  ildə  qiraətxananın  nəzdində  kitabxana  da  təşkil  olundu.  Mövcud  olduğu  elə 

birinci il ərzində qiraətxanaya  8255 nəfər, o  cümlədən 3000 azərbaycanlı, 1897-ci 

ildə isə 25849 nəfər oxucu, o cümlədən 8679 azərbaycanlı gəlmişdi. 




Xalq arasında "Nərimanovun qiraətxanası" adını almış bu kitabxananın  kitab 

fondu  müxtəlif  dillərdə  olan  ədəbiyyatdan  ibarət  idi.  Müvafiq  olaraq  onun 

oxucularının  tərkibi  də  beynəlmiləl  idi.  Azərbaycanın  bütün  tarixi  ərzində  ilk  dəfə 

olaraq  azərbaycanlı  əhalinin  savadlı  hissəsi  minimum  giriş  haqqı  (1-2  qəpik) 

müqabilində istədiyi ədəbiyyatdan istifadə etmək imkanı əldə etdi. Tez bir zamanda 

mütərəqqi  Azərbaycan  ziyalılarının  geniş  dairəsini  ətrafında  birləşdirən  qiraətxana 

"Ziyankar"  (yəni  hökumət  əleyhinə)  istiqamətində  fəaliyyət  göstərdiyindən, 

qubernatorun hökmü ilə 1898-ci ildə bağlandı. 

Digər  Azərbaycan  kitabxanası  1897-ci  ildə  Bakıda  doktor  Əbdülxalıq 

Axundov, S.Qəniyev və b. tərəfindən yaradıldı, lakin o, azömürlü oldu. 

1896-cı  ildə  Rus  texniki  Cəmiyyətinin  Bakı  şöbəsi  fəhlələr  üçün 

Qaraşəhərdə  (Azərbaycanda  ilk  pulsuz  kitabxana-qiraətxana),  sonra  isə  Balaxanı 

(1897-ci  ildə),  Ağşəhər  və  Bibiheybətdə  də  (1900-cü  ildə)  pulsuz  kitabxana-

qiraətxanalar  açdı.  Bu  kitabxanalar  fəhlələr  arasında  maarifin  yayılmasında  az  iş 

görməmiş bakılı mühəndis A. S. Doroşenkonun adı ilə adlandırıldı. 

1898-ci  ildə  Neft  sənayeçiləri  qurultayının  Sabunçudakı  xəstəxanası 

nəzdində  kiçik kitabxana açıldı. Bakıda və b. yerlərdə də bir  sıra  kiçik  kitabxana  və 

qiraətxanalar  mövcud  idi,  lakin  möhkəm  maddi  bazanın  olmaması  üzündən  onların 

ömrü qısa oldu. 

Kitabxanaların  sayının  artması  və  təhsil  müəssisələri  şəbəkəsinin 

genişlənməsi kitab ticarəti və nəşriyyat işinin inkişafını şərtləndirirdi. 1895-ci ildə təkcə 

Bakıda  14  kitab  mağazası  və  dükanı  vardı.  XIX  yüzilliyin  ikinci  yarısında 

Azərbaycanda  orta  və  ibtidai,  o  cümlədən  peşə-texniki,  rus-tatar  məktəbləri  və 

mədəni-maarif 

müəssisələri 

şəbəkəsinin 

müstəmləkəçilik 

məhdudluğuna 

baxmayaraq,  yeni  sosial-iqtisadi  inkişafın  təsiri  altında  genişlənməsi  qanunauyğun 

hadisə idi. Bu məktəblər və kitabxanalar Azərbaycan cəmiyyətinin aşağı təbəqələrini 

müsəlman-türk  mədəniyyətinə  cəlb  etməklə,  onlarda  milli  özünüdərketmə  hissinin 

oyanması əsaslarını da qoyurdu. 



 

§ 2. MƏTBUAT 

 

XIX yüzilliyin ikinci yarısında Şimali Azərbaycanın mədəni həyatının ən mühüm 



hadisəsi  dövri  Azərbaycandilli  mətbuatın  meydana  gəlməsi  idi.  İstedadlı  Azərbaycan 

publisistləri,  ictimai  xadimləri  və  öz  dövrünün  qabaqcıl  mütəfəkkirlərinin  bütöv  bir 

nəslin bu mətbuatda sınaqdan keçmişlər. 

Azərbaycan ictimaiyyətinin ayrı-ayrı nümayəndələri böyük çətinlikləri dəf edərək 

milli  mətbuatın  bünövrəsini  qoymağa  cəhd  göstərirdilər.  Qəzet  nəşr  etməyi  qərara  almış 

H.Zərdabi  bu  yolda  böyük  zəhmət  sərf  etmişdi.  Qəzet  nəşrinin  təşkilində  H.Zərdabiyə  o 

zamankı Bakı qubernatoru D.S.Staroselski (1832-1884) xeyli yardım göstərmişdi. Bu adam 

maraqlı  və  parlaq  şəxsiyyət  idi.  Digər  çar  inzibatçılardan  fərqli  olaraq  Staroselski 

demokratik ruhlu, zəhmətkeş adamlara ürəkdən rəğbət bəsləyən insan idi. O, Azərbaycan 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə