98
2012/
IV
dir. Heyvanlar haqqında nağıllar və təmsillər də məzmun və ideyalarına,
səciyyə və mahiyyətlərinə görə ayrı-ayrı formalarda müşahidə olunur.
Heyvanlar haqqında nağıllar və təmsillər özlərinin süjet və motivləri,
möv zu və ideyalarına görə, qəhrəmanların xarakteri və psixologiyasına
görə əksər xalqlar arasında eyni səciyyə kəsb edir. Heyvanlar haqqında
nağıllar və təmsillər demək olar ki, eyni məzmuna malikdir. Belə ki, hər
iki si məxsus olduğu xalqın istək və arzusunu, gələcəyə ümidini, tarixə
mü nasibətini, insan və zaman haqqında dünyagörüşünü ifadə edir.
Nağıllar və təmsillər ayrı-ayrı xalqların etnik təfəkkürünün təmsilçisi -
dir, bununla yanaşı müxtəlif sahələrdə öz mövcudluğunu qorumaqdadır.
Bu sahələr içərisində ədəbiyyat xüsusi əhəmiyyətə malikdir. Ədəbiyyat
cəmiyyətə funksional təsir imkanları baxımından digər sahələrdən əsaslı
şəkildə fərqləndiyindən onun məzmununda zəngin mənəvi dəyərlərimiz
olan nağıllar və təmsillər öz varlığını qoruyub saxlayır. Azərbaycan ədə -
biy yatşünaslığında nağıllar və təmsillər ayrı-ayrılıqda bir çox alimlər
tərəfindən tədqiq olunsa da, “Heyvanlar haqqında nağıllar və təmsil janrı
(Azərbaycan şifahi və yazılı ədəbiyyatının nümunələri əsasında)” ayrıca
təd qiqatın predmetinə çevrilməmişdir. Məhz buna görə də həmin mövzu-
nun öyrənilməsi və tədqiq edilməsi mühüm əhəmiyyətə malikdir.
Bu da bir həqiqətdir ki, təmsillərin söylənilməsi xüsusi bir situasiya,
mə rasim və təmtəraq tələb edirsə, nağılların söylənilməsi belə bir hazır-
lığa və auditoriyaya ehtiyac duymur. Amma hər ikisinin söylənilməsi ra -
hat olduğu üçün, real həyat lövhələrini əks etdirdiyi üçün cəmiyyətimizdə
geniş yayıla bilmişdir. Demək, nağılların və təmsillərin yaranması hər
şeydən öncə, dövr, zaman və şəraitlə bağlıdır.
Heyvanlar haqqında nağıllardakı heyvanlarla bağlı arxaik görüşlərin
ifadə olunduğunu nəzərə çarpdırmaq üçün folklor nümunələrini yazılı
ədəbiyyatdakı alleqorik əsərlərlə müqyisə etmək faydalı olardı. Q.Zakirin
“Sədaqətli dostlar haqqında” adlı təmsilində tısbağa, qarğa, kəsəyən və
ahunun dostluğundan, onların bir-birlərinə möhkəm sədaqət nümayiş et -
dir məsindən bəhs olunur. Dostlardan biri dara düşəndə digəri əlindən gə -
lən son köməyi belə əsirgəmir. “Dost dosta tən gərək” adlı nağılında isə
şir, qurd və tülkü arasında olan dostluq heç də bir-birinə sədaqət şərtinə
əsaslanmır. Şir bir öküz, qurd bir qoyun, tülkü isə bir toyuq ələ keçirir. Şir
qurda buyruq verir ki, ələ keçirilən yeməkləri bölüşdürsün. Qurd öküzü
şirə, qoyunu özünə, toyuğusa tülküyə məsləhət bilir. Şir bu bölgüdən
acıq lanır, dartıb qurdun dərisini boğazından çıxarır və qurdu parça-parça
99
2012/
IV
eləyir. Bunu görən tülkü məsləhət bilir ki, şir öküzü və qoyunu yeyib na -
har etsin, toyuğu da şam yeməyinə saxlasın. Şir bu bölgüdən çox razı qa -
lır. Q.Zakirin misal gətirdiyimiz təmsili ilə “Dost dosta tən gərək” nağılı
arasında başlıca fərq məhz ondadır ki, birinci nümunədə heyvanlar insan-
ları təmsil edir, ikinci nümunədə isə heyvanlar məhz heyvanların özlərini
təmsil edir. Q.Zakirin “Sədaqətli dostlar haqqında” təmsili əxlaqi nor-
malara əsaslanır və didaktik məqsəd daşıyır. “Dost dosta tən gərək” nağı -
lında isə nümunəvi dostluğun təsviri mümkün deyil. Ona görə ki, bu dost -
luq əxlaqi normalara yox, “heyvani sərbəstliyə” əsaslanır (5, 41).
Q.Zakirin “Xain yoldaşlar haqqında” təmsili də səciyyəvi nümunə ola
bilər. İlanla tısbağanın hiyləsini duyan dəvə yeməyi onların əlindən alır.
Təmsilin poetikasına uyğun olaraq müəllif finalda əxlaqi nəticə çıxarır,
dostluqda xəyanəti mənfi hal kimi pisləyir.
Heyvanlar haqqında nağıllarda və ayrı-ayrı təmsil nümunələrində xal -
qın dünyagörüşü, mübarizliyi, humanist keyfiyyətləri əks olunur. Hey -
van lar haqqında nağıllar və təmsillər insanların mənəvi cəhətdən zəngin-
ləşməsində, pis əməllərdən uzaqlaşmasında əhəmiyyətini bu gün də
qoruyub saxlamaqdadır. Amma məsələ heyvanlar haqqında nağılların və
təmsillərin gerçək təbiətini və janr xarakterini daha da aydın təsəvvür et -
mək üçün onların geniş mətn materialını toplayıb üzərində təhlil apar -
maqdan ibarətdir.
Bildiyimiz kimi, qədim zamanlardan bəri insanlar həmişə bir-biriylə
anlaşmağa və tanışlığa can atmış, qarşılıqlı əlaqə şəraitində yaşamağa ça -
lış mışlar. Bu da ilk növbədə insanların bir-birilə ünsiyyət ehtiyacından
doğ muşdur. Ünsiyyətin qurulmasında böyük potensial qüvvəyə, lakonik
ifa də üsuluna və geniş məzmuna malik olan, insanda yüksək mənəvi-
əxlaqi keyfiyyətlər yaradan, insanı daha da zənginləşdirən nağılların da
rolu böyük olub.
Onu da qeyd edək ki, nağıllar həm də bəşər tarixinin müxtəlif dövrlə -
rin də yaşamış xalqların dilində işlənə-işlənə, yaddaşında qoruna-qoruna
bu günümüzə gəlib çatmış, parlaq bir inciyə dönmüş, şifahi xalq ədəbiy-
yatında öz dərin mənasını, varlığını qoruyub saxlamışdır. Nağılların yara -
dıcısı bədii yaradıcılıq istedadı olan insandır. Ümumxalq malı olan nağıl-
ların toplanması və nəşri uzun və çətin bir mərhələni keçmişdir.
Azərbaycan nağıllarının ilkin təsnifatları Ə.Müznib, A.Baqri, Y.Çə -
mən zəminli və H.Zeynallı tərəfindən verilmişdir. Azərbaycan nağıllarının
aşağıdakı təsnifini daha dürüst hesab edirik: