Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə12/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   8   9   10   11   12   13   14   15   ...   61

28
2013/
I
bulaq başındakı pəri qızlardan birini zorladı. Qız çobana dedi: “Çoban, yil
təmam olacaq məndə əmanətin var, gəl, al! – dedi – Əmma Oğuzun başı-
na zıval gətirdin” – dedi. İl tamam oldu. Sarı çobanın Pəri qızı zorlama -
sından  Təpəgöz  doğuldu.  Təpəgöz  Oğuz  elinin  bütün  qəhrəmanlarını
məhv etdi, təsadüfən aslanın tərbiyə etdiyi Basat gəlib çıxmasa, Təpəgöz
Oğuz nəslini məhv edib qurtaracaqdı. Beləliklə, zinadan Təpəgöz doğula-
cağına  inanan  oğuz  elində  monoqon  nikah  elə  tənzimləndi  ki,  kişilər
arvadlarını  “halalım”  deyə  adlandırırdılar.  Beləliklə,  top lumun  təfəkkür
səviyyəsinə uyğun Oğuz elinin epik üsulla yaratdığı Tə pəgöz obrazı cə -
miyyətin  ailə-nikah  münasibətlərini  tənzimlədi.  Basatın  Tə pəgözün  gö -
zünü çıxardıqdan sonra ardıcıl onu üstələməsi zamanı öz əcdadı haqqın-
da  ona  dediyi  sözlər  oğuz  cəmiyyətində  etnik  şüurun  səviyyəsi,
təfəkkürün inkişaf pillələrini müəyyən etmək üçün xüsusi əhəmiyyət kəsb
edir.
Basat öz əcdadı, eli haqqında Təpəgözə deyir:
– Qalarda - qoparda yerim Günortac!
Qazanu  dün  içrə  yol  azsam,  umum  allah!  (görünür  redaktor  Tanrı
sözünü allahla əvəz etmişdi – X. X.).
Qaba aləm götürən xanımız Bayındır xan!
Qırış güni ögdin dəpən alpımız Salur oğlı Qazan!
Anam adın sorar olsan – Qaba ağac!
Atam adın deirsən Qağan Aslan!
Mənim adım sorarsan – Aruz oğlı Basatdır! – dedi (36, 102).
İfadələrdən  göründüyü  kimi, Ata  xaqanlığın  elə  bir  çağıdır  ki,  etnik
mənsubiyyət şüuru hələ tam formalaşmayıb. Ən qədim çağda özünü tə -
biətlə  eyniləşdirdiyi,  əşya,  heyvan  əcdadı  müasir əcdadla  eyni zamanda
ifadə olunur.
“Dədə  Qorqud  kitabı”nda  oğuzların  təfəkkür  səviyyəsini  müəyyən
etmək üçün “Salur Qazanın evi yağmalandığı boy”, “Salur Qazan dustaq
olub oğlu Uruz çağırdığı boy”, Qazan xanın soy ağacı haqqında dedikləri
və başqa məlumatlar xüsusilə qiymətlidir.
Qazan xan Trabzon təkuruna əsir düşür. Onu bir quyuya salıb, quyunun
ağzına ağır bir daş qoyurlar. Bir gün təkurun arvadı deyir: “Varayın, Qa -
zanı görəyin, nə hallu kişidir, bunca adamlara zərb urarmış?!” – dedi. Xa -
tun gəlib zindançıya qapuyı açdırdı. Çağırdı aydır: “Qazan bəg, nədir ha -
lın?  Dirligin  yer  altındamı  xoşdur,  yoxsa  yer  üstündəmi  xoşdur?  Həm
şimdi nə yeyərsən, nə içərsən və nəyə binərsən?” – dedi. Qazan aydır: “Ölü -
lərinə aş verdiyin vəqt əllərindən aluram. Həm ölülərinizin yorğasın bini -
rəm, kahillərin yedərəm” – dedi. Təkur övrəti aydır: “Dinin içün, Qa zan
bəg, yedi yaşında bir qızcığazım ölmişdir, kərəm eylə, ana binmə!” – dedi.
Qazan aydır: “Ölülərinizdə ondan yorğa yoqdur, həp ana binirəm!” –


29
2013/
I
dedi. Övrət aydır: “Vay, sənin əlindən  nə yer yüzində dirimiz və nə yer
altında ölümiz qurtulırmış!” – dedi. Gəldi, təkura aydır: “Kərəm eylə, ol
tatarı  quyudan  çıqar.  Qızcığazın  belini  üzər,  yer  altında  qızcuğazıma
binərmiş. Qazan ölülərimizi cəm edərmiş. Həm ölülərimiz içün verdi gi -
miz aşı əllərindən çəkib alıb yegər imiş. Anun əlindən nə ölümüz, nə diri -
miz qurtularmış! Dinin eşqinə, ol əri quyudan çıqar”, - dedi (36, 116-117).
İbtidai animizmi bütün incəliyi, aydınlığı ilə əks etdirdiyi üçün bu par -
çanı  olduğu  kimi  məqaləmizə daxil  etdik. Oğuzlarla düşmənçilik  ya rat -
ma maq üçün təkur təklif edir ki, bizi öy, oğuzları alçaqla, səni bura xaq.
Qopuzu əlinə alan Qazan xan soy-kökü haqqında bunları söyləyir:
Ağ qayanın qaplanının erkəgində bir köküm var,
Ağ sazın aslanında bir köküm var,
Qaz alaca yundını turğrmıya
Əzvay qurd ənügü erkəgində bir köküm var,
Ağca bəkil tümən qoyunın gəzdirməyə.
Ağ sunqur quşı erkəgində bir köküm var,
Ala ördək, qara qazun uçırmaya.
Qalın Oğuz elində bir oğlum var, - Uruz adlu
Bir qataşım var, - Qaragünə adlu. 
Yenidən toğanını dərgürmiyələr.
Əlinə girmişikən, mərə kafər, öldür məni, yetür məni.
Qılıncından saparım yoq!
Kəndü əslim sımağım yoq! – dedi (36, 118-119).
Beyrək isə Qazan xanın soy – kökü haqqında deyir:
Qalmış yigit arxası! Bizə miskin umıdı!
Bayındır xanın, göygüsi!
Tülü quşun yavrısı!
Türküstanın dirəgi!
Amit soyunun Aslanı, Qaracuğın qaplanı!
Qonur atın ayası!
Xan Uruzın babası,
Xanım Qazan ünüm anla, sözüm dinlə (36, 63).
Göründüyü kimi, istər Qazan xanın öz soy – kökü haqqında dedikləri
və istərsə Beyrəyin onun söy – kökü haqqında söylədikləri etnik mənşəy,
əcdad haqqında ilkin totemlərin yarandığı çağda, insanın özünü əşyalarla
eyniləşdirdiyi,  özünün  təmasda  olduğu  bitki  və  heyvanın,  ilk  totemin
yarandığı çağın anlayışlarıdır. Oğuz tayfa ittifaqının liderləri, birinci nəsli
Bayındır xan, bəylərbəyi Qazan xanın nəinki atasının adı çəkilir, tək bir
boyda  Qazan  xanın  atasının  adı  totemləri  ilə  birlikdə  “Ulaş  oğlu  tülü
quşun yavrısı, bizə miskin umıdı, Amit soyunun aslanı, qaracuğun qap la -


30
2013/
I
nı, qonur atın yiyəsi” - deyə, bir boyda iki dəfə atasının adı çəkilir, digər
bütün  hallarda,  soy  ağacı  totemləri  bildirilir  (36,  42,  44).  Göründüyü
kimi, onların soy ağacında vahid totem belə yoxdur. Ataya mənsubluq, et -
nik  mənsubiyyət  anlayışı,  şüuru  yenicə  yaranır.  Qazan  xan  oğlu  Uruz,
Baybörə oğlu Bamsı Beyrək, Qanlı qoca oğlu Qanturalı, Uşun qoca oğlu
Səyrək, Bəkil oğlu İmran və s.
Nəticə.  İnsanın  təbiət  qüvvələri  ilə,  heyvan,  bitki  və  başqa  əşyalarla
danışması, özünü danışdığı əşyalarla eyniləşdirməsi, onun özünü təbiət-
dən ayıra bilməməsinin, ilkin əcdad bitki, heyvan və təbiət totemlərinin
təfəkkürdə  hakim  olmasının  nəticəsi  və  göstəricisidir.  Salur  Qazanın
yurdu, su, qurd və itlə danışması, oğlu Uruzun ağacla sözləşməsi Qazan
xan  və  digər  oğuz  qəhrəmanları  nəinki  şadlıq  məclislərində,  düşmənlə
mübahisədə,  hətta onların  əsirləri  olduqda  belə  heyvan,  bitki,  quş və  b.
totemlərini fəxrlə saymaları, bu əcdadların ruhunun onların məğlubiyyət-
inə yolve ril məzliyinə inamları “Dədə Qorqud” oğuzlarının təfəkküründə
ilkin heyvan, bitki və b. əşya totem əcdadların hakim mövqedə olmasının
özünü  eyniləşdirmənin  göstəricisidir.  “Dədə  Qorqud”  oğuznamələrində
təfək kü rün qapalı-dairəvi xətt üzrə mövcudlugunu göstərən ilkin layı çox
aydınlıqla izlənilir. Maddiləşmiş, hələ unudulmuş sosial-mənəvi normalar
tə bə qəsi bütün aydınlığı ilə görünür.
ƏDƏBİYYAT
1. A.A.Bakıxanov. Seçilmiş əsərləri. B., 1984.
2. Мирзо Казым бек. Мифология персов по Фирдовси. Избранные про-
изведение. Б., 1985.
3. Ə.Sultanlı. “Kitabi-Dədə Qorqud” və qədim yunan dastanları. B., 1999.
4. T.Hacıyev. Dədə-Qorqud: dilimiz, düşüncəmiz. B., 1999.
5.  В.В.  Бартольд.  Турецкий  этпос  и  Кавказ.  –  В.  В.  Бартольд.  Книга
моего деда Коркута. Б., 1999.
6. X. Koroğlu. Oğuz qəhrəmanlıq eposu. B., 1999.
7. В.В.Бартольд. Сочинене. Т. V. М., 1968.
8.  X.Xəlilli.  Dədə  Qorqud  oğuznamələrinin  yaranma  tarixi  və  digər  oğuz-
namələrlə paralellərin dövü və səbəbləri. B., 2007.
9.  X.  Xəlilli.  “Dədə  Qorqud  kitabı”nda  oğuzların  etnososial  təbəqələrinin
təsviri. – “Dədə Qorqud” jurnalı, 2007, N3.
10.  X.  Xəlilli.  “Dədə  Qorqud  kitabı”nda  “ordı”  termininin  məzmunu  və
yozumları. – “Dədə Qorqud” jurnalı, 2008, N2.
11. Q. Skirbek, N. Gülye. Fəlsəfə tarixi. B., 2008.
12. A. Şükürov. Fəlsəfə. B., 1997.
13. Ф.Х.Кесседи. От мифа к логосу. М., 1972.
14. Г. Д. Гачев. Содержательность художественных форм. Эпос, лирика,
театр. М., 1968.
15. Г.Гачев. Жизнь художественного сознания. М., 1972.


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə