Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə31/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

89

2012/

IV

libasa aid edirik. Bu ənənə yazılı ədəbiyyata da sirayət etmişdir. Təsadüfi

deyil ki, qəzəl və qəsidənin ən gözəl beyti «Şah beyt» adlanır. Şair və ya -

zıçının forma və məzmun baxımından kamilliyi ilə se çilən ən gözəl əsəri-

ni «şah əsər» adlandırırlar. 

Digər  tərəfdən mifik  görüşlərdə hökmdara  xüsusi bir qüvvə, özü  də

Allah tərəfindən göndərilən qüvvə, xüsusi səlahiyyət sahibi kimi qiymət

verilməyinin nəticəsi idi ki, hökmdar hətta folklorda da fövqəltəbii şəx -

siy yət kimi təsvir edilirdi və insanlar arasında yüksək hörmət və ehtirama

malik idi. Mifoloji təsəvvür isə K. Abdullanın göstərdiyi kimi, təkcə bi -

zim eşitdiyimiz nağıl və əfsanələri bəzəyən, onların məzmununu «müşay-

iət»  edən  ornamental  detallar  məcmusu  deyil.  Mifoloji  təsəvvür  qədim

insanın  dünyagörüşünün əsasını formalaşdıran, onun hərə kət lə rinin nor-

mativ  sistemini  müəyyənləşdirən,  onun  təbiətlə  münasibətlərini  tənzim-

ləyən  və  cilalayan  bütöv  bir  yaşayış  üsuludur.  Fəlsəfi-etik,  hüquqi-nor-

mativ sistemdir» (1, 24). Bu sistemdə isə, M.Kazımoğlunun yazdığı kimi,

hökmdar  obrazının  xüsusi  yer  tutması  təəccüb  doğurmamalıdır.  Nəzərə

alınmalıdır ki, qədim dünyagörüşə görə, hökmdar cəmiyyətdə məhsuldar-

lıq, ümumiyyətlə, həyat rəmzidir. Həyat rəmzi sayılan hökmdarın müqəd-

dəsləşdirilməsi,  onun  şərdən-yamandan  qorunması  və  ona  güc-qüvvət

arzulanması  isə  tamamilə  təbii  bir  haldır  (12,  91).  Bu  da  göydə Allah,

yerdə hökmdar, hökmdar – Allah bağlılığına inamın ifadəsi olub, realda

da hökmranlıq edən şahların hökmdar kimi mifikləşdirildiyini, mifik gö -

rüşlərə uyğun olaraq təsvir edildiyini göstərir.

Belə  hökmdarların  tipik  nümunəsi Yaponiyanın  dini  rəhbəri  mikado,

yaxud dairi idi. O, bütün kainatı, o cümlədən tanrıları və insanları idarə

edən  günəş  ilahəsinin  təcəssümü  olub,  xalqdan  rəsmi  müraciət  titulunu

(«Tanrının təcəssümü») almışdı. Belə ki, 646-cı ilə aid edilən rəsmi dek -

retdə imperator «dünyanı idarə edən Allahın təcəssümü» adlandırılırdı və

cəmiyyətdə  o  qədər  böyük  nüfuza  malik  idi  ki,  hələ  qədimlərdən,  yəni

təxminən  iki yüz  il  bundan əvvəl həyatı belə təsvir  edilirdi:  «İmperator

ailəsinin üzvlərinə, xüsusilə mikadonun özünə indi də ən yüksək dərəcəli

müqəddəs  şəxslər  kimi  baxılır.  Onlara  tabe  olan  adamlardakı  bu  sərfəli

inamı saxlamaq üçün öz müqəddəs şəxsiyyətlərinə qeyri-adi qayğı göstər-

məyə məcburdurlar və elə hərəkətlər edirlər ki, bunlar başqa millətlərin

nöqteyi-nəzərindən gülməli və yersiz görünə bilər. Məsələn, mikado fikir-

ləşir ki, ayaqlarının yerə toxunması onun ləyaqəti və müqəddəsliyi üçün

çox  zərərlidir  və  buna  görə  də  harasa  getməyə  hazırlaşanda  onu  çiyin-




90

2012/

IV

lərində aparırlar. Ona açıq havada da dayanmaq münasib deyil; çünki gü -

nəş onun başı üzərində şəfəq saçmağa layiq deyil. Onun bütün bədəni elə

müqəddəs  sayılır  ki,  saçını,  saqqalını,  dırnaqlarını  kəsdirə  bilməz.  Çox

çirkli olmaması üçün onu gecə yatdığı zaman yuyundurmağa icazə verilir.

Bu  zaman  ondan  götürülənlər  oğurluq  sayılır,  oğurluq  isə  onun müqəd-

dəsliyini  və  ləyaqətini  korlaya  bilməz.  Qədimlərdə  imperator  hər  səhər

başında  tac,  əllərini,  ayaqlarını,  başını,  gözlərini  və  bədəninin  başqa

hissələrini  tərpətmədən  heykəl  kimi  bir  neçə  saat  taxtında  oturmalı  idi.

Ehtimal edilirdi ki, belə durmaqla o, imperiyanın xoşbəxtliyini saxlayır,

belə ki, o, təsadüfən bir tərəfdən başqa tərəfə çevrilsə, yaxud nəzərlərini

mülkünün hansısa tərəfində çox saxlasa, ölkədə müharibə, aclıq, yanğın,

yaxud  başqa  böyük  bədbəxtliklər  ola  biləcəyi  təhlükəsi  yaranırdı.

Mikadonun  yeməyi  hər  dəfə  yeni  qablarda  hazırlanmalı  və  hər  dəfə  də

yeni xörək verilməli idi. Bütün bu qablar çox təmiz olur, lakin adi gildən

hazırlanırdı ki, bir dəfə istifadə edildikdən sonra atıldıqda, ya da sındıqda

zərər çox olmasın. Qabları, adətən, qorxudan sındırırdılar ki, sadə adam -

ların əlinə düşməsin. Belə inanc var idi ki, əgər adi insan cəsarət edib bu

qablardan yemək yesə, boğazı və ağzı şişərək iltihab olardı. Oxşar hadis-

ələr dairin geyimini geyəndə də baş verə bilərdi: hesab edilirdi ki, əgər adi

insan  hökmdarın  icazəsi  olmadan  paltarını  geyinsə,  bu,  bədənin  hər

yerində şişkinliyə və ağrıya səbəb olar. Mikado haqqında başqa məlumat-

da isə deyilirdi ki, yerə ayaqları ilə toxunması onun üçün təhqir sayılırdı.

Hətta günəşə və aya da onun başı üzərində çıxmağa icazə ve-rilməmişdir.

Onun saçını, saqqalını və dırnaqlarını heç vaxt kəsmirdilər» (9, 193–195).

Belə  mifik  görüşlərlə  bağlı  olaraq  yaranan  əfsanə  və  rəvayətlər  zaman

ötdükcə təkamülə uğramış və söyləyicilərin təfəkkürünə uyğun yeni məna

kəsb  etməyə  başlamışdır.  Xalq  arasında  geniş  yayılıb  özünə  əbədilik

qazana bilməyən şifahi söz sənəti örnəkləri isə uzunömürlü olmayıb, tez

bir zamanda unudularaq gündəmdən çıxmışdır. Xalqın yaratdığı və yaşat-

dığı  şifahi  ədəbiyyat  nümunələrində  hökmdarla  bağlı  müəyyən  tarixi

mərhələnin nəbzini əks etdirən bu mifik görüşlər müasir dövrümüzdə də

mühüm əhəmiyyət kəsb etməkdədir. Hətta mifik görüşlərdə özünə yer ta -

pan belə şah obrazları nəsidən-nəslə keçərək yeni dastan, rəvayət, hekayə

və başqa folklor nümunələrinin yaranması üçün əsas mənbə, özül rolunu

oynamışdır.  Bunu  Mirzə  Kazım  Bəy  «Əfsanəsiz  xalq,  rəvayətsiz  ölkə

yoxdur, köçərilərdə onlar şifahi hekayələr şəklində nəsildən-nəslə keçir:

yarımmədəni xalqların inanışlarının özülünü, yazılarının başlıca məzmu-




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə