172
rolu getdikcə artırdı.
10
Şah I Təhmasib dövründə ağır tamğa vergisinin ləğv
edilməsi Azərbaycanda sənətkarlığın və ticarətin inkişafına müsbət təsir göstərdi.
Sənətkarlıq məhsulları (keramika və xalçaçılıq məmulatı, ipək parçalar, dəri
məmulatı və s.) həm daxili tələbatı ödəyir, həm də Xarici ölkələrlə ticarətdə satış
obyekti olurdu. Azərbaycan sənətkarlığı, sənəti incəsənətlə sıx əlaqə şəraitində
inkişaf etməkdə idi. “Səfəvilər dövründə heç bir zaman olmadığı kimi, feodalizmə
xas olan sənətkarlıqla incəsənətin ən sıx əlaqəsini müşahidə etmək olar”.
11
Dövlət
tərəfindən təşkil olunmuş bir çox sənətkarlıq karxanalarında (xüsusilə xalçaçılıq
sahəsində) miniatürçü rəssamlar, kalliqraflar (xəttatlar) və sənətkarlar birgə
çalışırdılar. Ümumiyyətlə, XVI əsrdə Azərbaycan sənətkarlığı əmək bölgüsü
prosesinin dərinləşməsi baxımından diqqəti cəlb edir. Toxuculuq, xalçaçılıq, dəri
məmulatı istehsalı, boyaqçılıq işi, metalların emalı, dulusçuluq, ağac emalı, inşaat
işləri və s. sənətkarlığın başlıca sahələri idi. Sənətkarlıq məmulatının bir çoxu
nəinki maddi-məişət tələbatını, habelə mənəvi-estetik tələbatı ödədiyinə görə əsil
incəsənət əsərləri hesab olunmağa layiqdir. XVI əsrin Azərbaycan sənətkarlığına
xas olan rəngarənglik, sənətkarlıq məmulatlarının incəsənət əsərlərinə yaxınlığı
ümumiyyətlə Şərq ölkələrinin əksəriyyəti üçün səciyyəvi hadisədir.12
Sənətkarlığın, mədəniyyətin inkişafının başlıca mərkəzləri XVI əsrdə də
Azərbaycan şəhərləri idi. Şəhərlər cəmiyyətin ictimai-iqtisadi quruluşu ilə
şərtlənən, ictimai, siyasi, iqtisadi amillərin təsiri altında daim dəyişən tarixi
kateqoriyadır. XVI əsrdə də Azərbaycan şəhərləri sənətkarlığın və ticarətin
mərkəzləri idi. Təbriz, Gəncə, Ərəş, Ərdəbil, Culfa ümumdövlət əhəmiyyətli,
Bərdə, Marağa, Naxçıvan, Dərbənd kimi şəhərlər isə vilayət miqyaslı mərkəzlərə
çevrilmişdi. Azərbaycanda şəhər əhalisinin kənd əhalisinə olan nisbəti çox yüksək
idi. Məhsuldar aqrar zəminin mövcudluğu və ticarət fəaliyyətinin yüksək inkişaf
səviyyəsi şəhər əhalisinin faizinin yüksəkliyini təmin edirdi. Hələ XIII-XIV
əsrlərdə Azərbaycanda şəhər əhalisi ölkə əhalisinin 40 faizini təşkil etmişdir.
13
Urbanizasiya səviyyəsinə görə Azərbaycan bir çox Avropa ölkələrindən üstün idi.
Yüksək urbanizasiya səviyyəsi orta əsrlərin Şərq ölkələrinin əksəriyyəti üçün
səciyyəvi hal olmuşdur.
Səfəvi dövlətinin ərazisində 1571-1573-cü illərdə olmuş Vinçenso
d’Alessandrinin məlumatında 52 şəhərin adı çəkilir.
14
Ərdəbil, Qəzvin, Şamaxı,
Ərəş, Bakı, Sultaniyyə, Mərənd, Xoy, Maku, Xalxal, Şabran, Dərbənd,
Mahmudabad, Niyazabad və s. yaşayış məntəqələri çoxfunksiyalı şəhərlər sırasında
idi. Azərbaycan şəhərləri üçün səciyyəvi olan cəhət onların yarımaqrar səciyyə
daşıması idi. Sənətkarlığın əkinçilikdən ayrlması prosesi başa çatmamışdı.
15
Azərbaycan şəhərləri içərisində Təbriz, Qəzvin və Ərdəbil müstəsna mövqeyə
malik idilər. Əvvəlki tarixi dövrlərdə Hülakülər (Elxanilər), Cəlairilər,
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin paytaxtı olmuş Təbriz 1555-ci ilədək
Səfəvi dövləti üçün də bu funksiyanı yerinə yetirmişdir. Azərbaycanda 30-dan artıq
şəhərin olduğunu göstərən Orucbəy Bayat qeyd edirdi ki, “onların arasında ən irisi
173
Təbrizdir, türklər onu ələ keçirib dağıntıya məruz qoyanadək onun əhalisi 360 min
nəfər olmuşdur”.
16
Azərbaycan mədəniyyətinin (incəsənətinin, elmin, ədəbiyyatın,
maarifin və b.) tərəqqisi prosesində (xüsusilə XVI əsrdə) Təbrizin rolu böyük
olmuşdur. “Şirvan əhalisinin 15 şəhərdə cəmləşdiyini” qeyd edən Orucbəy Bayat
“Şamaxıda 225 min nəfərin yaşadığını” göstərirdi.
17
Gəncə şəhərində də bu
miqdarda əhalinin sakin olduğu qeyd edilir. XVI əsrin II yarısında Səfəvilər
dövlətinin paytaxtının Qəzvinə köçürülməsi onun əhəmiyyətini artırdı. Orucbəy
Bayat XVI əsrin sonlarında Qəzvində 450 min nəfərin yaşadığını göstərir.
18
Çoxsaylı əhaliyə malik olan, geniş funksiyaları yerinə yetirən, ölkənin
mədəni həyatında başlıca rol oynayan şəhərlərin inkişafı həm daxili, həm də xarici
bazarlarda sənətkarlıq istehsalı məhsullarına olan tələbatın artmasından irəli
gəlirdi. “Kapital yığımı prosesinin intensiv xarakter kəsb etdiyi Avropa ölkələrində
əmtəə-pul münasibətlərinin inkişafı Asiyada da bu iki qitə arasındakı tranzit
ticarətin güclənməsinə yardım edirdi və bu ticarətdə Azərbaycan şəhərləri
əhəmiyyətli rol oynayırdı.”
19
Lakin Azərbaycan şəhərlərinin inkişafı ziddiyyətli idi.
“Yüz minlərlə əhaliyə malik iri şəhərlərin olması (Şərqin bir çox ölkələri üçün
səciyyəvidir), çoxlu ictimai-iqtisadi və siyasi amillərin məcmusundan asılı olaraq
baş verən kəskin demoqrafik dəyişikliklər tədqiq olunan dövrün şəhər həyatının
səciyyəvi cəhətlərini təşkil edir”.
20
Azərbaycan şəhərlərinin inkişafına mənfi təsir
etmiş ən mühüm amil Osmanlı işğalları və talanları idi. Məsələn, O.Əfəndiyev
dövrün mənbələrinə əsaslanaraq 1585-ci ilin 20-23 sentyabrında Osmanlı
türklərinin hücumuna məruz qalmış Təbriz haqqında yazmışdır: “Osmanlı işğalı
ərzində Təbriz “İslam şəhərləri içərisində tayı-bərabəri olmayan”abad şəhərdən
mahiyyətcə yarıdağıdılmış, əhali tərəfindən tərk olunmuş ölü şəhərə çevrildi.
Məlumat var ki, Təbriz müdafiənin ilk 3 günü ərzində özünün 300 illik keçmiş
tarixi ərzindəkindən daha çox zərər çəkmişdi”.
21
Lakin bütün hərbi-siyasi səciyyəli
əngəllərə baxmayaraq, Təbriz, habelə digər Azərbaycan şəhərləri mədəni-tarixi
prosesinin mənbələri kimi daim yenidən dirçəldilirdi.
XVI əsrdə Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin tərəqqisinə
ideoloji amillərin də güclü təsiri olmuşdur. Orta əsrlər dinin aparıcı ictimai şüur
forması olması faktı ilə səciyyəvidir. Azərbaycanda Səfəvilər sülaləsinin
hakimiyyətə gəlməsində din amilinin rolu mühüm olmuşdur. “Səfəvilərin başçıları
ruhani feodalları olduğundan, əhali kütlələri içərisində onların nüfuzu başqa feodal
hakimlərinin nüfuzundan həmişə yüksək olmuş, bu isə Səfəvilərə daim bu və ya
başqa hərəkatın başçısı kimi çıxış etmək imkanı vermişdir. İstər Qaraqoyunlu,
istərsə Ağqoyunlu hakimiyyəti öz ərazisində Səfəvilərin müstəqilliyinə dözməli
olurdular. Bu vəziyyət Səfəvilərin getdikcə güclənməsinə kömək etmiş və onlar
xüsusilə Ağqoyunlular və Şirvanşahlar hakimiyyətinə qarşı durmuşlar”.
22
Orta
əsrlərdə din amilinə biganə olmuş dövlətlər daim böhran keçirmiş, bir çoxları isə
iflasa uğramışlar. Ağqoyunlu və Şirvanşahlar dövlətləri də bu biganəliyin
“qurbanı” oldular. “Dövlətə və cəmiyyətə münasibətdə din möhkəmləndirici əsas
Dostları ilə paylaş: |