Azərbaycan miLLİ elmlər akademiyasi a



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/138
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31227
1   ...   84   85   86   87   88   89   90   91   ...   138

188 
 
bilməmişdir.  Çünki  ədəbi  dil,  hər  şeydən  əvvəl,  hansı  tipdə  olur  -  olsun,  şəhər 
dilidir. Köy və köçəbələrin toplandığı yurtlar yalnız anonim və yazısız ədəbiyyatı 
meydana  gətirə  bilər”.
103
  Lakin  belə  bir  cəhəti  də  nəzərə  almaq  lazımdır  ki,   
doğma dilə və ədəbi dilə münasibətin  siyasi  qurumlar  tərəfindən  mənfi  olması 
da  onun (türk dilinin) qabaqcıl  mövqelərə  çıxmasını çətinləşdirirdi.  Məsələn, XV 
əsrdən etibarən nəinki Azərbaycanda, habelə Orta (Mərkəzi) Asiyada,  Hindistanın   
şimalında,  İranda  və  Kiçik  Asiyada  mövcud  olmuş  türk  mənşəli  feodal 
dövlətlərində  dövlət  dili  kimi  işlənən  fars  dilindən  əl  çəkmək  hakim  sinfin 
(feodalların)  ənənəvi  və  sinfi  mənafeləri  baxımından  xalq  kütləsindən  ayrılmış, 
xalqa  qarşı  durmuş  yuxarı  təbəqələr  üçün  o  qədər  də  asan  və  əlverişli  deyildi. 
Azərbaycanda  türk  dilinin  ədəbi  dil  səviyyəsinə  yüksəldilməsi,  onun  dövlət  dili 
səviyyəsində  işlədilməsi  hakim  sinif  nümayəndələrinin  heç  ağlına  belə  gəlmirdi. 
Orta  Asiyada,  Hindistanda,  İranda  və  Kiçik  Asiyada  mövcud  olmuş  feodal 
dövlətlərində  də  vəziyyət  belə  olmuşdur.  Bir  mühüm  cəhəti  də  nəzərə  almaq 
lazımdır  ki,  orta  əsr  feodal  dövlətləri,  adətən  geniş  ərazini  əhatə  edən,  müxtəlif 
xalqları  öz  sərhədləri  çərçivəsində  cəmləşdirən  siyasi  vahidlər  idi  və  bu  şəraitdə 
konkret bir xalqın dilinə üstünlük verilmirdi. XI əsrdən etibarən fars dili  regionda 
yaşayan  xalqlar  arasında  poeziya  və  dövlət  dilinə  çevrilmişdi.  XV  əsrdən 
başlayaraq  regionda  keyfiyyətcə  yeni  türk  dövlətlərinin  sabitləşməsi  prosesi 
təşəkkül tapdı. Türk dilinə, türk ədəbi dilinə, tarixinə tələbatdan doğmuş maraq bir 
çox  mədəni  faktların  yeniləşməsinə  səbəb  oldu.  “Türk  tarix  ədəbiyyatının 
yaranması  və  onun  sonrakı  inkişafı  zaman  etibarilə  türk  dövlət  birliklərinin 
meydana  gəlməsı  və  siyasi  baxımdan  sabitləşməsi,  intellektual  sahədə  ümumtürk 
etnik  özünüdərkinin,  öz  tarixi  keçmişinə kəskin maraq əlamətlərinin  təzahürləri 
ilə üst-üstə düşür. Bütün  bunlar artıq XV əsrdə qeyd edilə bilər.  Bu dövr,  eyni 
zamanda özünəməxsus türk  tarixşünaslığının meydana gəlməsı inkişafı dövrünə  - 
XV əsrin II yarısına, XVI əsrin əvvəlinə təsadüf edir”.
104
 Azərbaycan dilinin, ədəbi 
dilinin  inkişafına  təkan  vermək  baxımından  XVI  əsrin  əvvəllərində  yaranmış 
Səfəvilər  dövlətinin    rolu    həlledici    olmuşdur.  “Azərbaycan  mədəniyyətinin   
inkişafında    tam  bir  mərhələ  Səfəvilərin  hökmranlığı  dövrü  ilə  əlaqədardır.  Bu, 
Azərbaycan  dilinin  geniş  yayıldığı    tarixi  mərhələ  idi.    Bu  dildə  dünya  şöhrəti 
qazanmış görkəmli ədəbi əsərlər yaradılmışdı”.
105
 Səfəvilər vilayətinin banisi (Şah 
I İsmayıl) türk dilinin geniş yayılmasını təmin edən və bu dildə poeziya nümunələri 
yaradan  şəxs  idi.  İran  tarixçisi  Nəsrulla  Fəlsəfi  yazmışdır:  “Şirin  fars  dilinin 
Osmanlı  imperiyasında  və  Hindistanda  siyasət,  maarif  dili  olduğu  bir  dövrdə  o, 
türk  dilini  İran  sarayının  rəsmi  dilinə  çevirdi.  O,  hətta  özü  əsasən  türk  dilində 
şeirlər yazırdı və bu yad dil Səfəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin 
hakimiyyətinin  sonunadək  və  hətta  bundan  sonra  həmin  dil  sarayın  rəsmi  dili 
olaraq  qalmışdı”.
106
  Azərbaycan  (türk)  dilinin  dövlət  ərazisində  “yad  dil  olması” 
barədəki  fikir  Nəsrulla  Fəlsəfinin  fars  şovinizmi  hislərindən  doğmuşdur.  Türk 
dilinin sarayda və  bir  çox mədəni  sahələrdə  geniş yayılması qanunauyğun proses 


189 
 
idi.  “İctimai-iqtisadi  inkişafın  nisbətən  yüksək  səviyyəsində  olan  Azərbaycanın 
XVI əsrin əvvəllərində  yaranmış  geniş  dövlətin   mərkəzini  təşkil  etməsi”
107
 bu 
dilin geniş yayılmasının başlıca, obyektiv səbəbi idi və Şah I İsmayıl Xətai də bu 
mütərəqqi təmayülün nümayəndəsi olmuşdur. 
Səfəvilərin  hakimiyyətinin  ilk  mərhələsində  Azərbaycan  (türk)  dili  orta 
əsrlərdə  ilk  dəfə  olaraq  rəsmi  dövlət  dili  səviyyəsinə  yüksəlmişdi.  Dövlət 
sənədlərinin  əsasən  fars  dilində  tərtib  olunmasına  baxmayaraq,  dövlətlərarası 
yazışmalarda türk dilinin mühüm mövqeyi vardı. Bu faktı bir çox tədqiqatçılar öz   
araşdırmaları  ilə  sübut    etmişlər.  Səfəvilər  dövründə  Azərbaycan  dilinin  xarici 
dövlətlərlə  yazışmada  işləndiyini  göstərən  ilk 2 sənədi  macar alimi  Layoş  Fakete 
İstanbul universiteti ədəbiyyat fakültəsinin “Türkiyyat məcmuəsi”ndə hələ  1936-cı 
ildə  çap  etdirmişdi.
108
  Onun  aşkar  etdiyi  məktubların  XVII-XVIII  əsrlərə  aid 
olması sübut edir ki, XVI əsrdə Azərbaycan dilinin mövqeyi daha güclü olmuşdur. 
XVI  əsrə  aid  olan  sənədlərdən  birini  Şah  I  Təhmasibin  türk  şahzadəsi  II  Səlimə 
məktubunu  Ə.Məmmədov  aşkar  etmişdir  (1964-cü  ildə).  Sonrakı  illərdə  Türkiyə 
alimləri S.Tansel və Ş.Tekindağ, Azərbaycan alimləri S.M.Onullahi və A.Həsənov 
yeni doqquz sənəd aşkar etdilər. Ə.Rəhimov isə yeni bir fərmanı aşkar edərək onu 
çap  etdirdi.
109
  Aşkar  olunmuş  13  dövlət  əhəmiyyətli  sənədə  son  dövrdə  daha  4 
sənəd əlavə edilmişdir.
110
 Həmin məktublar Şah Sultan Hüseynin dövründə (1694-
1722)  tərtib  olunmuşdur  və  Fransanın  yüksək  rütbəli  diplomatik  xadimlərinə 
göndərilmişdi.  Beləliklə,  təqribən  son  70  ildə  aşkar  olunmuş  17  dövlət  sənədi 
Azərbaycan dilinin Səfəvilər dövründə böyük əhəmiyyətə malik olduğunu göstərir. 
Qeyd  etmək  zəruridir  ki,  XVI-XVII  əsrlərə  dair  Azərbaycan  dilli  dövlət 
sənədlərinin aşkar edilməsi məqsədyönlü axtarışların deyil, təsadüflərin nəticəsidir. 
Əldə olunmuş sənədlər sübut edir ki, XVI əsrin sonlarından etibarən “Azərbaycan 
Səfəvilər dövlətinin İran dövlətinə  çevrilməsi”  haqqındakı  tezisi
111
  tam  qətiyyətlə 
irəli  sürmək  qeyri-mümkündür.  Söhbət  yalnız  “Azərbaycan  Səfəvilər  dövlətinin 
XVI  əsrin  sonlarından  etibarən  xalqın  mədəni-tarixi  inkişafı  prosesində  aparıcı 
rolunu itirməsi”ndən gedə bilər. 
“Azərbaycan  dili”  anlayışı  XI  əsrdən  XIX  əsrin  sonlarınadək  olan  uzun 
tarixi dövrdə işlənməmişdir. XVI əsrdə “türk dili” anlayışı xalqın müəyyənedicisi 
idi.  Lakin  Azərbaycan  xalqını  ümumtürk  kontekstində  tamamilə  “əritmək”  də 
mümkün  deyildir.  Türk  dillərində  yerli  variantların  meydana  gəlməsi  (onun 
diferensiasiyası)  prosesində  Azərbaycan  dilinin,  ədəbi  dilinin  xüsusi  mövqeyi 
vardır.  Məsələn,  XVI  əsrın  sonundan  etibarən  Osmanlı  Türkiyəsinin  güclənməsi 
labüd  olaraq  Osmanlı  ədəbi  dilinin  bir  çox  ölkələrə  təsirini  artırmışdı.  Lakin 
Osmanlı ədəbi dili artıq mükəmməl olan Azərbaycan ədəbi dilinə təsir edə bilmədi. 
“Belə  Osmanlısayağı  olan  üslub  geniş  yayıla  bilmədi,  çünki  Azərbaycan  şair  və 
alimləri  arasında  Osmanlısayağı  ali  üslubda  kəkələməyə  meyil  göstərən  çox  az 
tapıldı.”
112
  Artıq  ümumxalq  dili  əsasında  təşəkkül  taparaq  inkişaf  etmiş, 
mükəmməl  Azərbaycan  dilində  əsərlər  yazmaq  XVI  əsrdə  xüsusi  vüsət  almışdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə