68
2012/
IV
AMEA Folklor İnstitutunun doktorantı
SARINLARIN BAYATI VƏ MEYXANALARLA BƏNZƏR VƏ
SARINLARIN BAYATI VƏ MEYXANALARLA BƏNZƏR VƏ
FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
FƏRQLİ XÜSUSİYYƏTLƏRİ
XÜLASƏ
Sarınların Azərbaycan və türk xalq ədəbiyyatındakı bayatı və manilərlə bənzərliyi
indiyədək bir çox alimlərin diqqətini çəkmişdir. Türk sillabik şeirinin davamı olan sarın
örnəkləri Anadolu türkləri, qaqauz, iraq türkmanlarının mani, özbəklərin “əşulə”, yaxud
“aşulə”, krım tatarlarının “cır”, Kazan tatarlarının “çır”, adlandırdığı eyni şeir şəklidir.
Məqalədə sarınlarla bayatı və meyxanaların oxşar və fərqli xüsusiyyətləri araşdırılacaq.
Açar sözlər: sarın, bayatı, meyxana, sillabik şeir
THE SIMILAR AND DIFFERENT FEATURES OF SARIN,
THE SIMILAR AND DIFFERENT FEATURES OF SARIN,
BAYATI AND MEYKHANAS
BAYATI AND MEYKHANAS
SUMMARY
The similarity of bayati and sarin in the folk-lore of Azerbaijan and kumukh has led
to interest of many scholars. The Anadolu turcks, gasguz, Irag turkmans called this form
of poetry as mani, ozbeks as “ashule” or “ashule”, Kirim tatars as jir, Kazan tatars as
chir. All of them are the same form of poetry. In article will explore similar and differ-
ent feautures of bayati, sarin and meykhana.
Key words: sarin, bayati, meykhana, sillabik poem
ПОХОЖИЕ И РАЗЛИЧНЫЕ ОСОБЕННОСТИ САРЫН,
ПОХОЖИЕ И РАЗЛИЧНЫЕ ОСОБЕННОСТИ САРЫН,
БАЯТЫ И МЕЙХАНА
БАЯТЫ И МЕЙХАНА
РЕЗЮМЕ
Сходства баяты и сарын в Азербайджанском и кумыкском фольклоре заин те ре -
совал многих учёных. Анатолийских турок, гагаузы, Ирагские тюркманы называет
этого стихотворного жанра как мани, узбеки как ашуле, ешуле, Крымские татары
как джыр, Казанские татары как чыр. В статье будет исследоваться похожие и раз -
личные особенности баяты, сарын и мейхана.
Ключевые слова: сарын, баяты, мейхана, силлабическая стихотворения
Məsələnin qoyuluşu. Qumuqlar mahnı, nəğməyə sarın deyir. Sarın
türk sillabik şeirinin heca vəznli örnəyidir və ümumtürk şeirinin qanuna -
uy ğunluqlarını özündə əks edir. Bu şeir dördləmə formasında olur və ab -
cb şəklində qafiyələnir. Sarınlar və bayatılar eyni şəkildə təhlil olunur.
İşin məqsədi. Qumuq Azərbaycan folkloru ümumtürk kontekstinin
par çalanmış qollarıdır. Bu xalqların maddi, mədəniyyət, tarixi, ədəbi və
folklor əlaqələrinin öyrənilməsi mühüm amildir. Buna görə də, qumuq və
69
2012/
IV
Azər baycan folkorunda mövcud olan oxşar və fərqli xüsusiyyətlərin öy -
rə nilməsi hər iki xalqın folklor tarixinin öyrənilməsinə imkan yaradır.
Əsas mətn
Sarınların Azərbaycan və türk xalq ədəbiyyatındakı bayatı və manilər-
lə bənzərliyi indiyədək bir çox alimlərin diqqətini çəkmişdir. Sarınları
izah edərkən Çetin Pekaçar belə bir açıqlama edir. “Sarın, şəkil və qafiyə
özəllikləri tərəfindən baxıldığında maninin qumuq türkçəsindəki qarşılığı
olan mənzum dörtlüklərə verilən addır.” (10, 334) Doğan Kaya sarınlar
haqqında yazır: “Sarın qumuqların toylarda və qız və oğlanların qarşılıqlı
olaraq (deyişərək – A.Q) oxuduqları mahnılara verilən addır” (6, 625).
Əmin Abid də sarınlar haqqında maraqlı fikir yürüdür: “Qu muq”
türkcəsilə Dağıstan əhalisi arasında bu mani növü (söhbət sarınlardan
gedir – A.Q.) inkişaf etmiş bir haldadır. Bunlar ümumi quruluşca Azər -
baycan bayatılarına çox yaxın bir şəkil göstərməkdədirlər.” (1, 205).
Əmin Abidin sarınları bayatılarla yaxınlaşdırması təsadüfi hal sayılma-
malıdır. Çünki diqqətlə incələndikdə sarınlarla bayatıların heç bir ciddi
fərq ləri olmadığını, hətta eyniliyini görə bilirik. Azərbaycan folklorunda
bayatı adlanan bu şeir növünü bütün türk dillərində ifadə edən sözlərin
anlamı “nəğmə”, “mahnı”, “türkü” kimi tərcümə olunur. Türk nəzminə
mənsub alliterasiya sarın və bayatılarda da öz hökmünü qoruyub saxla-
maqdadır. “Türk ədəbiyyatı ilə məşğul olan bütün alimlərin təsdiqi ilə
türk nəzm şəklində əsas ölçü “qitə”dir (dörtləmələr). Bayatı-mani növü
qitə halında bir vahiddir” (1, 223).
Bayatıların öyrənilməsində Bəkir Çobanzadə, Əmin Abid, Hə nəfi
Zeynallı, Asif Hacıyev, Çetin Pekaçar, Tudora Arnaut, Sədnik Paşayev və
s. alimlərin böyük xidmətləri vardır. Bunlarla yanaşı, Elxan Məmmədli
özünün “Təcnislər” kitabında bilavasitə bu janr haqqında araşdrıma apar -
mışdır (11).
Türk sillabik şeirinin davamı olan sarın örnəkləri Anadolu türkləri, qa -
qauz, iraq türkmanlarının mani, özbəklərin “əşulə”, yaxud “aşulə”, krım
tatarlarının “cır”, Kazan tatarlarının “çır”, adlandırdığı eyni şeir şəklidir.
Qumuq folklorunda sarın, Azərbaycan folklorunda bayatı adlan dırılan bu
türk şeir örnəyi minilliklərin dərin qatlarından süzülərək bir xalqın, mil-
lətin tarixinin, mədəniyyətinin izlərini özündə daşıyır.
Qumuq və Azərbaycan folklorunun ən qədim janrlarından biri olan
sarınlar və bayatılar forma baxımından sadə görünsələr də, dərin məna
kəsb edirlər “Bayatı kiçik lirik şeirdir. Lakin bu lirik şeir öz bədii tutumu,