194
tədris sistemi mövcud idi (İslam dininin bu və ya digər təriqətinə mənsub olan
ilahiyyatçı öz tərəfdarlarını təlimatlandırır və öz təlimini təbliğ etmək üçün
şagirdlərı müxtəlif ölkələrə göndərirdi). Məktəblərdən, mədrəsələrdən və
xanəgahlardan ibarət olan müsəlman maarif sistemi Azərbaycanda əsasən XII
əsrdə formalaşmışdı.
136
Ali ruhani təhsili obyektləri olan mədrəsələr XII əsrdə artıq
Naxçıvan, Xəbriz, Həmədan, Şamaxı və Gəncə şəhərlərində fəaliyyət göstərirdi.
Bütün bu faktlar orta əsr Azərbaycanında təhsil sistemlərinin müxtəlifliyini
göstərir. Müxtəlif ictimai, hərbi-siyasi hadisələr təhsil müəssisələrinin azalmasına
səbəb olmurdu. Bəzən mədrəsələr dini, xeyriyyə və elmi müəssisələrin mürəkkəb
məcmusu kimi yaranıb təşəkkül tapırdı.
137
Bu dövrdə Təbrizdə və bəzi Azərbaycan
şəhərlərində bədii kalliqrafiyanın (xəttatlığın) tədris edildiyi xüsusi məktəblər də
təşkil edilmişdi. Bu məktəblərdə qiymətli elmi və bədii əsərlərin əlyazmalarını
hazırlayacaq xəttatlar təhsil alırdılar.
XVI əsrdə məscidlərdə və mədrəsələrdə təhsil prosesinin uğurlu gedişi
üçün zəruri maddi zəmin vardı. “Demək olar ki, bütün məscidlərdə və
mədrəsələrdə kitabxanalar və yaxud əlyazma məcmuələri var idi. XVI-XVII
əsrlərdə Azərbaycanda ən iri kitabxana Ərdəbildəki Şeyx Səfiəddinin
məqbərəsində idi. Burada kitabların əksəriyyəti ərəb dilində, bir hissəsi isə fars və
türk dillərində idi”.
138
Maarifin inkişafı prosesinə kalliqrafiyanın mühüm təsiri
olmuşdur. Təbriz, Ərdəbil, Marağa və Şamaxı kitabxanaları xəttatların toplandığı
əsas mədəniyyət mərkəzləri idi. XVI əsrin əvvəllərindən etibarən Təbriz Yaxın və
Orta Şərqin ən iri kalliqrafiya mərkəzinə çevrilmişdi. Saray kitabxanasında,
məscidlərdə və mədrəsələrdə çalışan xəttatlar elmi, bədii əsərlərin üzünü
köçürməklə maarifin inkişafına güclü təsir göstərirdilər.
XVI əsrdə şəhərlərin inkişafı, ticarət fəaliyyətinin intensivləşməsi maarif
sisteminin genişlənməsinə, tədris prosesində aparıcı mövqedə olan ruhanilərin
funksiyalarının artmasına səbəb oldu. Artıq XVI əsrin sonlarına doğru yalnız
Təbrizdə 47 mədrəsə, 600-ə qədər məktəb fəaliyyət göstərirdi.
139
Bu tədris
müəssisələrində təhsilin müddəti xeyli dərəcədə şagirdlərin qabiliyyətindən və
müəllimlərin hazırlığından asılı idi. Məktəblərdə təhsil 6-8, mədrəsələrdə isə 15-20
il davam edirdi.
140
Şagirdlərin və tələbələrin qəbulu, buraxılışı işində qəti qayda
yox idi. Tədris proqramının mənimsənilməsi başlıca meyar kimi çıxış edirdi. Ona
görə də qəbul və buraxılış bütün il ərzində həyata keçirilirdi. Təbiidir ki, maddi və
mənəvi dəyərləri öz əllərində cəmləşdirmiş dünyəvi və ruhani feodalların, tacirlərin
və müəyyən sərvətə malik olan sənətkarların övladları məktəblərdə, mədrəsələrdə
tam təhsil almaq imkanına malik idilər. Qayğılarla əhatə olunmuş, ehtiyac
içərisində olan geniş xalq kütlələri isə bu təhsil sisteminin bəhrələrindən çox az
faydalanırdılar. Ərəb dilinin, Quranın və fars dilinin öyrənilməsi bütün təhsil
müəssisələrində məcburi idi. Hər müdərris 10-15 şagirdin təlimi ilə məşğul olurdu.
XI-XIII əsrlərdən etibarən məktəblərdə və mədrəsələrdə fars dilinin öyrənilməsi
proqramın zəruri elementinə çevrilmişdi. Tədris prosesində fars dili tədricən ərəb
195
dilini sıxışdırmağa başladı.
141
Rəsmi dövlət sənədlərinin, poeziya nümunələrinin
fars dilində yazılması ənənəsi qərarlaşdı və bu təmayül təhsil proqramına da öz
təsirini göstərirdi. XVI əsrdə məktəblərin və mədrəsələrin proqramında fars şairi
Sədi Şirazinin (1292-ci ildə vəfat etmişdir) “Gülüstan” (1258) və “Bustan” adlı
ibrətamiz səciyyəli əsərləri əsas yerlərdən birini tuturdu. Məhəmməd Füzulinin
“Leyli və Məcnun” əsəri əlavə tədris vəsaiti kimi şəxsi məktəblərin proqramında
mövcud idi. Orta əsr incilərindən hesab olunan “Kəlilə və Dimnə” (Hindistan) əsəri
də tədris obyektinə çevrilmişdi. XVI əsrin alimləri ərəb, fars dilləri vasitəsilə Şərq
və qədim yunan mədəniyyəti ilə tanış olur, əldə olunmuş bilikləri şagirdlərinə və
tələbələrinə ötürürdülər. Təbriz və Şamaxı mədrəsələrinin əksəriyyətində fəlsəfi
əsərlərin öyrənilməsinə xüsusi diqqət yetirilirdi.
142
Mədrəsələrdə məşğələlər bir
neçə yüz tələbənin yerləşdiyi bir zalda keçirilirdi. Tələbələr müəllimlərə sual
vermək hüququna malik idilər.
143
Müsəlman ölkələrinin əksəriyyətində (habelə
Azərbaycanda) tədrisin bu qaydası qərarlaşmışdı. Mədrəsənin tələbələri, adətən
müstəqil məşğul olur və mədrəsənin nəzdində olan xüsusi binalarda yaşayırdılar.
144
Beləliklə, XVI əsrdə Azərbaycanda maarif müsəlman maarif sisteminin tipik
nümunəsi idi və dövrün tələbləri səviyyəsində inkişaf edirdi.
§ 5. Memarlıq
Müsəlman mədəniyyəti sistemində memarlıq aparıcı incəsənət sahəsi kimi
təşəkkül tapmışdır. “Müsəlman memarlıq ansamblının xarakteri qalan incəsənət
növlərinin təşkili xarakterini də xeyli dərəcədə müəyyənləşdirmişdi”.
145
İlkin orta
əsrlər dövründə müsəlman memarlığı sisteminə daxil olmuş Azərbaycan
memarlığının qədim ənənələri vardır. Yerli memarlıq ənənələri və müsəlman
memarlığının başlıca xüsusiyyətləri əsasında XII-XV əsrlərdə yüksək inkişaf
dövrünü keçirmiş Azərbaycan arxitekturası özünün milliliyi ilə seçilir.
Azərbaycanda yerli memarlıq məktəbinin inkişaf dərəcəsini və nüfuzunu belə bir
fakt sübut edir ki, hələ İslamın yayıldığı ilk illərdə xəlifə Ömər Kufədə ilk
müsəlman məscidinin tikintisini Azərbaycandan dəvət etdiyi memara
tapşırmışdı.
146
Memarlıq incilərinin əksəriyyəti Təbriz, Naxçıvan, Bakı, Ərdəbil, Gəncə,
Şamaxı, Qəzvin və s. kimi şəhərlərdə cəmləşmişdi. Orta əsr şəhərləri müəyyən bir
sistemi təşkil edən ictimai-iqtisadi, siyasi və mədəni gerçəklik idi. “Şəhər və
kəndlərin xarici görkəmində də rəngarənglik, müxtəliflik üstünlük təşkil edirdi.
Orta əsr şəhərləri müasir şəhərlər kimi səliqəsiz şəhərətrafına çıxmırdı. Onlar
divarlarla əhatə olunmuş vahid tam kimi çıxış edirdiər”.
147
Şərq şəhərlərinin
əksəriyyətinin inkişaf planı əsaslı şəkildə müdafiə sistemindən asılı idi. Bu
baxımdan Azərbaycan şəhərləri də istisnalıq təşkil etmirdi. Bu səciyyəvilik Şərqdə
hərbi-siyasi proseslərin xüsusi dinamikliyə malik olmasının nəticəsi idi. Məhz bu
səciyyəvilik
orta
əsrlər
Azərbaycanında
şəhərsalma
işlərini
xeyli
Dostları ilə paylaş: |