190
Ədəbi
dilin təşəkkülündə Məhəmməd Füzulinin mühüm rolu olmuşdur.
Ümumiyyətlə, “Azəri ədəbiyyatının təkamül-təbəqi Füzulinin həyati-ədəbisinə
bənzər. Füzuli ilk öncə farsca yazmış, sonra türkcəyə başlamış, türkcə yazarkən də
ibtidai Azərbaycan şivəsi ilə yazmışdır”.
113
XVI əsrdə yazan şairlərin əksəriyyəti
Azərbaycan dilinə üstünlük verirdi. Azərbaycan şairlərinin fars dilində də şeir
yazmasının səbəbi isə çoxəsrlik poetik ənənədən irəli gəlirdi. Səfəvi şahlarının
çoxusu Azərbaycan dilində şeirlər yazırdı. Ümumiyyətlə, XVI əsrin ədəbiyyatının
səciyyəvi xüsusiyyətlərindən biri poeziyaya, sənətə, türk dilinə olan meyilin təsir
dairəsinin xeyli genişlənməsi, sənətin ictimai zəmininin genişliyi idi. Şahlar,
əmirlər, şəhər sənətkarları, məmurlar və ruhanilər şeirlər yazmağa aludə
olmuşdular. Azərbaycan dili və ədəbi dili bu prosesdə mühüm rola malik idi.
§ 4. Dinin rolu, mövqeyi və maarif
Dünyagörüşü, davranış və spesifik fəaliyyət forması kimi din orta əsrlərin
başlıca ictimai şüur şəkli olmuşdur. Din bir sistemdir və bu sistem dini şüurun, dini
ayinlərin, dini təşkilatların dinamik məcmusundan ibarətdir. Din elə ictimai şüur
formasıdır ki, müxtəlif tarixi dövrlərdə insanlar ictimai-iqtisadi, siyasi və ideoloji
səbəblər üzündən ona ehtiyac hiss etmişlər. “Din insan qəlbinin dərindən duyulan
daxili tələbatına cavab verir və bütün dünyada insanların böyük əksəriyyəti bu və
ya digər dini inamlarsız keçinə bilmir”.
114
Bu isə dinin başlıca funksiyasından -
xəyali kompensasiya vəzifəsindən
115
irəli gəlir. Bütün cəmiyyətlərdə dinin bu
funksiyası fəaliyyət göstərir. Dinin digər iki funksiyası birləşdirici və nizamlayıcı-
nəzarətedici səciyyəyə malikdir.
116
Nizamlayıcı-nəzarətedici funksiyasında din
mədəni sistemlə sıx şəkildə bağlıdır. Bu funksiya dinin digər iki funksiyasına
nisbətən daha sabitdir və yaşarıdır. Orta əsrlərdə mədəniyyətin bütün faktları dinin
güclü təsiri altında idi. Bu dövrdə ictimai həyatın müxtəlif sahələrində
diferensiasiyanın zəif olması geniş məlumdur. Fəlsəfə, əxlaq, hüquqşünaslıq,
qanunvericilik tam şəkildə ayrılmamışdılar, bir-birinə qovuşaraq hissələri çox
zaman bir-birinə uyğun olmayan, lakin fəal qarşılıqlı təsir göstərən, az və ya çox
dərəcədə dini rəng daşıyan, dini görüşlərlə aşılanmış sistem əmələ gətirirdilər”.
117
Lakin bu fakt dini idarələrin, bu idarələrlə sıx ittifaqda olan feodal dövlətinin
planauyğun təsirinin nəticəsi deyil, orta əsr cəmiyyətində dini dünyagörüşün hakim
olmasının labüd nəticəsi idi. Həm Şərqdə, həm də Qərbdə insan təfəkkürünün dini
səciyyədə olması feodalizm dövrü üçün səciyyəvi haldır. “Rahib, müqəddəs, asket,
dünyəvi mənafelərdən, qayğılardan və tamahkarlıqdan maksimal surətdə
uzaqlaşaraq başqalarına nisbətən Allaha daha çox yaxınlaşmış insan orta əsr
cəmiyyətinin idealı idi”.
118
Lakin buna baxmayaraq, orta əsrlərə “cəhalət dövrü”
kimi yanaşmaq qeyri-elmi mövqe olardı. “Orta əsrlərə bu cür münasibət artıq
çoxdan bütün bəraətlərdən məhrum olmuşdur. Unutmaq olmaz ki, məhz orta
əsrlərdə Avropa millətləri meydana gəlmiş, müasir dövlətlər təşəkkül tapmış və
191
bizim indiyədək danışdığımız dillər inkişaf etmişdir. Bizim mədəniyyətimizin
əsasını təşkil edən mədəni dəyərlərin çoxusu orta əsrlərdə yaranmışdır. Bütün
ziddiyyətləri ilə bu mədəniyyətlərin əlaqəsi və varisliyi şübhəsizdir”.
119
Bir çox
xalqların mədəni dəyərlərini birləşdirən dinin mədəniyyət kontekstindən
“qoparılması” mümkün deyildir. Orta əsr “müsəlman mədəniyyəti”nin
nailiyyətlərini inkar etmək Azərbaycan mədəniyyətinin inkişafı prosesində təqribən
1300 illik tarixi mərhələsinin inkar olunması demək olardı. “Bəşəriyyətin
minilliklər ərzindəki tarixi, əsasən müxtəlif dinlərin çərçivəsində inkişaf
etmişdir”.
120
Dünya əhəmiyyətli dinlərdən biri kimi İslamın Azərbaycan
mədəniyyətinin təkamülündə həlledici rolu olmuşdur. İslam orta əsrlərdə Yaxın və
Orta Şərq regionu xalqlarının vahid mədəni sistemdə birləşdirmiş din idi. “Şərq
dünyasının (nəzərdən keçirilən regionun” vahidliyi İslam tərəfindən həyata
keçirilmişdir”.
121
XVI əsrdə də Azərbaycanda İslamın rolu və mövqeyi çox güclü
idi. Dini ideologiyanın güclü təsiri ilə hakimiyyətə gəlmiş Səfəvilərin qüdrət
mənbəyi dünyəvi hakimiyyətlə dini hakimiyyətin birləşdirilməsindən irəli gəlirdi.
Səfəvilər dövləti özünün bütün fəaliyyətində İslam dininə istinad edirdi. “Milliyyət
etibarilə türk, din etibarilə İslam, mədəniyyəti-əsasiyyə etibarilə şərqli olan”
122
azərbaycanlılar XVI əsrdə tipik müsəlman dövləti ərazisində yaşayırdılar. İctimai
əhəmiyyətli problemlərin həllində Qurana və Şəriətə əməl edilirdi. Lakin ilkin orta
əsrlərdə tərtib olunmuş Quranın öyrənilməsi və təbliği işi də asan deyildi. Artıq
orta əsrlərdə Quranı, ümumiyyətlə təfsirsiz oxumurdular. Onun anlaşılması üçün
hətta dili daxilən hiss etmək, onu duymaq da kifayət etmirdi. Buna görə də
Səfəvilər dövründə Quranın təfsir olunması, onun təbliği böyük məharət hesab
edilirdi. Şəriət isə müsəlmanın davranışının, dini həyatının və hərəkətlərinin hüquq
normaları, prinsipləri və qaydaları kompleksidir. Şəriət Səfəvilər dövləti ərazisində
bütün dünyəvi məsələlərin həllinin hüquqi əsası idi. Səfəvilər dövründə də Şəriətin
əsas problemləri fiqhdə həll edilirdi. Şəriətin dövlət, mülki, cinayət, ailə-nikah,
vərəsəlik, məhkəmə-hüquq normaları sistemi kimi işlənib hazırlanması prosesi XI-
XII əsrlərdə, Yaxın və Orta Şərqdə feodalizmin inkişafı dövründə başa
çatmışdır.
123
Qurana və sünniliyə əsaslanan Şəriət Qiyas (analogiya), icma (nüfuzlu
hüquqşünas - ilahiyyatçıların ümumi rəyi), fitva (nüfuzlu din xadiminin fikri),
müsəlman dininə riayət edən xalqların həyatında özünə möhkəm yer tutmuş adətlər
və İslama zidd olmayan başqa davranış qaydaları ilə də zənginləşir. Səfəvilər
ortodoksal İslama (sünniliyə) qarşı olan şiə istiqamətinin bariz nümayəndələri
idilər. Lakin dövlətin ərazisində baş verən müxtəlif səciyyəli hadisə və proseslərə
vahid İslam hüququ mövqeyindən yanaşırdılar. Çünki şiəlik istiqamətinin öz
səciyyəvi kitabı yox idi. Ona görə də Şeyx Cəmaləddin Mütəhhər Hillinin (1250-
1325) “Qəvaidi-İslam” (“İslamın qaydaları”) kitabı şiəlik üzrə yeganə, əsas kitab
elan edilmişdi.
124
Halbuki şiəliyin tarixi kökləri VII əsrə gedib çıxır. Xilafət
sistemində siyasi hakimiyyət uğrunda mübarizədə məğlub olduqdan sonra şiəlik
Dostları ilə paylaş: |