100
2012/
IV
1) Heyvanlar haqqında nağıllar
a) İlkin təsəvvürləri və totemist görüşləri əks etdirən nağıllar
b) Alleqorik nağıllar
2) Sehrli nağıllar
3) Məişət nağılları
4) Uşaq nağılları
Bu təsnifat ilk növbədə heyvanlar aləmindən bəhs edən süjetlərin da-
xili spesifikasını, müxtəlif dövrlərin təsəvvürlərinə görə onların qrup -
laşdırılmasını, insanın dünyanı dərketmə mərhələsində təbiətə və təbiət
canlılarına münasibətini, əhilləşən və əhilləşməyən heyvanlarla insanların
münasibətini öyrənməyə imkan yaradır (1, 314-315).
Xüsusilə qeyd edək ki, Azərbaycan xalq yaradıcılığında özünün xüsusi
mövqeyi ilə seçilən nağıllar, yazılı ədəbiyyatda isə təmsillər olduqca ge -
niş, əhatəli və zəngindir. Nağılların məzmun baxımından belə şəkillən-
məsi, əlbəttə ki, ilk növbədə yerli şərait və mühitlə bağlı olan məsələdir.
Yazılı ədəbiyyatda diqqətimizi cəlb edən təmsil janrı isə şifahi xalq ədə -
biy yatında geniş yayılan heyvanlar haqqında olan nağılları xatırladır.
Hey vanlar haqqında nağılların və təmsillərin yaranması eyni qanu na uy -
ğun luğa əsaslanır.
Prof. M.H.Təhmasib yazır: “Heyvanlar haqqında nağıllar ibtidai icma
dövründə yaranmış, qədim ovçu, eləcə də əkinçi qəbilə və tayfalarda uzun
müddət xüsusi əfsun vasitəsi kimi istifadə edilmiş, daha sonralar isə alle-
qorik nağılların və təmsillərin yaranmasında çox əhəmiyyətli rol oyna -
mışdır (2, 44).
Nağıl tədqiqatçılarından olan V.Y.Propp isə heyvan obrazları ilə hə -
mişə insana işarə olunması haqqında yayılmış mülahizə ilə razılaşma-
yaraq göstərir ki, təmsildən fərqli olaraq nağıl üçün alleqorizm tamamilə
yaddır (2, 44).
Heyvanlar haqqında nağılların sonrakı dövr böyük qismində güclü
alleqoriya özünü göstərməkdədir. Alleqorik nağıllar heyvanlar haqqındakı
nağıllar içərisində xüsusi mövqeyə malik olduğu kimi, eyni zamanda
peşəkar nağılçılıqda ayrıca mərhələ təşkil edir. Folklorşünaslıqda Y.V.Çə -
mənzəminli istisna olmaqla sehrli nağılların qaynaqlarının aşkarlanması
istiqamətində də böyük işlərin görüldüyünü söyləməmək müm kün deyil.
Bu tip nağıllarda qədim əcdadımızın dünyanı dərketmə mərhə lə sinə məx-
sus baxışları özünü əks etdirmişdir. Və bir çox xalqların həyatında ənə nə -
vi olan süjet, motiv və heyvan obrazları bizim nağıllarımızda da baş ob -
101
2012/
IV
raza çevrilmişdir. Bunlar epik təfəkkürün təbiət və təbiət qüv vələrinə mü -
nasibətinin əks olunduğu mərhələdə meydana gəlmişdir. İn san tə fək kü -
ründə, həyatında, məişətində baş verən dəyişikliklər hey van lar haqqın-
dakı nağıllarda əksini tapmışdır. Heyvanlar haq qındakı nağıllarda tote -
mist dövrün təsəvvürləri daha güclüydü. Bu totemlər bizim xalq düşün cə -
mizdə əsasən, qurd, keçi, ilan, dovşan və s. ibarətdir. Bu baxımdan “Ovçu
Pirim” nağılı maraq doğurur. Nağılda totem ilandır.
V.P.Anikinə görə, “Heyvanlar haqqında nağıllardakı alleqoriya ictimai
şüuru sürətləndirmiş, qədim insanı ibrətamiz həqiqətlərlə üz-üzə qoymuş
və beləliklə, alleqoriya insanın təkamülündə mühüm mərhələ olmuşdur.
Bu təkamül bizim heyvanlar haqqındakı alleqorik nağıllarda da özünü
göstərir. Məsələn, “Bir it ağzında sümük parçası körpü ilə gedirdi. Suya
ba xanda gördü ki, orada da bir it ağzında sümük parçası aparır. Özünü su -
ya atdı ki, həmin sümüyü də ələ keçirsin. İt sudakının öz kölgəsi ol du ğunu
bilmədi. Çayda boğulub öldü” (1, 317).
Göründüyü kimi, bu alleqoriyada insan acgözlüyün qurbanı olur. Al -
leqorik bədii detal insanı təkcə düşündürmür, eyni zamanda onu tərbiyə
edir, xarakter və xasiyyətinin formalaşmasına təsir göstərir. Alleqoriya
özü məcazi ifadə növlərindən biridir. Hər hansı bir mücərrəd fikrin, an la -
yışın konkret predmet, yaxud hadisənin köməyi ilə təsvir edilməsidir. Al -
leqoriyadan təmsil və nağıllarda, ümumiyyətlə, satirik əsərlərdə geniş isti-
fadə edilir. Belə əsərlərdə tülkü surəti-hiyləgər adamları, qurd-acgöz ləri,
aslan-igid və mərd şəxsləri təmsil edir. Füzulinin “Bəngü Badə”, Sabirin
“Tülkü və qarğa”, “Ağacların bəhsi” şeirləri alleqorik əsərlərdir (7, 9).
Nağılların çoxu komikdir, onlarda söhbət kələkbaz, hiyləgər heyvanlar
(Asiya və Afrika xalqlarında dovşan, Afrika xalqlarında tısbağa, hörüm -
çək, Amerika induslarında koyot, Avropa xalqlarında tülkü) haqqında
gedir. Heyvan-triksterlər əxlaq normalarına riayət etməyə çalışmırlar,
güclü, amma səfeh, həmişə daha zəif olan hiyləgərin sərt kələyinin qur-
banı olurlar. Heyvanlar haqqında komik nağıllar dünyanın qeyri-kamilliyi
üzərində yüksəlməyə imkan verir, ona gülür və bununla daha kəskin əxlaq
normalarından azad olmaq haqqında komik nağılların zamanla uşaq audi-
toriyasına daxil olmasına səbəb olur. Heyvanlar haqqında nağılların digər
qismi apoloqdur; burada komik başlanğıc əxlaqiliyə nisbətən səssiz -
ləşdirilir. Apoloq öyrədir və nəsihət verir, lakin əxlaq dərsləri sözsüz (dil-
siz- A.X.) varlıqlara aid olduğundan apoloqların əxlaqını nisbiləşdirir və
ona yenə də komik çalar verir (3, 102).
102
2012/
IV
Heyvanlar və quşlar nağıllarda düşünür və danışır. Təbiətin canlan dı -
rıl ması animist dünyagörüşündən gəlir. Poetik şərtilik daşıyan bu xü su siy -
yət sehrli nağıllarda, tapmacalarda, əfsanələrdə və b. janrlarda da tə sadüf
olunur. Deməli, nə personajlar – heyvanlar, nə də onların düşünmək və
danışmaq qabiliyyəti, təkcə heyvanlar haqqındakı nağıllarda tə sadüf olun-
mur. Ancaq sehrli nağıllarda heyvanlar baş iştirakçı olmur, əsa sən
köməkçi funksiyasını yerinə yetirirlər. Heyvanlar aləmindən bəhs edən
nağıllarda isə müxtəlif heyvan və quşlar əsas iştirakçı olur, onların hə rə -
kət və münasibətləri süjetin əsasında durur. Sehrli nağıllarda bütün hey-
vanlar və quşlar bir səciyyə daşıyır və sehrli köməkçi funksiyasını yerinə
yetirir. Heyvanlar aləmindən bəhs edən nağıllarda isə həmin obraz lardan
hər biri fərdi səciyyə daşıyır. “Ovçu Pirim”, “Tülkü və qurd”, “Tülkü ilə
canavar”, “Ac qurd”, “Tülkünün kələyi”, “Tülkü baba və hacıleylək”,
“Tül kü və kəklik”, “ Tülküynən toyuq”, “Eşşəklə tülkünün dostluğu”,
“Tül kü və ilan”, “Tülkü, tülkü, tünbəki”, “Hiyləgər keçi”, “Qo ca aslan”,
“Əhməd və Sənəm” nağılları heyvanlar aləmindən bəhs edən nağıllar ki -
mi Azərbaycan folklorşünaslığında öz yerini tutub (2, 47-50). Azər bay can
folklorunda “Şəngülüm, Şüngülüm, Məngülüm” tipli na ğıl lar, rusların
“Canavar və keçi” nağılında olduğu kimi, sehrli nağıllarla səsləşir. “Şən -
gülüm, Şüngülüm, Məngülüm”ü sehrli nağıllara yaxınlaş dıran başlıca
cəhət onda axmaqlıq və kələkbazlıq motivinin zəifliyidir. Keçi ca na vara
hiylə, fırıldaq vasitəsilə yox, açıq vuruş yolu ilə qalib gəlir. Kə lək bazlıq
və axmaqlıq motivi heyvanlar aləmindən bəhs edən nağıllara xü susi
komiklik gətirir və əks qütblərin yaxınlaşma və qovuşmasında, ey ni bir
aləmin fiqurlarına çevrilməsində hoqqabazlıq mühüm rol oynayır (5, 41).
Heyvanlar haqqında nağıllarda gülüşün mahiyyəti araşdırılarkən mü -
bahisə doğuran cəhətlərdən başlıcası sosial satira məsələsi ilə bağlıdır. Bir
çox folklorşünaslar belə hesab edirlər ki, heyvanlar aləmindən bəhs edən
nağıllarda heyvanlar bir bəhanədir və müxtəlif heyvan surətləri vasitəsilə
insanlar təsvir olunur. Heyvanlar haqqında nağılları təmsil və alleqoriya
kimi qiymətləndirən folklorşünaslar bu nağıllarda müxtəlif heyvanların
davranışlarını ictimai həyatın ayrı-ayrı lövhələrinin ifadəsi kimi qəbul
edir, güclünün gücsüzə münasibətində əzən və əzilən təbəqələrin möv qe -
yini axtarırlar. Heyvanlar haqqında nağıllarda sosial həyatın qa barıq ifa -
dəsini axtaran folklorşünaslar bu nağılların komikliyinə də sosial ədalət-
sizliyi tənqid və ifşa etməyin bir vasitəsi kimi baxırlar. Əlbəttə, so sial
məzmun ifadə etməkdə, satirik mahiyyət daşımaqda pis olacaq bir şey
Dostları ilə paylaş: |