Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə48/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   44   45   46   47   48   49   50   51   ...   189

Çarizmin  müstəmləkə  əsarətini  gücləndirməsi  Balakən  qəzasında 

idarəçilik  və  məhkəmənin  təşkilində  həyata  keçirilmiş  dəyişikliklərdə  -  1842-ci 

ildə  bu  qəzanın  hərbi  dairəyə  çevrilməsində,  cinayət  işlərinə  baxılmasının  hərbi 

məhkəmələrin  ixtiyarına  verilməsində,  demək  olar  ki,  bütün  mülki  idarələrin 

ləğvində öz əksini tapmışdır. 

Çar  hökuməti  eyni  zamanda  yerli  feodallar  və  ruhanilərlə  ittifaqı 

möhkəmləndirmək  yolu  ilə  Şimali  Azərbaycanda  özünə  sosial  dayaq  yaratmağa 

can  ataraq,  şəriət  məhkəmələrinin  səlahiyyətlərini  genişləndirdi,  bəy  və  ağaların 

torpaq sahibkarlığı hüquqlarını qanunvericilik yolu ilə təsdiq etdi. 

Beləliklə,  inzibati-məhkəmə  sistemində  edilmiş  dəyişikliklər  zəhmətkeş 

kütlələrin  vəziyyətini  yüngülləşdirmədi,  əksinə,  sosial  və  milli  əsarət  daha  da 

ağırlaşdı.  İslahat  və  xüsusən  də  ondan  sonra  gələn  dəyişikliklər  çarizmin  Cənubi 

Qafqazda  mövqeyinin  möhkəmləndirilməsinə,  mütləqiyyətin  bu  diyardakı 

müstəmləkə siyasətinin yeni vəzifələrinin həyata keçirilməsinə yönəldilmişdi. 

 

§ 10. ÇARĠZMĠN AZƏRBAYCAN FEODALLARI ĠLƏ      

ĠTTĠFAQININ MÖHKƏMLƏNDĠRĠLMƏSĠ 

 

XIX  yüzilliyin  40-cı  illərinin  əvvəllərində  Azərbaycanda  yaranmış  şərait 



mütləqiyyətə,  bu  ölkədə  elə  bir  möhkəm  sosial  zəmin  yaratmaq  zərurətini  diktə 

edirdi  ki,  həmin  zəminə  arxalanaraq  əhalinin  "istismar  olunan  hissəsini,  ilk 

növbədə kəndliləri əzmək və cilovlamaq mümkün olsun. 

Çarizmin  sosial  dayağı  ancaq  yerli  feodallar  ola  bilərdi.  Dağlıların  xalq-

azadlıq mübarizəsini boğmaq siyasəti də, Türkiyə ilə hərbi toqquşma təhlükəsi ilə 

bağlı  olaraq  öz  arxasını  möhkəmləndirmək  istəyi  də  çar  hökumətini  yerli 

feodallarla ittifaq bağlamağa sövq edirdi. 

Beləliklə,  yaranmış  şərait  çarizmi  yerli  feodallara  qarşı  siyasətini 

dəyişməyə  vadar  edirdi.  1842-ci  ildə  Tiflisdə  ağaların  şəxsi  hüquqları  və  onların 

həyata  keçirilməsi  yolları  barədə  məsələlərin  işlənib  hazırlanması  ilə  məşğul  olan 

komitə  işə  başladı.  Komitənin  qarşısında  ağaların  şəxsində  elə  bir  "ali  müsəlman 

silki" yaratmaq vəzifəsi qoyulurdu ki, "hökumət bu silkin vasitəsilə öz niyyətlərilə 

müvafiq surətdə xalqa təsir göstərə bilsin" [118]. 

1843-cü  ildə  bu  komitəni  iki  yeni  komitə  əvəz  etdi:  bunlardan  biri  "ali 

müsəlman  silkini"  -  rəsmi  sənədlərdə  Azərbaycan  bəyləri  belə  adlandırılırdı  - 

müəyyənləşdirməklə; digəri isə 1841-ci i] reskripti ilə ağaların torpaqları müsadirə 

edildiyi üçün ayrıca olaraq ağalar məsələsi ilə məşğul olurdu. 

Bu komitənin işi şəxsən çarın özü tərəfindən istiqamətləndirilirdi. Onların 

öz  işlərində  rəhbər  tutmalı  olduqlan  başlıca  əsasları  da  çarın  özü 

müəyyənləşdirmişdi.  Qəti  surətdə  aydınlaşdı  ki,  çarizm  Azərbaycanda  öz 

hökmranlığını  möhkəmləndirmək  və  bu  ölkədə  özünə  sosial  dayaq  yaratmaq 

məqsədilə  yerli  feodalların  mənafeyini  öz  himayəsi  altına  götürmək  qərarına 




gəlmişdir.  Bəylərin  torpaq  hüquqlarını  və  onların  kəndlilərlə  qarşılıqlı 

münasibətlərini müəyyənləşdirilməli olan başlıca əsaslar aşağıdakılardan ibarət idi: 

1. Torpaqlar  nəsli  mülkiyyət  hüququnda  bəylərin  ixtiyarına  verilməli  idi; 

ağalar da həmin əsaslar üzrə torpaqla təmin edilməli idilər. 

2.

 

Kəndlilər  bəy  və  ağaların  xeyrinə  vergi  verməli,  mükəlləfiyyətlər  icra 



etməli idilər. 

3.

 



Feodallara  kəndlilər  üzərində  polis  və  məhdud  məhkəmə  hüquqları 

verilməli idi [119]. 

Azərbaycan  bəylərinin  torpaq  hüquqları  və  onların  kəndlilərlə  qarşılıqlı 

münasibəti  məsələsi  M.S.Vorontsovun  canişinliyi  dövründə  həll  edildi.  Qafqaza 

yola  düşmək  ərəfəsində  Vorontsovu  çarın  I  özü  qəbul  etdi  və  o,  I  Nikolaydan 

çarizmin aqrar siyasətinin başlıca istiqamətini müəyyənləşdirən göstərişlər aldı. 

Yeni  aqrar  qanunların  hazırlanması  üzrə  bütün  işlər  Zaqafqaziya  diyarı 

mülki  idarəsinin  rəisi,  mütləqiyyət  siyasətinin  qızğın  icraçısı  general 

P.A.Ladinskinin əllərində cəmlənmişdi. 

1846-cı  ilin  əvvəllərində  general  Ladinski  Azərbaycan  bəylərinin  torpaq 

hüquqları  haqqında  "Əsasnamə"nin  layihəsini  və  bu  layihə  barədə  ətraflı  izahatı 

Vorontsova  təqdim  etdi.  Bunlarda  belə  bir  fikir  aydın  şəkildə  ifadə  olunurdu  ki, 

tiyul torpaqlarının ləğvi haqqındakı qərar səhv olmuşdu[120]. 

"Əsasnamə"  dəfələrlə  ciddi  müzakirələrə  məruz  qaldı.  Bu  müzakirələrdə 

Vorontsov, Ladinski və canişin tərəfindən dəvət olunmuş Qarabağ və Şəki bəyləri 

iştirak  edirdilər,  Sonuncular  "Əsasnamə"nin  bu  müşavirələrdə  işlənib  hazırlanmış 

son layihəsindən tamamilə razı qaldılar. 

Çar  müstəmləkəçilərinin  işləyib  hazırladığı  "Əsasnamə"  layihəsi 

Azərbaycan  feodallarının  torpaq  üzərindəki  hüquqlarını  təsdiq  etdi.  Qafqaz 

Komitəsi  layihənin  əsas  müddəalarını  bəyənərək,  məlum  əsaslar  üzrə  bəylərin 

taleyinin  möhkəm şəkildə  qurulmasını "həm... bu  silkin sakitləşdirilməsi,  həm də 

ən  başlıcası  isə  bəylər  vasitəsilə  hökumətin  əlinə  xalq  kütlələrini  asanlıqla  idarə 

etmək üsulları vermək" məqsədi ilə faydalı və zəruri saydı. Bununla yanaşı, Qafqaz 

Komitəsi layihəni daha ətraflı müzakirə etməyi qərara aldı [121]. 

I Nikolay 1846-cı il dekabrın 6-da canişin adına reskripti imzaladı [122]. 

Reskript  fcodalların  həm  irsi  mülk  torpaqları,  həm  də  "müsəlman 

əyalətlərinin  Rusiyaya  birləşdirilməsi  zamanı  onların  nəsillərinin  malik  olduqları 

və  indi  mübahisəsiz  şəkildə  onların  ixtiyarında  olan"  len  torpaqları  -  tiyullar 

üzərində tam nəsli mülkiyyət hüququnu təsdiq edirdi [123]. 1841-ci ildə müzakirə 

edilmiş,  çarın  "xüsusi"  mərhəməti  şəklində  geri  qaytarılan  torpaqlar  üzərində 

ağaların və 1840-cı ildən sonra onlardan alınmış mülklər üzərində bəylərin hüququ 

təsdiq olunurdu. 

Çar Rusiyasınm zadəgan mülkədarları kimi,  Azərbaycan feodalları da öz 

torpaqlarından  imperiyanın  ümumi  qanunları  əsasında  istifadə  etmək  "satmaq, 

bağışlamaq,  irsən  vermək  və  başqa  üsullarla  özəlləşdirmək"  hüququ  aldılar.  Çar 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə