Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

20
2013/
I
ran  masının qədim paleolitdən başlanması qənaətindədirlər. Paleolit dövrü
mağaralarında ayı və digər heyvanların kəllə və başqa sümüklərinin xü -
susi toxunulmaz yerdə saxlanması, üzərində edilmiş xüsusi nişanları, xət -
ləri totemik görüşlərlə izah edirlər (26, 129-144). Təbii ki, qədim və orta
paleolit dövrü insan əcdadı gərgin şəraitdə ətraf aləmi dəyərlən dirməyə,
ad verməyə, ifadə etməyə cəhd edirdi. Nəhayət son paleolitə keçid mər -
hələsində – e. ə. 40-35-ci minillikdə “üzvlənməyən” nitqdən üzv lənən nit -
qə keçid prosesində (28, 9) onunla birlikdə instiktiv fəaliyyətdən şüurlu
fəaliyyətə keçid istiqamətində yeni bir addım atmışdı. Artıq o, totem he -
sab etdiyi heyvan, ağac, müqəddəs hesab etdiyi varlıqlar (əş ya lar) haqqın-
da  dünyagörüşünü  dünyaya  gələn  övladına  danışır,  izah  edir,  onun  mü -
qəddəsliyi haqqında fikir söyləyirdi. Ətraf aləm haqqında baxış ların ya ra -
dılması və gələcək nəsillərə ötürülməsinin instiktiv mər hə lə sin dən şüurlu
mərhələyə keçmə prosesi başlayır. Bizcə mifoloji təfəkkür tədqiqat çı la rı -
nın qədim daş dövründən ata xaqanlığa qədər (e. ə. IV minilliyin sonu –
III minilliyin əvvəli) insan təfəkkürünün onu təbiətdən ayıra biləcək sə -
viyyəyə yüksələ bilməməsi, qapalı dairəvi xətt üzrə getməsi həqiqi elmi
mülahizədir  (13;  14;  15).  Lakin  ümumən  bu  dövrü  (qədim  pa le olitdən
tunc  dövrünə  qədər)  sistemləşdirmədən,  dövrləşdirmədən  (bu na  cəhd
olunub, lakin çox pərakəndə və nəticəsizdir) totemlər, ruhlar, al lah lar və
qəhrəmanlar  dövrü  adlandırmaları  problemin  dərkində  nizam sızlıq
yaradır, onun sistemli ardıcıl dərkinə imkan vermir.
Qədim  paleolitdən  tunc  dövrünə  qədər  təfəkkürün  inkişaf  səviyyəsi
insanı  təbiətdən  ayrılmağa  imkan  vermir,  o,  özünü  təbiətin  müxtəlif
əşyaları ilə – heyvanlarla, bitkilərlə, su, torpaq, daş və s. ilə eyniləşdirir-
di. Bu prosesdə özünün törəmə, ikinci hesab edən insan, özünü eyni ləş -
dirdiyi  heyvan,  bitki  və  əşyanın  nəsli  hesab  edirdi.  Bununla  da  totem
əcdadını yaradırdı. Təfəkkürün inkişafı qapalı, dairəvi xətt üzrə getsə də,
təbiətin bəzi hadisələrinə nüfuz etməyə imkan verir, onun davranış norma
və qaydalarını müəyyənləşdirib, yaşamını ona uyğunlaşdıra bilirdi.
İnsanlar totemləri və ruhları qədim paleolit dövründə yaratdısa, allah -
la rın  və  qəhrəmanların  yaradılması  bundan  sonrakı  dövrün  məhsuludur.
Dilin yaranması əvvəlki dövrlərlə müqayisədə təfəkkürün inkişa fın da bir
sıçrayış idi. Elə bunun nəticəsidir ki, insanlıq sürü icmasından qəbilə ic -
masına keçdi, sosiallaşma kifayət qədər sürətləndi və təkmilləşdi. Əvvəl
kortəbii  özünü  hər  hansı  heyvanın,  bitkinin  törəməsi  hesab  edən  insan
əşyaların necə yaranması haqqında  düşünəndə qadın  doğduğunu anladı.
Artıq ana xaqanlıq dövründə insan konkret hadisələrin, varlıqların doğu-
luşunu  izah  etmək  iddiası  ilə  çıxış  etdi.  Onlar  bu  nəticəyə  gəldilər  ki,
qadın adamı doğduğu kimi bulud yağış doğur, günəş, ay işıq doğur, meşə
ağac doğur, bitki toxum, meyvə doğur. Lakin doğanların onu necə yarat -


21
2013/
I
dı ğını təsəvvür edə, izah edə bilməyən insanlar hər bir varlıq formasının
özü nün  bir  yaradanı  olması  qərarını  verdi və yaradanı Allah  adlandırdı.
Be ləliklə, üst paleolitdə qadın allahı, günəş allahı, su allahı, meşə allahı
və s. yarandı və allahların yaranması davam etdi. İnsanı yara dan qadın qə -
bi lənin də başçısı idi. Qəbilədə bütün işlərə o başçılıq edirdi. İdarəçilik də,
qəbilənin  işlərini  tənzimləməkdə  fərqlənən  qadınların  obraz ları  yara dıl -
mağa  başlandı.  Beləliklə,  üst  paleolit dövründə  allahlar  və  qəhrəmanlar
yaradılır.
İnsan allahları yaratsa da, qadın allahlaşdırılsa da həyat tərzi və təfək -
kü rün səviyyəsi onun heyvan, bitki və başqa totemlərə şübhə ilə yanaşma -
ğa kölgə salmağa imkan vermirdi. İnsan və təbiət münasibətləri, insanın
tə biətdən dərkolunmaz asılılığı, heyvan, bitki və digər əşyaların ən çətin
məqamlarda insana yardımı, himayəçiliyi, tələbatını ödəməsi (praktiki, fi -
ziki və mənəvi) onun ilkin əcdad – totem olması haqqında ideyaları daha
da gücləndirirdi.
Nəhayət, mezolit dövründən (e. ə. XII minillikdən) təbiətdə baş verən
dəyişikliklər, insan artımı, bununla bağlı miqrasiyalar, istehsal təsərrüfa -
tına keçid yeni həyat tərzi doğurur və yeni həyatın yeni tələblərinin dərki-
ni  bir  vəzifə  olaraq  irəli  sürürdü.  Heyvanların  əhliləşdirilməsi,  pri mitiv
əkinçilik  təbiətin  dərk  edilməsi  istiqamətində  dönməz  bir  ideya  ortaya
qoymuşdu.  Neolit  dövründən  əkinçiliyin  kütləviləşməsi,  onunla  bərabər
heyvanlardan yeni məqsədlərlə istifadə təbiətin, bitki və heyvanlar alə mi -
nin daha dərindən dərk edilməsini tələb edirdi. Əkinçilik, mal dar lıq, gə -
miçilik,  neolitdə  yeni  yaranan  dulusçuluq  və  toxuculuq  tədricən  əmək
sahələrini ixtisaslaşdırırdı. Mezolit dövründən başlayan miqra siyalar, ye -
ni ərazilərdə məskunlaşma, təsərrüfat işləri cəmiyyətdə qadının birmənalı
üstün mövqeyinə şübhələr yaradır. Yeni həyat tərzinin, təsərrüfat sa hə lə -
rinin tələblərinin tələbatlarının ödənilməsində kişinin daha ya rarlı olması
haqqında  reallıqlar  üzə  çıxırdı.  Qadın  istər-istəməz  yeni  həyat  tərzinin,
yeni yaradılan təsərrüfat və sənət sahələrində yavaş-yavaş kişi nin üstün-
lüyünü  etiraf  etməli,  nüfuzunu  qəbul  etməli  olur.  Əkinçilik,  maldarlıq,
sənətkarlıq inkişaf etdikcə qadın ardıcıl olaraq cəmiyyətdə hakim funk si -
yasını  kişiyə  güzəşt  etməli  olur.  Nəhayət  e.  ə.  IV  minilliyin  sonu  –  III
minilliyin  başlanğıcında  (ilk  tunc  dövründə)  qadın  cəmiyyətdə  hakim
mövqeyini bütünlüklə kişiyə tərk edir. Ana xaqanlıq dövründə cəmiyyət-
də qadınla bağlı təsəvvürlər, hisslər, ideyalar sponton olaraq qəbilədə ha -
kim mövqeyə çıxmaq kişiyə aid edilir. Beləliklə, bu dövrdən cəmiyyətdə
kişilərin hakim mövqedə olduğu ata xaqanlıq dövrü başlayır. Ata xa qan -
lığa keçidlə cəmiyyətin dairəvi, qapalı xətt üzrə inkişafı özünün an caq tə -
biətlə  eyniləşdirilməsi  istiqamətində  axtarışlara  son  verildi.  Cə miy yətdə
qapalı, dairəvi xətt üzrə onu təbiətlə eyniləşdirən qapalı dairəvi xəttin da -


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə