Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə79/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   75   76   77   78   79   80   81   82   ...   138

170 
 
sonlarında başlanmış Böyük coğrafi kəşflər ölkənin iqtisadi inkişaf prosesinə mane 
olmağa  başladı.  Böyük  coğrafi  kəşflərin  başlanmasını  sürətləndirmiş  ən  mühüm 
siyasi amil  Avropa  ilə  Asiyanın qovuşuğunda  yerləşən Osmanlı dövlətinin hərbi-
siyasi  qüdrəti  idi.  Şərq  ölkələri  ilə  uzunəsrlik  ticarət  əlaqələri  Avropa  ölkələrinin 
ictimai-iqtisadi və siyasi sabitliyini təmin etmişdi. Həyati zərurət olan bu əlaqələri 
yalnız  Osmanlı  dövləti  ilə  hərbi  münaqişədə  bərpa  etmək  mümkün  idi.  Lakin 
kifayət qədər hərbi potensialı olmayan və daxili (Avropa miqyasında) ziddiyyətlər 
məngənəsində  sıxılmış  Avropa  ölkələri  ayrı-ayrılıqda  yeni  dəniz  yolları  aramağa 
başladılar.  Atlantik  okeanı  vasitəsilə  yeni  dəniz  yolunun  kəşfi  (Hindistana, 
Amerika  qitəsinə)  Yaxın  və  Orta  Şərq  regionunun  ticarət-iqtisadi  əhəmiyyətinin 
kəskin  şəkildə  azalmasına  səbəb  oldu.  “Osmanlı  imperiyası  Səfəvi  tacirlərinə 
Aralıq dənizinə azad çıxış yolunu qapadı. Bundan əlavə, Səfəvi dövlətinin iqtisadi 
vəziyyəti  Böyük  coğrafi  kəşflər  nəticəsində,  xüsusilə  Hindistana  dəniz  yolunun 
kəşfindən sonra daha da pisləşdi”.

 
XVI  əsrdə  baş  vermiş  regional  miqyaslı  proseslər  də  Azərbaycanda 
iqtisadi inkişafa öz təsirini göstərirdi. Azərbaycanın iqtisadi potensialının Yaxın və 
Orta  Şərq  ticarət-iqtisadi  sistemində  gerçəkləşdirilməsi  işi  də  çətinləşmişdi.  XVI 
əsrin  əvvəllərində  Şeybanilər  dövləti  (1500-1599)  ilə  Xorasan  vilayəti  uğrunda 
aparılmış müharibələr, XVI əsr ərzində  - XVII əsrin ilk onilliklərində baş vermiş 
Osmanlı-Səfəvi müharibələri Azərbaycanın iqtisadi tərəqqisi prosesinə mənfi təsir 
göstərmişdi.  Yalnız  Moğollar dövləti (1526-1858) ilə sabit  ictimai-iqtisadi,  siyasi 
və  mədəni  münasibətlər  Azərbaycanın  iqtisadi  inkişafına  müsbət  təsir  göstərmiş 
amil  idi.
2
  Lakin  Avropaya  çıxış  yolu  qapanmış,  regionda  (Yaxın  və  Orta  Şərqdə) 
hərbi-siyasi  çəkişmələrdə  bulunan  Səfəvilər  dövlətinin  iqtisadi  inkişaf  səviyyəsi 
dövrün tələblərinə uyğun idi. 
Azərbaycanın  ictimai-iqtisadi,  siyasi  səviyyəsinin  dövrün  tələblərinə 
uyğun  olmasının  ən  gerçək  sübutu  güclü  dövlətin  (Səfəvilər  dövlətinin) 
mövcudluğu  idi.  “İqtisadi,  ictimai  və  dövlət  quruluşunun  əsası  olmaq  etibarilə 
feodalizm  Şərqdə  Qərb  ölkələrinə  nisbətən  əvvəl  meydana  gəlmişdir.  Bu 
mərhələdə Şərqin aparıcı rolunun digər əlaməti o idi ki, feodalizmin erkən və güclü 
inkişafı  ilə  əlaqədar  olaraq  bu  dövrdə  məhz  Şərqdə  daha  iri,  güclü  dövlətlər 
yaranmışdı”.
3
  Səfəvilər  dövləti  öz  ərazisində  bir  çox  tayfaları  və  xalqları 
birləşdirmişdi.  “Lakin  bu  dövlətdə  uzun  müddət  ərzində  Azərbaycan  feodalları 
üstünlük  təşkil  etmişlər”.
4
  Hərbi-siyasi  çəkişmələrlə  səciyyəvi  olan  orta  əsrlərdə,  
xüsusilə  Şərq  regionunda  mövcud  olmuş  feodal  dövlətləri  labüd  şəkildə  geniş 
əraziləri  əhatə  edirdi.  “Səfəvilərin  rəhbərliyi  altında  qızılbaş  tayfalarının  hərəkatı 
ilk mərhələdə Azərbaycanın feodal baxımından birləşdirilməsi səciyyəsi daşıyırdı. 
Lakin sonralar siyasi şərait Səfəvilər qarşısında  daha geniş vəzifə qoydu. İctimai-
iqtisadi  inkişafın  nisbətən  yüksək  mərhələsində  olan  Azərbaycan  geniş  əraziyə 
malik olan bir dövlətin mərkəzini təşkil etdi. Bu dövlətin tərkibinə habelə … Kiçik 
Asiyanın vilayətləri və İran daxil edildi”.
5
 Müəyyən dövrdə (1508-1534-cü illərdə) 


171 
 
İraq ərazisi də Səfəvilər dövlətinin tərkibində idi.6  Azərbaycanın iqtisadi inkişaf 
imkanlarının  müəyyən  qədər    gerçəkləşdirilməsi  üçün  əlverişli  şərait  yaranmışdı. 
Azərbaycanın  Cənub  və  şimal  vilayətləri  vahid  iqtisadi  sistemdə  tərəqqi  edirdi. 
Təbiidir ki, bu inkişaf prosesi də ziddiyyətlərsiz keçinmirdi. 
XVI  əsrdə  Azərbaycanda  iqtisadi  inkişafın  əsasında  feodal  istehsal 
münasibətləri  dayanırdı.  Başlıca  istehsal  vasitəsi  torpaq,  iqtisadiyyatın  aparıcı 
sahəsi isə kənd təsərrüfatı idi. Sənətkarlığın inkişafı əsrin tələblərinə cavab verirdi. 
Azərbaycan Səfəvilər dövlətinin XVI əsrin siyasi münasibətlər sistemində mühüm 
rol  oynamasının,  Osmanlı  Türkiyəsinə  qarşı  uzunmüddətli  müharibələrdə 
dəyanətinin əsas səbəbi onun iqtisadiyyatının uğurlu inkişafı idi. 
Azərbaycan  Səfəvilər  sülaləsi  hakimiyyətinin  bərqərar  olması  ərəfəsində 
“ölkə  dərin iqtisadi durğunluq vəziyyətində  idi”.
7
  Ölkənin  iqtisadi  həyatının  sabit 
hala  salınmasını  və  dövlət  xəzinəsinin  artmasını  təmin  etmək  üçün  Səfəvi 
hökmdarları -  Şah I İsmayıl (1501-1524) və I Təhmasib (1524-1576)  kəndlilərin 
vəziyyətini  yaxşılaşdıran  islahatlar  keçirdilər.  Müxtəlif  ölkələrin  tarixi  dəfələrlə 
sübut  etmişdir  ki,  dövlət  siyasəti  iqtisadi  proseslərdən  asılıdır,  iqtisadi  proseslərə 
biganə  yanaşmış  siyasi  birlik  formaları  iflasa  məhkumdur,  iqtisadi  problemlərin 
həll olunması siyasi hakimiyyətin saxlanıb möhkəmləndirilməsinə tabe edilməlidir. 
Bu  baxımdan  ilk  Səfəvi  hökmdarlarının  siyasi  xətti  gerçək  iqtisadi  proseslər 
əsasında  yeridilirdi.  İlk  Səfəvi  hökmdarlarının  iqtisadi  islahatları  əkinçiliyin  və 
heyvandarlığın  inkişafına  təkan  verdi.  Tarix  ədəbiyyatında  orta  əsrlərdə 
“Azərbaycanda  kənd  təsərrüfatının  natural  səciyyə  daşıması”,  “Şərqin  Avropa 
ölkələrindən  geridə  qalması”  və  s.  kimi  fikirlər  mövcuddur.  Azərbaycan  kənd 
təsərrüfatının XVI əsrdə natural səciyyə daşıması tarixi gerçəklikdir. Ümumiyyətlə,  
orta  əsrlər  (feodalizm)  təsərrüfat  sisteminin  müəyyən  naturallığı  ilə  səciyyəvidir, 
onun  natural  xarakteri  yalnız  son  feodalizm  mərhələsində  pozulur.  Məgər  Fransa 
kimi qabaqcıl sayılan Qərbi Avropa ölkəsində kənd təsərrüfatı XVI əsrdə hələ də 
natural  səciyyə  daşıyan  feodal  münasibətləri  zəminində  inkişaf  etmirdimi?  Orta 
əsrlərə dair ədəbiyyatda qeyd edilir: “Fransa kəndinin siması XVI əsrdə də feodal 
səciyyəsi daşıyırdı… Kəndli əməyinin məhsuldarlığı yüksək deyildi, məhsuldarlıq 
çox aşağı idi. Feodal töycüləri isə getdikcə artırdı”.
8
 XVI əsr Rusiyasının (Moskva 
knyazlığının) kənd təsərrüfatında da vəziyyət belə idi. İntibahın (Renessansın) baş 
verdiyi  İtaliyada  və  İspaniyada  da  XVI  əsr  kənd  təsərrüfatı  bu  şəraitdə  inkişaf 
edirdi. 
Sadə  əmək  alətlərinin  tətbiqinə  əsaslanan,  sənətkarın  şəxsi  ustalığının 
həlledici  əhəmiyyət  kəsb  etməsinə  və  istehsalın  məhdud  xarakterinə  görə 
səciyyələnən sənətkarlığın inkişafında XVI əsrdə müəyyən canlanma vardı. Bir sıra 
məlumatlara əsasən Azərbaycanda 100-ə qədər sənət növü mövcud idi. Lakin orta 
əsr sənətkarlığında əmək bölgüsünün dərinləşməsi prosesi ləng gedirdi.
9
 XVI əsrdə 
Azərbaycan  şəhərlərində  azad  sənətkarların,  dövlətə  və  feodallara  məxsus  olan 
emalatxanalarda  çalışan  sənətkarların  sayı  və  şəhərlərin  ictimai  həyatında  onların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə