Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə11/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   7   8   9   10   11   12   13   14   ...   61

26
2013/
I
dacaq  etnonimə  çevrilməsinin  təməl  əsasları  “Oğuz  xaqan”  dastanında
çox  obyektiv  təsvir  olunmuşdu. Yuxarıda  istifadə  etdiyimiz  elmi-nəzəri
ədəbiyyata  tam  müvafiqdir. Ana  xaqanlıqdan  ata  xaqanlığa  keçid  pros-
esində  hakimiyyət  iddiası  ilə  çıxış  edən  atalar  uzun  tarixi  dövr  ərzində
hakim  ideologiyaya  çevrilmiş  bir  çox  inam  və  etiqadları,  kultları  unut-
durmalı, daha güclülərin nəsli, simvolu kimi meydana çıxmalı idi. Oğuz
xan kimi üzü göy, ağzı atəş kimi qırmızı, gözləri ala, saçları, qara, ayağı
öküz (buğa – X. X.) beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı
köksünə bənzəyirdi. Bədəninin hər yeri sıx tüklə örtülmüşdü. Göründüyü
kimi, dövrünün bütün güclülərinin, çeviklərinin vahid simvolu idi. Azər -
baycanda mifologiya elminin yaranmasında xidməti olan M. Seyidov ya -
zır: “Özündə Oğuz qəbilə birləşmələrinin onqonlarının, totemlərinin bə zi
mifik səciyyələrini, zahiri m ifik sifətlərinin müəyyən əlamətlərini tə cəs -
süm etdirən Oğuzun insan sifətində çıxış etməsi də ta rixi-ictimai şəraitlə
əlaqədar yaranmış baxışların törətdiyi, yuxarıda haqqında bəhs etdiyimiz
sarsıntının məhsuludur. Sübh çağının ilkin şüası, üfüqün qızar ması, Gü -
nəşin çıxması, danın sökülməsi kimi təbii hadisələrin onqonu, totemi olan
Oğuz sonralar  daha dəqiq desək,  onqonun, to te min zoomorfik, antropo-
morfik sifəti dəyişilib insan cildinə düşdüyü çağdan əvvəl, özündə cəm-
ləşdirdiyi  qəbilə  birləşmələrinin  tərkibinə  daxil  olan  qəbilələrin  onqon-
larının sifəti ilə birlikdə həmin sarsıntıya məruz qalır və insan sifəti alır.
Deməli zoomorfik, antropomorfik onqonların, totemlərin ya yarıinsan, ya
da  insan  cildində  çıxış  etməsi  onun  cəmiyyətdə  möv qeyinin  artması  ilə,
insanın  yüksəlməsi,  ucalması  fikri,  idealı  ilə  də  səsləşir”  (38,  158-159).
Tədqiqatçılardan  Əfzələddin  Əsgər  düzgün  olaraq  yazır:  “Sözün  etnik
mənasında oğuz oğuznamələrin  nüvəsidir”, “Oğuz xaqan”  dastanının bir
etnos olaraq oğuzların varlığından belə xəbə ri yoxdur” (39, 148). Ona görə
ki, “Oğuz xaqan” dastanında Oğuz etnosundan deyil, bu etnosu ya radacaq
Oğuz atanın, onun nəslinin yaranması və hakimiyyətini qurmasından bəhs
olunur. Cəmiyyətin Ana xaqanlığı məğlub etməsindən sonra kişi, Ata xətti
ilə qurulacaq, yaşayacaq toplumun ata əcdadının, onun nəslinin yaranması
təsvir və tərənnüm olunur (32, 124-137).
Toplum olaraq insan cəmiyyəti yarandığı gündən onun sosial-mənəvi
sistemində ana məhəbbəti, təbiətlə bağlı inam və etiqadlar istisna edilərsə,
bütün sosial-mənəvi sistemin və təfəkkür formalarının yaranması ata xa -
qanlığı dövründən başlanır. Ata xaqanlığa keçidlə sürətli vüsət alan etno -
konsolidasiya, birləşmələrin, başlıca olaraq könüllülük əsasında getməsi
tarixin dərin qatlarından, xüsusən dilin yaranmasından başlayan, dildə ifa -
də  olunan  eyni  dəyərləndirmələrdən  ibarət mədəni-mənəvi  qohumluğun
nəticəsi idi. Eyni mədəni-mənəvi dəyərlər sisteminə malik qəbilələr təbii
olaraq birləşir və özünü eyni ata nəslinə, xəttinə aid edirdi. Avrasiya ma -


27
2013/
I
terikində  ilk  etnosların  tarix  səhnəsinə  çıxması  xəritəsinə  nəzər  salsaq,
sonradan türk mədəniyyəti adı altında tanınacaq qədim sosial-mənəvi sis-
temin  daha  geniş,  böyük  ərazini  əhatə etdiyini  göstərir.  Oğuz  etnonimi,
türk  mədəniyyəti anlayışı da bu qanunauyğunluğun nəticəsidir.
“Dədə Qorqud” oğuznamələrində “Oğuz genə əyyamla gəlib, yurdına
qon dı. Oğuz xanın ilqıçısı gəlib xəbər gətirdi. Aydır: “Xanım, sazdan bir
aslan çıqar, at urar, apul-apul yürüşi adam kibi. At basub, qan sümürərək”
(36, 98). Oğuz xana məlumat verilməsi istisna olmaqla dastanlarda xatır-
lanmasa da, Dədə Qorqud oğuznamələri “Oğuz xaqan” dastanının varisi
və müasiri idi. Dastanların yaranması arasında məsafə çox azdır. “Oğuz
xaqan” dastanı, birmənalı ata xaqanlığa keçidin ilk çağı, e. ə. IV minilli -
yin sonu – III minilliyin ilkin çağının məhsulu isə, “Dədə Qorqud” oğuz -
na mələri ata xaqanlığın formalaşmış çağının, bəzi anlarda onun ilk varis-
lərinin zamanındakı etnososial hadisələri təsvir edən eposlardır. “Ba satın
Dəpəgözü öldirdigi boy”da Oğuz xanın ilxıçısı sazdan qaçmağı adam ki -
mi,  atların  qanını sümürən bir şirin çıxıb qaçması xıbərini şəxsən Oğuz
xana bildirir. Lakin Oğuz xanın zamanında baş verən hadisələri Ba yındır
xan  tənzimləmək  istəsə  də,  bu  mümkün  olmur,  Oğuz  xanın  za manında
Oğuz nəslindən olan, ancaq aslanın tərbiyə etdiyi Oğuz xan ob ra zına ya -
xın  Ba sat  yoluna  qoya  bilir.  Baxmayaraq  24  sancaq  Oğuz  elinin,  ittifa -
qının baş çısı Bayındır xan da “Tülü quşun yavrusu! Amit soyunun aslanı!
Qara cığın qaplanı!  (36, 95) adlanırdı, soy aöcı  totem  idi. Görünür canlı
insanların gözü qarşısında aslanın bəsləyib böyütdüyü igidin qələ bəsi da -
ha inandırıcı idi. Həm də nadir və fövqəladə kimi qiymətlən dirilir di. Bəhs
olunan minilliklərdə aslan, bozqurd yuvalarında, himayələ rində uşaq ların
bəslənməsi, böyüməsinə gec-gec rastlaşılsa da, real hadisələr idi.
Təsadüfi deyil ki, dastanda hadisələrdən danışılanda “Oğuz zamanın-
da”, “Ol zamanda” deyə hadisənin çağı xüsusi vurğulanır (36, 52, 53; 57;
71; 85, 90, 110).
Ana  xaqanlıqdan  Ata  xaqanlığa  keçid  zamanı,  cəmiyyətin  strukturu
tamamilə yenidən qurulmalı, yeni sosial-mənəvi normalar yaradılmalı idi.
Bunların arasında ən çətini, pozulması qanlı hadisələrlə müşaiyət olunan
tək kəbinlilik idi. Pərakəndə və zorakı cinsi əlaqəyə son qoyulması mə sə -
ləsi idi. Ata xaqanlığın qoyduğu yeni qayda təsadüfi cinsi əlaqəni və zor-
lamaları qadağan edirdi. Belə hallardan doğulan uşaqları cəmiyyət təqdir
etmir, onlara ikrah hissi ilə yanaşırdı. Odur ki, bu tip adamlar imkan dü -
şən kimi fərdlərə, icmaya ziyan vururdular. Beləliklə, ikrahla üzləşən zi -
nadan doğulanlar qəbilənin gözü qarşısında sosial “təpəgöz”lər kimi ye ti -
şirdilər.  Bütün  sosial-mənəvi  normalar  Tanrı  adından  elan  edilirdi.  Tək
kəbinliliyin törətdiyi bədbəxt hadisələrin bir gün Tanrının qəzəbi ilə qaşı-
nacağı ideyası yaranmaqda idi. Yaylağa ilk çıxan çobanlardan Sarı çoban


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə