bütün işlərə rəhbərlik etmək üçün kəndli işləri üzrə quberniya idarələri barışıq
vasitəçilərinin əldə rəhbər tutduqları torpaq nizamnamələrinin vahid ümumi
formasını tərrib etdilər [55].
Torpaq nizamnamələrinin hazırlanması mülk sahiblərinin və kəndlilərin,
yaxud onların nümayəndələrinin iştirakı ilə həyata keçirilirdi. Torpaq nizamnaməsi
―hər bir kənd üçün ayrıca və yaxud bir neçə qarışıq kəndlərdən ibarət olan bütöv
mülkə‖ tətbiq edilə bilərdi. Barışıq vasitəçisi vaxta 15 gün qalmış torpaq
nizamnaməsinin tərtib ediləcəyi müddət haqqında məlumat verirdi.Torpaq
nizamnamələri tərtib edilərkən dolaşıqlıq və səhvlər buraxılırdı ki, bununla
əlaqədər çoxlu şikayətlər olurdu. Torpaq sahibləri barışıq vasitəçilərinə öz mülkləri
haqqında düzgün məlumat vermək istəmir və yalançı məlumatlarla işi dolaşıqlığa
salırdılar.
Torpaq nizamnamələrində torpağın miqdarı, pay torpaqlarından istifadə
edən kəndlilərin sayı, biçənək və otlaqların mövcudluğu, kəndlilərin su
mənbələrindən, meşələrdən istifadə qaydaları, yerinə yetirilən natural və pul
mükəlləfiyyətlərinin həcmi və forması, natural mükəlləfiyyətləri daşımağın
qaydaları, süni suvarma vasitələrindən və dəyirmanlardan istifadə etmək hüququ və
qaydaları göstərilirdi.
―Əsasnamə‖ 1873-cü ildə kəndlilərlə torpaq sahiblərinin münasibətlərində
yerli xüsusiyyətlər nəzərə alınaraq müəyyən olunan cüzi dəyişiqliklərlə Quba
qəzasında tətbiq edildi. Quba qəzasında rəncbərlər təhkimçilik asılılığından azad
edildilər. Rəncbərlərin əkinçiliklə məşğul olmalarından və torpaqlarının olub-
olmamasından asılı olaraq onlar ya torpaq payı alaraq torpaq sahiblərindən asılı
vəziyyətdə qalır,ya da torpaqsız azad edilirdilər [56].
1870-ci il islahatı mülkədar torpaqlarında ―könüllülük‖ əsasında yaşayan
kəndlilərə şamil edilmədi. Yelizavetpol quberniyasının 200 kəndində belə
kəndlilərin sayı 65 min nəfər idi. 1870-ci il islahatı zamanı bu kəndlilərin çoxu
torpaq sahiblərinin özbaşınalığına məruz qalmış və öz torpaqlarının itirmişdilər.
İslahat onlara yalnız 1876-cı il fevralın 21-dən aid edildi.
―Əsasnamə‖ 1877-ci il sentyabrın 3-də onun nəşrinə qədər ali silkə
mənsub olmayan və bu kateqoriyaya sonralar aid edilən bəylərin torpaqlarında
yaşayan kəndlilərə də şamil edildi.
Kəndli islahatı Azərbaycana şimal-qərb hissəsinə - Zaqatala dairəsinə
toxunmadı. Burada kəndlilərin asılı münasibətləri 1913-cü ilə qədər davam etdi.
Cənubi Qafqazda kəndlilər üçün islahat Rusiyanın daxili quberniyalarına
daha ağır şərtlərlə keçirildi. Bədnam ―azadlıq‖ əslində, kəndlilərin ən vicdansız bir
şəkildə talan edilməsi, onları bir sıra zorakılıqlar və təhqirlərə məhkum etmək idi.
Çar məmurlarının özləri dəfələrlə etiraf etmişdilər ki, kəndli islahatı imperiyanın
heç yerində Cənubi Qafqazda olduğu kimi ağır və əzablı olmamışdı. Çar
hökumətinin bütün qanunu və tədbirləri əsasən ―ali silkə‖ əmlak və silki hüquqlar
yaratmağa yönəltmişdi. Kəndlilərin rifahının təmin edilməsi məsələsi isə ikinci
dərəcəli əhəmiyyətə malik idi və ona əsas məsələlər də asılılıq və tabeçilik rolu
ayrılmışdı [57].
İslahat Azərbaycanın kənd istehsalçılarının çoxsaylı hissəsinin təşkil edən,
xəzinə kəndliləri adlandırılan kəndlilərə aid edilmədi. 1870-ci il 14 may islahatı
Azərbaycan mülkədar kəndində asılı münasibətləri məhv etmədi və kəndlilərin
gələcəkdə də bəylər tərəfindən istismar olunmasını təmin etdi. Bununla belə o,
məzmununa görə obyektiv olaraq burjua xarakteri daşıyırdı; bütün məhdudluğuna
baxmayaraq, kənddə mövcud olan obyektiv şəraitin tədricən kapitalist inkişafının
tələbatına uyğunlaşmasına yardım etdi, ona təkan verdi. İslahatdan sonra
Azərbaycanda yeni burjua cəmiyyətinin, ona xas olan xüsusiyyətlərin və
ziddiyətləri ilə birlikdə, bütün əlamətləri aydın şəkildə nəzərə çarpmağa başladı.
§ 3.MƏHKƏMƏ VƏ ġƏHƏR ĠSLAHATLARI
İqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin
təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli
məhkəmə islahatına başlamağa məcbur oldu.
1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu
fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri‖ adı altında birləşdirilmiş
məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən
qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi [58].
Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan
məhkəmələörlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə
instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və
məhkəmə
icrası,
məhkəmə
hakimiyyətinin
qanunverici
və
icraedici
hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi
və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ,
cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s.
burjua-demokratik prinsiplərini bəyan etdi.
1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik
idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində
keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət
cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi. Bu
cinayətlərə baxılması silki nümayəndələrin iştirakı ilə ancaq məhkəmə palatalarına
etibar edilirdi. Belə ki, mürtəce zadəganların fikrincə, andlılar məhkəməsi çar
hökumətini arzuolunmaz hökmlərdən hifz edə bilməzdi. İmtiyazlı silk
namüyəndələrini (quberniya zadəganlarının başçısı, yerli məhkəmə dairəsinin
yerləşdiyi qəzanın zadəgan başçılarından biri şəhər rəisləri və kətxudaların
hərəsindən bir nəfər) iştirak etdikləri məhkəmə, hakim təbəqənin mənafeyini
müdafiə edən etibarlı silah olmalı idi.