Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə80/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   76   77   78   79   80   81   82   83   ...   189

Lakin  etiraf  etmək  lazımdır  ki,  şəhər  ―Əsasnamələri‖nin  bütün 

çatışmazlıqlarına,  onun  müəlliflərinin  mürtəce-müstəmləkəçi  ruhuna  və 

məqsədlərinə baxmayaraq, bu islahata müvafiq olaraq yaradılmış şəhər özünüidarə 

orqanları  abadlaşdırılma,  təhsil,  səhiyyə  və  s.  mədəniyyət  sahələrinin  inkişafında 

müəyyən müsbət rol oynamışdır. 

1870-ci  il  şəhər  islahatı  və  60-70-ci  illərin  digər  islahatları  özlərinin 

obyektiv, sosial-iqtisadi məzmununa görə burjua islahatları idi. Çar hökuməti ayrı-

ayrı  güzəştlər  yolu  ilə  bütöv  dövlət  sisteminin  mütləqiyyət-zadəgan  xarakterini 

qoruyub saxlamağa nail oldu. 

 

§ 4. ĠNZĠBATĠ ĠDARƏDƏ DƏYĠġĠKLĠKLƏR 

 

Çarizmin Azərbaycanda və digər milli ucqarlarda yeritdiyi siyasət onlarda 



dövlətçiliyin  cüzi  inkişafına  belə  imkan  vermirdi.  Qafqazda  ali  hakimiyyət  çar 

canişininə məxsus idi. 

60-70-ci  illər  Cənubi  Qafqaz  diyarının  idarə  olunmasında  canişinin  rolu 

daha da yüksəlməsi ilə xarakterizə olunur. II Aleksandrın 1856-cı ildə bu vəzifəyə 

təyin  edilmiş  uşaqlıq  dostu  general-feldmarşal  A.İ.Baryatinski  diyarın  inzibati 

idarə  edilməsində,  canişinin  keçirtdiyi  islahatların  qeydiyyatçısına  çevrilmiş 

imperator nəzdindəki Qafqaz  komitəsinin  ―nəzərinə çatdırmaqla‖  müstəqil olaraq, 

istənilən dəyişiklikləri həyata keçirmək hüququ aldı. 

Canişin aparatı ciddi yenidənqurmaya məruz qaldı. 1859-cu ildə yanvarın 

1-dən  qüvvəyə  minmiş  ―Baş  idarə  və  Qafqaz  canişini  Şurası  haqqında 

Əsasnamə‖yə uyğun olaraq, canişin dəftərxanası və dövlət əmlakı ekspedisiyasının 

əvəzinə,  maliyyə,  dövlət  əmlakı  nazirliklərinin  və  digər  mərkəzi  orqanlarının 

rolunu  yerinə  yetirən  bir  sıra  depardamentlər,  xüsusi  idarələr  (ümumi  işlər, 

məhkəmə, maliyyə, dövlət əmlak departamentləri, kənd təsərrüfatı və mühacirlərin 

koloniyalarının xüsusi idarəsi) meydana çıxdı [66]. 

Baş idarə şurası canişin Şurasına çevrildi. 

Qafqazın  inzibati  idarəsinin  yenidən  qurulması  əvvəlcə  üç  il,  sonra  isə 

yeddi il üçün nəzərdə tutulmuş təcrübə formasında həyata keçirilirdi. 

1862-ci  ildə  Baryatinskini  canişin  vəzifəsində  əvəz  böyük  knyaz  Mixail 

Nikolayev (1862-1882) işə başlayan kimi öz sələfi tərəfindən Qafqazda yaradılmış 

çar  inzibati  aparatını  ciddi  şəkildə  dəyişdirməyə  başladı.  1865-ci  ilin  əvvəlində 

yeni  canişin  diyar,  quberniya  və  qəzalardakı  idarələrin  bütün  əsasnamə  və 

ştatlarına  yenidən  baxmaq  üçün  Xüsusi  Komitə  yaratdı  [67].  Komitə  tərəfindən 

hazırlanmış  layihə  II  Aleksandrın  1867-ci  il  9  dekabr  tarixli  ―Qafqaz  və  Cənubi 

Qafqaz diyarının idarəsinin dəyişdirilməsi haqqında fərmanı ilə təsdiq edildi [68]. 

―Əsasnamə‖  baş  idarə  rəisinə  tabe  edilməklə  ümumi,  maliyyə  və 

məhkəmə işləri departamentlərinin bir departamentə birləşdirməyi nəzərdə tuturdu. 



Baş idarə rəisi canişin şurasından və daha geniş hüquqları olan baş idarə şurasına 

çevrilmiş şuraya da başçılıq edirdi. 

1881-ci  ildə  II  Aleksandrın  öldürülməsindən  sonra  Rusiyada  irtica 

qüvvətləndi. Qafqazın idarəsinin daha da mərkəzləşdirilməsi onun təzahürlərindən 

biri oldu. Qafqaz idarəçiliyinin hər hansı müstəqilliyi ilə daha barışmaq istəməyən 

çar  hökuməti  1883-cü  ilin  aprelində  canişinliyi  ləğv  edərək,  Qafqaz  diyarının 

idarəsini  eyni  zamanda  dairə  ordu  komandanı  olan  Qafqazdakı  mülki  hissə  üzrə 

baş rəisə tapşırdı [70]. 

Fəhlə  və  kəndlilərin  amansız  istismara  və  zülmə  qarşı  getdikcə  güclənən 

mübarizəsi şəraitində Azərbaycanın inzibati-ərazi quruluşunda edilən dəyişikliklər 

inzibati-polis  nəzarətini  gücləndirmək  tələblərinə  uyğunlaşdırıldı.  1859-cu  ildə 

Şamaxıda  baş  verən,  böyük  dağıntılara  gətirib  çıxaran  güclü  zəlzələ  ilə  əlaqədar 

quberniya  mərkəzi  Bakıya  köçürüldü.  Şamaxı  quberniyası  Bakı  quberniyası 

adlandırıldı [71]. 

Dağıstan və Şimali Qafqaz xalqlarının milli-azadlıq hərəkatı yatırıldıqdan 

sonra  çar  hökuməti  1860-cı  il  martın  5-də  ―Dağıstan  vilayətinin  idarə  olunması 

haqqında  ―Əsasnamə‖  verdi.  Bu  ―Əsasnamə‖yə  görə,  Dərbənd  quberniyası  ləğv 

edildi,  Quba  qəzası  Bakı  quberniyasının  tərkibinə  verildi.  Car-Balakən  hərbi 

dairəsi isə başda artıq canişinə deyil, ―Ali Dağıstan hərbi rəisinə‖ tabe edilən dairə 

rəisi  duran  Zaqatala  hərbi  dairəsinə  çevrildi  [72].  1867-ci  il  9  fevral  fərmanı  ilə 

sahələrə bölgü ləğv edildi və qəzalar xırdalandı. 

İnzibati-ərazi bölgüsündə ən ciddi dəyişiklik 1868-ci ildə mərkəzi Gəncə 

(Yelizavetpol)  olmaqla  Yelizavetpol  quberniyasının  yaranması  oldu.  Bakı 

quberniyasından  Şuşa  və  Nuxa  qəzaları,  Tiflis  quberniyasından  Qazaxla  birlikdə 

Yelizavetpol  qəzası,  İrəvan  quberniyasınhdan  ləğv  edilmiş  Ordubad  qəzasının  bir 

hissəsi  ona  verildi.  Ordubad  qəzası  ərazisinin  digər  hissəsi  Naxçıvan  qəzasının 

tərkibində  əhalisinin  çox  böyük  əksəriyyəti  azərbaycanlılardan  ibarət  olan  Şərur-

Dərələyəz qəzaları İrəvan quberniyasının tərkibində qaldı. 

Qeyd etmək lazımdır ki, bu bölgədə aparılmış inzibati ərazi dəyişiklikləri 

əzəli  Azərbaycan  torpaqlarının  gələcəkdə  ermənilər  tərəfindən  zəbt  olunmasında 

müəyyən rol oynadı. 

1874-cü ildə Nuxa qəzasının cənub hissəsi hesabına Ərəş qəzası yaradıldı. 

Sonralar Bakı quberniyasının tərkibində iki yeni qəza – Cavad və Göyçay qəzaları, 

Yelizavetpol  quberniyasının  tərkibində  isə  Qazax  və  Zəngəzur  qəzaları  yaradıldı 

[79]. 1883-cü ilin iyulunda Şimali Azərbaycanda daha yeni iki qəza – Cəbrayıl və 

Cavanşir qəzaları təşkil edildi. 

Şimali  Azərbaycanda  Bakı  və  Yelizavetpol  quberniyalarının,  eləcə  də 

digər yeni inzibati-ərazi vahidlərinin yaradılması irəliyə doğru addım olsa da, onlar 

Azərbaycan  torpaqlarının  siyasi-inzibati  baxımdan  bütövlüyünə  gətirib  çıxarmadı. 

Şimali  Azərbaycanın  ərazisi  Zaqafqaziyanın  müxtəlif  quberniyaları  arasında 

pərakəndə şəkildə qalmaqda davam edirdi. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə