49
2012/
IV
Maraqlıdır ki, ölkəmizin ərazisində kökü minilliklərin dərinliklərinə,
daha dəqiq desək, ən azı Eneolit dövrünə qədər uzanan “yağış çağırmaq”
ovsunu Aratta dövləti dövründə (e.ə lll – ll minilliklərdə) də davam
etmişdir ki, bu barədə şumer mətnləri xəbər verməkdədir. Həmin mətn lər -
dən aydın olur ki, Aratta əhalisinin həyatında əkinçilik önəmli yer tutur-
du. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Əkin sahələrinin məhsul-
dar olması isə yağışın yağıb – yağmamasından asılı idi. Əsasən taxıl və
noxud əkən Aratta əhalisi quraqlıq zamanı kahinə (şamana) müraciət edir,
o da ovsun oxumaqla yağışın yağmasını təmin edirdi. Bu, şumer mixi
kitabələrinin birirndə öz əksini belə tapmışdır:
“Tanrıların ali kahini İşkur göyü guruldadır, ildırım çaxdırır, dağlara
lərzə salır və yağış yağdırır. Bu zaman buğda və noxud göyərir... yetişən
buğdanı anbara... Arattanın ali kahini üçün gətirir və sarayda onun qa ba -
ğına tökür...” (11, 66).
Burada ən qədim türk inanc və adətlərinin izinə rast gəlirik.
Şumer mənbəyində haqqında bəhs edilən olay bu ənənənin köklərinin
ən azı lll minilliyə və Azərbaycan (Aratta) ərazisinə uzandığını sübut edir.
Arxeoloji qazıntılar nəticəsində isə məlum olmuşdur ki, ölkəmizin əra zi -
sində bu inam və adət hələ Eneolit dövründə (e.ə. Vl – lV minilliklər)
mövcud olmuşdur. Xatırladaq ki, arxeoloq H. Cəfərovun yazdığına görə,
Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri
də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun
təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “ça -
ğırmaq”mərasimi ilə bağlayırlar (11, 32).
Şumer mənbələri Arattanın mədəni səviyyə baxımından Şumerdən üs -
tün olduğunu, bu üzdən də Şumer hökmdarı En – Merkarın (Merkar xa -
nın) öz ölkəsində məbədlər tikdirmək üçün arattalı ustalara ehtiyac duy -
du ğunu əks etdirməkdədir. Həmin mənbələrə görə, Şumer hökmdarı
Aratta sənətkarlarına sahib olmaq üçün İniniyə (Umay Nənəyə) dua edə -
rək deyərmiş :
“Xanımım İnini, (Aratta adamları) qoy mənə Urukda qızıl və gümüşü
ustalıqla emal etsinlər, təmiz lacivərd parçalarından, qızıl – gümüş qa tı şı -
ğından, təmiz lacivərddən... Urukda, açıq təpədə, sən yaşadığın “Anşan
evində” qoy (məbəd) tiksinlər. İşıqlı Giparın (İnini və kahinlərin yaşadığı
ibadətgahın) ortasını, sən yaşadığın yeri Aratta (adamları) qoy mənim
üçün bəzəsin... Aratta adamları dağlarından dağ daşı gətirsinlər, qoy
mənim üçün böyük ibadətgah ucaltsınlar. Böyük məbədi, (tanrılar) məbə-
50
2012/
IV
dini qoy parıldatsınlar. Mənim ayinlərimi kulabda qoy mənim üçün qoy
düzgün ifadə etsinlər. İşıqlı dağa bənzər “abzu”(hovuz, şəlalə, fontan) qoy
mənim üçün qursunlar, (meşəli) dağa bənzər “eredu” mənim üçün qoy
təmizləyib hazırlasınlar...” (11, 65-66)
Bu mətndən gördüyümüz kimi, Şumer şahı təkcə məbədlər tikmək
üçün yox, həm də dini ayinləri düzgün ifa etmk üçün arattalılara ehtiyac
duymuşdur ki, bu da dolayısı ilə şumerlərin Arattanın dini təsiri altında
olduğunu və ya hər iki ölkənin eyni dini görüşləri paylaşdıqlarını göstərir.
Başqa bir mətndən isə belə aydın olur ki, hər iki ölkədə eyni dil və eyni
yazıdan istfadə olunurdu. Həmin mətndə şumer qasidinin En – Merkarın
məktubunu Aratta hökmdarına (ali kahininə) gətirməsindən söz açılır və
deyilir:
“Arattann ali kahini bişmiş gili (mixi kitabəni) elçidən aldı..., gilə bax -
dı, sözlər mismar kimi qalxdılar” (11, 64).
Musa Kağankatlı özünün "Albaniya tarixi" kitabında qeyd edir ki,
Yafəsin oğullarından olan Kimerdən (Qamerdən) kimmer (qamer) xalqı
törəmişdir:
“Yafəsin oğulları budur: Homer (Kimer) – hamirlər (kimmerlər) onun
nəslindəndirlər...” (1, 14-15).
Kimmerləri e.ə. Vlll əsrin Azərbaycan və Ön Asiya sakinləri kimi
göstərən mixi kitabələrdən fərqli olaraq Herodot e.ə. V srdə onlardan
Qara dənizin quzey sahillərinin sakinləri kimi söz açmaqdadır. Tarixin
atası eyni zamanda onların bu əraziyə iskitlərin təzyiqi ilə Araz çayı
sahillərindən köç etməyə zorlandıqlarını bildirməkdədir. Belə hesab olu -
nur ki, bu etnik qrup guya Güney Qafqaz və Ön Asiyaya Quzey Qafqzdan
Daryal keçidini keçərək gəliblərmiş, yəni onlar Azərbaycan və Ön
Asiyanın avtoxton əhalisi deyilmiş. Bu fikrin doğru olmadığını irəlidə
gös`tərəcəyik. Hələliksə qeyd edək ki, onların Araz çayını keçərək e.ə.
715-ci ildə Urartu ordusunu darmadağın etdikləri və Urartunu tutduqları
dəqiq məlum olan faktdır (12, 278-281).
Kimmerləri "qamira" adlandıran aşşur mənbələri onlardan Manna, yə -
ni Azərbaycan sakinləri kimi söz açmaqda və onların hökmdarı Tuq dam -
menin (Toxtamışın) adını çəkməkdədirlər. (13, 327-219). Rus və bəzi
Avropa elmi ədəbiyyatında yayğın olan fikrə görə bu xalq irandilli idi (14.
239-241). Lakin əldə olan təkzibedilməz dəlillər bunun əksini sübut et -
məkdə, kimmerlərin türkdilli olduqlarını birmənalı şəkildə ortaya qoy-
maqdadır.
51
2012/
IV
Bu baxımdan erkən orta əsrlər tarixçisi Prokopiyanın dedikləri əvəzsiz
mənbə hesab edilə bilər:
"...Saqinlərdən sonra ölkədə çoxluq təşkil edən Meotiy bataqlığından
Tanais çayının bataqlığa tökülən yerinə qədər çoxlu hun tayfaları yer-
ləşmişlər. Burada yaşayan xalqları qədimdə kimmer, indi isə utiqur
adlandırırlar" (15, 20; 13. 96-97).
Prokopiyanın verdiyi məlumatdan göründüyü kimi, hun türkləri, o
cümlədən hunların bir qolu olan utiqurlar qədimdə kimmer adlanmışlar.
Bu isə o deməkdir ki, kimmerlərin türklüyü antik müəlliflərdə heç bir şüb -
hə oyatmamışdır.
Hun soylarından olan utiqur və kutriqurların mənşəyi ilə bağlı bir əf -
sanə də eyni fikri təsdiqləyir. Bahəddin Ögəl özünün “Türk mifolo gi yası”
kitabının Avropa hunlarının maralla bağlı əfsanələrindən söz açan bölü -
mündə həmin əfsanəni də təqdim edir:
Vaxtilə Kimmer kralının Kutriqur və Utiqur adlı iki oğlu var imiş.
Günlərin birində bu iki uşaq ov etmək üçün çölə çıxır. Ov axtardıqları za -
man dişi bir marala rast gəlir və maral qovmağa başlayırlar. Maral qaçır,
uşaqlar qovurlar və ən nəhayət, bir dənizin kənarına gəlirlər. Uşaq lar mar-
alı dənizə sıxışdırıb vurmaq istəyirlr, lakin maral dənizə atılıb üz məyə
başlayır. Uşaqlar da üzə-üzə maralın dalınca gedirlər. Maral qabaqda,
uşaqlar da arxasında sahilə çıxırlar. Uşaqlar quruya ayaq basan kimi
maral yoxa çıxır (16, 575).
Hun türklərinin genezisi ilə bağlı bu əfsanə sözügedən xalqın Ana -
doludan Şərqi Avropaya gəldiklərini, soy ağaclarının kimmerlərdən, de -
mə li, Azərbaycan və Şərqi Anadoludan cücərdiyini söyləməyə tam əsas
verir.
Yuxarıda qeyd etdik ki, Musa Kağankatlının yazdığına görə, Yafəsin
oğullarından biri Kimer idi və kimmerlər onun soyundandır (1, 14-15).
Müəllif eyni zamanda kimmerlərin soy babası olan Kimeri Azər -
baycanın (Albaniyanın) Yafəsdən sonrakı ikinci xaqanı kimi təqdim edir.
1933-cü ildə Aşşurbanipalın (e.ə. 668-663) Ninəviyyədəki İştar mə -
bədindən tapılmış mərmər lövhə üzərindəki yazısında başqa yazılardan
kimmerlərin xaqanı kimi tanınan Tuqdamme (Toxtamış) "Saka ölkə si"nin
və ya sakların hökmdarı kimi təqdim edilir. Mətnin naşiri R.Tompson
"saka" (sak) ifadəsindən sonra gələn mixi işarəni özünəməxsus şəkildə
şərh edərək, bu halda hansısa fərqli sak boyundan söhbət getdiyi fikrini
əsaslandırmaq istəmişdir. Lakin sonralar X.Tadmor iddia etdi ki, ifadəni
Dostları ilə paylaş: |