Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 6,58 Kb.
Pdf görüntüsü
səhifə13/61
tarix11.04.2018
ölçüsü6,58 Kb.
#37327
1   ...   9   10   11   12   13   14   15   16   ...   61

31
2013/
I
16. A.Şükürov. Mifologiya. 1-ci kitab. B., 1995.
17. A.Şükürov. Mifologiya. 6-cı kitab. B., 1997.
18. A.Şükürov. Dədə Qorqud mifologiyası. B., 1999.
19. A. Şükürov, G. Abdullazadə. Azərbaycan fəlsəfəsi. B., 1993.
20. Azərbaycan ədəbiyyatı tarixi. I cild. B., 2004.
21.  А.И.Першиц,  А.Л.Монгайт,  В.П.Алексеев.  История  первобытного
общества. М., 1968.
22. Ə.S.Bayramov, Ə. Ə. Əlizadə. Psixologiya. B., 2002.
23. Azərbaycan tarixi. I cild. B., 1998.
24. M.M.Hüseynov. Azərbaycanda qədim paleolit (rusca). B., 1985.
25. Дж.Мелларг. Древнейшие цивилизации Влижного Востока. М., 1982.
26. Ə.Cəfərov. Azərbaycanın ilk sakinləri. B., 2004.
27. М.О.Косвен. Очерки истории первобытной культуру. М., 1953.
28. Q.Kazımov. Dil, tarix, poeziya. B., 2005.
29.  Q.Qeybullayev. Azərbaycanda  endoqam  nigahlar  haqqında.  – Azərbay -
can etnoqrafik məcmuəsi. 3-cü buraxılış. B., 1977.
30. H.Həsənov. Söz və ad. B., 1984.
31. Й.В.Чеснов. Ранние формы этнонимов и этническое самосознание. –
Этнография имен. М., 1971.
32. “Oğuz Kağan” dastanı. – F. Boyat. Oğuz epik ənənəsi və “Oğuz Kağan”
dastanı. B., 1993.
33. A.Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. 1-ci hissə. B., 2002.
34. Sehrli sünbüllər. B., 1990.
35. F. Engels. Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. – K. Marks,
F. Engels. Seçilmiş əsərləri, II c., B., 1953.
36. Kitabi-Dədə Qorqud. B., 1988.
37. Ə.Abid. Türq el ədəbiyyatına ilmi bir bakış. – “Dan yıldızı” jurnalı, 1929, N5.
38. M.Seyidov. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., 1983.
39.  Ə.Əsgər.  Oğuznamələrin  etnik  antologiyası  və  funksiyası.  –  “Azər bay -
can” jurnalı, 2007, N3.
40. F.İsmayılov. Klassik psixologiyanın əsasları. B., 2003.
41. A.Şükürov. Fəlsəfə və zaman. B., 1998.
42. R.Əliyev. Dinin əsasları. B., 2003.
43. A.Hacıyev. “Kitabi-Dədə Qorqud”un müəllifi və yaranma dövrü haqqın-
da  mülahizələr.  –  Azərbaycan  Respublikası  Təhsil  Nazirliyi  M.  Ə.  Rəsulzadə
adına Bakı Dövlət Universiteti “Dədə Qorqud” – 1300”  Respublika elmi kon-
fransının tezisləri. B., 25-26 may 1999. 
44. R. Özdək. Türklərin qızıl kitabı. 1-ci hissə. B., 1992.
Rəyçi: Fil.ü.e.d., prof. Kamran Əliyev


32
2013/
I
Naxçıvan Dövlət Universitetinin 
“Heydər Əliyev” lektoriyasının müdiri
e-mail: sherebani@gmail.com
HEYDƏR ƏLİYEV VƏ “DƏDƏ QORQUD KİTABI”
XÜLASƏ
Məqalədə Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının mi sil siz mə  dəniy -
yət abidəsi olan “Dədə Qorqud kitabı” haqqında fikirləri təhlil olunur, dahi öndərin das-
tana verdiyi təkrarsız və dəyərli qiy mət lən dirməsi və təhlili araş dırılır, dastanın dünyada
tanıdılması  yo lunda  apar dığı  məqsədyönlü  fəaliy yə tindən  bəhs  olunur.  Bu  məsələnin
Azər baycan xalqının ümummilli mənafeyinə xidmət etməsi faktı müəy yən ləş dirilir.
Açar sözlər: Heydər Əliyev, “Dədə Qorqud kitabı”, folklor, epos, epik təfəkkür, mil-
lilik
ГЕЙДАР АЛИЕВ И “КНИГА ДЕДЕ ГОРГУДА”
РЕЗЮМЕ
В  статье  анализируются  идеи  общенационального  лидера  Гейдара  Алиева  об
уникальном памятнике азербайджанского народа «Книге Деде Горгуда», исследу-
eтся оценка великого лидера с различных аспектов и говорится о целенаправлен-
ной деятельности в общепризнании эпоса во всем мире.
Ключевые слова: Гейдар Алиев, “Книга Деде Горгуда”, фольклор, эпос, эпи-
ческое мышление, национальность
HEYDAR ALIYEV AND “THE BOOK OF DEDE KORKUT”
SUMMARY
In  the  article  is  analyzed  thoughts  of  national  leader  Heydar Aliyev  about  «Dada
Gorgud Book» unexampled cultural monument of the Azerbaijan people, is investigated
to the epos from different aspects valuing of geniuses leader. İt is talked from expedient
activities carried out of introducing in the world of the epos. This is defined serving to
general national interest of the Azerbaijan people of the problem.
Key words: Heydar Aliyev, Dada Gorgud, folk-lore, epos, epic thin king, national-
ness
Məsələnin qoyuluşu. Ümummilli lider Heydər Əliyevin siyasi irsi ki -
mi ədəbi-mədəni sahədəki fəaliyyəti də mühüm tədqiqat obyektidir. Ey ni
zamanda “Dədə Qorqud kitabı”nı müxtəlif aspektlərdən tədqiqata cəlb et -
mək  Azərbaycan  folklorşünaslığının  təxirəsalınmaz  məsələlərin dən dir.
Bu baxımdan Azərbaycan xalqının misilsiz mədəniyyət abidəsi olan “Də -
də Qorqud kitabı” çox diqqətlə araşdırılmalı, eposun əsasını təş kil edən
ideyalar Heydər Əliyev konsepsiyaları prizmasından təhlil və təd qiq edil -
məlidir. 
İşin məqsədi. “Dədə Qorqud kitabı” haqqında ümummilli liderin fikir-
lərini muəyyənləşdirmək və bu sahədə araşdırma aparmaq.
“Heydər  Əliyev  və  “Dədə  Qorqud  kitabı”  mövzusu  həm  ədəbi,  həm
publisistik, həm də siyasi-ideoloji cəhətdən aktuallıq kəsb edir. Məlumdur


33
2013/
I
ki, ümummilli lider həyatı və fəaliyyəti boyu ədəbiyyata diqqət və qayğı
göstərmiş,  onu  milli-etnik,  siyasi-ideoloji,  mənəvi  cəhətdən  xalqın  for-
malaşma yolu, metodu hesab etmişdir. Uzun əsrlər boyu hakim saraylar-
da və poeziyada başqa dillərin hökmranlığı səbəbindən xalq öz mövcud-
luğunu şifahi yaradıcılıqla saxlamış, bunu bütün dünyaya təlqin etmişdir.
Xalq  yaradıcılığının  tarixə  çevrilmiş  və  yazıya  alınmış  ən  böyük  nü -
munəsi “Dədə Qorqud kitabı”nı möhtərəm liderin “Milli varlığımızın mö -
tə bər qaynağı” adlandırması təsadüfi deyildir. Xalqın tarixini əks etdirən
əsərlər  daim  ümummilli  lider  Heydər  Əliyevin  diqqətini  cəlb  etmişdir.
Dahi öndər yazarlara müasirliklə yanaşı tarixiliyi də əks etdir məyi tövsiyə
edir, öz ədəbi fikirlərində örnək olaraq tarixi qəhrəmanlıq dastanlarına is -
tinad edirdi: “Xalqın istedadı, onun yaradıcılıq dühası “Dədə Qorqud ki -
tabı”, “Koroğlu” və başqa epik əsərlərdə bütün dolğunluğu ilə təcəssüm
tapmışdır (1, 293). Dahi rəhbər ədəbi fikirlərində Dədə Qorqud, Manas,
Alpamış kimi dastanların adlarını böyük qürur və fəxarətlə çəkir, onları
türk  xalqlarının  özünəməxsus  mənəvi  sərvəti  sayır,  türklərin  dərin  kök-
lərinin çox dəyərli nümunəsi hesab edirdi. Bu eposların tarixi, elmi, fəl-
səfi, ideoloji, tərbiyyəvi əhəmiyyətini qabardır, dünya sivi lizasiyasını mə -
dəni  inciləri  sayır,  onların  geniş  şəkildə  təbliğinə  çalışır,  həmçinin  bu
əsərlərin ümumtürk birliyinə xidmət etməsi faktını önə çəkirdi.
Bu baxımdan, “Dədə Qorqud kitabı”na olan münasibət daha yüksək və
təqdirəlayiqdir. 1997-ci ilin 20 aprelində imzaladığı “Kitabi-Dədə Qor qud”
dastanlarının 1300 illik yubileyinin keçirilməsi ümummilli lide rin folkloru-
muza, ümumiyyətlə, ədəbiyyatşünaslığa etdiyi ən böyük xidmətdir. Bu fər-
manın  əhəmiyyətindən  danışan  Tofiq  Hacıyev  yazır dı:  “Azər baycan
Respublikasının dövlət rəbbəri öz fərmanı ilə  Dədə Qorqudu Azərbaycan
vətəndaşı  elədi”  (2,  9).  Bu  yubileyin  ümumdünya  mədəniy yət  nümunəsi
kimi YUNESKO  səviyyəsində  keçirilməsi,  türk  dünyası  folklorşünasla rı -
nın, dövlət başçılarının iştirak etməsi həm elmi, həm də siyasi mahiyyət da -
şıyırdı. Bununla Azərbaycan xalqının dünyanın qədim və oturaq xalqların-
dan olması fikri bir daha təsiqləndi. Bu abidənin ümum dünya, ümumtürk
xarakteri ilə yanaşı həm də milli mahiyyəti aş karlandı və Azərbaycan mə -
dəniyyəti nümunəsi kimi dünya ictimaiy yə ti  nə qəbul etdirildi.
Ümummilli  liderin  xidməti  bu  fərmanla  məhdudlaşmamış,  “Kitabi-
Dədə  Qorqud”  dastanının  1300  illiyinə  həsr  olunmuş  təntənəli  yubiley
mərasimindəki nitqi, “Kitabi-Dədə Qorqud” ensiklopediyasına yazdığı ön
sözlə qorqudşünaslığa öz dəyərli töhfəsini vermişdir. Bu mənbələrdə dahi
öndər dastanın elmi-bədii və  tarixi-fəlsəfi təhlilini vermiş, onu  müxtəlif
prizmalardan dəyərləndirmişdir:
1. “Dədə Qorqud kitabı” bizim ana kitabımızdır. Dədə Qordud bizim
ulu babamızdır, əcdadımızdır.


Yüklə 6,58 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə