29
2012/
IV
Kərəm kultları XIX yüzilliyin ortalarına qədər yaşadı. Çuvaşlar hətta xris-
tianlığı qəbul edəndən sonra ilahə Əsliyə və Kərəmə olan sayğılarını
unutmamışdılar. Çuvaş şairi Maksim Arzamasov yazır ki, çuvaşlar Seren
(sevgi) ayini zamanı ətrafı Kərəm (Keremet) adlanan bulaq başında pak-
lıq və bakirəlik İlahəsi Asli İraya ağ qaz qurban kəsərdilər (15, 21-22).
İlahə Əslinin adı e. ö. II – I minilliyə aid yazılı mənbələrdə Aster, Aser,
İstar, Yestir, Aştoret, Astarta və Astara variantlarında yazıya alınmışdır (5,
41; 4, 105; 7, 157; 13, 488; 2, 29; 12, 94; 11, 156; 1, 141; 10, 123, 358).
Xristian Suriya mənbələrində və digər kilsə salnamələrində isə həmin
teonim Asli, Astli, Astqik, Aşqli formalarındadır (20, 41; 19, 28; 18, 88).
İlahə Əsliyə tapınan etnoslardan biri Kam övladları ilə birlikdə Misirə
köçmüşdür. Onlar özlərini Aşer adlandırır və Nil vadisində yaşayırdılar
(9, 124). Henrix Qrets yazır ki, aserlərin Misirdə ayrıca knyazlığı vardı.
Onlar Yusif Kənan övladlarına tabe deyildilər (4, 51, 99).
Aşerlər kahin Amosiy hümməti ilə Misirdən qovulanda İsrail oğulları-
na da tabe deyildilər (Amosiy Bibliyadakı Moisey və Ourandakı Musa
peyğəmbərdir). Əlimizdə olan mənbələrin və elmi ədəbiyyatın təhlili
göstərir ki, ilahə Əslinin övladları İordan çayını keçəndən sonra 3 yüz il
İudeya və İsrail hökmdarlarına tabe olmamış, öz ayinlərini, inanclarını
qoruyub saxlamışlar. Onlar yalnız e. ö. X əsrdə çar Solomona (Quranda
Süleyman peyğəmbərə) tabe oldular (4, 51, 99). Solomon onların 20 kən-
dini Tir çarı Kərəmə – Xirama bağışlayıb, sarayını bəzəmək üçün qızıl
aldı (4, 263).
Əsli bir ilahə kimi Melita və Afroditanın Kənan variantıdır. A.Tra çev -
ski yazır ki, ilahə Melita bəzən Aşera adlanırdı (17, 59). Aşeradan başqa
Kənan panteonunda Aşqli kultu da olmuşdur. Aşera onların teoloji
düşüncəsində ilahə, Aşqli tanrı kimi təsəvvür olunurdu (18, 88).
Belə hesab edirik ki, Türkmənistan Respublikasının baş kəndi Aş qa -
badın adı Əsli teoniminin Aşqli variantından törəmişdir. Əsli variantı isə
daha çox Volqa boyunda yayılmışdır. Kazan şəhərinin ruslar tərəfindən
işğalına qədər Volqa Bulqarıstanında Aslı adlı şəhər olmuşdur (16, 22).
Eyni zamanda çuvaşlar şimşək tanrısını Aslı Ati, yəni Əslinin atı adlan -
dırırdılar (169). Çünki çuvaşlar belə düşünür dü lər ki, ilahə Əsli göydə
döyüş arabasını çapır. Ona görə də göy guruldayır və şimşək çaxır.
Fikrimizcə, Azərbaycanın Astara şəhəri Əsli övladlarının qədim yurd
yerlərindən biridir. E.ö. II minilliyə aid Finikiya ədəbiyyatında bu teo-
nimin daha çox Astara, Astarta variantları yazıya alınmışdır (18, 41, 64;
30
2012/
IV
2, 29). Nəzərə alsaq ki, Kənan nəsli özünü Kam övladları sayırdı (14, 30,
80, 100; 9, 26) onda belə bir gerçəkliyi danmaq mümkün deyil ki, Astara
kultunun daşıyıcıları Ön Asiyada arilərdən və samilərdən qabaq yaşa yır -
dılar. Məlumdur ki, Kam nəsilləri tarix səhnəsində arilərdən və sami lər -
dən qabaq görünmüşlər (17, 22, 73; 18, 226; 18, 21).
Əsli – Astara kultu elə bir təsir gücünə malik idi ki, bəzən Yerusəlim
kahinləri onun qarşısında aciz qalırdılar. İnsanlar İeqova (Yaxve) di nin -
dən üz döndərib, Astara məbədinə qurbanlar gətirirdilər (5, 42).
Finikiya hökmdarları Astara kultundan Samaria və Yerusəlim saray-
larına qarşı bir siyasi təzyiq vasitəsi kimi istifadə edirdilər. Solomonun
ölümündən sonra İudeya və İsrail dövlətlərinin tənəzzülü başladı. Bir
zaman Davidə və oğlu Süleymana “dost” olan Kərəm övladları hər iki öl -
kənin əhalisini kənanlaşdırmağa başladılar.
Həmin məqsədlə Finikiya hökmdarının qızı və Astarta kultunun kahi-
ni İzebel Samaria çarına ərə verildi. İzebel David övladlarını sıxışdıraraq
sevgi kultunu bütün ölkəyə yaydı. Məbədlər gözəllərin üzünə açıldı (5,
41-42, 65).
Bir qədər sonra İzebelin qızı Atel Tir sarayından Yerusəlim sarayına
ərə verildi. Atel İsrail zadəganlarını aradan götürərək ölkəni yenidən əski
dini inancına qaytarmağa başladı (5, 61). Astarta kultunun kahin ləri ayin
zamanı qadın paltarı geyinər, gözlərinə sürmə çəkər, qılınc və balta ilə
silahlanardılar. Musiqinin ritmi və sözlərin təsiri altında ehtizaza gələr,
bədənlərini kəsib, qanlarını ilahənin bütünə çiləyərdilər (5, 107).
Sonra Assuriyanın qərbə basqınları nəticəsində Finikiya tayfa ittifaqı
dağıldı. Onların bir hissəsi Şimali Afrikaya köçərək Kartaqen (sonrakı
Karfagen) şəhərini saldılar. Başqa icmalar isə Krıma (2, 84) və Cənubi
Qafqaza miqrasiya etdilər. Onların tayfa başçılarından birinin Kartlosun
adı ilə indiki gürcülər özlərini Kartvel, ölkələrini Kartli adlandırırlar.
İudeyada qalanlar e.ö. VIII əsrdən sonra tədricən yəhudiləşdilər. Ancaq
onlar ilahə Əslini tamamilə unutmadılar. Yusif Kənan nəslindən Efraim
knyazları Astarta kultunu Azad sevgi kultu kimi İudeya panteonuna daxil
etdilər (5, 107) və onu yəhudi mənəviyyatının tərkib hissəsinə çevirdilər.
Güman edirik ki, Əsli kultu Astara bölgəsinə öz arxaik, Gəncə ilə
İberi ya arasına sonrakı məzmunu ilə gəlmişdir. Bu barədə fikrimizi orta
yüzil xristian salnamələri təsdiq edir. Həmin salnamələrdə ilahə Əslinin
arxaik variantları yoxdur. Sonrakı Aşqli, Astli, Astliçi və Astqik formaları
var (19, 28; 20, 41). Eyni zamanda Əsli kultu Azad sevgi kultuna çevri -