Azərbaycan miLLİ elmlər akademiyasi a


§ 2. Azərbaycan mədəniyyəti XV əsrdə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   66   67   68   69   70   71   72   73   ...   138

149 
 
 
§ 2. Azərbaycan mədəniyyəti XV əsrdə 
 
XIV əsrdə Yaxın Şərqin bir çox ölkələrində, habelə  Azərbaycanda rəsmi 
dini  görüşlərlə  müxalifət  təşkil  edən  yeni  dini  təriqətlər  meydana  gəlmişdi  və 
həmin  təriqətlər  yeni  yüzillikdə  də  əhali  kütlələrinin  müəyyən  qisminin  rəğbətini 
qazanmışdı.  Mövcud  ictimai  siyasi  qaydalara  passiv  və  fəal  etiraz  forması  olmuş 
bu  təriqətlərin,  təlimlərin  qalması  XV  əsrin  dini-ideoloji,  ictimai-siyasi 
ziddiyyətlərinin  təzahürü  idi.  Həmin  təriqətlər  məscidə  qarşı  sufi  (təsəvvüf) 
təkyələrini qoyur, təriqət başçıları öz görüşlərini geniş surətdə təbliğ edir, ətrafına 
tərəfdarlar  toplayır,  imkan  daxilində  siyasi  mübarizəyə  qoşulur,  bəzi  hallarda 
hakimiyyətə yiyələnməyə can atırdılar. Yaxın Şərqdə, Azərbaycanda baş verən bu 
proseslər  dövrün  mədəni  faktlarında  (xüsusilə  bədii  ədəbiyyatda)  özünün  aydın 
ifadəsini  tapırdı.  Təbiidir  ki,  təriqət  başçıları  nəzəri  görüşlərini  İslam  dininin 
ehkamları çərçivəsində təbliğ edirdilər. Şeyx Mahmud Şəbüstəri, Cəlaləddin Rumi, 
Əvhədi  Marağayi  kimi  görkəmli,  mütəfəkkir  şairlərin  panteist  vəhdəti-vücud 
məfkurəsi  XV  əsrdə  də  Azərbaycan  ictimai  fikrinin  müəyyən  qisminə  hakim 
kəsilmişdi.  Şair-mütəfəkkir  İmadəddin  Nəsimi  (1369-1417)  məhz  bu  mühitdə 
formalaşmışdı.  Seyid  Əli  İbn  Seyid  Məhəmməd  (Nəsimi)  ilk  təhsilini  doğma 
Şamaxı  şəhərində  almış,  Şərq  poetik  irsini  mükəmməl  şəkildə  öyrənmiş,  ərəb  və 
fars  dillərinə  yüksək  səviyyədə  yiyələnmiş,  hələ  mədrəsə  tələbəsi  ikən  X  əsrdə 
fəlsəfi  görüşlərinə  görə  Bağdad  şəhərində  edam  olunmuş  Həllac  Mənsur 
Hüseyninin  təriqətini  daha  çox  bəyənmiş,  Şeyx  Səfi  (Ərdəbil)  şeyxlərinin 
görüşlərinə  rəğbət  bəsləmişdir.  Məhz  buna  görə  də  o,  poetik  yaradıcılığa 
“Hüseyni”  təxəllüsü  ilə  başlamışdı.  Daha  çox  şəhər  sənətkarları  arasında  geniş 
yayılmış  hürufilik  təliminin  kamilləşməsində  Nəsiminin  böyük  rolu  olmuşdur. 
Onun  hürufilik  təliminə  bağlanmasında  XIV  əsrin  80-ci  illərində  Şirvana  gəlmiş, 
Bakıda  məskən  salaraq  banisi  olduğu  təlimi  fəal  surətdə  təbliğ  etmiş  Fəzlullah 
Nəiminin həlledici rolu vardı. O zaman Bakı şəhəri hürufilik ocağına çevrilmişdi. 
Ehtimal  olunur  ki,  Seyid  Əli  məhz  bu  zamandan  etibarən  “Nəsimi” 
təxəllüsü  ilə  əsərlər  yazmağa  başlamışdı.  Nəiminin  “Vəsiyyətnamə”sinə  əsasən 
XIV  əsrin  sonlarında  özünün  xeyli  tərəfdarı  ilə  Bakını  tərk  etmiş  Nəsimi  bir 
müddət  İraq,  Anadolu  ərazilərində  yaşadıqdan  sonra  Hələb  şəhərində 
qərarlaşmışdı.  Hələb  şəhəri  o  zaman  Misirin  məmlük  sultanlarına
16
  tabe  idi. 
Təbiidir ki, Nəsimi hürufiliyin başlıca müddəalarını burada da geniş təbliğ edirdi. 
Hürufilik  təliminin  təbliğatının  geniş  miqyas  almasından  narahat  olmuş  qardaşı 
Şah Xəndan Seyid Əliyə ehtiyatlı olmağı tapşırmışdı. Lakin şair bu tapşırığa əməl 
etməmiş, Misir sultanını Hələbdə təmsil edən hakim Yəşbəkin əmrinə əsasən həbs 
edilmişdi. O, şəhər ruhanilərinin məclisində ölüm cəzasına məhkum olunmuş, bir 
qədər  sonra  şəriət  məhkəməsinin  qərarı  ilə  tanış  olmuş  Misir  sultanı  əl-Müəyyəd 
Nəsiminin  dərisinin  diri-diri  soyulmasını,  yeddi  gün  ərzində  Hələb  şəhərində 


150 
 
nümayiş  etdirilməsini  əmr  etmişdi.
17
  Şair  haqqında  verilmiş  sultan  əmri  təcili 
surətdə yerinə yetirilmişdi. 
Ümumiyyətlə,  “XIII-XVI əsrlərdə  Çingizilərin, Teymurilərin, Səfəvilərin 
və  xüsusilə  Osmanlıların  imperiyalarının  tərkibində  olmuş  Yaxın  Şərq  ölkələri 
ümumi  inkişaf  qanunauyğunluqlarına  malik  olan  vahid  regional  mədəniyyətin 
ocağı  idi.  Bu  regiona  daxil  olmuş  ölkələrin  siyasi  ümumiliyinin  təqribən  həmişə 
pozulmasına baxmayaraq, onların mədəni birliyi və ümumiliyi qalırdı”.
18
 Hürufilik 
təliminin,  bu  təlimin  banisi  Fəzlullah  Nəiminin  və  böyük  təbliğatçısı  İmadəddin 
Nəsiminin,  o  zamanın  rəsmi  dini-ideoloji,  fəlsəfi,  elmi  baxışlarına  zidd  olmuş 
müxtəlif görüşlərin tərəfdarlarının yaradıcılığı və taleyi bu həqiqəti isbat edir. Bu 
dövrün  Azərbaycan  fəlsəfəsinin  inkişafının  daha  çox  yayılmış  formalarından  biri 
fəlsəfi  poeziya  olmuşdur.  Azərbaycan  fəlsəfəsinin  inkişafını  təmin  edən  şairlər 
(Nəimi,  Nəsimi  və  b.)  rübailərdən  tutmuş  məsnəvi  formasında  yazılan  nəzəri 
risalələrə  qədər  bütün  poetik  janrlardan  istifadə  edirdilər.  “Fəlsəfi  poeziya  Qərb 
üçün  də  səciyyəvidir.  Lakin  Şərqdə  o,  inkişafının  son  dərəcə  genişliyi  ilə  seçilir. 
Bu hal İslam tərəfindən musiqiyə və incəsənətin bir sıra sahələrinə qadağa qoyması 
ilə  izah  olunur”.
19 
Azərbaycan  ərazisində  XV  əsr  ərzində  də  sülalədaxili, 
tayfalararası  çəkişmələrin,  bir  çox  hallarda  dövlətlərarası  müharibələrin  davam 
etməsi,  bu hadisələrin insanların  maddi və  mənəvi  həyatına  mənfi təsiri  hürufilik 
təliminin  yaşarılığını təmin etmişdir. Hürufilikdə  ərəb əlifbasının 28 hərfi və  fars 
əlifbasının  32  hərfi  əqlin  rəmzi  (simvolu),  yazının,  nitqin  və  təfəkkürün  ifadəsi 
hesab olunurdu. Hürufilərin qənaətinə görə, “din, Allah, dünya  və insan məhz bu 
hərflər  vasitəsilə  dərk  olunur”.
20
  Ziddiyyətli,  əzablarla  zəngin  olan  zamanın 
burulğanında insanların xeyirxahlığa, ədalətə, gerçək aləmə inamı azalmış, itmişdi. 
Sufilər, hürufilər bu vəziyyətdən çıxış yolunu İslam dininin “müvəqqəti”, 
“fani”  hesab  etdiyi  “bu  dünyadan”  əl  çəkərək  “başqa  dünyaya  daxil  olmaq  üçün 
hazırlaşmaqda”  görürdülər.  Onlar  “bu  müddəanı  acı,  faciəli  gerçəkliyə 
istinadlanaraq əsaslandırırdılar və həmin dövrün bir çox görkəmli şəxsləri onlarla 
razılaşırdılar”.
21
  Hürufilər  öz  zamanı  üçün  yeni  və  mütərəqqi  olan  konsepsiyanı 
yaratmışdılar.  Bu  konsepsiya  cəmiyyəti,  insanı  kamilliyə  səsləyirdi.  Nöqtəvilik 
təliminin  tərəfdarları  hürufilik  əsasında  daha  irəli  gedərək  “insandan  kənarda 
Allah,  dörd  ünsürdən  kənarda  yaradıcı  yoxdur”
22 
qənaətinə  gəlmişdilər  və  bu 
qənaəti daha geniş təbliğ etməyə çalışırdılar. “Hürufilik sırf nəzəri cərəyan deyildi. 
O,  əsası  qoyulduğu  məqamdan  etibarən  öz  qarşılarında  konkret  məqsədlər  qoyan 
və konkret siyasi islahatları həyata keçirməyə can atan müəyyən siyasi təşkilatlarla 
bağlı idi”.
23
 Yəni, təbliğat, təşkilat və təşviqat hürufilərin fəaliyyətinin başlıca, bir-
birini  üzvi  şəkildə  tamamlayan  məqamları  olmuşdur.  Bunu  anlayan  bütün  Yaxın 
Şərq  (eləcə  də  Azərbaycan)  hökmdarları  onların  fəaliyyətini  hər  vasitə  ilə 
məhdudlaşdırmağa,  nəzarət  altında  saxlamağa,  əlverişli  məqam  düşdükdə  isə 
görkəmli sufi (hürufi, nöqtəvi və b.) xadimlərini həyat səhnəsindən uzaqlaşdırmağa 
çalışırdılar. XV əsrdə Azərbaycanda sufilik fəlsəfəsi Şəms Məqribinin, Şah Qasım 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə