Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə108/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   104   105   106   107   108   109   110   111   ...   138

231 
 
Molla  Əliqulu  Xalxali,  Mirzə  Ordubadi  müntəzəm  olaraq  Məşhəddə,  İran 
vilayətlərində, İsfahanda, Hindistanda müxtəlif mühazirələrlə çıxış edirdilər
55

Yusif Məhəmmədcan oğlu Qarabaği Osmanlı işğalı dövründə ölkəni tərk 
etmiş,  Orta  (Mərkəzi)  Asiyada  məskən  salmışdı.  Filosof,  hüquqşünas  olan  Yusif 
Qarabaği  Səmərqənd  və  Buxara  şəhərlərində  yaşamış,  ərəb  və  fars  dillərində  bir 
neçə mühüm əsər yazmışdı. Onun əsərlərindən bəziləri uzun müddət ərzində Orta 
(Mərkəzi) Asiya mədrəsələrində vacib tədris vəsaiti kimi istifadə edilirdi
56

Memarlıq:  XVI  əsrin  sonu-XVII  əsrin  əvvəllərində  daxili  və  xarici 
əhəmiyyətli  obyektiv  amillərin  təsiri  altında  Azərbaycan  memarlığının  inkişaf 
zəmini  dəyişdi.  XVII  əsrdə  şəhərsalma  tədbirləri  ölkənin  cənub  vilayətlərində 
xüsusi  intensivliklə  həyata  keçirilirdi
57
.  Eyni  zamanda  Azərbaycan  şəhərlərinin 
cənub istiqaməti əsasında memarlıq inkişafı XVII əsrin səciyyəvi cəhəti idi. “XVII 
əsr  bir  sıra  şəhərlərin  xeyli  inkişafı,  bu  şəhərlərdə  iri  mərkəzi  komplekslərin 
yaradılması ilə seçilir. Bu dövrdə  şəhərin  mərkəzi onun ticarət  hissəsinə  can atır. 
Bir  sıra  hallarda  hakimlərin  qala  və  imarətləri  öz  əhəmiyyətini  itirdi.  Bir  sıra 
şəhərlərin  baş  küçələri  məhz  XVII  əsrdə  meydana  gəldi.  Bu  baxımdan  Bakı 
səciyyəvi nümunə ola bilər. Əgər XV əsrdə şəhərin mərkəzi bilavasitə Şirvanşahlar 
sarayının  yanında  idisə,  XVII  əsrdə  karvansara  və  bazarların  yerləşdiyi  ərazi 
şəhərin mərkəzinə çevrildi”.
58
 Əgər Şimali Azərbaycan şəhərlərinin əksəriyyətinin 
memarlıq baxımından tərəqqisi ölkənin cənub vilayətlərinə istiqamətli idisə, cənubi 
Azərbaycan  vilayətlərində  olan  şəhərlərin  memarlıq  inkişafı  Səfəvilər  dövləti 
ərazisinin  cənubuna  (İran  vilayətlərinə)  istiqamətlənmişdi.  Bu,  dünya  ticarət 
yollarının  dəyişməsi  kimi  bir  obyektiv  prosesin  memarlığın  inkişafına  güclü 
təsirinin təzahürü idi. 
İslam Şərqinin memarlıq sistemində dini təyinatlı binalar xüsusi yer tutur. 
XVII  əsr  Azərbaycanda  dini  funksiyaları  həyata  keçirən  binaların  xüsusi 
intensivliklə  inşası  ilə  səciyyəvidir.  Bu  cür  tikinti  işləri  ölkənin  cənubunda  daha 
geniş  şəkildə  aparılmışdır.  Lakin  Abşeron  yarımadasında  da  XVII  əsrdə  bir  çox 
məscidlər  inşa  olunmuşdu.
59
  Ərdəbildəki  Şeyx  Səfi  kompleksi  dini  -  xatirə 
komplekslərinin nadir incilərindən idi və XVII əsrdə də bu kompleksin memarlıq 
təkamülü  davam  edirdi.  Osmanlı-Səfəvi  müharibələrindən  zərər  çəkməməsi  bu 
abidənin  inkişafının  uğurlu  davamını  təmin  etmişdir.  Bütün  XVII  əsr  ərzində 
Ərdəbilin mədəni mərkəz kimi inkişaf dinamikası, onun əhalisinin sayının əsasən 
sabit qalması (50  min nəfər)  Səfəvi  şahlarına  Şeyx  Səfi  kompleksinə  xüsusi  fikir 
vermək üçün əlverişli imkanlar yaratmışdı. Müxtəlif təyinatlı binalardan ibarət olan 
bu  kompleks
60
  müsəlman  Şərqinin  ən  məşhur  ibadət,  maarif,  xeyriyyə,  ziyarət 
obyekti idi. 
Karvansara, ovdan, körpü, hamam  və  s.  kimi ticarət, ictimai  əhəmiyyətli 
obyektlərin tikintisi XVII əsrdə də davam etdirilmişdir. Dövlətin cənub ərazilərinin 
ictimai-iqtisadi  imkanlarına  istinad  etməyə  çalışan  Səfəvi  hökmdarları  (xüsusilə 
Şah I Abbas) anlamışdı ki, bu potensial kifayət deyildir. Buna görə də Şah I Abbas 


232 
 
Azərbaycandan xeyli sənətkarı və memarı İsfahana köçürdü. O, köçürülənlər üçün 
paytaxtda xüsusi məhəllə tikdirdi. Əvvəllər zorla həyata keçirilən köçürmə tədbiri 
sonralar təbii miqrasiya prosesinə çevrildi. Müxtəlif təyinatlı binaların tikintisində 
və  onların  bədii  tərtibatında  Azərbaycan  memarları,  nəqqaşları,  həkkakları  və 
xəttatları fəal surətdə iştirak edirdilər. Molla Abdulla Təbrizi, Əbdüllətif Təbrizi və 
Əlirza  Abbasi  bu  fəaliyyətdə  daha  məşhur  və  mahir  idilər.  Avropa  səyyahlarının 
əksəriyyəti  Səfəvilər  dövründə  İsfahanın  London  və  Paris  kimi  şəhərlərlə 
müqayisəsinin  mümkünlüyünü  qeyd  edirdilər.  İsfahanın  memarlıq  baxımından 
inkişafına Azərbaycan memarlıq məktəbinin həlledici təsiri məhz XVII əsrdə aydın 
nəzərə çarpırdı. “Bu şəhərin simasının təşəkkülündə Əbdülbaqi Təbrizi, Yusif Ağa 
Ərdəbili,  Əlirza  Abbasi  kimi  məşhur  Azərbaycan  sənətkarlarının  da  layiqli  rolu 
olmuşdur”.
61 
Ümumiyyətlə,  “XVII  əsrin  İsfahan  memarlığının  əsasında  Təbriz 
memarlıq məktəbi ənənələri dayanır”.
62
 
Təbriz  XVII  əsrdə  də  Azərbaycan  memarlığının  başlıca  inkişaf 
mərkəzlərindən  ümdəsi  idi.  XVII  əsrin  ortalarında  Təbrizdə  250  məscid,  47 
mədrəsə, 300 karvansara, 15 min dükan vardı.
63
 XVII əsrin 60-cı illərinin sonunda 
–  70-ci  illərinin  əvvəllərində  Təbriz  öz  sahəsinə,  əzəmətinə,  sərvəti,  ticarəti  və 
əhalisinin sayına görə Səfəvi dövlətinin ikinci şəhəri idi və şəhərdə 500 min nəfər 
yaşayırdı.
64
 Osmanlı səyyahı İbrahim Əfəndi Peçevi isə “Şəhərin özündə 19 came 
məscidinin, insan qəlbini riqqətə gətirən fəvvarəli 21 hamamın, 200 karvansaranın, 
12 min köşkə  malik olan bəzəkli bazarların, saysız bağ və xiyabanların olduğunu 
göstərirdi”.
65
 
XVII  əsrin  20-ci  illərində  Şamaxıda  4  min  nəfər  yaşayırdı.  Əsrin  40-cı 
illərində isə baş vermiş zəlzələlər şəhəri viran etmişdi. Həmin dövrdə Şamaxıda 23 
məhəllə və buna müvafiq olaraq 23 məscid olmuşdur.
66
 Şəhərin memarlıq simasını 
təmsil edən bu obyektlərin az hissəsi XVII əsrdə tikilmişdi. 
Şəkinin  XVII  əsr  memarlığı  da  müəyyən  əhəmiyyətə  malik  idi.  Övliya 
Çələbinin  verdiyi  məlumata  görə,  daşdan  tikilmiş  gözəl  Şəki  qalası  təpəlikdə 
yerləşirdi. Qalanın “Şirvan” və “Gəncə” adlanan iki darvazası vardı. Şəhərdə 3 min 
ev,  7  məscid  vardı  ki,  bu  məscidlərdən  bazar  meydanında  yerləşən  Mirzə  Əli 
məscidi və qaladakı iki məscid daha çox diqqəti cəlb edirdi. Şəhərin karvansaraları, 
hamamları  və  kiçik  bazarı  var  idi.  XVII  əsrdə  Şəki  şəhərində  20  min  nəfərin 
yaşadığı ehtimal edilir.
67
 Bakı, Dərbənd, Gəncə, Qəbələ və digər XVII əsr şəhərləri 
əhalisinin  sayının  çox  olmamasına  baxmayaraq,  memarlıq  baxımından  bitkin, 
kamil şəhərlər idi. 
XVII  əsrdə  fəaliyyət  göstərmiş  Azərbaycan  memarları  arasında  Şeyx 
Bəhaəddin, Nadir Əli, Şeyx Şərif İbn Şeyx Abid, Bürhan Tahir, Pərviz, Murad Əli, 
Əbdüləzimi  ibn  Əmirəli  xüsusilə  məşhur  idilər.
68
  Əsrin  sonlarına  doğru 
Azərbaycan ərazisində memarlıq öz inkişafının yüksək səviyyəsində olmuşdur.
69
 
XVII  əsr  Hindistan-Azərbaycan  memarlıq  əlaqələrinin  güclənməsi  ilə 
səciyyəvi  idi.  Azərbaycan  memarlarının  Hindistana  köçməsinin  başlıca  səbəbləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə