sonra qiymət 6 qəpiyə endi. Güclü fontanların meydana gəlməsindən asılı olaraq
vaxtaşırı təkrar olunan belə hallar iri kapitalın xeyrinə olub xırda sahibkarları var-
yoxdan çıxarırdı. Bütövlükdə isə neft sənayeçilərinin sayı daim artırdı. 1873-cü
ildə Bakı mədənlərində 12, on ildən sonra 79 firma fəaliyyət göstərirdi. Hasilatın
artmasına çalışan firmalar yeni texnika tətbiq edirdilər. Neft sənayesi texniki
çevriliş və istehsal proseslərinin yeniləşdirilməsi mərhələsinə daxil oldu. Əvvəllər
neft köhnə qayda ilə əllə qazılmış quyulardan tuluqlarla, əksər hallarda jelonka ilə
çıxarılırdı. Doğrudur, ilk vaxtlar o atların gücü ilə qaldırılırdı. 1873-cü ildə
mədənlərdə ilk dəfə 80-cı illərin sonlarında neft sənayesində üstün mövqe tutan
buxar mühərrikləri tətbiq edildi. Buxar maşınlarının tətbiqi qazma işlərində də
yayılmağa başladı. 70-ci illərin sonuna yaxın ştanqları balta ilə birlikdə hərəkətə
gətirən əl burulğanı əvəzinə buxar maşını tətbiq edildi. ―İri maşın sənayesinin ən
xarakterik əlamətlərindən biri‖ [5] olan buxar mühərriklərinin tətbiqi neft
sənayesinin gələcək inkişafında mühüm əhəmiyyət kəsb edirdi.
Kapital axınının artması neft hasilatı, emalı və daşınması texnikasının
tətbiqi ilə yanaşı, texniki təkimilləşməsinin biri də 1878-ci ildə neft mədənlərini
neftayırma zavodları ilə birləşdirən buxar nasoslu ilk neft kəmərinin çəkilişi oldu.
Əvvəllər neft zavodlara arabalarda daşınırdı [6]. 1879-cu ildə ―Nobel qardaşları‖
firması tərəfindən mədənlər arasında neft və sərnişin daşımaq üçün ilk dar dəmir
yolu çəkildi. Neft hasilatının artması onun saxlanılmasını təkmilləşdirməyi tələb
edirdi. Adətən quyuların yanında 100-200 pudluq taxta çənlər tikilirdi. Bir qədər
sonra isə 50-100 min pudluq torpaq anbarlar tikilməyə başlandı. Bu anbarlar
içərisində heç nə döşənməyən və örtülü olmayan, əlüstü qazılan çalalardan ibarət
idi. Belə anbarlarda neftin xeyli hissəsi torpağa hopur, Abşeron üçün adi olan
günəşin və yüksək temperaturun təsiri altında buxarlanırdı. Primitiv çalaların
əvəzində içəridən sementin köməyilə daş və kərpiclə döşənmiş, ağac örtüklü daha
əlverişli anbarlar meydana çıxdı. Metal rezervuarlar nisbətən gec meydana gəldi.
Bunula belə artıq 90-cı illərdə onların sayı xeyli artmışdı.
Neftayırma zavodlarının da sayı artırdı. 1872-ci ildə onların sayı 47, 1873-
cü ildə 62 idi [7]. Bakı şəhərinin ətrafında çoxlu neftayırma zavodlarının toplaşdığı
Qara şəhər adlı məskən yarandı; ―belə ki, tüstüsündən və hisdən orada hər şey
torpaq, binalar qaralmışdı‖. Bununla belə, iltizam sisteminin təsirindən və onunla
bağlı olan neftin yüksək maya dəyərindən azad olan neftayırma sənayesi aksiz
siyasətinin mənfi təsiri altına düşdü.
İltizam sisteminin ləğv etmiş 1872-ci il 1 fevral tarixli ―Neft mədənləri və
ağ neft istehsalından aksizlər haqqında‖ Qayda neftayırma sənayesindən dövlətin
xeyrinə aksiz (vergi) toplanmasını bütünlükdə aksiz idarəsinin icazəsindən asılı idi.
Aksizin həcmi neftayıran qazanlar həcminə uyğun olaraq gündəlik 4 manatdan 10
manatadək müəyyənləşdirilirdi. Əslində aksizin məbləği kiçik ağ neft zavodu üçün
cüzi idi. Bununla belə, aksiz texniki tərəqqini ciddi ləngidirdi.
Aksizin tətbiq edilməsi neft məhsulları istehsalına çox pis təsir göstərdi.
Aksizin hər neftayıran qazana görə toplanması ona gətirib çıxartdı ki, kiçik
zavodlar gün ərzində hər qazandan bir dəfə deyil, 2-3 dəfə ağ neft almağa
çalışırdılar. Bu yolla alınan neftin keyfiyyəti adətən aşağı olur və satılmırdı. Rusiya
bazarlarında Amerika neftini almağa üstünlük verirdilər. Bakı neftinin qiyməti
kəskin şəkildə aşağı düşmüşdü. Bu isə bir çox müəssisənin, xüsusilə kiçik
müəssisələrin müflisləşməsinə səbəb oldu. Bununla yanaşı, texniki yeniliklərin
tətbiqi və texnologiyanın təkmilləşməsi şəraitində istehsalın iriləşməsi və
təmərküzləşməsi də baş verirdi. Əgər 1874-cü ildə Bakıda 200-dən çox neftayırma
zavodu var idisə, 2 ildən sonra onların sayı 123-ə, 1899-cu ildə isə 101-ə qədər
azaldı; onlardan 88 zavod ağ neft, 4 zavod benzin, 5 zavod yağ, 3 zavod asfalt və
qudron istehsalı ilə məşğul idi.
1877-ci il sentyabrın 1-dən akisizin toplanması ləğv edildi, bu da
bürokratik inzibati nizamasalma şəraitini yumşaltdı və müsbət əhəmiyyətə malik
idi. 80-cı illər ərzində Bakı zavodlarının istehsal etdikləri ağ neftin, benzinin və
yağın həcmi 8 mlnj . puddan 68 mln. puda çatdı. Ölkənin yanacaq balansı kəskin
dəyişdi. 80-ci illərdə Xəzər və Volqa gəmiçiliyi, həmçinin dəmiryol nəqliyyatının
bir hissəsi yanacaq kimi mazutdan istifadə etməyə başladı. Mazutdan istifadə
1880-ci ildə 7 mln puddan 1900-cü ildə 264 mln puda qədər və yaxud 20 ildə 37
dəfə artdı [8].
Zavodların məhsuldarlığı da hiss olunacaq dərəcədə artdı. 1878-ci ildə o,
6,4 mln puda, 1881-ci ildə isə 12,5 mln puda bərabər idi. Bakı nefti və onun
məhsulları əsasən Rusiyanın daxili quberniyalarına aparılırdı. Cənubi Qafqaz
dəmiryolunun tikintisinə qədər neftin daşındığı yeganə yol Xəzər dənizi idi.
Əvvəllər nefti yelkənli gəmilərə yüklənmiş çəlləklərdə Həştərxana qədər, sonra isə
Volqa ilə yuxarılara aparırdılar. Neftdaşıma işi artdıqca, neftdaşıyan gəmilər
meydana gəldi. 70-ci illərdə neft və onun məhsullarını daşımaqla məşğul olan
ayrıca cəmiyyətlər yarandı. Bu cəmiyyətlər arasında ―Qafqaz və Merkuri‖
cəmiyyəti mühüm yer tuturdu. ―Lebed‖, ―Drujina‖ cəmiyyətləri, Bakı neft
cəmiyyəti, xüsusi şəxslər – Mirzoyevlər, Dadaşovlar, Artyomovlar və başqalar da
neft daşınması ilə məşğul olurdular [9].
İltizam sistemi ləğv edildikdən sonra Amerikanın Rusiyanın yanacaq
bazarındakı üstün mövqeyi sarsıldı. 1873-cü ildə Rusiya ABŞ-dan 2,705 mln. pud
neft və neft məhsulları gətirmişdi. Bakıdan isə cəmisi 400 min pud ağ neft
aparılmışdı. Beş ildən sonra Amerikadan neft idxalı 2 mln pud olduğu halda,
Bakıdan aparılan neftin miqdarı 4,6 mln pud təşkil etmişdi. Xarici ölkələrdən
gətirilən neftin hər puduna 55 qəp gömrük qoyulması haqqında hökumət aktı
verildi. 1883-cü ildə Bakıdan Rusiya bazarlarına artıq 12,5 mln. pud neft
məhsulları daxil oldu. Amerikadan neft idxalı isə tamamilə kəsildi. Baş vermiş
qıtlığın, dəmir yolu tikintisinin və həmçinin 1880-ci illərdə Qərbi Avropada baş