52
2012/
IV
"Saka və Qutium" (Qutium ölkəsi, kutilər ölkəsi) kimi oxumaq lazımdır.
Onun fikrincə, yazıdan belə çıxır ki, kimmerlərin öndəri Tuqdamme Aş -
şur mənbələrindən Manna ilə bağlı olduqları məlum olan sakların üzə -
rində də hökm sahibi imiş (17, 84).
Herodotun yazdıqlarından belə anlaşılır ki, kimmerlərin bu bölgədəki
hakimiyyətinə hansısa iskit tayfası son qoymuş, onları Araz çayını
keçərək öncə Qara dənizin cənub sahillərinə, daha sonra isə şimal sahil lə -
rinə sıxışdırmışdır. Tarixin atasının yazdığına görə, iskitlər Araz çayı sa -
hilində yaşayırdılar. Onlar Araz çayını keçib kimmerlər ölkəsinə gəldilər
və onları təqib etməyə başladılar (18, 24). Lakin mütəxəssislər həmişə nə -
dənsə iskitlərdən Azərbaycana gəlmə xalq kimi söhbət açmışlar. Halbuki,
arxeoloji faktlar da, ən qədim yazılı mənbələr də iskit və iskit-sakların
ilkin vətəninin məhz Azəbaycan və Ön Asiya olduğunu göstərməkdədir.
Musa Kağankatlı Yafəsin övladlarından, yəni oğullarından və nəvə lə -
rindən danışarkən, Əşkinazın (Aşkenaz, Askenaz) da adını xüsusi vurğu-
layaraq sarmatların onun soyundan olduqlarını qeyd etmişdir:
“Tirasın oğulları bunlardır: Əşkinaz – sarmatların cəddidir...” (1, 15).
Əsərlərində iskit və saklara önəmli yer ayırmış Strabon (e.ə.63-b.e.23)
iskitləri əsasən iki yerə: roksolanlara və sarmatlara bölmüş, ikncilərin isə
çar sarmatları və kaziq sarmatlarından ibarət olduqlarını vurğulamışdır
(18. 51). İosif Flaviy (l əsr) də sarmatlardan iskit tayfalarından biri kimi
söz açmaqda, onların Romaya hücumlarından danışdığı yerdə "iskitlərin
sarmat adlanan hissəsi" ifadəsini işlətməkdədir (18, 53).
Yuxarıda qeyd etdiymiz kimi, Strabona görə, sarmatların bir bölümü
"sarmat -kaziqlər, yəni sarmat-qazaxlar adlanmışlar. Maraqlıdır ki, qazax
xalqının etnogenezində iştirak etmiş soylardan biri də sarmatlar olub (19,
116). Antik müəlliflərin fikrincə, sarmatlar iskitlərlə amazonkaların izdi-
vacından törəmişlər və iskit dilində danışırdılar. Bu müəlliflərin yazdığı-
na görə, sarmatlar Qara dəniz iskitlərindən və Don çayından şərqdə məs -
kun idilər. Eyni mənbələrin təhlilindən belə aydın olur ki, onların torpaq -
ları bugünkü Rusiyanın Kalmıkiya, Həştərxan, Stavropol və Rostov böl-
gələrini əhatə edirdi. Antik müəlliflərin bəziləri sarmatları "savromat" da
adlandırmışlar. Məsələn, Herodot "savromat" yazdığı halda, eradan əvvəl
lV əsrdə yaşamış Skilak Karianidli "sarmat" ifadəsini işlətmiş, Ovidiy
Nazon isə hər iki addan istifadə etmişdir. Pliniy isə yunanların sarmatları
"savromat" adlandırdıqlarını bildirmişdir (13, 329-330).
Diodor Siciliyalı və Pliniyin bildirdiklərinə görə, sarmatlar Midiyadan,
53
2012/
IV
yəni Cənubi Azərbaycandan iskitlər tərəfindən köçə zorlanmışlar. Elə bu
səbəbdən də bəzi antik müəlliflər sarmatları midiyalılarla, yəni madaylar-
la eyniləşdirmişlər. Məsələn, Pliniy və Yuliy Solin sarmatları midiya lı la -
rın törəmələri hesab etmişlər. Pliniy türkləri sarmatların bir qolu saymış,
Pomponiy Mela isə türklərlə sarmatların qonşu olduqlarını yazmışdır.
Eradan əvvəl ll əsr müəllifi Dionisiy Pereqet isə sarmatları hunlarla eyni -
ləşdirmişdir. Fakt isə budur ki, qıpçaq mənşəli qazax soylarından biri də
sarmatlardır və onlar qazaxların içərisində "şermat" və "sarmat teleu" ad -
ları ilə məşhur idilər (13, 329-330, 334). Bu fakt qədim Atropatenanın
paytaxtının nədən Kazaka (Qazax) adlandığını başa düşməmizə və nədən
qıpçaq elementinin oğuz mənşəli Azərbaycan türkcəsində xüsusi bir plast
təşkil etdiyini başa düşməmizə yardımçı olur.
Maraqlıdır ki, bəzi antik müəlliflərin sarmatların soy babaları saydıq ları
maday xalqının da qazaxların etnogenezində iştirak etdikləri mə lum dur.
Müqəddəs "Tövrat" kitabında Yafəsin oğullarından söz açılarkən, on -
lardan birinin Maday olduğu bildirilir. Eradan əvvəl lX-Vlll əsrlərə aid
mixi yazılarda Madayın soyundan gələn xalqdan - maday xalqından və
eradan əvvəl Vll-Vl əsrlərə aid mixi yazılarda isə bu xalqın Azərbaycanda
qurduğu Madayya dövlətindən söhbət açılır. Qədim yunan müəllifləri, o
cümlədən eradan əvvəl V əsrdə yaşamış Herodot bu dövləti Midiya döv -
ləti, xalqını isə midiyalılar kimi qeyd etmişlər.
Məlumat üçün bildirək ki, Azərbaycanda formalaşan digər türk soy və
boyları kimi madayların da izlərinə sonrakı əsrlərdə Türküstanda rast
gəlirik. Sonralar hansısa səbəbdən Azərbaycanı tərk edən bu qədim türk
soyu qazax türklərinin etnogenezində yaxından iştirak etmişdir. Qazax
xalqını təşkil edən türkdilli soylardan biri də madaylar olmuşlar (20, 118).
Azərbaycanda yaşayan və sonradan qazaxların, qırğızların, özbəklərin,
eləcə də qaraqalpaqların etnogenezində yaxından iştirak etmiş soylardan
biri də albanlardır (21, IV, 326; 19. 66, 82; 22. 16, tablo 2; 23. 41). Yafəsin
soylarından biri olan albanların adı yazılı mənbələrdə miladdan sonrakı
mənbələrdə qeyd edilsə də, onlar eradan əvvəl lV əsrdə baş vermiş olay-
larla əlaqədar yad edilirlər.
Azərbaycandan iskitlər tərəfindən köçə zorlanan və Şimali Qafqaz
ərazisində məskunlaşan sarmatlar hunlar tərəfindən darmadağın edil dik -
dən sonra bir neçə istiqamətə yayılmışdılar. Bunların bir hissəsi Qa za xıs -
tan ərazisinə köçərək qazax xalqının etnogenezində yaxından iştirak emiş,
ikinci bir hissəsi Fransa və İspaniyaya mühacirət edərək uzun müddət bu