167
Yaxın və Orta Şərqin mədəni həyatında bir çox hallarda fəal subyekt kimi çıxış
etmiş, ədəbiyyat və incəsənət, fəlsəfə və elm sahələrində, dekorativ tətbiqi sənətdə
parlaq nümunələr yaratmışdı. Həmin dövrdə də Azərbaycan mədəniyyəti sərhəd
tanımamış, böyük bir regionda mükəmməl, “əsrləri adlayıb keçəcək” izlər
qoymuşdur.
1
Bax: Abbas Kuli Aqa Bakixanov. Qölistan-i İram. Baku, 1991, s. 48-
82; Aşurbeyli S.B. Qosudarstvo Şirvanşaxov (VI-ХVI vv.). Baku, 1983 və b.
2
Azərbaycan tarixi. 7 cilddə, III cild (ХIII-ХVIII əsrlər). Bakı, 1999, s.78.
3
Yenə orada, s. 80.
4
Yenə orada, s. 83
5
Aşurbeyli S.B. Qosudarstvo Şirvanşaxov. s. 239.
6
Yenə orada, s. 242.
7
Yenə orada, s. 244.
8
Ашурбейли С.Б. История города Баку (период средневековья), с.100.
9
Nəcəfli Tofiq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk
tarixşünaslığında, s.39.
10
Azərbaycan tarixi. 7 cilddə. III cild, s. 91.
11
Bax: Махмудов Я.М. Взаимоотношения государств Аккоюнлу и Сефевидов
с западноевропейскими странами (II половина XV – начало ХVII века). Баку,
1991; Yenə onun. Azərbaycan diplomatiyası. Bakı, 1996; Fərzəlibəyli Şahin Fazil.
Azərbaycan və osmanlı imperiyası (ХV-XVI əsrlər). Bakı, 1994.
12
Azərbaycan tarixi. 7 cilddə, III cild, s.97.
13
Bax: Эфендиев О.А. Азербайджанское государство Сефевидов в ХVI веке.
Баку, 1981, с. 39-48; Хунджи Фазлуллах ибн Рузбихан. Тарих-и алам арай-и
Амини. Баку, 1987.
14
Bax: Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989.
15
Иоганн Шильтбергер. Путешествие по Европе, Азии и Африке с 1394 года
по 1427 год. Баку, 1984, с. 40.
16
Türk mənşəli Misir məmlüklərinin dövləti 1250-1517-ci illərdə mövcud olmuş,
siyasi varlığı ərzində Yaxın və Orta Şərqin ictimai-iqtisadi, siyasi və mədəni
həyatında önəmli rol oynamış, Osmanlı sultanlarının fəal hərbi-siyasi təzyiqi
nəticəsində tarix səhnəsini tərk etmiş, ərazisi isə Osmanlı imperiyasının tərkibində
qalmışdır.
17
İmadəddin Nəsimi. Seçilmiş əsərləri. Bakı, 1973, s. 7.
18
Кулизаде З.А. Закономерности развития восточной философии…, с.
32.
19
Yenə orada, s. 48.
20
Ахмед Эльбрус. Поэтика и математика (Хуруфизм в средневековой
восточной поэзии и его математическое раскрытие). Баку, 1979, с.11;
Кулизаде З.А. Закономерности развития восточной философии…, с.
169
57
Yenə orada, s. 47.
58
Bax: Hacıyev М. İsfahanda Azərbaycan abidələri; Qiyasi C. Yaxın-uzaq ellərdə.
59
Azərbaycan tarixi. 7 cilddə. III cild, s. 158.
60
Bax: S.Onullahi. ХIII-ХVIII əsrlərdə Təbriz şəhəri, s. 199.
61
Yenə orada, s. 7.
62
Yenə orada, s. 75.
63
Yenə orada, s. 76 – “Хülasət ət-Тəvarix”ə və F. İsfahaninin “Əfzəl ət-təvarix”
əsərinə istinadən.
64
Azərbaycan tarixi. 7 cilddə, III cild, s. 153.
65
Azərbaycan tarixi
üzrə qaynaqlar, s. 178.
66
Mahmudov Y.М. Səyyahlar, kəşflər, Azərbaycan, s.80.
67
Yenə orada, s. 81.
68
Bax: Иоганн Шильтбергер. Путешествие по Европе, Азии и …
69
Mahmudov Y.М. Səyyahlar, kəşflər, Azərbaycan, s. 99.
70
Yenə orada, s. 109.
71
Yenə orada, s. 111.
V FƏSİL
AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TƏKAMÜLÜNDƏ
YÜKSƏLİŞ VƏ KAMİLLİK MƏRHƏLƏSİ (XVI əsr)
§1. Dövrün ictimai-iqtisadi, siyasi, dini-ideoloji
mühitinə ümumi nəzər.
XVI əsrdə Azərbaycan mədəniyyətinin inkişafı xeyli dərəcədə ölkənin
daxili iqtisadi vəziyyətindən, siyasi proseslərin gedişindən, orta əsrlərin son inkişaf
mərhələsində beynəlxalq aləmdə baş vermiş iqtisadi əhəmiyyətli dəyişikliklərdən,
Yaxın və Orta Şərq regionunda dövlətlərarası münasibətlərin xarakterindən asılı
idi.
Hər hansı bir cəmiyyətin gerçək əsası olmaq etibarı ilə iqtisadiyyatın rolu
həlledicidir. Dövrün tələblərinə uyğun iqtisadi sistemə malik olmayan dövlətin
(ölkənin) daxili ictimai-siyasi vəziyyəti də qənaətbəxş olmur. Həmin siyasi birliyin
dövrün beynəlxalq münasibətlər sistemində mövqeyi zəif olur. İqtisadi inkişaf
imkanları zəif olan xalqın öz mədəni imkanlarını gerçəkləşdirməsi çətindir. XVI
əsrdə Azərbaycan mədəniyyətinin konkret-tarixi proses kimi obyektiv tədqiqi
həmin dövrün iqtisadi həyatının tədqiqi olmadan mümkün deyildir.
XVI əsrdə Azərbaycanın iqtisadi inkişaf səviyyəsi dünya miqyasında baş
verən ictimai-siyasi və iqtisadi proseslərdən xeyli dərəcədə asılı idi. XV əsrin
sonlarınadək başlıca ticarət yollarının qovuşuğunda olan Azərbaycan daxili,
iqtisadi potensialını gerçəkləşdirmək imkanına malik idi. Lakin XV əsrin