Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu İldə 4 sayı buraxılır



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/59
tarix21.06.2018
ölçüsü5,01 Kb.
#49899
1   ...   10   11   12   13   14   15   16   17   ...   59

lud ların leysantökücü qəzəbinə düçar olur, gah ürəyi hicran odunda yanıb
pörşələnir, gah da ki, könlünün quşu kimi məğribdən-məşriqə uçub cöv -
lan edir. “Könlümün quşu uçub” ifadəsi də elə bundan yaranmış frazeo -
logizmdir, yəni eşq sevdası könül quşu kimi səciyyələndirilir. Əlbəttə, bir
incə nüansı unutmaq olmaz ki, folklordan gəlmə buta mifologeminə yazılı
ədəbiyyatda-poeziya  örnəklərində  münasibət  bildirən  ədiblərimiz  də
bununla  xalqımızın  övladları  kimi  xalqın-ulu  babalarımızın,  nənələri-
mizin toxuduqları buta adlı sirli düyünü açmağa elədikləri bu cür təşəb-
büsləri  təbiidir.  Çünki  ulularımızın  –  sələflərimizin  bu  rəmzi  qatlarda
bizlərə nə mesaj vermək istədiklərini öyrənmək biz xələflərin -  gələcək
nəsillərin müqəddəs borcudur.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının qərarı ilə
işıq üzü görən “Azərbaycanın təsərrüfatı və maddi-mədəniyyəti (XII-XVI
əsrlər) “adlı kitabında (“Elm”, 2007) Şirin Teymur qızı Bünyadova özün -
dən əvvəlki mənbələrə də (Quliyev H. “Azərbaycanda basma naxış sənəti
haqqında”.  Azərbaycan  SSR  EA  məruzələri.  XIII  c.  №  7.  Səh.  820-
821,1957) istinad etməklə yazır:
“Parçalara vurulan naxışlar müxtəlif qəliblər vasitəsilə nəqş olunurdu.
XX əsrdə belə qəliblərin ən geniş yayılan növləri əsasən bunlardan ibarət-
dir:  çiçək  haşiyə,  gəlgə  buta,  yarpaq  haşiyə,  quyruq  haşiyəsi,  ürəkgülü,
künc paxlava, badam buta, göbək dövrəsi, şah və ya balaca buta” (8, 314).
Burada buta naxışlarının növləri sadalanır və bu adların müxtəlifliyi ilə
yuxarıda F.Sadığın şeirində təsvir edilən buta elementlərinin müxtəlif cür
bənzətmələrlə anılması arasında bir uyarlıq özünü göstərir. Deməli, bu ta -
nın müxtəlif adlarla tanınması və cürbəcür əşyalara bənzədilməsi arasın-
da bir qanunauyğunluq vardır. Bu, hər şeydən öncə, butanın daşıdığı müx-
təliffunksiyalılıq  əlamətlərindən doğan  səbəblərlə  izah olunmalıdır.  Mə -
sələn, əgər “gəlgə buta” deyiləndə bu, buta növünün özündə ehtiva elədiyi
simvolikanı  reallaşdırır.  “Gəlgə”  sözünün  etimoloji  mənasına  üz  tutsaq,
məsələ bir az aydınlaşar. “Gəlgə” sözü çox güman ki, “gəl” sö zü nün iki
dəfə  təkrar  deyilişindən  yaranıb.  “Gəl  məni  gör,  dərdimdən  öl”,  yaxud
“qızın gözəlliyi adama “gəl-gəl” deyir” və s. kimi sabit el ifa də lə rimizdə
işləndiyi  kimi “gəlgə” butası özünün cazibədar görünüşü nə görə  adama
“gəl-gəl” dediyindən məhz “gəlgə” (“gəl-gəl”) adlanıb və danışıqda ikin-
ci  “gəl”  sözünün  sonuncu  “l”  sonor  səsi  səs  düşümü  pro-sesinə  mə ruz
qalıb “gə” formasına düşmüşdür. İkinci bir məqam isə ondan ibarətdir ki,
“gəlgə”  butasının  özünün  simvolik  mənası  aşiqin  məşuqəsinə  “gəl-gəl”
2014/
I
43


deyib evlənmək ideyasını ifadə etməsidir. Deməli, “gəlgə” buta sında se -
vinc, razılıq, anlaşma (gözəllik) nidası daşınır. Yaxud “yarpaq haşi yə si”,
ya “badam buta” və bu kimi buta növləri isə buta naxış-təsvi rinin yarpağa,
ya badama oxşadılması ilə bağlıdır. Amma yarpağın, ya badamın bir rəmz
kimi  özlüyündə  nəyi  işarələməsi  məsələsi  artıq  butanın  rəmzinin  nədən
ibarət olmasını gerçəkləşdirən danılmaz amildir.
Burada bir maraqlı incə məqamın da üstündən sükutla keçmək olmaz.
“Şah və ya balaca buta” növünün adı göründüyü kimi sinonimik adaşlar
kimi iki adla tanına bilər: ya “şah buta” adı ilə, ya da “balaca buta” adı ilə.
İndi burada bir maraqdoğurucu sual ortaya çıxa bilər: nə üçün “şah buta”
adı ilə tanınan-adlanan buta şahın əzəmətinə-böyüklüyünə əsasən “böyük
buta” şəklində yox, “kiçik buta” kimi işlədilir? Buradakı “kiçik” təyini ilə
buna  paralel olan “şah”  ifadəsi  arasında  uyuşmazlıq  (təzad) yoxdurmu?
Şahın böyüklüyünə “kiçik” təyini – “kiçik buta” ifadəsi əskiklik-xələllik
gətirmirmi? Əsla! Ona görə ki, burada nəzərdən qaçırmaq olmaz ki, söh-
bət  xalçaçılıqdan  –  naxış  möcüzəsindən  (naxışsalmadan-butadan)  gedir.
Bilindiyi  kimi,  naxış  (buta)  özlüyündə  çox  incəlik,  zəriflik  tələb  edən
sənətdir. Vaxtilə - 10-12 il əvvəl mən “Xalçaçılıq və şahlıq sənətinin, şah -
lıq qaydalarının rəmzi bağlılığı” barədə yazmışdım. Deməli, naxış (buta)
nə  qədər  ölçücə,  həcmcə  kiçik  olsa,  o  qədər  dərəcədə  dərindən  işləmə
zövqü, xüsusi məharət tələb edir sənətkarlardan. Bu mənada kiçik butada
xoşagəlimli  incə,  zərif  detallar üstünlük təşkil edir  və  beləcə  incə,  zərif
işləməli naxış-buta “kiçik buta” və ya buna paralel şəkildə “şah buta” adı
ilə tanınıb adlandırılır. “Kiçik buta”nın  həm də “şah buta” ad lanmasının
daxili sirri məhz budur. Əksinə, naxış (buta) həcmcə böyük ölçüdə olarsa,
onda o naxışlarda hardasa saya (sadə) toxuma üslubuna müraciət edilər və
bu da əlbəttə, Şahın adına o dərəcədə müvafiq gəlməz. Göründüyü kimi,
hər şeydə arif olan, həssas olan xalqımız buta naxışının adlanması mə sə -
ləsində də heç nəyi səhv salmamış, əksinə, burada da ad qoy ma ənənəsinə
düzgün məntiqlə riayət etmişdir.
“Ürəkgülü” adlı naxış növünün adı da çox maraqlıdır. Mən əvvəlki ya -
zımda  buta  ornamentinin  bilavasitə  ürəklə,  qəlblə  (könül  məsələsi  isə)
bağlı  olduğunu  və  buta naxışının  zahiri görünüşcə də  ciyərparəyə  (ürək
parçasına,  başqa  sözlə,  ürəyə)  bənzəməsini  göstərmişdim.  Elə  naxışın
“ürəkgülü” adlanmasının da səbəbi bu səbəblə əlaqələndirilməlidir.
Xalqımızın bu kimi sənətkarlıq mədəniyyəti barədə xarici ölkələrdə də
təbliğ olunması və tanınması məqsədilə ingiliscə və rusca nəfis tərtibatla
2014/
I
44


əyani şəkil görüntülərilə birgə işıq üzü görmüş “Azərbaycan: 100 sual və
100  cavab”  kitabını  təqdirəlayiq  təşəbbüs  kimi  alqışlamaq  olar.  İngilis-
Azərbaycan  Gənclik  Cəmiyyəti  tərəfindən  buraxılmış  həmin  kitabda
tikmə sənətilə bağlı dəyərli məlumatlar verilmişdir:
«Декоративные шитье всегда  пользовалось популярность в Азер -
бай джане. Все домашние предметы – занавески, скатерты, пос тель -
ное белье, одежда, аксессуары, конская упряжь и седла – украшены
вышивкой…
Для  вышивания  использовались хлопок, шелк и шерсть из Шема -
хы,  Гянджи,  Шеки  и  Шущи.  В  лучших  образцах  художественной
вышивки  можно  видеть  сочетание  блестящих  золотых  бусин,  жем-
чужин  и  шелковых  нитей.  В  азербайджанской  вышивке    использу-
ется техника с богатой цветовой палитрой: текельдуз (плотная  вы -
шивка  с  жемчужинами  и  бусинами)  и  гюлебетин  (золотое  шитье  с
накладным орнаментом)».  (9,142).
Buradan naxışsalma ənənəsinin müxtəlif məişət əşyalarında özünə yer
aldığı, pambıq, ipək və yun məmulatlarından istifadə olunması, təkəlduz
və güləbətin işləməli tikmə növlərinin geniş yayılması və s. barədə mü -
fəs səl və aydın təsəvvür əldə olunur ki, bu da əcnəbilərə adət-ənənə miz,
mədəniyyətimiz,  incəsənətimiz  barədə  informativ  bilgilər  vermək  məq -
sədinə xidmət edir. Mən bu sitatı burada əbəs yerə gətirmədim, gös tərmək
istərdim ki, buta naxışları ilə bağlı təkcə xalı və xalçalarımızda yox, həm -
çinin də digər sənət növlərində də (təkəlduz, güləbətin və s.) rast gəlmək
halları labüddür.
Bu hana ayaq aldı,
Asıldı dayaq aldı.
Xalını toxuyan qız
Qanından boyaq aldı. (10,157)
Xalıda Arazım var,
Körpüsü tarazım var.
Bir gözəl naxış sala:
“Təbrizdə murazım var”. (10, 155)
Bu xalı “Qollu-çiçi”,
Naxıçı güllü çiçi.
2014/
I
45


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə