Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə38/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   34   35   36   37   38   39   40   41   ...   189

idi.  Xan  hakimiyyəti  ləğv  edildikcə,  xanların  və  düşmən  əhvali-ruhiyyəli  bəylərin 

bütün əmlakı – məskunlaşmış və məskunlaşmamış torpaqlar, otlaqlar, bağlar, balıq 

vətəgələri,  duz  mədənləri,  neft  quyuları  və  s.  dövlətin  ixtiyarına  keçirdi.  Bu 

əmlakın bir hissəsini dövlətin özü istismar edir, digər hissəsini isə iltizama verirdi. 

Hər  iki  halda  komendant  təsərrüfat  hissəsinin  başçısı  kimi  çıxış  edirdi.  Dövlətə 

məxsus ―əmlakı yoxlamaq və dəqiq müəyyənləşdirmək‖, dövlətin gəlirini artırmaq 

üçün  vasitələr  axtarmaq  onun  vəzifəsinə  daxil  idi.  Komendant  xəzinə 

torpaqlarından  vergilərin  vaxtında  toplanmasına,  həmçinin  sahibkar  kəndlilərinin 

dövlət mükəlləfiyyətlərini yerinə yetirməsinə göz qoyurdu. Gömrük pulu (rəhdari) 

və qaoan pulu (mizan) vergilərin verilməsinə nəzarət və komendantın səlahiyyətinə 

daxil idi. 

Çarizmin  müstəmləkəçilik  siyasətinin  bilavasitə  icraçısı  və  həyata 

keçiricisi  olan  komendantlar  yerli  feodalların  siyasi  etibarlılığını,  onların  çarizmə 

necə xidmət etdiklərini diqqətlə izləyirdilər. Onlardan özlərini mütləqiyyətin sadiq 

xidmətçiləri  kimi  göstərənlər  komendant  tərəfindən  tiyul  hüququ  ilə  məskun  və 

qeyri-məskun  torpaqlarla,  rəncbərlərlə  bolluca  təmin  edilirdilər.  Sadiq  bəylərə 

məskunlaşmış  torpaqlar  və  rəncbərlər  verilməsi,  məsələn,  quabnın  komendantı 

polkovnik Lisaneviç tərəfindən 1810-cu ildə yerli feodal Məməmd bəyə ilk torpaq 

mükafatının verilməsinin əsaslandırılması buna xarakterik misaldır: ―Sizin tərəfdən 

bizim  əlahəzrət  hökmdara  göstərilən  hüsn-rəğbətə  görə...  mən  sizə  kəndləriniz 

Zərqova və Talabinin idarəsini... tam inamla sizə tapşırıram ki, siz bunu özünüzün 

Rusiya  hökumətinə  sədaqətinizə  hörmət  kimi  qəbul  edərək,  əlahəzrət  imperatora 

bütün  hörmətinizi  saxlayacaqsınınız  və  təkcə  öz  şəxsdi  xeyrinizi  gözləməyib, 

əhalini  də  bu  cür  cinayətlərdən  (çar  hakimiyyətinə  qarşı  çıxışlardan  –  Red.) 

çəkindirəcəksiniz  və  kəndliləri  və  yaxud  başqa  birilərini  buna  sövq  edənlərin 

qarşısını alacaqsınız‖ [79]. 

Komendant  cəza  orqanlarının  –  polisin  və  məhkəmənin  də  fəaliyyətinə 

rəhbərlik  edirdi.  O,  hərbi  nökərlərə  və  yerli  atlı  polisə  (çaparlara)  başçılıq  edir, 

mülki və əhəmiyyətli cinayət işlərinə baxan şəhər və yaxud əyalət məhkəmələrinə 

sədrlik  edirdi.  Məhkəmə  kollegial  orqan  olsa  da  (belə  ki,  onun  tərkibinə  yerli 

əyanların  nümayəndələrindən  seçilən  daha  dörd  üzv  daxil  olurdu),  əslində  iş 

komendant tərəfindən təkbaşına həll edirdi. O, adətən heç bir qanuna əsaslanmadan 

qərar  çıxarır  və  bu  da  hökm  üçün  əasa  olurdu.  Məhkəmədə  işlərin  həlli  aylarla, 

bəzən isə illərlə uzadılırdı. 

Ağır cinayətlərinə  hərbi  məhkəmə  və  yaxud hərbi  məhkəmə  komissiyası 

baxırdı.  Hərbi  məhkəmə  prosesləri  qısamüddətli  olması  ilə  fərqlənirdi.  Məhkəmə 

üç  gün  ərzində  qərar  çıxarır,  sonra  baxılmaq  və  təsdiq  edilmək  üçün  Qafqazdakı 

baş  komandana  göndərilirdi.  Hərbi  məhkəmə  çar  müstəmləkələrinin  əlində  sosial 

və  müstəmləkə  zülmünə  qarşı  çıxış  edənlərə  divan  tutmaq  üçün  əlverişlçi  cəza 

orqanı idi. 




Nəhayət, komendant  həmçinin  hərbi qarnizonun rəisi  idi. Beləliklə, onun 

əlində  çox  böyük  hakimiyyət  –  icraedici,  məhkəmə  və  hərbi  hakimiyyət 

toplanmışdı.  ―Yüz  minlərlə  əhalinin  hüququ,  namusu  və  əmlakı...  komendantın 

özbaşınalığından  asılıdır‖  [80].  Yüzilliyin  20-ci  illərin  sonu  30-cu  illərinin 

əvvəllərində Cənubi Qafqaz diyarını təftiş edən senatorlar Meçnikov və Kutaytsev 

belə nəticəyə gəlmişdilər. 

Xanlıqlar dövründə olduğu kimi, əyalətlər naiblər tərəfindən idarə olunan 

mahallara  bölünürdü.  Onlar  komendant  tərəfindən  çarizmə  sədaqətli  bəylərdən 

təyin edilir və Qafqazdakı baş komandan tərəfindən təsdiq edilirdi. 

Naiblərin  hüquq  və  vəzifələri  hər  hansı  bir  rəsmi  sənədlə  təsdiq 

olunmamışdı, o nəinki müxtəlif əyalətlərdə müxtəlif idi, hətta çox vaxt bir əyalətin 

hüdudlarında  da  eyni deyildi. Bir qayda  olaraq onlar bütöv  əyalət  üçün  müəyyən 

edilmiş ölçüyə əsaslanaraq vergi və mükəlləfiyyətləri kəndlər arasında bölüşdürür, 

kəndliləri  mükəlləfiyyətləri  yerinə  yetirməyə  məcbur  edir,  məhkəmə  və  polis 

hakimiyyətini yerinə yetirirdilər. 

Naiblərin  əksəriyyəti  məvacib  almırdı.  Məsələn,  Qarabağ  əyalətində  11 

naibdən  yalnız  ikisi  məvacib  alırdı  [81].  Naiblər  öz  vəzifələrinə  görə  toplanan 

verginin 

bir 

hissəsi 


hesabına  mükafatlandırılırdılar.  Onlar  həmçinin 

məskunlaşmamış xəzinə torpaqlarından və dövlət kəndlilərindən istifadə edirdilər. 

Qarabağ  əyalətində  mahal  naibləri  kəndlilərin  bütün  gəlirlərin  onda  bir 

hissəsi  ailələri  üçün  ərzaq  almağa  sərf  edirdilər.  Onlar  üçün  xidmətçilər  ayrılırdı. 

Kəndlilər  mahal  naiblərinin  torpaqlarını  əkir,  bəzən  isə  məhsulu  yığmağa  və 

döyməyə  kömək  edirdilər.  Əhali  toya  görə  naibə  ―toy  payı‖  adı  altında  vergi 

ödətirdi. Çəkişmələrin xeyrinə toplanırdı [82]. 

Komendant  odarəçıliyinin  ən  aşağı  pilləsində  kəndxudalar  və  yüzbaşılar 

dururdular.  Bu  vəzifə  ―seçkili‖  idi,  lakin  çox  vaxt  kənd  icması  cəza  olaraq  bu 

hüquqdan  məhrum  edilir  və  kəndə  hükumət  kəndxudası  təyin  edilirdi.  Hükumət 

kəndxudasından  fərqli  olaraq  seçkili  kəndxudalar  məvacib  almırdılar.  Lakin 

kəndlilərdən  toplanılan  vergilərin  bir  hissəsi  onlara  çatırdı.  Bəzən  belə 

kəndxudaların sərəncamına məskunlaşmamış torpaqlar və rəncbərlər verilirdi. 

Kəndxuda  icma  hüdudlarında  qayda-qanunun  gözlənilməsinə,  kəndlilərin 

mükəlləfiyyətləri  müntəzəm  yerinə  yetirməsinə  pul  vergilərinin  toplanmasına, 

yolların, körpülərin və suvarma şəbəkələrinin saxlanmasına cavabdeh idi. 

Komendant  idarə  sistemi  hərbiləşdirilmiş,  ―müvəqqəti  və  sanki  özgə 

torpaqlarında  işğalçı  xarakter  daşıyırdı‖.  Komendant  idarə  üsulu  keçmiş  istismar 

aparatının azacıq yeniləşdirilmiş forması idi. Buna görə də o, köhnə inzibati-idarə 

sistemini  əsaslı  şəkildə  dağıda  bilmədi.  Xanlıqlar  ləğv  edildikdən  sonra 

komendantlara  ―keçmiş  idarə  formalarını  dəyişdirmədən  keçmiş  (xan  –  Red.) 

adətlər ilə idarə‖ etmək barəsində sərəncam verilmişdi. Hətta hökumət dairələrində 

də  etiraf  edilirdi  ki,  ―Cənubi  Qafqaz  diyarının  idarəsi,  bəzi  əyalətlərin  Rusiyaya 

birləşdirilməsindən  30o  ilə  qədər  vaxtın  keçməsinə  baxmayaraq,  hələ  özündə 




Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə