Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu dəDƏ qorqud elmi-ədəbi toplu



Yüklə 1,45 Mb.
səhifə39/67
tarix25.06.2018
ölçüsü1,45 Mb.
#51687
1   ...   35   36   37   38   39   40   41   42   ...   67

107

2012/

IV

О НАЦИОНАЛЬНОЙ И ЛИТЕРАТУРНОЙ ПРИНАДЛЕЖНОСТИ 

О НАЦИОНАЛЬНОЙ И ЛИТЕРАТУРНОЙ ПРИНАДЛЕЖНОСТИ 

НИЗАМИ ГЯНДЖЕВИ

НИЗАМИ ГЯНДЖЕВИ

РЕЗЮМЕ

В  статье  анализируются  теоретические  и  методологические  стороны  вопроса

национальной и литературной принадлежности поэта XII века Низами. Всемирно

известный поэт Низами жил и творил в Азербайджане, в городе Гяндже, что четко

отражено и в инициале Низами, и в его творчестве. Не смотря, на существующие

многочисленные  историко-биографические  материалы,  в  преддверии  870-летие

поэта  в  России  и  Иране  опять  поднялся  вопрос  национальной  принадлежности

Низами. Кроме околонаучных и псевдонаучных «фактов», главным аргументом их

является то, что Низами написал все свои поэмы на персидском языке. По мнению

автора данной статьи, в этом вопросе надо различать национальные и лите ра тур -

ные  принадлежности  поэта.  То,  что  Низами  писал  на  персидском  языке,  это

указывает его принадлежность персоязычной, а не к персидской литературе. Надо

учитывать тот факт, что в двенадцатом веке не только персидские поэты, но и по -

эты много других восточных народов, в том числе азербайджанский народ писали

на  персидском  языке,  чьими  трудами  был  создан  огромная  персоязычная  ли те -

ратура Востока. 



Ключевые  слова: Низами, литература, фольклор, азербайджанская литера ту -

ра, персидская литература, восточная литература, понятие тюрка 



Məsələnin qoyuluşu. Şərq ədəbiyyatının inki şafında müstəsna dərə cə -

də böyük rol oynamış Nizami təkcə milliyyətinə görə deyil, həm də özü -

nün etnik-mədəni düşüncəsinə görə Azərbaycan-türk şairidir. Türklük Ni -

za  mi üçün dərk olunmuş etnik özünüifadə modeli idi. O, bütün bu səbəb -

lər dən təkcə farsdilli Azərbaycan və şərq ədəbiyyatının şairi yox, eyni za -

manda farsdilli İran ədəbiyyatının şairidir. Nizami öz yaradıcılığı ilə İran

ədəbiyyatına  müasir  ümümbəşəri  və  hu manist  ideallar  gətirərək,  onu

Firdovsinin bu ədəbiyyatda yaratdığı dar milli (antitürk, antiərəb və anti-

islami) ideyalarından xilas etdi.

Hər bir xalqın milli düşüncə tarixində elə şəxsiyyətlər olur ki, onlar öz

fəaliyyətləri ilə etnik sistemin fövqünə qalxırlar.  Belə şəxsiyyətlərin adı

öz  xalqına  daim  şöhrət  gətirir:  onları  fiziki  və  mənəvi  cəhətdən  yetirən

xalq sonralar əsrlər boyunca öz yaşam gücünü, milli mövcudluq impuls -

larını həmin şəxsiyyətlərin adından və əməlindən alır. Onların yara dı cı lı -

ğı, qoyub getdikləri mənəvi irs özlərindən çox sonralar da öz xalqı üçün

etnoenergetik düşüncə qaynağı rolunu oynayır. XII əsr Azərbaycan şairi

Nizami Gəncəvi də məhz belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı, öl -

məz «Xəmsə»si bitməz-tükənməz dəyərlər xəzinəsi kimi həm onu ya ra -

dan və yetirən xalqı, həm də ümumən bəşəriyyəti etnokosmik yaşam gücü

ilə qidalandırır. Nizaminin adı, milli və ədəbi mənsubiyyəti ilə bağlı daim




108

2012/

IV

davam edən və son zamanlarda Rusiyada və İranda yenidən qızışan mü -

bahisələr də məhz bununla bağlıdır.

Mübahisələr həm də onunla şərtlənir ki, XX əsr sovet və Azərbaycan

şərqşünaslığı  Nizamini  həm  bir  yaradıcılıq  fenomeni,  həm  də  bir  ədəbi

şəxsiyyət kimi dəyərləndirməyin, onun tarixi və müasir dəyərlər sistemin -

dəki  yerini  müəyyənləşdirməyin  universal  modelini  tapıb  ortaya  qoya

bilmədi.  Bu  cəhətdən  XX  əsr  şərqşünaslığı  əslində  ziddiyyətlərin  möh -

kəm ləndirilməsi və bir sıra digər özünəməxsusluqları ilə tarixdə qaldı.

Sovet şərqşünaslığının Nizamiyə yanaşması daim siyasi konyukturaya

əsaslandı. Onun istər milli kimliyi, istərsə də yaradıcılığının bədii-estetik

mahiyyəti bütün hallarda ideoloji-siyasi müstəvidə dəyərləndirildi. Sovet

şərqşünaslığı sosialist Tacikistanına görə dünyanın fars şairi kimi tanıdığı

Firdovsinin adının qabağında «fars-tacik şairi» yazdığı kimi, Nizamini də

İran, fars, yaxşı halda farsdilli şair hesab edən «burjua» şərqşünaslığının,

kapitalist ideologiyasının əksinə olaraq, onun da adının qabağında «Azər -

baycan şairi» yazırdı. Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bü -

tün  ömrünü  bu  şəhərdə  keçirmiş,  yaradıcılığında  doğma  yurdunu,  onun

təbiətini, insanlarını böyük coşqunluqla tərənnüm etmiş, «türklüyü» xü -

susi bədii-estetik düşüncə konsepti kimi yaratdığı fəlsəfi düşüncə sistem-

inin  nüvəsinə  yerləşdirmiş  Nizami  haqqında  bu  çılpaq  və  sadə  həqiqət

sovet şərşünaslığında, o cümlədən Azərbaycan sovet nizamişünaslığında

heç  vaxt  siyasi-ideoloji  donundan  qurtula  bilməyib,  konyuktur  həqiqət

olaraq qaldı.

Lakin qeyd etmək lazımdır ki, Azərbaycan sovet nizamişünaslığı daim

yaranmış fürsətdən istifadə etməyə çalışdı. «Nizami» adı Sovet Azər bay -

canında milli ədəbiyyatın simvoluna çevrildi, şairin adına verilmiş küçə -

lər, mədəniyyət sarayları, rayon, salınmış xiyabanlar, qoyulmuş heykəllər

onun  öz  vətəninə  bağlılığını  hər  zaman  təsdiqləyən  de-fakto  sə nəd lərə

çevrildiyi kimi, ədəbiyyatşünaslıqda da Nizami «bumu» yaşandı: Nizami

Azərbaycan  ədəbiyyat  tarixinin  əsas  probleminə  və  prioritet  təd qiqat

istiqamətinə  çevrildi.  Sənətkara Azərbaycan  və  bütöv  SSRİ  miq yasında

möhtəşəm  yubileylər  keçirildi,  yubiley  təntənələri  müttəfiq  res pub li ka -

larda da davam etməklə bütöv SSRİ-nin ədəbi məkanında Ni zamini məhz

Azərbaycan  şairi  kimi  tanıtdırdı.  Şairin  əsərləri  orijinalda,  Azərbaycan

dilində,  o  cümlədən  SSRİ  xalqlarının  dillərində  dəfələrlə  küt ləvi  tirajla

çap olundu. Bütün bu işlərin həyata keçirilməsində Azər baycan nizamişü -

naslığı öndə gedirdi və bu fəaliyyət fonunda milli ədəbiyyatşünas lı ğı mı -

zın xüsusi bir sahəsi – «nizamişünaslıq» elmi yaranaraq inkişaf etdi.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə